KġtabxanaġÜnasliq



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə50/111
tarix25.12.2016
ölçüsü2,53 Mb.
#2845
1   ...   46   47   48   49   50   51   52   53   ...   111
 
 
 
 
 
 


92 
 
 
Ġradə BAYRAMOVA                                                                       
“Biblioqrafiyaşünaslıq” kafedrasının müəllimi 
                 
AZƏRBAYCAN  RESPUBLĠKASININ  REGĠONLARININ 
KĠTABXANA-ĠNFORMASĠYA RESURSLARININ   YERLƏġMƏSĠNĠN 
VƏZĠYYƏTĠ  (Aran iqtisadi rayonunun  nümunəsində) 
     
Açar  sözlər:  Kitabxana-informasiya  təminatı,  informasiya  resursları,  kadr 
təminatı   
Ключевые 
слова: 
Библиотечно-информационных 
обеспечение, 
информационных ресурсов,  кадрового обеспечения;  
Key  words:  Bibliographic-information    provision,  information  resourses, 
current status   
             
Regional inkişaf milli iqtisadiyyatın bütün sahələrinə, o cümlədən elm 
və  təhsilin,  mədəniyyətin  və.s  inkişafına  güclü  təsir  göstərir.  Respublikanın 
bütün regionlarının  sosial -iqtisadi inkişafını daha da gücləndirmək və hər bir 
iqtisadi  rayonun  potensialından  istifadəni  sürətləndirmək  baxımından, 
―Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı  (2004-2008-ci  illər)‖  və  ―Azərbaycan    Respublikası  regionlarının  
2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı‖nın  qəbul 
edilməsi regional inkişafın təmin edilməsində mühüm rol oynadı.(1;2 )  
Dövlət  proqramları  əsasən  aşağıdakı  10  iqtisadi  rayon  üzrə  tərtib 
edilmişdir:  
   1. Abşeron iqtisadi rayonu
   2. Gəncə-Qazax iqtisadi rayonu; 
   3. Şəki-Zaqatala iqtisadi rayonu
   4. Lənkəran iqtisadi rayonu; 
   5. Quba-Xaçmaz iqtisadi rayonu; 
   6. Aran iqtisadi rayonu; 
   7. Dağlıq Qarabağ iqtisadi rayonu; 
   8. Kəlbəcər-Laçın iqtisadi rayonu; 
   9. Dağlıq Şirvan iqtisadi rayonu; 
   10. Naxçıvan iqtisadi rayonu; 
Respublikanın  iqtisadi  rayonlarında,kitabxana-informasiya  sisteminin 
inkişafı  dövlət  tərəfindən  diqqət  mərkəzində  saxlanılan  sahələrdən  biri  kimi 
önəm daşımışdır. Bu sahənin inkişafı, cəmiyyət üzvlərinin intellektual-mədəni 
potensialının  gücləndirilməsində,  elmin,  texnikanın  ən  yeni  nailliyyətlərinin 
öyrənilməsində,  gənclərin  Vətənə  məhəbbət  ruhunda  tərbiyə  olunmasında, 


93 
 
onlara yüksək vətənpərvərlik hisslərinin aşılanmasında, kitabxanaların əvəzsiz 
rol  oynadığını  göstərir.  Belə  ki,1998-ci  ildə  qəbul  edilmiş  ―Kitabxana  işi 
haqqında‖ Qanunda deyilirdi: ―Kitabxana-elm, informasiya, mədəniyyət, təhsil 
və  tərbiyə  müəssisəsi  kimi  çap  əsərlərini  və  digər  informasiya  daşıyıcılarını 
toplayıb  mühafizə  edən,  onların  sistemli  istifadəsini  təşkil  edən,  cəmiyyətin 
intellektual  və  mənəvi  potensialının  inkişafına  xidmət  göstərən  sosial 
institudur.‖(5) 
Kitabxana  fəaliyyət  göstərdiyi  məkan  daxilində  sosial  vasitə  kimi 
həmişə sosial mühitdən asılı olaraq formalaşmışdır. Kitabxanalar tarixi inkişaf 
prosesində  öz  hamisi  olan  cəmiyyətə  xidmət  etmiş,  onun  tələbatını  ödəmiş, 
sifarişini    yerinə  yetirmişdir.  Beləliklə,  kitabxanaların  yaranması, 
formalaşması, inkişafı, fəaliyyəti və cəmiyyətdə tutduğu mövqe bilavasitə, onu 
yaradan  cəmiyyətlə  bağlıdır.  Son  illərdə,  imzalanmış    qanun  və  sərəncamlar,  
dövlətin    bu  sahəyə    diqqətinin  bir  təzahürüdür.  Kitabxana-informasiya 
sahəsinin  inkişaf etdirilməsi üçün, dövlət başçısı İlham Əliyev, 2007-ci il 20 
aprel  tarixində  ―Azərbaycanda  kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırılması 
haqqında‖ sərəncam verdi.(3) 
Kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə 
tarixi-mədəni,  ədəbi-bədii,  elmi-fəlsəfi  sərvətlərin  toplanmasını,  mühafizəsini 
və onlardan istifadə imkanlarının artırılmasını təmin etmək üçün, ―Azərbaycan 
Respublikasında  kitabxana-informasiya  sahəsinin  2008-2013-cü  illərdə 
inkişafı  üzrə  Dövlət  Proqramının  təsdiq  olunması  haqqında‖(2008) 
Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı  mühüm  əhəmiyyət 
daşıyır.(4)  Bu  sərəncamda,  kitabxanaların  maddi-texniki  bazasının 
möhkəmləndirilməsi,  kitabxana  binalarının  müasir  tələblərə  cavab  verməsi, 
onların  ixtisaslı  kadrlarla  təmin  edilməsi,  kitabxana  fondlarının 
zənginləşdirilməsi,  əhalinin  informasiya  təminatının  daha  yaxşı  ödənilməsi 
və.s. kimi problemləri həll etmək nəzərdə tutulmuşdu.  
―Azərbaycan  Respublikasında  kitabxana-informasiya  sahəsinin  2008-
2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı‖-nın  2.1.8-ci  bəndlərinə  uyğun 
olaraq,  Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi  tərəfindən 
2009-cu  ilin  sentyabr  ayının  1-dən  10-dək  Respublikada  fəaliyyət  göstərən 
kitabxana 
şəbəkələrində 
monitorinq 
 
keçirilmişdir. 
Monitorinqin 
keçirilməsində  əsas  məqsəd,  əhaliyə  göstərilən  kitabxana-informasiya 
xidmətinin  səviyyəsinin  yüksəldilməsi,  kitabxana-informasiya  sahəsində  yeni 
texnologiyaların  tətbiqi  və  istifadəsində  onun  dünya  standartları  səviyyəsinə 
çatdırılması,  elektron  informasiya  resurslarının  formalaşdırılması  və  virtual 
kitabxanaların  inkişaf  etdirilməsi,  kitabxanaların  kadr  təminatının 
yaxşılaşdırılması,  habelə,  fasiləsiz  təhsilin  təmin  edilməsi  üçün  şərait 
yaradılması  istiqamətlərində  aparılan  işlərin  vəziyyətini  öyrənməkdən  ibarət 
olmuşdur.  Müayinə  ilə  əhatə  olunmuş  kütləvi,  uşaq,  gənclər,  elmi,  elmi-


94 
 
texniki,  digər  ixtisaslaşdırılmış,  həmçinin  müəssisələrin  nəzdində  olan  8507 
kitabxananın  2322-si  və  ya  27,3%-i  şəhər  yerlərində,  6185-i  və  ya  72,7%-i 
kənd  yerlərində  yerləşir.  Tabeçilik  baxımından  onların  50,7%-i  Təhsil 
Nazirliyinin,  46,6%-i  Mədəniyyət  və  Turizm  Nazirliyinin  nəzdində  fəaliyyət 
göstərir.  Statistik  bülletendə  Respublika  ərazisindəki  bütün  kitabxanalar, 
onların  fondu,  informasiya  resurslarının  növləri,  elektron  informasiya 
daşıyıcılarına  köçürülmüş  informasiya  mənbələri,  kitabxanaların  informasiya 
texnologiyaları  ilə  təchiz  olunması  vəziyyəti  və.s  geniş  şəkildə  əks 
olunmuєdur. Monitorinqin nəticələrinə əsasən məlum olmuşdur ki, ölkəmizdə, 
ümumilikdə,  kitabxanaların  111  milyon  nüsxədən  ibarət  olan    fondunun 
80,5%-ni  kitablar,  5,4%-ni  qəzet  və  jurnallar,  14,1%-ni  isə  digər  materiallar 
təşkil edir ki,  onların da 72,8%-i  şəhər, 27,2%-i  isə kənd  yerlərində fəaliyyət 
göstərən    kitabxanaların  payına  düşür.  Kitabxana  fondunun  34,6%-i 
ümumtəhsil  məktəblərində,  32%-i  Mədəniyyət  və  Turizm  Nazirliyinin 
nəzdində  olan  kitabxanalarda,  21,4%-i  elmi  və  elmi-texniki  kitabxanalarda, 
12,0%-i isə digər müəssisə və təşkilatların kitabxanalarındadır.(6. s.3-4) 
Monitorinqin  nəticələrinə  əsasən  məlum  oldu  ki,  2009-cu  ilin  1-ci 
yarısında kitabxanalara 4,8 milyon müraciət qeydə alınmış, 53,4 milyon kitab 
və  ya  digər  informasiya  mənbələrindən  istifadə  edilmişdir.  İnternet  vasitəsilə 
elektron  kitabxanalara  edilən  müraciətlər  kitabxanalara  olunan  ümumi 
müraciətlərin  2%-ni  təşkil  etmişdir.  Kitabxanalardakı  1695  kompüterdən 
94,2%-i  şəhər,  5,8%-i  isə  kənd  yerlərinin  payına  düşür.  Müayinənin 
nəticələrinə  görə  mövcud  kompüterlərin  56,5%-i  istifadəçilər  üçün,  43,5%-i 
isə  kitabxana  əməkdaşları  üçündür.  Kitabxanalarda  olan  kompüterlərin  705-i 
və  ya  41,6%-i  internetə  qoşulmuş,  86  kitabxanada  elektron  poçt  mövcuddur. 
İnternetə  çıxışı,  elektron  poçtu  və  elektron  kataloqu  olan  bütün  kitabxanalar  
şəhər yerlərində yerləşir.  
Kitabxanaların  ştatında  olan  8727  nəfər  mütəxəssisdən  cəmi  3346 
nəfəri  və  ya  38,3%-i  kitabxana  üzrə  ali  və  orta  ixtisas  təhsilli,  2579  nəfəri  
yaxud 29,6%-i digər sahələr üzrə ali və orta ixtisas təhsilli, 2802 nəfəri və ya 
32,1%-i isə ümumi orta təhsilli olan şəxslərdir. (6. s. 4) 
Aran  iqtisadi  rayonu,  ərazisinə  görə  ölkənin  ən  böyük  iqtisadi 
rayonudur. Onun sahəsi 21,4 min kvadrat kilometrdir. (ölkə ərazisinin 24,7%-
ni təşkil edir.)  İqtisadi regionun tərkibinə  Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, 
Biləsuvar,  Göyçay,  Hacıqabul,  İmişli,  Kürdəmir,  Neftçala,  Saatlı,  Sabirabad, 
Salyan,  Ucar,  Zərdab  inzibati  rayonları    və  Mingəçevir,  Yevlax,  Şirvan 
şəhərləri daxildir. 
Aran iqtisadi regionu əhalinin sayına görə ölkənin ikinci iri regionudur.  
İqtisadi  regionunun  əhalisinin  sayı  1834,0  min  nəfərdir.  İqtisadi  rayonda 
əhalinin  orta  sıxlığı  hər  kvadrat  kilometrə  86  nəfər  təşkil  edir.  Aran  iqtisadi 
rayonunda  təhsil  səviyyəsinin  yüksəlməsinə,  cəmiyyətin  informasiya 


95 
 
tələbatının ödənilməsinə xüsusi diqqət yetirilir. Respublika ərazisində yerləşən 
8507  kitabxanadan  1988-i    Aran  iqtisadi  regionunun    payına  düşür.  Bu 
kitabxanaların  1041-i  Mədəniyyət    və  Turizm  Nazirliyi  tabeliyində  olmaqla, 
25-i musiqi məktəblərində, 867-i isə Təhsil Nazirliyi tabeliyində, 18-i səhiyyə 
müəssisələrində  fəaliyyət  göstərir.    İqtisadi  region  kitabxanalarının  cəmi 
13387267  nüsxə  fondu    var.  Bu  fondun    5544717  nüsxəsi  şəhər,  7842550 
nüsxəsi isə  kənd  kitabxanalarında yerləşir. İqtisadi regionun şəhərlərində 417 
kitabxana  var.  Onların  166-ı  Mədəniyyət  və  Turizm  Nazirliyi  tabeliyindədir. 
Kitabxanaların  1571-i  kənd  yerlərində  fəaliyyət  göstərir.  Onlardan  875-i 
Mədəniyyət  və  Turizm  Nazirliyi,  688-i  Təhsil  Nazirliyi  tabeliyindədir.  Aran 
iqtisadi regionunun kitabxanalarında cəmi 142 kompüter var.  
Respublika  üzrə  kitabxanada  çalışan  cəmi  12729    nəfər  mütəxəssisin, 
1932  nəfəri    Aran  iqtisadi  rayonundakı    kitabxanalarda  xidmət  edir.  Onların 
133 nəfəri ali ixtisas təhsilli, 132 nəfəri ali qeyri ixtisas təhsilli, 437 nəfəri  isə 
orta  ixtisas  təhsillidir.  Şəhər  kitabxanalarında  374  nəfər,  kənd  yerlərində    isə 
1558 nəfər mütəxəssis var. Onların yalnız 57 nəfəri ali ixtisas, 65 nəfər isə orta 
ixtisas təhsillidir.  
İlk  öncə  regionun  şəhər  kitabxanalrına    nəzər  salaq:  Aran  iqtisadi 
regionuna  daxil  olan    Mingəçevir  şəhərində,  ilk  kitabxana  1956-cı  ildə 
yaradılmışdır.  Kitabxana  kiçik  bir  otaqda  4229  nüsxə  kitabla  fəaliyyətə 
başlamışdır.  Şəhər  böyüdükcə  kitabxananın  fəaliyyəti  genişlənmiş, 
oxucularının  sayı  artmağa  başlamışdır.  Mingəçevir  şəhərində  ümumilikdə  52 
kitabxana  fəaliyyət  göstərir.  Kitabxanaların  16-ı  Mədəniyyət  və  Turizm 
Nazirliyi  tabeliyində,  2-i  ali  təhsil,  2-i  orta  ixtisas  (3.8%)  müəssisəsində 
yerləşir.  Mingəçevir  şəhərində  ümumi  kitabxana  fondu  877,155  nüsxədir. 
Fondun  əsasını    kitablar  təşkil  edir.    Bu  da  cəmi    815,535  nüsxədir.  Fondun 
636  nüsxəsini  (0,1%)  elektron  informasiya  daşıyıcıları  təşkil  edir.    Şəhər 
kitabxanalarında  20  kompüter    var.  Kitabxanalarda  istifadə  olunan 
kompüterlərin  3-nün  internetə  çıxışı  mövcuddur.  Mingəçevir  şəhərində  
kitabxanalarda  ümumilikdə  44  nəfər    mütəxəssis  çalışır.  Kitabxanaçıların  15 
nəfəri (34,1%) ali ixtisas təhsilli, 5 nəfəri (11,4%) qeyri ali ixtisas təhsillidir.    
Aran  iqtisadi  regionunda  əhaliyə  göstərilən  biblioqrafik  xidmətdə 
Mərkəzləşdirilmiş Kitabxana Sistemləri (MKS) bilavasitə mühüm rol oynayır. 
Mərkəzləşdirilmiş  Kitabxana  Sistemi  yeni  tipli  kitabxana  müəssisəsi  olub, 
struktur cəhətdən bütöv,  ümumi  fond və  vahid texnologiya  əsasında fəaliyyət 
göstərən,  bir-biri  ilə  üzvi  şəkildə  qarşılıqlı  əlaqədə  olan  kitabxanaların  və 
kitabxana  birliklərinin  məcmusudur.  Bu  sistem  ayrı-ayrılıqda  fəaliyyət 
göstərən  xırda  kitabxanaların  mexaniki  birliyi  yox,  insanların  təhsilində, 
tərbiyəsində,  mədəni  inkişafında,  informasiya  təminatında  yaxından  iştirak 
edən  ölkə  miqyasında  kitabxana  xidmətini  həyata  keçirən  keyfiyyətcə  yeni 
orqanizmdir.  


96 
 
Həmçinin  mərkəzləşdirmə  əsas  kitabxana  prosesinin  birləşməsi  ilə 
yanaşı, kitabxana ehtiyatlarının məqsədyönlü, daha effektli formalaşmasına və 
istifadə  edilməsinə,  kitabxananın  prinsipial  maddi  və  təşkilat  məsələlərinin 
həllinə şərait yaradır. (7. s.210-216)  
 ―Kitabxana  işi  haqqında‖  Azərbaycan  Respublikasının  Qanununda 
Mərkəzləşdirilmiş  Kitabxana  Sistemləri  (MKS)    Azərbaycan  kitabxana 
sistemlərinin əsas tiplərindən biri kimi göstərilmişdir. 
Aran  iqtisadi  regionunda  təhsil  səviyyəsinin  artması  səbəbilə  MKS-
lərin  biblioqrafik  xidmətinin  düzgün  təşkil  edilməsi  xüsusi  əhəmiyyət  kəsb 
edir.  MKS-lərin  oxucuları  müxtəlif  qruplara  ayrılır.  Buraya  müəllimlər, 
şagirdlər, tələbələr, mütəxəssislər, elm xadimləri və s. daxildir.  
1978-ci  ildən  Mingəçevir  şəhər  kitabxanaları  mərkəzləşdirilərək, 
Mingəçevir Şəhər MKS yaradılmışdır. MKS-ə M.P.Vaqif adına Mərkəzi şəhər 
kitabxanası  və 11 filial daxildir. MKS-in   fondu 315074 nüsxə, kitab verilişi 
777543  nüsxə,  oxucularının  sayı  42244  nəfər  olmuşdur.  M.P.Vaqif    adına 
kitabxanada 6 şöbə fəaliyyət göstərir: 
1.Xidmət şöbəsi
2.Komplektləşdirmə və kitabişləmə şöbəsi; 
3.Metodika-biblioqrafiya şöbəsi; 
4.Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi; 
5.İnformasiya-resurs şöbəsi; 
       6.Uşaq şöbəsi
Mingəçevir MKS şöbələrinin fəaliyyəti belədir: 
Xidmət  şöbəsi  -  2 bölmədən ibarətdir: 1. Abonement bölməsi   2. Oxu 
zalı 
Xidmət  şöbəsinə  yeni  gələn  oxucuya  kitabxanadan  istifadə  qaydaları, 
kitabxanaya  yazılma,  kitabdan  istifadə,  saxlanılma,  qaytarılma  müddəti  və  s. 
məlumat  verilir.  Oxucuya  anket  açılır  və  kitabxananın  üzvü  sayılır.  Xidmət 
şöbəsi  yaşından  asılı  olmayaraq  müxtəlif  oxucu  kateqoriyalarına   bütün  nəşr 
növləri ilə xidmət göstərir. 2012-ci il yanvar ayının 1-ə olan məlumata əsasən 
şöbənin   kitab  fondu  56017  nüsxə,  illik  kitab  verilişi  133617  nüsxə, 
oxucuların  sayı 7049 nəfər olmuşdur. 
"Azərbaycan  Respublikasında  kitabxana-informasiya  sahəsinin  2008-
2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı"nın  icrasını  təmin  etmək 
məqsədi  ilə,  Mədəniyyət  və  Turizm  Nazirliyi  tərəfindən  kitabxanaların 
informasiyalaşdırılması  işi  davam  etdirilir.  Bu  məqsədlə,  Mingəçevir  şəhər 
MKS-nin  Veb-saytı  da  internet  şəbəkəsində  yerləşdirilib.  Veb-saytda 
məlumatlar  3  bölmədə  sistemləşdirilmişdir:  Birinci  kitabxana  haqqında 
məlumatlar;  ikinci  şəhər,  şəhərin  iqtisadiyyatı,  tarixi  abidələr  və  turizm 
potensialı;  üçüncü  -  Azərbaycan  haqqında,  respublikamızın  dövlət  rəmzləri, 
Azərbaycan-Ermənistan,  Dağlıq  Qarabağ  münaqişəsi  haqqında  məlumatlar, 


