Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə482/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   478   479   480   481   482   483   484   485   ...   507
Ə d ə b i y y a t

Hacıyeva, L. Əhməd 

bəy Ağayevin pub-

lisistikası (“Kaspi” 

qəzetinin materialları 

əsasında) [Mətn]: filol. 

e. n. al. dər. a. üçün 

təq. ed. dis.: 10.01.10. 

/L.Hacıyeva; BDU.- 

Bakı, 2006. - 171 s. 

Hüseynov, Ş. Əhməd 

bəy Ağaoğlunun 

dünyagörüşü [Mətn] 

/Ş.Hüseynov; elmi red. 

C.Mustafayev.- Bakı: 

Azərnəşr, 1998.- 128 s.

Hüseynova, Ü. 

Əhməd bəy Ağaoğ-

lunun ədəbi-tənqidi 

görüşləri [Mətn]: 

filol. elm. nam. al. dər. 

a. üçün təq. ed. dis. 

avtoreferatı: 10.01.01 

/Ü.Hüseynova; AMEA 

Nizami ad. Ədəbiyyat 

İns-tu.- Bakı, 2007.-

27 s.

İ n t e r n e t d ə

www.anl.az

www.history.az

Dövlət xadimi


395

135 

illiyi

Şeyx Məhəmməd Xiyabani 

1879/80-1920 

Şeyx  Məhəmməd  Hacı  Əbdülhəmid 

oğlu  (Şeyx  Məhəmməd  Xiyabani) 

1879/80-ci  ildə

 

Cənubi  Azərbaycanın 



mərkəzi şəhəri Təbrizdə anadan olmuş-

dur.  Məhəmməd  ilk  təhsilini  Xamnə 

şəhərində məktəbdə almışdır. 

Təbrizə qayıtdıqdan sonra  Məhəmməd 

mədrəsədə  ruhani  təhsili  almışdı.  Bu 

sahədə  fəaliyyətini  davam  etdirərək 

o,  müctəhid  dərəcəsinə  çatmışdı.  Bu-

nunla bərabər, Şeyx Məhəmməd rus və 

fransız  dillərini  də  öyrənmişdi.  Dərin 

bilikləri  sayəsində  Təbrizin  Talibiyyə 

mədrəsəsinə  işə  qəbul  edilən  Şeyx 

Məhəmməd  burada  nücum  elmindən 

(astronomiya) dərs demişdir. 

Şeyx  Məhəmməd  İran  inqilabı 

dövründə siyasi həyata qədəm qoymuş, 

inqilabın  fəal  iştirakçılarından  olmuş-

dur.  1908-1909-cu  illərdə Təbrizdə  baş 

verən döyüşlərdə o, Səttarxanın başçılığı 

altında  iştirak  etmiş,  Təbrizin  Xiyaban 

məhəlləsinin müdafiəsini təşkil edib qa-

lib gəldiyinə görə Xiyabani adını qazan-

mışdır. Xalq arasında böyük nüfuza malik 

olan  Şeyx  Məhəmməd  Xiyabani  1909-

cu  ildə  Azərbaycan  milli  əncüməninin 

(yerli  özünüidarəetmə  orqanı)  üzvü  se-

çilmişdir.  Bu  sahədəki  fəaliyyət  onun 

hörmətini  artırmış  və  o,  2-ci  çağırış 

İran  Məclisinə  deputat  seçilmişdir.  Bu 

dövrdə Şeyx Məhəmməd demokratik is-

lahatlar keçirilməsi məqsədi ilə yaradı-

lan İran Demokratik Firqəsinə (İDF) üzv 

yazılmışdır. Lakin məlumdur ki, Rusiya 

və  İngiltərə  dövlətlərindən  kömək  alan 

mürtəce  şah  rejimi  əksinqilabi  çevriliş 

etmiş,  inqilabı  silah  gücünə  boğmuş-

dur. Şeyx Məhəmməd Xiyabani Cənubi 

Azərbaycanı tərk etmək məcburiyyətində 

qalmışdır. 

1911-ci  ildə  mühacir  kimi  Rusiya 

ərazisinə  keçən  Xiyabani  Bakı,  Port-

Petrovsk, Tiflis şəhərlərində yaşamışdır. 

1917-ci  ildə  Rusiyada  fevral  inqilabı-

nın  baş  verməsi  və  çar  hakimiyyətinin 

devrilməsi  Şeyx  Məhəmməd  Xiyabani 

tərəfindən  rəğbətlə  qarşılanmış,  onun 

başçılıq  etdiyi  komitə  açıq  fəaliyyətə 

başlamışdır. 1917-ci il avqust ayının 24-

də  İDF Azərbaycan  əyalət  komitəsinin 

geniş iclasında Azərbaycan Demokratik 

Firqəsi (ADF) müstəqil elan edilir, Xi-

yabani  partiyanın  mərkəzi  komitəsinin 

sədri seçilir. 1917-1920-ci illərdə öz plat-

formasını  dinc  yolla  həyata  keçirməyə 

çalışan  Xiyabani  bunun  mümkünsüzlü-

yünü anlayır. Belə şəraitdə ADF silahlı 

üsyana hazırlaşmağa başlamışdır. 

1920-ci il aprel ayının 7-də Təbrizdə 

başlayan  üsyan  sürətlə  bütün  Cənubi 

Azərbaycana  yayılmışdır.  İyun  ayının 

23-də Milli Hökumət təşkil edilmiş, Xi-

yabani Milli Hökumətin sədri seçilmiş-

dir.  Cənubi  Azərbaycan  “Azadistan”, 

yəni  Azadlıq  ölkəsi  adlanmağa  başla-

mışdır.  Milli  Hökumətin  tədbirlərinin 

xalq arasında rəğbətlə qarşılanması on-

ları qorxudurdu. Nəticədə birgə səylərlə 

hərəkatı  silah  gücünə  boğmaq  qərara 

alınır. 


1920-ci  il  sentyabr  ayının  12-də 

Cənubi Azərbaycana hücum başlanmış-

dır.  Azsaylı  fədai  dəstələri  müqavimət 

göstərsələr  də,  qüvvələr  nisbəti  qeyri-

bərabər olduğundan Təbriz şəhəri tutul-

muş,  axıra  qədər  müqavimət  göstərən  

Xiyabaninin  yerini  bilən  fars  qoşunla-

rı 1920-ci il sentyabr ayının 14-də onu 

qətlə yetirmişlər.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   478   479   480   481   482   483   484   485   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin