408
Tarixdə bu gün
90
illiyi
Nizami Gəncəvi adına Gəncə Tarix
Diyarşünaslıq Muzeyi
1924
2014
Nizami Gəncəvi adına Gəncə Ta-
rix Diyarşünaslıq Muzeyinin
əsası
1924-cü ildə qoyulmuşdur. Muzeyin
yaradılmasında Gəncə seminariyası-
nın bir qrup müəllim və tələbələrindən
İ.Cəfərzadə, S.Seyidov, C.Rəfibəyov,
F.Məlikov və başqaları fəal iştirak
etmişlər. İlk illər muzey iki şöbədən
ibarət olmuşdur: diyarşünaslıq və kənd
təsərrüfatı, muzeyin 500-dən çox eks-
ponatı var idi.
1927-ci ildə Xanlarda mənşəcə al-
man olan Y.İ.Hümmel arxeoloji qa-
zıntılar aparmışdır. O, tapılmış ekspo-
natların bir hissəsini Göygöl (Xanlar)
diyarşünaslıq muzeyinə təhvil ver-
miş, digər bir hissəsini isə öz vətəninə
göndərməyə nail olmuşdur. 1961-
ci ildə Göygöl və Gəncə muzeyləri
birləşdirilmişdir.
1954-cü ildə
N.Gəncəvi adına
Ölkəşünaslıq muzeyi Əzizbəyov 260
ünvanına köçürülmüşdür. Həmin
vaxtlar muzey 7 böyük zaldan ibarət
olmuş və 3 şöbəyə bölünmüşdü:
Təbiətşünaslıq, İnqilabaqədərki dövr
və Sovet dövrü.
Gəncə Tarix-Diyarşünaslıq muze-
yi 1972-ci ildə indi yerləşdiyi binaya
köçürülmüşdür. Bu bina Cavad
xanın
nəticəsi İsmayıl xan və Adil xan Zi-
yadxanovların şəxsi mülkü olmuşdur.
Cavad xan Gəncənin axırıncı müstəqil
xanı olmuşdur. Gəncə əyalətində irsi
olaraq müstəqil hökmranlığa malik idi.
Adil xan və İsmayıl xan Ziyadxanov-
lar Cavad xanın nəvəsi Əbülfət xan
Ziyadxanovun oğulları olmuşdur. Adil
xan ADR-in dövründə Azərbaycanın
İrandakı səlahiyyətli nümayəndəsi ol-
muş, ADR-in süqutundan sonra isə
Türkiyəyə mühacirət etmişdir.
Gəncənin milis rəisi olan İsma-
yıl xan isə 1920-ci ildə istintaqsız,
məhkəməsiz güllələnib. Onların şəxsi
mülkü olan bina da bir çox binalar
kimi sovetlərin əlinə keçmişdir. So-
vet dövründə burada bir çox idarə və
təşkilatlar yerləşmişdir. Bina bu gün
də Cavad xanın eləcə də ADR-in varisi
kimi canlı bir tarix olaraq öz əzəmətini
qoruyub saxlayır.
Hal-hazırda muzeyin 30 mindən
çox eksponatı vardır. Muzeyin eks-
pozisiyasında Gəncənin ən qədim
dövrlərindən başlamış son zaman-
lara qədər olan tarixi, arxeoloji ta-
pıntı nümunələri, maddi-mədəniyyət
abidələri, etnoqrafik, epiqrafik, numiz-
matik nümunələri 18 salonda nümayiş
etdirilir.
Muzeyin əsas fondunda 24785
eksponat vardır. Onlardan 4483 ar-
xeologiya, 1648 ədədi etnoqrafiya,
392 rəssamlıq, 9 heykəltəraşlıq, 2753
fotoşəkil, 9259 sənəd, 3441 numiz-
matika, 1984 kitab, 816 ədədi isə
vətənpərvərlik sahələrinə aiddir. 972
kv.m. sahəsi olan muzey salonları hal-
hazırda iki şöbədən ibarətdir: qədim
dövr və müasir dövr şöbələri.
Dostları ilə paylaş: |