35
Tarixdə bu gün
Ucar rayonu
1939
YANV
AR
Ərazi 867 km², Əhali 77 903 nəfər
olan Ucar rayonu 1939-cu il yanvar
ayının 24-də təşkil olunmuşdur. Ucar
rayonu Bakıdan 240 km qərbdə, Şirvan
düzündə yerləşir. Ərazisində 32 yaşa-
yış məntəqəsi var. Şimaldan Göyçay,
Şərqdən Kürdəmir, cənubdan Zərdab,
qərbdən Ağdaş rayonları ilə əhatə olu-
nur. Rayonun coğrafi mövqeyi ol-
duqca əlverişlidir. Bakı-Tbilisi dəmir
yolunun və magistral avtomobil yolu-
nun Ucar rayonundan keçməsi, habelə
Qədim İpək yolunun bərpa olunmaq-
la Ucardan keçməsi yerləşdiyi yerin
iqtisadi əhəmiyyətini olduqca artırır.
Ucar rayonunda azərbaycanlılar, ruslar,
ləzgilər, türklər, tatarlar, ukraynalılar və
digər millətin nümayəndələri yaşayır.
Təsərrüfatı pambıqçılıq, taxılçılıq, hey-
vandarlıq, baramaçılıq, quru subtropik
meyvəçilik, üzümçülük, bostançılıq və
toyuqçuluqdan ibarətdir.
Rayonun adı, yaranma tarixi haqqında
müxtəlif fikirlər söylənilir. Ərəb coğrafi-
yaşünası Əl-Sitəkri-nin “Məmləkətlərin
yolları” kitabında adı çəkilir. Ucar
Azərbaycanda orta əsr şəhəri kimi qeyd
olunur. XV əsrdə yaşamış Azərbaycan
şairi Bədr Şirvaninin yazılarında da Ucar
sözünə rast gəlinir. Bəzi mülahizələrə
görə rayonun adı Azərbaycan dilindəki
“Uçar” sözundən əmələ gəlmişdir. Digər
mülahizələrdə rayonun adının qədim Şir-
vanda yaşamış “Uçar” tayfasının adından
götürüldüyü iddia olunur. Ucar sözünün
“Ucqar” sözündən götürülməsi fikrini
söyləyənlər də var.
Ucar rayonunun ərazisi keçmişdə Şir-
van bəylərbəyliyinin, sonralar Şamaxı
xanlığının, daha sonra 1840-cı ilin ap-
rel ayının 10-da inzibati islahata əsasən
Kaspi vilayətinin, 1846-cı ildə isə Şama-
xı qurberniyasının tərkibində olmuşdur.
1859-cu ildə Şamaxı zəlzələ nəticəsində
dağılandan sonra quberniyanin mərkəzi
Bakıya köçürülmüşdür. 1867-ci ildə
Bakı quberniyasının tərkibində Göyçay
qəzası yaradılmış və Ucar rayonu Göy-
çay qəzasının tərkibinə daxil olmuşdur.
1930-cu ildə qəza bölgüsü ləgv edilmiş
və rayon inzibati ərazi bölgüsünə ke-
çilmişdir. Bu vaxt Ucar rayonu Göyçay
rayonunun tərkibində saxlanılmışdır.
1939-cu il yanvar ayının 14-də Ucar
Göyçay rayonunun tərkibindən ayrılaraq
müstəqil rayon statusu almışdır.
1902-ci ildən fəaliyyət göstərən Biyan
zavodu Ucarın ilk sənaye müəssisəsi sa-
yılır. 1953-cü ildə zavodda yanğın baş
vermiş və nəticədə zavod yanmışdır.
Yanğından sonra zavod öz fəaliyyətini
müəyyən müddət dayandırmış və 1956-
cı ildən bu günə kimi Konserv zavodu
adı ilə fəaliyyət göstərir.
Ucar rayon Mədəniyyət və Turizm
şöbəsinin tabeliyində 18 mədəniyyət evi,
8 klub, 47 kitabxana, 2 muzey, 1 Uşaq
İncəsənət məktəbi var. Ucar rayonun-
da hazırda 8 abidə qorunub saxlanılır.
Bu abidələr rayon mədəniyyət şöbəsi
tərəfindən uçota alınıb, Ümumrespublika
əhəmiyyətli abidə hesab olunur.
Dostları ilə paylaş: