Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə45/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   41   42   43   44   45   46   47   48   ...   507
Azərbaycan dilində latın qrafikası ilə kütləvi 

nəşrlərin həyata keçirilməsi haqqında 

2004

YANV

AR

Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev klassik və müasir milli və dünya ədəbiyyatı 

nümunələrinin  yenidən  təkmilləşdirilərək  nəşr 

edilməsinin vacib olduğunu nəzərə alaraq 2004-cü 

ilin 12 yanvarında “Azərbaycan dilində latın qra-

fikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haq-

qında” Sərəncam imzalamışdır. 

Azərbaycançılıq 

ideologiyasının, 

kütləvi 

maariflənmənin  özüllərindən  birini  təşkil  edən 

bu  sənəd  böyük  bir  böhran  dalğasına  son  qoy-

du.  Sərəncamda  qeyd  edilmişdir  ki,  “Müstəqil 

Azərbaycan  Respublikasında  həyatın  müxtəlif 

sahələrində  aparılan  islahatlar  içərisində  latın 

qrafikalı  Azərbaycan  əlifbasının  bərpa  edilməsi 

böyük  tarixi  əhəmiyyət  kəsb  edir.  Ulu  öndər 

Heydər  Əliyevin  “Dövlət  dilinin  tətbiqi  işinin 

təkmilləşdirilməsi  haqqında”  18  iyun  2001-ci  il 

tarixli  və  “Azərbaycan  əlifbası  və  Azərbaycan 

dili  gününün  qeyd  edilməsi  haqqında”  9  avqust 

2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi 

həyatında  mühüm  hadisə  olmuş  və  latın  qrafika-

lı Azərbaycan əlifbasına keçidi bütövlükdə təmin 

etmişdir. Latın qrafikalı Azərbaycan əlifbası artıq 

həyatımızın bütün sahələrində tam yerini tutmuş-

dur”.


Dövlət  müstəqilliyinin  başlıca  rəmzlərindən 

biri  sayılan  ana  dilinə  dövlət  qayğısının  daha  da 

artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, 

mədəniyyəti  və  elminin  ən  gözəl  nümunələrini 

müasir  dövrdə  təbliğ  etmək  və  gələcək  nəsillərə 

çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər 

kiril qrafikasında çap olunmuş əsərlərin latın qra-

fikası  ilə  yenidən  nəşrinin  kütləvi  şəkildə  həyata 

keçirilməsi  zərurəti  meydana  çıxmışdır.  Bunu 

nəzərə  alan  ölkəmizin  başçısı  bu  kitabların  çapa 

hazırlanması  ilə  bağlı  aidiyyəti  qurumlara  rəsmi 

göstəriş  vermişdir.  Dörd  maddədən  və  bir  neçə 

bənddən  ibarət  olan  sərəncamda  bu  işin  icrası 

Nazirlər  Kabineti,  Prezident  Administrasiyası, 

Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi, 

Azərbaycan  Respublikasının  Mədəniyyət  Nazir-

liyi, Azərbaycan Yazıçılar  Birliyi  və Azərbaycan 

Milli  Elmlər  Akademiyasına  həvalə  edilmişdir. 

Onlara  tapşırılmışdır  ki,  birlikdə  2005-2008-ci 

illərdə latın qrafikası ilə yenidən çapı nəzərdə tu-

tulan əsərlərin siyahısını bir ay müddətində hazır-

layıb təsdiq olunmaq üçün Azərbaycan Respubli-

kasının Prezidentinə təqdim etsinlər.

Artıq respublikanın bütün kitabxanaları Prezi-

dent  İlham  Əliyevin  çap  etdirərək  ictimaiyyətə, 

Azərbaycan  xalqına  hədiyyə  etdiyi  ədəbiyyat 

nümunələrilə  təmin  edilmişdir.  Bu  kitabların  sırf 

kitabxanalara  hədiyyə  olaraq  nəzərdə  tutulduğu 

bəllidir. Onun satışı birmənalı olaraq qadağandır. 

  Bu  nəşrlər Azərbaycan  kitabxanalarının  həm 

fondunda,  həm  virtual  səhifəsində  yerləşdirilib.  

Azərbaycançılığa, 

milli-mənəvi 

dəyərlərə, 

bəşər  incilərinə  sayğı  və  qayğı  Azərbaycan 

dövlətinin  dəst-xəttidir.  Prezidentin  kitabxanala-

ra  hədiyyə  etdiyi  nəşrlər  gələcəyin  sağlam  ruhlu 

gənclərinin, mənəviyyat daşıyıcılarının, yeni nəsil 

azərbaycançıların formalaşmasına bir vasitədir. 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin