378
Milli ədəbiyyat
520
illiyi
Məhəmməd Füzuli
1494-1556
2014
Məhəmməd Süleyman oğlu Füzuli
1494-cü ildə İraqın Kərbəla şəhərində
anadan olmuşdur.
O, ilk təhsilini Kərbəlada almış, Bağ-
dadda davam etdirmişdir. Bir müddət
İraqın Nəcəf və Hüllə şəhərlərində ya-
şamışdır. Şəxsi mütaliəsi sayəsində orta
əsr elmləri (məntiq, tibb, nücum, riya-
ziyyat və humanitar elmlər), xüsusən
dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri
əsasında yunan fəlsəfəsi ilə yaxından
tanış olmuş, klassik türk, ərəb, fars və
hind ədəbiyyatını öyrənmişdir. Füzuli
hələ yeniyetmə yaşlarından, mədrəsədə
oxuyarkən yazdığı aşiqanə qəzəlləri ilə li-
rik şair kimi şöhrətlənmişdi. Şair üç dildə
qəzəl, qəsidə, müsəddəs, tərkibbənd,
tərcibənd, rübai, qitə, mürəbbe və s.
yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri,
“Yeddi cam”, “Ənisül-qəlb”, “Səhhət
və mərəz” əsərləri qocalıq dövrünün
məhsullarıdır. O, qəsidələrini ayrı-
ca bir əsər kimi toplayıb kitab şəklinə
salmış, türk, fars və ərəb dillərində di-
vanlar tərtib etmişdir. Onun lirikasında
məhəbbət, eyni zamanda, dərin ictimai-
fəlsəfi məzmuna malikdir. Füzuliyə görə
məhəbbət insana, onun gözəlliyinə və
kamalına pərəstiş, həyat eşqi, dostluq və
sədaqət deməkdir.
Yaradıcılığının zirvəsi olan “Leyli
və Məcnun” poeması Azərbaycan, eləcə
də Şərq və dünya poeziyasının nadir
incilərindəndir. Nizami Gəncəvinin ilk
dəfə yazılı ədəbiyyata gətirdiyi “Leyli və
Məcnun” mövzusunun bir çox türk, fars,
hind, özbək və tacik şairləri tərəfindən
qələmə alınmasına baxmayaraq, Füzuli-
nin ana dilində yaratdığı əsər orijinallığı
ilə bu mövzuda əvvəllər yazılmış poema-
lardan seçilir.
Füzuli alleqorik əsərlər də yazmışdır.
Hələ gənc yaşlarında ana dilində qələmə
aldığı “Bəngü badə” poemasında döv-
rünün mühüm siyasi məsələlərinə to-
xunmuş, lovğa, təkəbbürlü, şöhrətpərəst
hökmdarların, şah və sultanların surətlə-
rini yaratmışdır.
Füzulinin fəlsəfi görüşləri əsasən ərəb
dilində nəsrlə yazdığı “Mətləül-etiqad”
əsərində əksini tapmışdır.
Füzuli Azərbaycan ədəbi-bədii dili-
nin yaradıcılarındandır. Onun əsərləri
Təbrizdə,
İstanbulda,
Ankarada,
Misirdə, Daşkənddə, Buxarada, Aşqa-
badda, Bakıda dəfələrlə çap olunmuş,
şeirləri bir çox dillərə tərcümə edilmiş,
dünya şərqşünasları tərəfindən yüksək
qiymətləndirilmişdir.
Füzulinin yaradıcılığı Azərbaycan
incəsənətinin inkişafına da güclü təsir
göstərmişdir.
Ayrı-ayrı
əsərlərinə
görkəmli rəssamlar miniatürlər, illüst-
rasiyalar çəkmiş, Ü.Hacıbəyli “Leyli və
Məcnun” poeması əsasında eyniadlı ilk
Azərbaycan operasını yazmışdır.
Məhəmməd Füzuli qəməri tarixlə
963-cü, miladi təqvimlə 1556-cı ildə
Kərbəlada taun xəstəliyindən vəfat et-
miş, orada da dəfn olunmuşdur.
Məhəmməd Füzulinin anadan ol-
masının 500 illik yubileyi 1997-ci ildə
YUNESKO səviyyəsində qeyd edil-
miş, həmin il Füzuli ili elan edilmişdir.
Əsərləri toplanaraq ən qədim nüsxələr
əsasında Azərbaycanda altı cilddə nəşr
olunmuşdur. Onun adına şəhər, rayon,
küçə, mədəni-maarif müəssisələri və s.
var. Bakıda abidəsi qoyulmuşdur.
Dostları ilə paylaş: