THE POSITION OF LOCATION LIBRARY–INFORMATION RESOURSES IN
REGIONS OF AZERBAIJAN REPUBLIC ( ON A MODEL OF ARAN
ECONOMIC REGION)
SUMMARY
In this article article analyses the situation of location of library-information
resourses in the regions of Azerbaijan Republik (especially in Aran Economical region). At
the some trine, in this spector deals with the increasing of libraries becase of development of
people`s intellectual-cultural level,the reflection of state`s care to it.
112
Aynur CABBAROVA
“Kitabxana resursları və informasiya axtarış
sistemləri” kafedrasının dissertantı
RESPUBLĠKA ELMĠ PEDAQOJĠ KĠTABXANASI – TƏHSĠL
NAZĠRLĠYĠ KĠTABXANALARININ METODĠKĠ MƏRKƏZĠ KĠMĠ
Açar sözlər: Pedaqoji kitabxana, Metodiki mərkəz, Peşə məktəb
kitabxanaları, Orta məktəb kitabxanaları
Ключевые слова: Педагогическая библиотека, Методический центр,
библиотеки технического училища, школьные библиотеки
Keywords:Pedagogical Library, Methodical center, library, technical school,
school libraries
Bəşəriyyətin inkişafında mühüm əhəmiyyət kəsb edən təhsil, həmişə
cəmiyyətin diqqət mərkəzində olmuş, onun təşkili və inkişafına xüsusi qayğı
göstərilmişdir. Hələ lap qədim zamanlardan ilk məktəblər yaranmağa
başlayandan bu günki inkişaf etmiş sivilizasiyamızadək təhsil kitabxanaları
həmişə məktəblərin strukturuna daxil olmuş, onun tərkib hissəsini təşkil
etmişlər.
Dünyanın ən qədim mədəni xalqlarından biri olan Azərbaycanda da
təhsil kitabxanalarının yaranması, formalaşması və inkişafı çox mürəkkəb və
çətin tarixi yol keçmişdir. Belə ki, lap qədim dövrlərdən başlayaraq
zəmanəmizə qədər fəaliyyət göstərən məktəblərin yanında təhsil kitabxanaları
yaradılmış, onların inkişafına qayğı göstərilmişdir. Kitabsız təhsil olmadığı
kimi, kitabxanasız məktəb də yoxdur.
Hazırki müstəqil və suveren Azərbaycan Respublikasının sosial-
iqtisadi tərəqqisi, yeni cəmiyyət quruculuğu, xalqın milli-mənəvi dəyərlərinin,
mədəniyyətinin inkişafı kitabxana quruculuğunu da informasiyalaşdırılmış
cəmiyyətin tələbləri səviyyəsinə yüksəltməyi tələb edir. Məhz buna görədir
ki, belə bir strateji əhəmiyyət kəsb edən islahat mərhələsi təhsil
kitabxanalarının da təşəkkülünə və inkişafına, müasir durumuna da öz təsirini
göstərmişdir.
Respublikamızda ən böyük kitabxana şəbəkələrindən biri də
Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə məxsusdur. Təhsil
kitabxanalarının şəbəkəsi çoxaldıqca onların qarşısında duran vəzifələr də
artmış, kitabxanaların işinin məzmununda əsaslı dəyişikliklər baş vermiş,
kitabxana işinin zənginləşməsi, təkmilləşməsi, yeniləşməsi üçün şərait
yaranmışdır.
Təhsil kitabxanaları uşaqların mütaliəsinə, onların tədris-trəbiyə
prosesinə, sinifdənkənar işlərinin təşkilinə xidmət edən mədəni-maarif
113
müəssisələridir. Təhsil-tərbiyə prosesində bilavasitə iştirak edən məktəb
kitabxanaları təhsilin informasiya təminatındakı rolunu gündən-günə
təkmilləşdirməli,
yeni iş forma və üsullarından, kommunikasiya
texnologiyasından bacarıqla istifadə etməlidirlər.
Təhsil sahəsi üzrə sosial-iqtisadi göstəricilərin proqnozlaşdırılması,
təhsil sistemi üzrə dövlət büdcəsi layihəsinin hazırlanması, təhsil müəssisə,
idarə və təşkilatların, mərkəzləşdirilmiş tədbirlərin maliyyələşdirilməsi, o
cümlədən müxtəlif dövlət proqramlarının maliyyə təminatının həyata
keçirilməsi, Nazirliyin birbaşa tabeliyində olan ali və orta ixtisas
məktəblərində, peşə lisey və məktəblərində, ümumi orta təhsil müəssisələrində
tələbə və şagird qəbulu göstəricilərinin proqnozlaşdırılması, təhsilin
şəbəkəsinə aid analitik və statistik göstəricilərin hazırlanması, yeni tədris
müəssisələrinin yaradılması və tipinin dəyişdirilməsi ilə bağlı müvafiq dövlət
qurumları qarşısında təkliflərin irəli sürülməsi təhsil strategiyasının prioritet
istiqamətləridir. Bütün bunlar isə təhsil sahəsində olan kitabxanalara elmi-
metodik rəhbərliyin daha da təkmilləşməsini, inkişaf etdirilməsini, qabaqcıl
məktəb kitabxanalarının iş təcrübəsinin ümumiləşdirilməsini və yayılmasını,
məktəb kitabxanaları işçilərinin ixtisasının artırılmasını tələb edir. Bu mühüm
işlərin həyata keçirilməsində Respublika Elmi Pedaqoji Kitabxanasının rolu
böyükdür.
Əsası 1983-cü ildə qoyulan Respublika Elmi Pedaqoji Kitabxanası
Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən, təhsil və pedaqoji sahələrdə milli
və xarici ədəbiyyat fondlarına malik olan elmi sahəvi kitabxana olmaqla
yanaşı, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumtəhsil, peşə
məktəbləri, orta ixtisas təhsili müəssisələrinin kitabxana şəbəkəsinə məlumat
biblioqrafiya və kitabxana xidmətini həyata keçirən elmi – metodik
əlaqələndirmə mərkəzidir. Respublika üzrə vahid elmi - məlumat və
informasiya sisteminə daxildir. Elmi- metodik əlaqələndirmə mərkəzi məktəb
kitabxanalarının metodiki təminatını həyata keçirməklə, məktəb kitabxana
şəbəkəsinin qaydaya salınması, onların vəzifələrinin müəyyənləşdirilməsi,
məktəb kitabxanaları üçün nizamnamələr və s. sənədlər hazırlanmasında xeyli
iş görmüşdür ki, bu da məktəb kitabxanalarının işinə öz müsbət təsirini
gösrərmişdir.
Kitabxana Təhsil Nazirliyinin beş minə yaxın məktəb kitabxanalarına
elmi-metodik rəhbərlikdə ümumi prinsipləri əsas götürülməklə, kitabxana
işinin tənzimlənməsini təmin etmək və metodistlərin məsuliyyətini artırmaq,
cavabdehlik hissini gücləndirmək üçün Bakı, Naxçıvan, Gəncə, Qarabağ,
Lənkəran, Sumqayıt, Şirvan (Şamaxı), Sabirabad, Bərdə şəhərlərində zona
ərazi prinsipini əsas götürmüşdür. Bu prinsiplə kitabxana metodiki işçilərin
elmi, fiziki, mənəvi və təşkilati potensialına diqqət yetirməklə regionlarda
yerləşən kitabxanalar ilə əlaqələri möhkəmləndirmək, kitabxanaçıların
114
potensialını artırmaq, məsələ və problemləri vahid istiqamətdə, kompleks
şəkildə həll etmək imkanı əldə etmişdir.
Qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində sosial-
iqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə təbii resursların
tədricən tükəndiyi bir vaxtda təhsilin rolu daha da artmaqdadır. Təsadüfi deyil
ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri ―Təhsil əsri‖ elan edib.
Respublikamızda müasir şəraitdə intensiv təhsil islahatlarının
aparılması təhsil kitabxanalarının işinin yenidən qurulmasını, kitabxana işində
ciddi islahatlar aparılmasını tələb edir. Müasir informasiyalaşdırılmış
cəmiyyətdə təhsilin informasiya təminatının təşkilində təhsil kitabxanalarının
qarşısında çox mühüm vəzifələr qoyulmuşdur.
REPK təhsil sistemində gedən bu dəyişiklikləri və təkmilləşdirməni
nəzərə alaraq ümumtəhsil məktəb kitabxabanaları üçün ―Əsasnamə‖
hazırlamış və Təhsil Nazirliyinin 8 fevral 2000-ci il tarixli əmri ilə təsdiq
etdirərək, respublikanın bütün məktəb kitabxanalarına göndərmişdir.
Bundan sonrakı illərdə də REPK metodik fəaliyyətini davam etdirmiş,
təhsil sistemi kitabxanalarının işinin təkmilləşdirilməsi məqsədilə yeni
metodik
vəsaitlər
hazırlamışdır. Bunlara misal olaraq: ―Məktəb
kitabxanaçısının tədris ili üçün Fəaliyyət Planı‖ (2002), ―Kitabxana işinə dair
normativ aktlar‖ (2002), ―Məktəb kitabxanalarının qurulmasının texniki
normaları‖ (2002) və bir sıra tövsiyyə məktubları hazırlayaraq respublikanın
məktəb kitabxanalarına paylamışdır.
Kitabxana, həmçinin 2002-ci ildə ―Ümumtəhsil peşə məktəbləri və orta
ixtisas təhsil müəssisələri kitabxanalarının işini əlaqələndirmək üçün Elektron
bankının yaradılmasına‖ aid proqram işləyib hazırlamış, respublika təhsil
sistemi
kitabxanalarının
vəziyyətini
öyrənmək,
onların
işini
istiqamətləndirmək, informasiya texnologiyaları ilə təmin etmək üçün
tövsiyyələr hazırlamaq məqsədilə öz daxili imkanları hesabına məktəb
kitabxanalarının Məlumat (Verilənlər) bazasını yaratmışdır. Bunun nəticəsində
kitabxanada bu yaradılmış Məlumat (Verilənlər) bazası əsasında ―Təhsil
Nazirliyi sisteminə daxil olan ümumtəhsil məktəb kitabxanalarının fəaliyyəti
2003‖ adlı məlumat kitabı da çap edilmişdir.
Kitabxana əməkdaşları İFLA-nın (İnternational Federation of Library
Associations - Kitabxana Assosiasiyaları Beynəlxalq Federasiyası) materialları
əsasında 3 dildə (ingilis, rus, azərbaycan) ―Məktəb kitabxanaları haqqında
manifest‖ (2003-cü il) hazırlamış və nəşr etdirmişlər.
Eyni zamanda ―1-4 sinif şagirdləri üçün kitabxana - biblioqrafiya və
informasiya bilikləri Proqramı‖ (2003), ―Məktəb kitabxanalarında işin
təşkili‖(2003) adlı vəsaitlər də nəşr olunaraq məktəb kitabxanalarına
göndərilmişdir.
115
Respublika Elmi Pedaqoji Kitabxanasının ən mühüm nailiyyətlərdən
biri isə onun Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ―2008-2013-cü illərdə
Azərbaycan Respublikasının kitabxana informasiya sahəsinin inkişafı və
modernləşdirilməsi‖ Dövlət Proqramının hazırlanmasında iştirak edərək öz
təkliflərini
təqdim
etməsidir.
Bu
təkliflər
əsasında
Azərbaycan
Respublikasının Nazirlər Kabineti ―Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında‖ Azərbaycan Respublikası Prezidentinin 20 aprel
2007-ci il tarixli Sərəncamının üçüncü bəndinin icrasının təmin etmək
məqsədilə
―Məktəb
kitabxanalarının
maddi-texniki
bazasının
möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları ilə təchizatına dair
Tədbirlər Planı‖ nın tətbiq edilməsi barədə 22 dekabr 2008-ci il tarixli
Sərəncam imzalamışdır.
Bu tədbirlər planı ilə daha dolğun tanış olmaq üçün aşağıdakı cədvələ
baxaq.
№
Tədbirin adı
İcraçı təşkilatlar
İcra müddəti
Dostları ilə paylaş: |