97 
 
habelə,  Mədəniyyət  və  Turizm  Nazirliyi  və  Mingəçevir  şəhər  icra 
hakimiyyətinin Veb-saytlarına birbaşa keçid linkləri yerləşdirilmişdir. 
"Kitabxana"  bölməsində  kitabxana  və  onun  şöbələri  haqqında 
məlumatlar  verilmişdir.  Veb-saytda  "Xəbərlər"  bölməsində  şəhər  MKS-də 
keçirilən  tədbirlərin  fotoları    yerləşdirilmişdir.  Veb-saytın  "Bizim  şəhər" 
bölməsində  Mingəçevir  şəhəri,  onun  tarixi  və  müasir  Mingəçevir  haqqında 
maraqlı  məlumatlar  təqdim  edilir.  "Memarlıq  abidələri"  bölməsində  şəhər 
ərazisində mövcud olan və mühafizə edilən bir sıra tarixi abidələr və onların 
fotoşəkilləri yerləşdirilmişdir. 
Şəhər  MKS-nin  Veb-saytının  "İqtisadiyyat"  və  "Turizm  potensialı" 
bölmələrində  Mingəçevirin  respublika  iqtisadiyyatında  tutduğu  yer,  şəhərin 
respublika  enerji  təminatçısı  kimi  rolu,  yeni  açılmış  istehsalat  obyektləri, 
habelə,  şəhərin  turizm  gözəllikləri  əks  olunmuşdur.  Veb-saytın  "Doğma 
Azərbaycan" və  "Dövlət rəmzləri" bölmələrində  Azərbaycan haqqında zəngin 
məlumat portalı olan www.azerbaijan.az saytına birbaşa keçid linki qoyulmuş, 
dövlət  rəmzləri  haqqında  geniş  məlumatlar  yerləşdirilmişdir.  Bundan  başqa, 
Veb-saytda  "Dağlıq  Qarabağ  problemi"  bölməsində  Azərbaycan-Ermənistan, 
Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar verilmişdir. 
İnformasiya  resurs  şöbəsi  həmçinin,  kitabxananın  saytının  idarə 
olunması,    şəbəkənin  antivirus  proqramının,  habelə  lokal  və  internet 
şəbəkəsinin fəaliyyətini təşkil edir və nəzarət funksiyasını həyata keçirir. 
Kitabxana-biblioqrafiya  proseslərinin  avtomatlaşdırılması  şöbəsi-  
Kataloqlaşdırma  modulunun  bazasından    istifadə  edərək  elektron  resursların 
bazalarının yaradılmasını həyata keçirir. (9) 
 Aran  iqtisadi  regionuna  daxil  olan  Şirvan  şəhəri,  təhsil  səviyyəsinə 
görə  iqtisadi  regionda  xüsusi  mövqeyə  malikdir.  Şəhərdə  əhalinin  sayı  (1 
yanvar 2010-cu il) 78,1 min nəfərdir. Şəhərdə ümumilikdə, 6230 nəfər təhsilli 
var. Oxucular əhalinin  28%-ni təşkil edir. Hər nəfərə düşən kitab sayı 9 nüsxə 
təşkil  edir.  İnternetdən  3,7%  oxucu  istifadə  edir.  Hər  396  nəfər  oxucuya  1 
nəfər ixtisaslı kitabxanaçı biblioqraf xidmət edir. (8.s. 341-350) 
Şirvan  şəhərində  40  kitabxana  fəaliyyət  göstərir.  Bu  da  ümumi  ölkə 
kitabxanalarının 0,5%-ni təşkil edir. Kitabxanaların 20-i (50%) Mədəniyyət və 
Turizm  Nazirliyi,  23(44,3%)  Təhsil  Nazirliyi  tabeliyindədir.  Mədəniyyət  və 
Turizm  Nazirliyi  sisteminin  tabeliyində  olan  kütləvi  kitabxanaların  fondu, 
2000-2009-cu  illərdə  180,3  min  nüsxədən  183,3  min  nüsxəyə  qədər  artaraq 
zənginləşmişdir.  Şirvan  şəhərində  yerləşən  kitabxanaların  ümumi  fondu  cəmi 
720,611  nüsxədir.  Kitablar  fondun  696.862  (96,7%)  təşkil  edir.  Şirvan  şəhər 
kitabxanalarında  9    kompüter  var.  Bu  kompüterlərdən  1-nin  internetə  çıxışı 
mövcuddur. Şəhər kitabxanalarında çalışan mütəxəssislərin sayı   44 nəfərdir. 
Onların 11 nəfəri (28,9%) ali ixtisas təhsilli, 6 nəfəri (15,8%) ali-qeyri  ixtisas 
təhsilli,  7  nəfəri  (18,4%)  orta  ixtisas  təhsilli  və.s-dir.  Orta  hesabla,hər  1000 


98 
 
nəfərə düşən kitab sayı  2009-cu ildə 2347 nüsxə olmuşdur.(10) 
Şirvan  MKS-i  1979-cu  ildə  S.Ə.Şirvani  adına  Mərkəzi  şəhər 
kitabxanasının  bazası  əsasında  yaradılmışdır.  Mərkəzi  kitabxana  əhalinin  sıx 
yaşadığı  ərazidə  yerləşir.  Kitabxananın  əhatəsində  12  min  əhali  yaşayır. 
Mərkəzi  kitabxana  12  ədəd  kompüter  dəsti  ilə  təchiz  edilmiş,  internet 
sisteminə qoşulmuşdur.  
 Ötən  ildə  Mərkəzi  kitabxanaya  616  nüsxə  kitab  daxil  olub.  Onlardan 
548-i  azərbaycan  dilində,  15  nüsxəsi  isə  digər  dillərdə  olub.  Eyni  zamanda, 
Mərkəzi kitabxananın xidmətindən  3714 nəfər oxucu istifadə etməklə, 53626 
nüsxə  kitab  verilişi,  26756  nəfər  gəliş  olmuşdur.  Mərkəzi  kitabxanada  il 
ərzində 49 tədbir keçirilmişdir.  
Mədəniyyət  və  Turizm  Nazirliyinin  18.04.2011  tarixli  153  saylı  əmri 
ilə  Şirvan  şəhər  MKS-i  Uşaq  kitabxanası  üzrə  keçirilən  müsabiqənin  qalibi 
elan  olunmuşdur.  MKS-in  nəzdində  1  uşaq  kitabxanası  və  uşaq  şöbəsi 
fəaliyyət göstərir. Kitabxanalar şəhərdə azyaşlı uşaqlara xidmət göstərir. Ötən 
il uşaq kitabxanalarının fondu 29980 nüsxə olmuş və bu fonda 517 nüsxə kitab 
daxil olmuşdur. Uşaq kitabxanaları hər ay Mərkəzi kitabxanaya aylıq iş planı, 
statistik  hesabat  təqdim  edir.  MKS  üzrə  kitab  fondu  2011-ci  il  üçün  189754 
nüsxə olmuşdur. MKS-də 20800 nəfər oxucuya 375091 nüsxə kitab verilmiş, 
587 tədbir keçirilmişdir. Ümumiyyətlə, qeyd etməliyik ki, filial kitabxanalar il 
boyu  fasiləsiz  işləmiş,  bütün  oxucu  qruplarına  xidmət  göstərmişdir.  Bu 
kitabxanalar  il  ərzində  müxtəlif  tədbirlər  hazırlamış  və  həyata  keçirmişdir. 
Filial-kitabxanaların  ümumi  fondu  15301  nüsxə,  oxucularının  sayı  17086 
nəfər, kitab verilişi 321465 nüsxə, tədbirlər isə 538 olmuşdur. 
Mərkəzi  kitabxananın  metodika  və  biblioqrafiya  şöbəsi  də  filial 
kitabxanalarla  əlaqəli  işləmiş,  hər  ay  kitabxana  işçiləri  üçün  seminar 
məşğələlər  təşkil  etmiş,  bu  məşğələlərdə  kitabxanaçıların  problemləri,  onları 
maraqlandıran mövzular müzakirə olunmuşdur. Mərkəzi kitabxanada gedişlər 
qrafiki  təşkil  olunub.  Bu  qrafikə  əsasən,  metodistlər  vaxtlı-vaxtında  filiallara 
gedişlər  edirlər.  Şöbə  hər  ay  filial  kitabxanaların  iş  planlarını,  statistik 
hesabatlarını qəbul edir, onlara lazım olan metodik köməklik göstərir. Şöbələr 
vaxtaşırı  tarixi  günlər,  bayramlar,  görkəmli  şəxsiyyətlərin,  şair  və  yazıçıların 
yubileyləri ilə əlaqədar olaraq metodiki məktublar, tövsiyə ədəbiyyat siyahıları 
hazırlayıb  filial  kitabxanalarına  göndərir.  Kitabxanalar  vaxtaşırı  kitabxana 
texnikası  ilə  təmin  olunur.  Belə  ki,  hər  il  lazımi  qədər  gündəlik,  oxucu 
kartoçkası, formulyar, ciblik, kataloq və kartoçkalar, ayrıclar və s. daxil olur. 
(10) 
Aran  iqtisadi  regionuna  daxil  olan  üçüncü    şəhər  Yevlax 
şəhəridir.Yevlax  şəhəri  1935-ci  ildə  təşkil  edilmişdir.  Yevlax  coğrafi 
mövqeyinə  görə  Azərbaycanın  mərkəzində  mühüm  kommunikasiyaların 
kəsişməsində yerləşir. Yevlaxda 110 kitabxana mövcuddur. Kitabxanaların 79-


99 
 
u  kənd,  31-i  şəhərdə  yerləşir.  Qeyd  etməliyik  ki,  kitabxanaların  59-u 
Mədəniyyət  və  Turizm  Nazirliyinin,  49-u  isə  Təhsil  Nazirliyinin  tabeliyində 
fəaliyyət  göstərir.  Kitabxanaların  ümumi  fondu  1017418  nüsxədir.  Şəhər 
kitabxanalarında 115 nəfər  mütəxəssis çalışır. Mütəxəssislərin 16 nəfəri ali və 
orta ixtisas təhsilli, 72 nəfəri isə ümumi orta təhsillidir. 
Yevlax  şəhər  MKS-i    1976-cı  ildə  yaradılmışdır.  MKS-  1  Mərkəzi 
kitabxana,  1  Uşaq  kitabxanası,  14  şəhər  və  43  kənd  kitabxanası  olmaqla,  59 
kitabxananı birləşdirir. Yevlax MKS-də 76 nəfər mütəxəssis çalışır. Onların 6 
nəfəri  ali  ixtisas  təhsilli,  48  nəfəri  isə    ümumi  orta  təhsillidir.  2010-cu  ildə 
MKS  üzrə  kitab  fondu  529,6  min  nüsxə  olmuşdur.  Bu  fondun  10,0  min  
nüsxəsi Uşaq, 378,2 min nüsxəsi isə kənd kitabxanalarının payına düşür. MKS 
üzrə oxucuların sayı 28,6 min nəfər, kitab verilişi  553,4 min nüsxə olmuşdur. 
Yevlax MKS-də 4 şöbə var:  
         1.Komplektləşdirmə  və  kitabişləmə şöbəsi; 
         2. Xidmət şöbəsi; 
         3. Metodik və biblioqrafik işlər şöbəsi; 
         4. Vahid fondun təşkili  və ondan istifadə şöbəsi; 
          Komplektləşdirmə  və    kitabişləmə  şöbəsi  kitabxanaya  daxil 
olmuş ədəbiyyatı kitabxana qaydası ilə işləyib kitabxana filiallarına göndərir. 
2010-cu  ildə  şöbəyə  115  adda  448  nüsxə  ədəbiyyat  daxil  olmuşdur. 
Azərbaycan  Respublikası  Prezidentinin  12  yanvar  2004-cü  il  tarixli 
sərəncamına  əsasən Yevlax şəhər MKS-ə 70,5   min nüsxə ədəbiyyat  hədiyyə 
edilmişdir.  
Kitabxananın  xidmət  şöbəsində    əlamətdar  və  tarixi  günlərə, 
bayramlara  və.s. həsr edilmiş müxtəlif məzmunlu kütləvi tədbirlər, söhbətlər, 
kitab təqdimatları, görüşlər, dəyirmi masalar keçirilir. 
Metodik  və  biblioqrafik  işlər  şöbəsində  filiallara  təcrübi  köməklik 
göstərilir, illik iş planı tərtib edilir. 
Vahid  fondun  təşkili  və  ondan  istifadə  şöbəsi-  kitabxana  fondlarının 
tərkibini  öyrənir.Komplektləşdirmə  və  kitabişləmə  şöbəsi  ilə  birlikdə,artıq 
nüsxələri  seçib  mübadilə  fonduna  verir.  Fondda  məzmunca  köhnəlmiş  və 
istifadəyə yararsız ədəbiyyatların təmizlənməsini təşkil edir. 
Yevlax  Mərkəzi  kitabxanasının    fondu,  2010-cu  il  ildə  63941  nüsxə 
olmuşdur. Oxucuların sayı 2196 nəfər, kitab verilişi 88400 nüsxə, kitabxanaya 
gələnlərin  sayı  9439  nəfər    təşkil  etmişdir.  Mərkəzi  kitabxana  oxucuların  
informasiya  tələbatını  ödəmək  üçün  kataloq  və  kartoteka    sistemindən, 
ədəbiyyat  siyahısından  istifadə  edir.  Kitabxana  il  ərzində  əlamətdar  tarixi 
günlərə,  şair  və  yazıçıların  yubileylərinə,  kitabxanaya  yeni  daxil  olan 
ədəbiyyatların təbliğinə və.s. həsr olunmuş kütləvi tədbirlər keçirir. Kitabxana 
öz  fəaliyyətini  daha  da  yaxşılaşdırmaq  üçün,  M.F.Axundov  adına  Milli 
Kitabxana və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının imkanlarından 


100 
 
istifadə edir.  
Yevlax  şəhər  Uşaq  kitabxanası  1935-ci  ildə  təşkil  olunmuşdur. 
Kitabxanada  uşaqların  milli  ruhda  tərbiyəsi,  ləyaqətli  vətəndaş  kimi 
yetişdirilməsi  və.s.  üçün  mühüm  tədbirlər  həyata  keçirilir.  Kitabxananın 
fondunda  10015  nüsxə  ədəbiyyat  var.  Bunların  1652  nüsxəsi  latın  qrafikalı 
ədəbiyyatdır.  Kitabxana  il  ərzində  1211  nəfər  oxucuya  xidmət  göstərir. 
Kitabxanada  yeni  daxil  olan  ədəbiyyatın  müntəzəm  olaraq  sərgiləri  təşkil 
edilir.  
Yevlax  şəhər  Kitabxana  İnformasiya  Mərkəzi  2009-cu  ilin  aprelindən 
fəaliyyətə başlayıb. Mərkəz müasir tələblərə cavab verən avadanlıqlarla təchiz 
olunub,  o  cümlədən  19  kompüter  olmaqla-  internetə  çıxışış  təmin  edilmişdir. 
2010-cu il üçün  Mərkəzdən 205 nəfər oxucu istifadə etmişdir.(11) 
 Aran  iqtisadi  regionunda  yerləşən    3  şəhər  MKS-nin    fəaliyyətinin 
təhlili  onu  göstərir  ki,  eyni  iqtisadi  regionda  yerləşmələrinə  baxmayaraq, 
kitabxana  oxucularının,  ixtisaslı  kitabxanaçı  biblioqrafların  və  adam  başına 
düşən kitabların sayına görə statistik göstəricilər arasında fərqlər mövcuddur. 
Xüsusi ilə qeyd etmək lazımdır ki,bütün region kitabxanalarında olduğu kimi 
bu iqtisadi reginun da kitabxanalarının ali ixtisas təhsilli kitabxanaçı kadrlara 
ehtiyacı var. 
Aran  iqtisadi  regionunun  tərkibinə  daxil  olan  inzibati  rayon  kitabxana 
resursları belədir: 
İqtisadi  regiona  daxil  olan    Ağdaş  rayonunda  144  kitabxana  fəaliyyət 
göstərir. Rayonda ilk kitabxana 1923-cü ildə yaradılmışdır. Kitabxanaların 27-
i(18,8%) şəhərdə,117-i(81,2%) isə kənd  yerlərindədir. Bu kitabxanaların  81-i 
yəni  56,3%-i    Mədəniyyət  və  Turizm  Nazirliyi,  58-i(40,2%)  Təhsil  Nazirliyi 
tabeliyindədir.  Rayon  kitabxanalarındakı  fondun  ümumi  həcmi    900,498 
nüsxədir. Ölkə ərazisində fəaliyyət göstərən digər  kitabxanalarda olduğu kimi, 
burada  da  ümumi  fondun  çox  hissəsini  kitablar  təşkil  edir  ki,  bu  da  889,921 
nüsxədir  (  98,8%).  Ağdaş  rayon  kitabxanalarında  4  kompüter  var.  Rayon 
kitabxanalarında  mütəxəssislərin sayı   128 nəfərdir. Onların 6  nəfəri(4,7%) 
ali ixtisas təhsilli, 23 nəfəri(18%) orta ixtisas təhsilli, 38 nəfəri (29,7%) qeyri 
orta ixtisas təhsillidir.(6.s.23-82) 
Ağdaş  rayon  MKS-i  1980-ci  ildə  yaradılmışdır.  MKS  6  şöbə,  1  uşaq 
kitabxanası və 79 filial kitabxanadan ibarətdir. Şöbələr aşağıdakılardır׃ 
1. Oxuculara xidmət şöbəsi; 
2. Metodika və Biblioqrafiya şöbəsi; 
3. İnformasiya-Resurs mərkəzi; 
4. Kitabxana- Biblioqrafiya proseslərinin avtomatlaşması şöbəsi; 
5. Komplektləşdirmə və Kitabişləmə şöbəsi; 
6. Uşaq şöbəsi; 
Abonement şöbəsi - 27903 nüsxə kitabla 4 min nəfərə  yaxın oxucuya 


101 
 
xidmət edir. Hər il şöbənin fondu yeni ədəbiyyatla zənginləşdirilir. 2011-ci ilin 
statistik  məlumatlarına  görə  şöbənin  fonduna  593  nüsxə  yeni  kitab  daxil 
olmuşdur. 
İnformasiya-Resurs  mərkəzi:  Mərkəzi  kitabxananın  bu  şöbəsi  yeni 
yaradılıb.  Kitabxananın  Veb-saytının  idarə  olunmasını,  buraya  yeni 
məlumatların  operativ  daxil  edilməsini,  əlavə  və  dəyişikliklər  aparılmasını 
həyata  keçirir.  Oxuculara  biblioqrafik  xidmətin  həyata  keçirilməsində  filial 
kitabxanaları xüsusi əhəmiyyətə malikdir. Qeyd etdiyimiz kimi, kitabxana 79 
filialdan  ibarətdir.  Filialların  7-i  şəhərdə,  3-ü  qəsəbələrdə,  68-i  kəndlərdə 
yerləşir. Hazırda, Ağdaş rayon MKS-nin fondunda 453950 nüsxə kitab vardır 
ki, onlardan 88795 nüsxəsi latın qrafikalı ədəbiyyatdır. Statistik  göstəricilərə 
görə,  ötən  2011-ci  ildə  36900  nəfər  oxucuya  752400    nüsxə  kitab  verilişi 
olmuşdur. 
Ağdaş rayon MKS-i, Mərkəzi kitabxana və filial kitabxanaları ilə birgə, 
məsafədən  asılı  olmayaraq,  oxucuların  sorğularına  operativ  cavab  vermək,  
biblioqrafik xidmət həyata keçirmək məqsədilə, kitabxananın saytını istifadəyə 
vermişdir.  Saytda  yerləşən  Elektron  kataloq  bölməsi  2  hissədən  ibarətdir:  1. 
Kitablar; 
2.  Elektron  kartoteka;  İnformasiya  istifadəçiləri,    açar  sözləri  saytda 
müvafiq bölmələrə daxil etməklə, istədikləri ədəbiyyatı əldə edə bilərlər.(12) 
Aran iqtisadi regionuna daxil olan inzibati rayonlardan biri 1965-ci ildə 
müstəqil  rayon  olmuş  Ağcabədi  rayonudur.    Ağcabədi  rayonu  ərazisində 
əhaliyə 148 kitabxana xidmət göstərir. Kitabxanalardan 24-ü(16,2%) şəhərdə, 
124-ü(83,8%)  kənd  yerlərində  yerləşir.  Onların  73-ü  Mədəniyyət  və  Turizm 
Nazirliyi, 61-i Təhsil Nazirliyi tabeliyindədir. Rayonda yerləşən kitabxanaların 
ümumi fondu 513,934 nüsxədir. Fondun 513,035 nüsxəsini kitablar təşkil edir 
ki,  bu  99,8%-dir,    elektron-informasiya  daşıyıcıları    yalnız  6  nüsxədir. 
Kitabxanalarda  ümumilikdə  3  kompüter  fəaliyyət  göstərir.  Rayon 
kitabxanalarında  çalışan  mütəxəssislərin  sayı  115  nəfərdir.  Onların  8  nəfəri 
(7%)  ali  ixtisas  təhsilli,  15  nəfəri  (13%)  qeyri  ali  ixtisas  təhsilli,  33  nəfəri 
(28,7%) orta ixtisas təhsilli, 17 nəfəri (14,8) qeyri orta ixtisas təhsillidir.(6. s. 
58-60)  
Ağcabədi rayon Mərkəzi Kitabxanası 1934-cü ildə yaradılmışdır. 1977-
ci  ildə  onun   bazası  əsasında,  Mərkəzləşdirilmiş  Kitabxana  Sistemi  yaradılıb. 
MKS    rayon  əhalisinə  və  ərazidə  yaşayan  qaçqın  və  məcburi  köçkünlərə 
yüksək  səviyyədə  xidmət  göstərir.  Mərkəzləşdirilmiş  Kitabxana  Sistemində, 
MKS  mərkəzi  aparatı,  Metodika  və  biblioqrafiya  şöbəsi,  MKS-nin  mərkəzi 
kitabxanasının  Oxuculara  xidmət  şöbəsi,  Komplektləşdirmə  və  kitab  işləmə 
şöbəsi,  Kitabxana-biblioqrafiya  proseslərinin  avtomatlaşdırılması  şöbəsi, 
İnformasiya-resurs  şöbəsi  və  rayon  MKS-nin  Uşaq  şöbəsi,  2  qəsəbə 
kitabxanası və 45 kənd kitabxana filialları var. MKS-nin fondu  361742 nüsxə, 


102 
 
oxucularının  sayı  51825  nəfər,  yeni  daxil  olan  kitabların  sayı  478  nüsxədir. 
Fondun  14856  nüsxəsi  Azərbaycan  Respublikası  Prezidentinin  ―Azərbaycan 
dilində  latın  qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında‖ 
sərəncamı  ilə  əlaqədar  nəşr  olunub  kitabxanalara  hədiyyə  edilən 
kitablardır.(13) 
 
