Ə d ə b i y y a t
Astara rayon Mərkəzi Kitabxanası [Mətn] //Azərbaycan kitabxanaları XX əsrin informasiya
məkanında.- Bakı, 2007.- S.264-266.
www.astaramks.webs.com
Ə d ə b i y y a t
Ağdam rayon mərkəzi kitabxanası [Mətn]//Azərbaycan kitabxanaları XX əsrin informasiya məkanında.-Bakı: Nurlar, 2007.-S.253-255.
www.agdam-mks.webs.com
Dağlıq Qarabağın ətrafında yerləşən Ağdam iq-
tisadi cəhətdən inkişaf etmiş bir rayon idi. Rayonda
çoxlu sayda mədəniyyət obyektləri inşa edilmişdi.
Ağdam rayonunda 107 kitabxananın əsasında
1979-cu ildə Ağdam rayon Mərkəzləşdirilmiş Ki-
tabxana Sistemi (MKS) yaradılmışdır.
Ağdam rayonu 1993-cü il 23 iyul tarixində
erməni silahlı birləşmələri tərəfindən işğal olun-
ması nəticəsində rayon ərazisindəki 107 kitabxa-
na tamamilə dağıdılmış və rayon kitabxanalarına
təqribi hesablamalara görə 2 milyon 850 min ma-
nat məbləğində maddi ziyan dəymişdir.
Hazırda Ağdam rayon Mərkəzi Kitabxanası ra-
yonun Azərbaycan tərəfinin nəzarətində olan Qu-
zanlı qəsəbəsində müvəqqəti fəaliyyət göstərir.
Ağdam rayonunun 10 kəndi (rayonun 20 faizi)
Azərbaycan tərəfinin nəzarətindədir ki, bu ərazidə
60 min sakin məskunlaşıb.
“Azərbaycan Respublikasında kitabxana-
informasiya sahəsinin 2008-2013-cü illərdə inkişa-
fı üzrə Dövlət Proqramı”ndan irəli gələn tədbirlər
sırasında Kitabxanaların avtomatlaşdırılması,
elektron kitabxana, elektron kataloq yaradılması
üçün kitabxanada İRBİS 64 Avtomatlaşdırılmış
Kitabxana İnformasiya Sistemi tətbiq edilmişdir.
|