390
Teatr.Kino
135
illiyi
105
illiyi
Ələkbər Süheyli
1879-1927
Əjdər Sultanov
1909-1962
2014
Ələkbər Fərəculla oğlu Əliyev (Sü-
heyli) 1879-cu ildə Bakıda anadan
olmuşdur. Atası Ələkbərə 7 yaşın-
dan xüsusi müəllimlər tutaraq ona ana
dilindən əlavə fars, rus, ərəb dillərini
tədris etdirmişdir. “Süheyli” onun səhnə
təxəllüsüdür. Bu sözün ərəbcə mənası
“cənubda görünən ulduz” deməkdir.
Bakıda Müsəlman Dram Artistləri
Cəmiyyətinin tamaşalarında epizodik
rollarda səhnəyə çıxmışdır.
1906-cı ildə yaranan “Nicat” mədəni-
maarif cəmiyyətinin teatr truppasına ilk
üzv götürülənlərdən biri də Ələkbər
Süheyli olmuşdur. Sonralar Səfa,
Müdiriyyət, Müsəlman artistləri ittifa-
qının teatr truppalarında çalışmışdır.
1919-cu ildə MDT-in truppasına gö-
türülmüş və dörd il bu sənət ocağında
işləmişdir.
1923-cü ildə Azad Tənqid və Təbliğ
Teatrının truppasına dəvət almış və öm-
rünün sonuna kimi burada aktyor və re-
jissor kimi çalışmışdır.
Ələkbər Süheyli yaradıcılığının
kamilləşdiyi dövrdə, 1927-ci il fevral
ayının 26-da Bakıda vəfat etmişdir.
Əjdər Əliabbas oğlu Sultanov 1909-
cu ilin dekabr ayında Bakıda anadan ol-
muşdur. 1925-1928-ci illərdə Bakı Teatr
Texnikumunu bitirərək 1926-cı ildən
aktyoru olduğu Bam Türk İşçi Teatrında
işləməyə başlamışdır. O, İşçi və Gəncə
teatrlarında “Əjdər”, “Əjdər Sultan” im-
zaları ilə də çıxışlar etmişdir. Bakı Türk
İşçi Teatrı 1932-ci il yanvar ayının 4-də
və 5-də Gəncə şəhərinə köçürüləndə
Əjdər Sultanov da kollektivlə getmiş-
dir. Teatrın hazır repertuarındakı və təzə
hazırlanan tamaşalarda çıxış etmişdir.
Kollektivin nəzdində Uşaq və gənclər
teatrı bölməsi yaradılmış və Əjdər Sul-
tanov burada rejissorluqla məşğul olma-
ğa başlamışdır. 1937-ci ilin sonlarında
Gəncədən Bakıya qayıdan Əjdər Sulta-
nov az müddət Opera və Balet Teatrında
işləmişdir. 1939-cu ildə isə Milli Dram
Teatrının aktyor truppasına qəbul olun-
muşdur. Bu səhnədə C.Cabbarlının “Od
gəlini” (Qorxmaz), “Aydın” (Surxay),
“Almaz” (Balarza və Hacı Əhməd),
“Dönüş” (Qüdrət Arslan), S.Rüstəmin
“Qaçaq Nəbi” (Vəli, Təhmas bəy və
Mehdi), Səməd Vurğunun “Xosrov
və Şirin” (Şapur və Xosrov), Ənvər
Məmmədxanlının “Şərqin səhəri”
(Bəhruz) və s. tamaşalarda uğurlu rollar
oynamışdır.
1943-cü il iyun ayının 17-də
“Azərbaycan Respublikasının Əməkdar
artisti”, 1949-cu il iyul ayının 21-də isə
“Xalq artisti” fəxri adlarına layiq görül-
müşdür.
Əjdər Sultanov 1962-ci il yanvar
ayının 10-da vəfat etmişdir.
Aktyor
Aktyor
Dostları ilə paylaş: