30
Kimya.Biologiya.Tibb
Dəmir Hacıyev
1929-1999
YANV
AR
Dəmir Vahid oğlu Hacıyev 1929-cu
il yanvar ayının 29-da Qax rayonunun
İlisu kəndində anadan olmuşdur.
O, Azərbaycan Dövlət Univer-
sitetinin biologiya fakültəsini və
Azərbaycan Dövlət Tibb İnstitutu-
nu fərqlənmə diplomu ilə bitirmişdir.
1954-cü ildə H.Zərdabi adına Təbiət-
Tarixi Muzeyində aparılan elmi-
tədqiqat və çöl ekspedisiyalarında fəal
iştirak etmişdir. Zəngin faktiki mate-
rial topladıqdan sonra, 1961-ci ildə
namizədlik dissertasiyası müdafiə et-
mişdir. Lakin Elmi Şura D.V.Hacıyevi
yekdilliklə biologiya elmləri doktoru
elmi dərəcəsinə layiq görmüşdür.
Professor D.V.Hacıyevin rəhbərliyi
altında Azərbaycanın qərb bölgəsində
(Gürcüstanla sərhəddə) tədqiqat işləri
genişlənmiş, yeni, hələ məlum olma-
yan fəqərəli fauna məskənləri aşkar
olunmuşdu.
D.V.Hacıyev 1968-1970-ci illərdə
Geologiya İnstitutunda “Paleobiologi-
ya” sektoruna, 1971-ci ildə “Təkamül
paleontologiyası”
laboratoriyasına
rəhbərlik etmişdir. 1972-ci ildə Azər-
baycan EA müxbir üzvü seçilmişdir.
Onun dərin elmi tədqiqatları paleonto-
logiya, paleobiologiya, paleocoğrafiya,
paleopatologiya və fəqərəlilər paleon-
tologiyasının bir çox istiqamətlərini
əhatə etmişdir. D.V.Hacıyev Avrasi-
yada Miosen epoxasında yaşamış hip-
parion faunasını tədqiq edən görkəmli
mütəxəssisdir.
60-cı illərdə M.M.Hüseynov tərəfin-
dən Dağlıq Qarabağın cənubunda aş-
kar edilmiş qədim insan məskəninin
öyrənilməsində, dünya miqyasına qal-
dırılmasında Dəmir Vahid oğlunun
böyük rolu olmuşdur. O, Azıx mağa-
rasının 5-ci təbəqəsində aşkar edilən
daş alətlərin Orta Aşel mədəniyyətinə
mənsub olduğunu söyləmişdir. Alimin
təsdiqinə görə, həmin təbəqədə tapılan
ibtidai insanın alt çənəsi isə 20-22 yaşlı
qadına məxsusdur. Tapıntı Azərbaycan
Dövlət Tarix Muzeyinin Qızıl fondun-
da saxlanılır.
Paleontoloqun dərin tədqiqatları
nəticəsində Azərbaycanda qədim mə-
məlilərin yeni cins və növləri ilk dəfə
təsvir olunaraq, dünya elminə da-
xil edilmişdir. O, 120 elmi əsərin, o
cümlədən 12 monoqrafiya və dərsliyin
müəllifi olmuşdur.
Dəmir müəllim elmi tədqiqatlarla
yanaşı, uzun müddət Azərbaycan
Dövlət Tibb Universitetində pedaqoji
fəaliyyət göstərmiş, prorektor, kafedra
müdiri vəzifələrində çalışmışdır.
1964-cü ildən 1989-cu ilədək
Azərbaycan Tibb Universiteti Biologi-
ya kafedrasına rəhbərlik etmişdir.
D.Hacıyev 1999-cu il iyun ayının
20-də vəfat etmişdir.
Dostları ilə paylaş: