398
Mədəniyyət.Maarif.Elm
Mədinə xanım Qiyasbəyli
1889-1938
2014
Mədinə Mehdi ağa qızı Qiyasbəyli
(Vəkilova) 1889-cu ilin aprel ayında
Qazax qəzasının Salahlı kəndində ana-
dan olmuşdur.
Tiflisdə “Müqəddəs Nina” qız
məktəbini, sonra 1905-ci ildə birillik
pedaqoji kursu bitirmiş, müəllimlik
şəhadətnaməsi almışdır.
1906-cı ildə Salahlı kəndində öz ya-
şadığı evdə ilk kənd qız məktəbini aç-
mış, ömrü boyu maarif və mədəniyyətin
inkişafina çalışmışdır.
1918-ci ildə Qazax və Gədəbəy
bölgələrində məktəb təşkil etmiş, Qa-
zax qəzasında xalq məktəblərinin ins-
pektoru olmuşdur.
Bakıya köçəndən sonra 1920-
1933-cü illərdə burada yaşadı-
ğı mənzildə kurslar təşkil etmiş-
dir. Sonra azərbaycanlı qızlar üçün
Darülmüəllimat-qız məktəbləri üçün
ibtidai sinif müəllimləri hazırlayan ilk
pedaqoji təhsil ocağını yaratmışdır.
Sonra Bakıda orta məktəblərdə, Kənd
Təsərrüfatı İnstitutunda müəllimlik
etmişdir. “Şərq qadını” jurnalının ya-
radıcılarından biri kimi savadsızlığa
qarşı mübarizəyə qoşulmuşdur. Onun
təşəbbüsü ilə Türk respublikaları ara-
sında ilk qadın müəllimələr seminari-
yasının əsası qoyulmuşdur.
Tərcüməçilik fəaliyyəti ilə ardı-
cıl məşğul olmuşdur. Səməd Vur-
ğun A.S.Puşkinin “Yevgeni Onegin”
mənzum romanının poetik tərcüməsi
üzərində çalışarkən onun tövsiyələrinə
qayğı ilə yanaşmışdır. Rus oxucuları
onun tərcüməsi ilə M.S.Ordubadinin
“Dumanlı Təbriz”, Əbülhəsənin “Yo-
xuşlar” romanı ilə tanış olmuşlar.
Mədinə xanım Qiyasbəyli aman-
sız repressiya tufanında məhv edilən,
həyatı yarımçıq qoyulan daha bir zi-
yalı Azərbaycan qadını olmuş, 1936-cı
ilin dekabrında həbs olunmuş, iki ildən
sonra güllələnmişdir. Ölümündən iki il
sonra bəraət almışdır.
Dostları ilə paylaş: