36
Tarixdə bu gün
80
illiyi
Tərtər rayonu
1934
YANV
AR
Ərazi 957 km²
Əhali 98100 nəfər
Rayonun inzibati mərkəzi Tərtər
şəhəri Tərtərçayın sağ və sol sahillərində,
qədim karvan yolu üzərində yerləşir.
Buranın tarixi adı Çaparxana olmuş-
dur. 1920-ci ilin aprel ayında Cavanşir
qəzası yaradılmışdır və Tərtər mahalı
1920-1922-ci illərdə Cavanşir qəzasının
tabeliyində olmuş, 1922-ci ildə adı
dəyişdirilərək Cavanşir sahəsi adlandı-
rılmışdır.
1923-cü il iyul ayının 7-dən 1929-
cu ilə kimi Ağdam qəzasının inzibati
tabeliyində, 1929-cu ildən 1930-cu ilə
kimi Qarabağ dairəsinin tabeliyində ol-
muşdur. 1930-cu il avqust ayının 8-də
Tərtər rayonu yaradılmışdır. 1931-ci
il fevral ayının 24-də Tərtər rayonu
ləğv edilərək Bərdə rayonunun inzibati
tabeliyinə verilmişdir. 1934-cü il yanvar
ayının 27-də yenidən Tərtər rayonu ya-
radılmışdır.
1949-cu il avqust ayının 5-də rayo-
nun adı dəyişdirilərək Mirbəşir rayonu
adlandırılmışdır. 4 yanvar 1963-cü ildə
Mirbəşir rayonu ləğv edilərək Bərdə ra-
yonunun inzibati tabeliyinə keçirilmiş,
6 yanvar 1965-ci ildə yenidən Mirbəşir
rayonu yaradılmışdır.
7 fevral 1991-ci ildə Mirbəşir rayo-
nunun adı dəyişdirilərək yenidən Tərtər
rayonu adlandırılmışdır. Azərbaycan
Respublikası Milli Məclisinin 13 okt-
yabr 1992-ci il tarixli 327 saylı qərarı
ilə Azərbaycan Respublikasının Ağdərə
rayonu ləğv edilərək həmin rayonun
Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər ra-
yonunun inzibati tərkibinə verilmişdir.
Ağdərə rayonu ərazisindən verilən yaşa-
yış məntəqələri də daxil olmaqla hazırda
rayonda 2 şəhər, 1 qəsəbə və 74 kənd
var. Hazırda keçmiş Ağdərə rayonundan
Tərtər rayonuna verilən Ağdərə şəhəri
və kəndlərdən 13-ü erməni işğalı altın-
dadır.
Rayonun əsas təsərrüfat sahələri
pambıqçılıq, heyvandarlıq, taxılçılıq-
dır. Subtropik meyvə olan narçılıq bur-
da daha çox inkişaf etmişdir. Rayonda
pambıqtəmizləmə zavodu, toxuculuq
fabriki, elektromexanika, konserv, süd
emalı zavodları və s. sənaye müəssisələri
mövcuddur. Xalq sənəti növlərindən
xalçaçılıq, tikmə və toxuma sənətləri bu
rayonda yaxşı inkişaf etmişdir. 2006-cı
ildən Tərtərdə Müdafiə Sənayesi Nazir-
liyinin tabeliyindəki “Elektromexani-
ka” zavodu fəaliyyət göstərir. 2010-cu
ildə Tərtərdə “Gilan Holdinq” şirkətinə
məxsus süd emalı zavodu fəaliyyətə
başlamışdır.
Rayonda 24 tarix və mədəniyyət
abidəsi - 3 məscid, 15 kurqan, 2 nekro-
pol, 2 yaşayış yeri, 1 buzxana, 1 türbə
var. Onlardan 1 ədədi dünya, 15 ədədi
ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi
yerli əhəmiyyətli memarlıq, 1 ədədi isə
yerli əhəmiyyətli arxeoloji abidədir.
2005-ci ilin avqust ayının 20-dən
etibarən Tərtər rayon qəzeti “Yeni Tərtər”
adı ilə nəşr edilməyə başlamışdır.
Dostları ilə paylaş: