Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə478/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   474   475   476   477   478   479   480   481   ...   507
Ə d ə b i y y a t

Rəhimli, İ. Ələkbər 

Süheyli (1879-26.2.1927)   

//Rəhimli İ. Azərbaycan 

teatr tarixi.- Bakı, 2005.- 

S.75.

www.adam.az

Ə d ə b i y y a t

Rəhimli, İ. Əjdər Sul-

tanov (Dekabr 1909-

10.1.1962) [Mətn] /İlham 

Rəhimli //Azərbaycan 

teatr tarixi.-Bakı, 2005.-

S.172.

www.adam.az


391

Siyasət.Hərbi iş  

670

illiyi

Qazi Bürhanəddin 

1344-1398 

2014

Qazi  Bürhanəddin  Sivasi  1344-cü 

ildə Qeysəri şəhərində anadan olmuşdur. 

Şairin  adı  Əhməd,  künyəsi  Əbülabbas, 

təxəllüsü  isə  Qazi  Bürhanəddin  idi.  O, 

irsən  keçən  qazilik  hüququna  malik, 

yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə 

məşhur olan bir ailədən idi. 

1356-cı ildə o, atası ilə Dəməşqə get-

miş, lakin bir müddətdən sonra yenidən 

Qeysəriyəyə qayıtmış və Əhmədin atası 

sarayda qazı kimi işləməyə başlamışdır.

Bütün kübar ailələrindən çıxan uşaq-

lar kimi Qazi Bürhanəddin də vətənində 

öz dövrünə görə yaxşı ilkin təhsil almış, 

1358-ci ildə isə təhsilini davam etdirmək 

üçün  Misirə  yola  düşmüşdür.  Burada 

ilahiyyatı  (fiqh,  hədis),  tibbi,  nücumu, 

fəlsəfəni  və  digər  elmləri  öyrənmişdir. 

Daha  sonra  özünün  ilahiyyat,  təbiət  və 

riyaziyyat  sahələrində  biliklərini  artır-

maq məqsədilə Dəməşqə, bütün Şərqdə 

məşhur  olan  alim Qütb  əd-Din  Razinin 

yanına getmişdir. Şair on doqquz yaşın-

da  ikən  Məkkəyə  getmiş,  atası  öləndən 

sonra isə Hələbə köçmüşdür.

1365-ci  ildə  Qeysəriyyəyə  dön-

müş, atasının yerinə qazi təyin edilmiş, 

bu  vəzifədə  on  ildən  də  artıq  işləyən 

Qazi  Bürhanəddin  öz  yüksək  savadı, 

mədəniyyəti və ədalətliliyi ilə bütün xal-

qın hörmətini qazanmışdır.

Əratna    hökmdarı  M

əhəmməd 


öldükdən sonra onun taxtına oğlu Əli otur-

muş, Əli azyaşlı olduğu üçün dövlətin bü-

tün işlərini Qazi Bürhanəddin görmüş və 

1378-ci ildə vəzir təyin olunmuşdur. İki 

ildən sonra Əli də ölmüş və Bürhanəddin 

onun  körpə  uşağının  atabəyi  olmuş-

dur.  Beləliklə,  dövlətə  bütün  rəhbərlik 

onun əlinə keçmişdir. 1381-ci ildə Qazi 

Bürhanəddin  öz  adını  daşıyan  yeni  bir 

dövlət  yaratmış  və  sultan  elan  edilmiş-

dir. Bundan sonra onun bütün həyatı da-

xili və xarici düşmənlərə qarşı fasiləsiz 

yürüş və döyüşlərdə keçmişdir. Öz ara-

larında  daimi  çəkişmələr  aparan  qara-

manlı, osmanlı, türkmən tayfaları arasın-

dakı düşmənçiliyi yox etmək və ölkədə 

qanun-qaydanı  möhkəmləndirmək  üçün 

o, əlindən gələni etmişdir. Osmanlı sul-

tanı I Bayazid, Qızıl Orda xanı Toxtamış, 

Əmir  Teymur  kimi  təhlükəli  rəqiblərin 

və onlarla xırda əmirlərin əhatəsində qa-

lan Bürhanəddin düz 17 il öz ölkəsində 

sülhü  və  əmin-amanlığı  qoruya  bilmiş-

dir. Bürhanəddin ticarət, maarif və elmin 

inkişafına yardım etmiş, mədrəsələr, kar-

vansaralar açdırmış, körpülər saldırmış-

dır.

Qazi  Bürhanəddinin  məlumatlı,  adil, 



zəki  və  sözünü  əsirgəməyən  bir  dövlət 

xadimi  olduğu  rəvayət  edilmişdir.  Bir 

türkçə  divanı  ilə,  iki  ərəbcə  yazılmış 

əsəri mövcuddur.

O, öz şeirlərini üç dildə – Azərbaycan 

türkcəsində, fars və ərəb dillərində yaz-

mışdır. Azərbaycan türkcəsində “Divan”ı 

bircə  nüsxədə  saxlanmışdır.  Bu  nüsxə 

hələ müəllifin sağlığında xəttat Xəlil ibn 

Əhməd tərəfindən yazılıb və hal-hazırda 

Britaniya  Muzeyindədir.  Onu  Londona 

ingilis  səfirliyinin  işçisi  Tomas  1890-cı 

ildə İstanbuldan gətirmişdir. Bu “Divan” 

1319  qəzəl,  20  rübai  və  108  tuyuqdan 

ibarətdir.

Qazi  Bürhanəddin  1398-ci  ildə 

döyüşdə həlak olmuş və Sivas şəhərində 

dəfn edilmişdir.



Dövlət xadimi


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   474   475   476   477   478   479   480   481   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin