404
Tarixdə bu gün
755
illiyi
Marağa rəsədxanası
1259
2014
XIII əsrə məxsus olan Marağa rəsədxanasının
çox qədim bir tarixi vardır. 1253-cü ildə Çin-
giz Xanın nəvəsi Hülaku xan böyük bir qoşunla
Səmərqənddən keçməklə Xəzər dənizinə doğru
hərbi yürüşə başlamış və bu əraziləri işğal etmiş-
dir. O, digər alimlərlə yanaşı Nəsirəddin Tusini
də həbsdən azad etmişdir. Hülaku xan Tusinin
qabiliyyətini, ağıllı fikir və mühakimələrini və
Şərq xalqları arasında böyük hörməti olduğunu
nəzərə alaraq onu özünün şəxsi müşaviri təyin et-
mişdir.
Görkəmli alim qazandığı nüfuzdan istifadə
edərək çoxdan arzuladığı rəsədxananı yarat-
maq arzusunu həyata keçirməyə başlamışdır. O,
rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirmiş,
eyni zamanda astronomik cihazlar hazırlamış,
müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana
üçün qiymətli kitablar əldə etmiş və rəsədxanada
araşdırmalar aparmaq üçün dünyanın bir çox
ölkəsindən alimlər dəvət etmişdir.
Tusi yarım ildən az bir müddətə gələcək
rəsədxana üçün çox əlverişli bir yer seçmişdir. Bu
yer, Urmiya gölünün Şərq sahilindən 35 km ara-
lıda, dəniz səviyyəsindən 1613 metr yüksəklikdə
yerləşən bağlar və geniş çöllərlə əhatələnmiş
qədim mədəniyyətə malik Marağa şəhərinin qərb
tərəfində, təpəliyin zirvəsində idi. Burada astroiq-
lim çox əlverişli idi. Rəsədxananın ərazi ölçüləri
150m × 35m idi. Hülaku xan rəsədxana yaratmaq
üçün 20000 dinar pul buraxılmasına razılıq ver-
miş və nəhayət, 1259-cu ildə (Şamaxı Astrofizi-
ka rəsədxanasının təməlindən düz 700 il əvvəl)
Marağa astronomiya rəsədxanasının (təqribən
50 il fəaliyyət göstərmişdir) əsasının qoyulması-
na nail olmuşdur. Nəsirəddin Tusi rəsədxananın
həm layihəsinin müəllifi idi, həm də astronomiya
cihazlarının çertyojlarının hazırlanmasında yaxın-
dan iştirak etmişdir.
Görkəmli
astronom
və
konstruktor
Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada
beş yeni, bir o qədər də köhnə konstruksiyalı astro-
nomik cihaz quraşdımışlar. Bundan başqa, Mara-
ğa rəsədxanasında bir sıra astronomik məsələlərin
həlli üçün zəruri sayılan, həmçinin, tədris məqsədilə
istifadə olunan yer və göy qlobusları da hazırlan-
mışdır. Ordinin oğlu Məhəmməd tərəfindən ha-
zırlanmış göy qlobuslarından biri bizim günlərə
qədər çatmış və hal-hazırda Drezdendə saxlanır.
Rəsədxananın nəzdində 400 min kitab saxlanan
kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz
etməkdən ötrü məktəb fəaliyyət göstərmişdir. Bu-
rada çalışanlar türk, fars, ərəb, monqol, çin, gürcü
tatar, yəhudi və digər millətlərin nümayəndələri
idilər. Tusinin rəsədxanası öz həcminə görə Şərqin
bütün məşhur rəsədxanalarını geridə qoyurdu.
Marağa rəsədxanasında çalışan əməkdaşların
elmi fəaliyyəti və astronomik müşahidələri “Zici-
İlxani” (İlxanilərin astronomik cədvəlləri) adlan-
dırılan kollektiv əsərin yaranmasına gətirib çıxar-
mışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə,
Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.
Məşhur alimlərdən ibarət böyük kollektiv 12
illik gərgin zəhmətdən sonra “Zic Elxani” (El-
xan cədvəlləri) adlı məşhur kataloq yaratmışdı-
lar. Elxanilər sülaləsinin şərəfinə adlandırılmış bu
kataloq bütün Avropa ölkələrində əsrlərlə geniş
istifadə edilmişdir.
Marağa rəsədxanası dünya elm tarixində
möhtəşəm bir abidədir. Burada aparılan elmi
işlərin diapazonu, səviyyəsi onun irsinin sonrakı
əsrlərdə inkişafına təsir göstərmişdi ki, rəsədxana
öz çərçivəsindən çıxaraq Elmlər Akademiyası
zirvəsinə yüksəlmişdi. Yüksək səviyyəli böyük
elmi kollektivə, mükəmməl astronomik alətlərə
və zəngin kitabxanaya malik olmuş Marağa
rəsədxanası XIII əsrdə dünyanın ən görkəmli elm
və mədəniyyət mərkəzi kimi şöhrət qazanmışdı.
Təsadüfi deyil ki, YUNESKO 2008-ci ili “Marağa
rəsədxanası ili” elan etmişdir.
|