Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə474/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   470   471   472   473   474   475   476   477   ...   507
Ə d ə b i y y a t

“Bir zaman 

can deyib,

 

can eşidərdik...” 

[Mətn]



(Şeirlər və rəvayətlər) 

/M.Borsunlu; red. 

Ə.Sayılov.- Bakı: Araz, 

2005.- 314 s.

Borsunlu Məzahir Daş-

qın [Mətn] /tərt. ed., ön 

söz. müəl. B.Ulduz; red. 

X.Yusifli.- Bakı: Agah, 

2003.-

C.1.- 298 s.

Quluyeva, Ş. Məzahir 

Daşqının poeziyası 

[Mətn] /S.Quluyeva

.- 

Bakı: “Nurlan” 

nəşriyyatlı, 2009.-    200 

s.

İ n t e r n e t d ə

www.anl.az

www.azeri.tarix.az

www.az.wikipedia.org

 

Şair

Milli ədəbiyyat 


387

Folklor

100

 illiyi

140

 illiyi

 Aşıq Nabat   

1914-1973 

        

 Aşıq Əsəd       

1874-1951             

2014

Nabat  Paşa  qızı  Cavadova  (Aşıq 

Nabat)  1914-cü  ildə  Şərur  rayonunun 

Parçı kəndində, yoxsul kəndli ailəsində 

anadan olmuşdur. 

Ata-anasını  uşaqlıq  çağlarında  itir-

mişdir.  Qohumlarının  onun  müğənni 

olmasına,  toylara  getməsinə  icazə 

vermədikləri  üçün  doğma  elində  qala 

bilməyən Aşıq Nabat məcburiyyət qar-

şısında qalmış, 1934-cü ildə Qarabağa 

köçüb gəlmişdir. 

Bir  müddət  görkəmli  xanəndələr  - 

Xan  Şuşinski,  Seyid  Şuşinski,  Zülfü 

Adıgözəlov və tarzən Qurban Pirimov-

la bir yerdə müğənnilik etmişdir. Nabat 

xanım Qarabağa ürəkdən vurulmuş və 

ömürlük  bu  torpağın  sakini  olmuşdur. 

Ancaq  Nabat  xanım  müğənnilik  yolu-

nu tez dəyişmiş, yavaş-yavaş saza meyl 

göstərmiş  və  aşıqlığı  özünə  peşə  seç-

mişdir.  Bundan sonra müstəqil aşıqlığa 

başlamışdır. 

Nabat xanım bu dövrdə şeir də yaz-

mağa başlamışdır. Folklor arxivimizdə 

saxlanılan Aşıq Nabatın onlarla qoşma 

və gəraylısı, 20-dən artıq özünəməxsus 

bayatısı var.  

Nabat  Paşa  qızı  Cavadova  1973-cü 

il oktyabr ayının 3-də, Yevlax şəhərində 

vəfat etmiş, vəsiyyətinə görə Naxçıva-

nın Siyaqut kənd qəbiristanlığında dəfn 

edilmişdir. 

Əsəd  Əhməd  oğlu  Rzayev  (Aşıq 

Əsəd)  1874-cü  ildə  Ermənistanın 

Göyçə mahalının Böyük Qara Qoyun-

lu  kəndində,  yoxsul  kəndli  ailəsində 

anadan  olmuşdur.  Kiçik  yaşlarında 

atasını  itirəndən  sonra  beş  il  muz-

durluq  etmişdir.  Sonra  söz  qoşmağa, 

çalıb-çağırmağa güclü həvəsini eşidən 

Aşıq Ələsgər onu şagirdliyə götürmüş, 

dörd il sənət öyrətmişdir.

1895-ci  ildən  müstəqil  aşıqlıq  et-

miş, el arasında çalıb-çağırmış, ustad 

sənətkar  kimi  tanınmışdır.  1921-ci 

ildə banditizmə qarşı mübarizə apar-

mışdır. 1931-ci ildə Azərbaycanın To-

vuz şəhərinə köçmüşdür. Birinci Aşıq-

lar  qurultayında  ona 

  Azərbaycanın 

ilk  aşığı  adı  verilmişdir.  Sovet 

hakimiyyəti qurulduğu vaxtdan kolxoz 

kəndini,  yeni  sosialist  cəmiyyətinin 

nailiyyətlərini,  əmək  adamlarının 

bəxtiyar günlərini tərənnüm etmişdir. 

1938-ci  ildə  Moskvada  Azərbaycan 

incəsənəti ongünlüyünün iştirakçısı ol-

muşdur. “Şərəf Nişanı” ordeni ilə təltif 

edilmişdi

r.  İkinci  Dünya  müharibəsi 

illərində cəbhə arxasında Azərbaycan 

kəndlilərini qələbəyə ruhlandırmış, öz 

seirləri ilə ümumxalq işinə köməklik 

göstərmişdir. 1939-cu ildən Yazıçılar 

Birliyinin üzvü olmuşdur.

1951-ci il aprel ayının 27-də vəfat 

etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   470   471   472   473   474   475   476   477   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin