Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə46/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   42   43   44   45   46   47   48   49   ...   507
Ə d ə b i y y a t

Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata 

keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı [Mətn] //Azərbaycan.-2004.-12 yanvar.-S.1.

Tahirov, K. Azərbaycan Milli Kitabxanası müstəqillik illərində 

[Mətn] /K.Tahirov //Azərbaycan Milli Kitabxanası - 90: məqalələr 

məcmuəsi.- Bakı, 2013.- S.4-27.

İ n t e r n e t d ə

www.anl.az

www.president.az

12


34

Tarixdə bu gün

Ümumxalq Hüzn Günü

1990

YANV

AR

1990-cı il yanvar ayının 20-si  Azər-

baycanın    müasir  tarixinə  ən  faciəli  

günlərdən  biri  kimi  daxil  olmuşdur. 

Düz 24 il əvvəl doğma yurdunun, xal-

qının  azadlığını,  şərəf  və  ləyaqətini 

hər  şeydən  uca  tutan  vətənpərvər 

Azərbaycan  övladları  həmin  müdhiş 

gecədə  canlarından  keçərək  şəhidlik 

zirvəsinə ucalmışlar. 

Bədnam  M.Qorbaçov  başda  ol-

maqla,  SSRİ  rəhbərliyinin  Azərbay-

cana  qarşı  qərəzli,  ermənipərəst 

siyasətinə,  əzəli  torpaqlarımıza  id-

dia  edən  Ermənistanın  təcavüzkar 

hərəkətlərinin  açıq-aşkar  dəstək-

lənməsinə və o zamankı respublika rəh-

bərliyinin  xəyanətkar  mövqeyinə  eti-

raz əlaməti olaraq ayağa qalxmış geniş 

xalq kütlələrinə qarşı sovet ordusunun 

iri  hərbi  birləşmələrinin  yeridilməsi 

Azərbaycanda,  xüsusilə  Bakıda  misli 

görünməmiş faciəyə gətirib çıxarmış-

dı, böyük itkilərlə, günahsız insanların 

ölümü  ilə  nəticələnmişdi.  Nəticədə 

170  nəfər  həlak  olmuş,  400-ə  yaxın 

insan  yaralanmışdı.  Bunların  içində 

asudə insanlar: gənclər, uşaqlar, qoca-

lar və qadınlar da var idi, hətta hərbi 

qulluqçular da.

  Buna  baxmayaraq,  Azərbaycanın 

o  vaxtkı  səriştəsiz,  kölə  psixologiya-

lı  rəhbərlərinin  əksinə  olaraq,  həmin 

vaxt  Moskvada  yaşayan  xalqımızın 

dahi  oğlu  Heydər  Əliyev  həyatını 

təhlükədə  qoyaraq,  faciənin  ertəsi 

günü  Azərbaycanın  daimi  nüma-

yəndəliyinə  gələrək,  Qanlı  Yanvar 

qırğınını  törədənləri  pisləyən  kəskin 

bəyanatla çıxış etmişdi, xalqımızın ba-

şına gətirilən müsibəti dünyaya çatdır-

mışdı. Bununla da ulu öndərimiz cəsa-

rətini,  mərdliyini,  xalqının  sədaqətli 

oğlu olduğunu bir daha sübut etmişdi.

Xalqımızın      ümummilli  lide-

ri  Heydər  Əliyevin  Azərbaycan 

rəhbərliyinə 

yenidən 


qayıdışın-

dan  sonra,  1994-cü  ildə  20  Yanvar 

hadisələrinə siyasi-hüquqi qiymət ve-

rilmiş  və  cinayəti  törədənlərin  adları 

ictimaiyyətə  çatdırılmışdı.  20  Yanvar 

- Ümumxalq Hüzn Günü elan edilmiş-

di. 

Bakının  ən  yüksək  nöqtələrindən 



birində hər bir azərbaycanlı üçün mü-

qəddəs  and  yerinə  çevrilmiş  bir  yer 

var.  Bu,  20  Yanvar  qurbanlarının  və 

Ermənistanın  hərbi  təcavüzünə  qarşı 

döyüşlərdə həlak olanların dəfn edildi-

yi Şəhidlər Xiyabanıdır. Hər il yanvar 

ayının  20-də  minlərlə  insan  Vətənin 

azadlığı  və  suverenliyi  uğrunda  can-

larından  keçmiş  Azərbaycan  oğul  və 

qızlarının  əziz  xatirəsini  ehtiramla 

yad etmək üçün buranı ziyarət edirlər. 

Nəsillər dəyişəcək, lakin Vətən oğul-

larının xatirəsi ürəklərdə əbədi yaşaya-

caqdır.  




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin