407
Tarixdə bu gün
475
illiyi
Şeyx Səfi xalısı
1539
2014
“Şeyx Səfi” xalısı və ya “Ərdəbil xalçası” orna-
mental xalçaların ən gözəl nümunəsi, Təbriz xal-
çaçılıq məktəbinin şah əsəridir. “Şeyx Səfi” xalısı
dünyanın səkkizinci möcüzəsi sayılır.
1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin si-
farişi ilə Ərdəbil məscidi üçün toxunmuşdur. Onun
bu xalının yaradılmasında məqsədi ulu babası
Şeyx Əbu İshaq Ərdəbilinin adını tarixin yaddaşı-
na əbədi həkk etdirmək olmuşdur. Xalının toxun-
masına 3 il yarım vaxt sərf edilmiş, xalı 946-hicri,
1539-cu il miladi təqvimində başa çatmışdır. Xal-
ça dünya muzeylərində saxlanılan ən nadir xalq
sənəti nümunələrindəndir. Bəzəkləri gül-çiçək
rəsmlərindən ibarətdir. Xalının mərkəzində
yerləşən qönçə Günəşi, onun ətrafında dairə
şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmı-
zı, sarı rəngli 16 kiçik dairəvi qübbə isə Günəş şüa-
larını əks etdirir. Həmin kompozisiyanın yuxarı və
aşağı hissələrində zəngin bəzəkli, qırmızı və şəkəri
rəngli qəndil təsviri vardır. Ətrafdakı saysız hesab-
sız əlvan naxışlar kainatdakı ulduzların rəmzidir.
Xalının adı Ərdəbil şəhərində yerləşən Şeyx
Səfi məqbərəsindən götürülmüşdür. Şeyx Səfi
məqbərəsi Azərbaycan və İran şiyələri üçün
əsas ziyarət məkanı olmuşdur. “Şeyx Səfi” xalısı
məbədə xeyriyyə məqsədilə vəsiyyət edilmiş sənət
əsərlərindən biri idi. Əvvəllər xalı “Ərdəbil” adla-
nırdı.
“Şeyx Səfi” adını daşıyan xalının bədii tərtibatı
“Ləçəkturunc” kompozisiyasına əsaslanır, la-
kin quruluşunun mürəkkəbliyi, kompozisiya
elementlərinin orijinallığı, mərkəzdə yerləşən on
altı guşəli turuncun bədii tamlığı, həmçinin, köbə
zolaqlarının və ara sahənin üslub və obraz vəhdəti
ilə fərqlənir.
Dünya şöhrəti qazanmış və özünə görə yeganə
olan bu xalının ornamental kompozisiyası göl,
qubpa, gətəbə, qəndil, bulud, islimi kimi əsas
elementlərdən və ustaların “erkək dişi” adlan-
dırdıqları spiralşəkilli budaqlardan ibarətdir. Bu
elementlər bir-birləri ilə tarazlaşır və yüksək
keyfiyyətli, bitmiş formaya malik olurlar. Məxsusi
bu xalı üçün peşəkar səviyyədə yerinə yetirilmiş
rəsmlər onun bədii dəyərini təyin edir.
Məşhur “Şeyx Səfi” xalısı 1888-ci ildə bir il
davam edən qiymət danışıqlarından sonra Ərdəbil
türbəsindən satın alınıb İngiltərəyə aparılmış, Lon-
donda “İran xalıları” sərgisində nümayiş olun-
muşdur. Londonda Viktoriya və Albert muzeyində
saxlanan xalının ölçüsü 534x1051sm-dir. 1892-
ci ildə isə Londonda keçirilən hərracda “Şeyx
Şəfi” xalısına o dövrə qədər heç bir xalıya təyin
edilməyən ən yüksək dəyər - 2500 funt sterlinq
qiymət qoyulmuşdur.
İlmələrin sıxlığı hər kvadrat santimetrdə 74x74
ilmə yerləşir (hər kvadrat metrdə 547600 ilmə).
Xalının bütün sahəsində 30732312 ilmə var.
“Şeyx Səfi” xalısının istehsalı ənənə üzrə bugün-
kü günə qədər davam edir. Lakin sonrakı xalıların
heç biri Londonda Viktorya və Albert muzeyində
saxlanan xalıya məxsus bədii mükəmməlliyə nail
ola bilməmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Azərbaycan xalçaçılıq mədəniyyətinin əvəzsiz in-
cisi olan bu mükəmməl sənət əsərinin təkrar nüsxəsi
yaradılmışdır. Hazırda, həmin üzü köçürülmüş
nüsxə Azərbaycan Müasir İncəsənət Muzeyində
nümayiş etdirilir.
“Şeyx Səfi” xalısı haqqında “İllərin ilmə yadda-
şı” adlı iki hissəli sənədli film çəkilmişdir.