32
Tarixdə bu gün
210
ili
Gəncənin işğalı
1804
YANV
AR
Gəncə
xalqımızın
qəlbində
azadlıq,
Cümhuriyyətin torpaqlarımızda fəaliyyətə başladı-
ğı ilk şəhər, ölkəmizin yadellilərdən azad edilməsi
uğrunda aparılan ölüm-dirim savaşının mərkəzi
kimi yadda qalıb.
XVIII əsrin 20-ci illərində Gəncə şəhəri Os-
manlı və çar Rusiyasının hücumlarına məruz qa-
lırdı. Bu, şəhərin inkişafına mənfi təsir göstərirdi.
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra
Gəncə şəhəri müstəqil Gəncə xanlığının mərkəzi
olmuş, o, təkcə Azərbaycanda deyil, bütün Cənubi
Qafqazda gözəl və böyük şəhərlərdən biri sa-
yılmışdır. Bu şəhər strateji əhəmiyyətinə görə
düşmənlərin diqqətini həmişə özünə çəkmişdir.
Məsələn, Azərbaycanı işğal etməyə göndərilmiş
rus qoşunlarının komandanı Sisianov I Aleksandra
məktubunda yazırdı: “Gəncə qalası yerləşməsinə
görə bütün Azərbaycanı qorxu altında saxlamaq
imkanı verdiyindən onun ələ keçirilməsini Rusi-
ya üçün çox önəmli saymağa əsas verir”. Əslində
Gəncəni tutmaqla Rusiya bütün Azərbaycanı qor-
xu altında saxlamaq imkanı qazanırdı. XIX əsrin
başlanğıcında Azərbaycan xanlıqlarının işğalına
başlayan general Sisianov Gəncə xanlığının ələ
keçirilməsinə böyük əhəmiyyət verirdi. Çün-
ki, Gəncə qalası rus qoşunlarının Azərbaycanın
içərilərinə doğru sonrakı irəliləyişinin açarı idi.
“Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan
üzərində hökmrandır. Bax buna görə də, bu istila
Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir”.
Cavad xan general Sisianovun haqsız tələblərini
qətiyyətlə rədd etdiyi üçün rus qoşunları Gəncəni
mühasirəyə aldılar.
1803-cü ilin dekabrında Sisianov Cavad xana
təslim olmaq haqqında ultimatum verir. Lakin
Cavad xan ona cavab verir ki, Gəncəyə yalnız
meyitlərin üstündən keçə bilərsən.
Sisianov 11 topu olan piyada bataliyonunu, 3
eskadron və 2 kazak yüzlüyündən ibarət qoşunu
Gəncə üzərinə yeritdi. Şəhərin iki verstliyindəki
Quruqobu adlanan yerdə rus qoşunları ilə gəncəlilər
arasında ilk vuruşma oldu. Cavad xan bir qədər
müqavimətdən sonra Gəncə qalasına qayıtdı. Rus
qoşunları Gəncəni mühasirəyə alırlar. Mühasirə bir
ay davam edir. 1804-cü il yanvar ayının 2-dən 3-nə
keçən gecə ruslar qalaya hücuma başladılar. Qa-
lanın müdafiəçiləri inadlı müqavimət göstərdilər.
Cavad xan və oğlu Hüseynqulu ağa göyüşlərdə
qəhrəmancasına həlak oldular. Gəncənin təslim
olunmasında şəhərdə yaşayan ermənilərin xəyanəti
mühüm rol oynamışdı.
Gəncə xanlığı ələ keçirilərək ləğv olundu və
hərbi dairəyə çevrildi, şəhər isə öz qədim adını itir-
di. Çar hökuməti Gəncənin işğalını böyük bir bay-
ram kimi qeyd etmiş, imperatorluq zərbxanasında
Gəncənin alınmasında iştirakına görə döş medalı
təsis olunmuşdu. I Aleksandrın arvadının şərəfinə
şəhər “Yelizavetpol” adlandırıldı. “Gəncə” adını
çəkmək qadağan olundu. Bu qaydanı pozanlar bir
manat cərimə olunurdular.
Azərbaycan tarixi [Mətn]: VII cilddə.- Bakı, 2000.- C.4.- S.14-54.
Boran, Ə. İstiqlal tariximizdə Gəncə: əzəli və şanlı adın bərpası
uğrunda mücadiləyə bir baxış [Mətn] /Ə.Boran //525-ci qəzet.-
2010.- 22 may.- S.14-15.
3