Beyləqan  inzibati  rayonunda  102  kitabxana  fəaliyyət  göstərir.  Bu 
kitabxanalardan 16-ı şəhərdə, 86-ı isə kənd yerlərində yerləşir. Kitabxanaların 
47-si  (46,1%)  Mədəniyyət  və  Turizm  Nazirliyi,  53-ü  isə  Təhsil  Nazirliyi 
tabeliyindədir.  Onların    ümumi  fondu    653,467  nüsxə  təşkil  edir.  Fondun 
652,590  nüsxəsi  kitablardır.    Bu  göstərici  99,9  %  faiz  təşkil  edir.    Beyləqan 
rayon  kitabxanalarında  3  kompüter  var.    Kitabxanalarda  ümumilikdə  108  
nəfər  mütəxəssis  çalışır.  Mütəxəssislərin  15  nəfəri  (13,9%)  ali  ixtisas,  10 
nəfəri (9,3%) ali qeyri ixtisas, 29 nəfəri (26,9%) orta ixtisas, 15 nəfəri (13,9%) 
qeyri orta ixtisas təhsillidir.(6.s.23-82) 
Beyləqan  rayonunda  kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırılması 
kitabxana-informasiya  xidmətinin  səviyyəsinin  yüksəldilməsi  istiqamətində 
işlər  aparılır.  Dövlət  Proqaramının  uğurlu  icrasını  təmin  etmək  məqsədi  ilə, 
Beyləqan  rayonunda  2012-ci  il  ―Kitabxanalar  ili‖  elan  olunmuşdur.  Rayonun 
kitabxana  fondlarının  müasir  informasiya  daşıyıcıları  ilə  zənginləşdirilməsi, 
kitabxanalarda  multimedia  resursları  fondlarının  yaradılması,  onların  CD  və 
DVD  ilə  təmin  edilməsi  məqsədi  ilə  Mədəniyyət  və  Turizm  Nazirliyindən 
1000 ədəd CD, 11 yeni kompyuter, 2 projektor, 2 ekran, disklər üçün 10 ədəd 
rəf  verilmiş,  Mərkəzi  kitabxanada  təmir  işlərinə  başlanılmışdır.  Hazırda, 
Kitabxana-  biblioqrafiya  proseslərinin  avtomatlaşdırılması  şöbəsi  İRBİS-64 
proqramında işləyir. Əhalinin mütaliəyə marağını artırmaq məqsədi ilə, MKS 
tərəfindən  oxucu  konfransları,  ―dəyirmi  masalar‖,  ―kitab  təqdimatları‖ 
keçirilir.    Cari  ildə  ―kitab  ən  yaxşı  dostdur‖,  ‖sizin  sevimli  kitablarınız‖, 
‖nağıllar qonağımızdır‖, ―Oxu məni‖ və.s kimi tədbirlər də keçirilmişdir.(14)                       
1930-cu  ildən  inzibati  rayon  statusunu  almış  Bərdə  rayonunda  196  kitabxana 
var.  Bu  kitabxanalardan  27-i(13,8%)  şəhərdə,  169-u(86,2%)  kənd  yerlərində 
yerləşir. Onların 121-i (61,7%) Mədəniyyət və Turizm Nazirliyi, 72-i (35,8%) 
Təhsil  Nazirliyi      tabeliyindədir.  Kitabxanaların  ümumi  fondu  916,028  nüsxə 
təşkil edir. Fondun 905,790(98,8%) nüsxəsini kitablar, 20 nüsxəsini elektron-
informasiya  daşıyıcıları  və.s.  təşkil  edir.  Bərdə  rayonunda  kitabxanalarda  3 
kompüter    var.  Kitabxanalarda  çalışan  mütəxəssislərin  sayı  151  nəfərdir. 
Mütəxəssislərin 7 nəfəri  (4,6%) ali ixtisas, 12 nəfəri (7,9%) ali qeyri ixtisas, 
21 nəfəri (13,9%) orta ixtisas təhsillidir. və.s. 
Bərdə  rayonunda  kitabxananın  əsası  1954-cü  ildə  qoyulmuş,  1967-ci 
ildən  isə  Mərkəzi  kitabxana  kimi  fəaliyyət  göstərir.  1980-ci  ilin  noyabr 
ayından  Bərdə  rayon  kitabxanaları  mərkəzləşdirilmişdir.  MKS-in  tərkibinə  1 
mərkəzi  kitabxana, 56 filial  kitabxanası  daxildir. MKs-in  536470 nüsxə  kitab 


103 
 
fondu  var  və  48  mindən  çox  oxucuya    xidmət  göstərir.  MKS-də  7  şöbə 
fəaliyyət göstərir. Şöbələr aşağıdakılardır: 
1. Oxuculara xidmət şöbəsi; 
2. Uşaq şöbəsi; 
3. Komplektləşdirmə və kitabişləmə şöbəsi; 
4. Metodika şöbəsi; 
5. Biblioqrafiya şöbəsi; 
6. İnformasiya-resurs şöbəsi; 
7. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi; 
Mərkəzi  kitabxananın  və  filiallarının   xidmət  etdiyi  ərazidə  əhalinin 
sayı  147300  nəfərdir.  Kitabxanada  oxuculara  operativ  biblioqrafik  xidmət 
göstərilir.  Kitabxananın  bütün  şöbələri  bir-biri  ilə  əlaqəli  şəkildə  fəaliyyət 
göstərir.  Kitabxananın  özülünü  təşkil  edən,  oxuculara  xidmət  şöbəsi  – 
oxuculara abonement, oxu zalı, internet vasitəsi ilə xidmət göstərir. Oxuculara 
xidmət  şöbəsi  kitab  təbliği  işində  əyani  və  şifahi  təbliğat  formalarından 
istifadə  edərək,  müxtəlif  məzmunlu  tədbirlər  hazırlayıb  keçirir.  Vaxtaşırı 
olaraq,  ən  çox  oxunan  kitabların  monitorinqini  keçirir,  kitabxanaların 
komplektləşdirilməsi  üçün  oxucular  tərəfindən  tələb  olunan  ədəbiyyatın 
siyahısını tərtib edib, komplektləşdirmə şöbəsinə təqdim edir.   
İnformasiya-resurs  və  biblioqrafik  proseslərin  avtomatlaşdırılması 
şöbələri  kitabların  və  dövrü  mətbuat  məqalələrinin  elektron  kataloqa 
yazılması,  veb  sayta  məlumatların  daxil  edilməsi  və  proqramlaşdırılması 
işlərini həyata keçirir. Saytın  elektron kataloq  bölməsi 3 hissədən ibarətdir: 1. 
Kitablar; 2. Dövrü mətbuat -2011; 3. Elektron kartoteka -2012;(15) 
Biləsuvar  rayonunda  76  kitabxana  var.  Kitabxanaların  11-i(14,5%) 
şəhərdə, 65-i(85,5%) kənd  yerlərində  yerləşir.  Biləsuvar rayonunda Mərkəzi  
kitabxananın  əsası  1947-ci  ildə  qoyulmuşdur.  1978-ci  ildə  bu  kitabxanın 
bazası  əsasında,    Biləsuvar  rayon  MKS  təşkil  edilmişdir.  MKS-ə  daxil  olan 
kitabxanalar:  1-  rayon  Mərkəzi  kitabxanası,  1-  rayon  Uşaq  kitabxanası,  5  –
şəhər  və  qəsəbə  kitabxanası,  30    kənd  kitabxana  filiallarıdır.  Rayon  Mərkəzi 
kitabxansının  şöbələri  aşağıdakılardır:  Xidmət  şöbəsi;  Oxu  zalı;  Kitabişləmə 
və Komplektləşdirmə şöbəsi; Vahıd fond mərkəzi; Uşaq şöbəsi; (16)  
Kitabxanaların  38-i  (47,4%)  Təhsil  Nazirliyi  tabeliyində  fəaliyyət 
göstərir.  Rayon  kitabxanalarının  ümumi  fondu    697,997  nüsxədir.  Onların 
694,299  (99,5%)  kitablardır.  Biləsuvar  rayon  kitabxanalarında  ümumilikdə  3 
kompüter var. Kitabxanalarda çalışan mütəxəssislərin ümumi sayı 64 nəfərdir. 
Mütəxəssislərdən 7 nəfəri (10,9%) ali ixtisas, 3 nəfəri (4,7%) ali qeyri ixtisas, 
12 nəfəri (18,8%) orta ixtisas təhsillidir.(6.s.76-79) 
Göyçay rayonunda 120 kitabxana var. Bu kitabxanalardan 20-i(16,6%) 
şəhərdə,  100-ü(83,3%)  isə  kənd  yerlərində  yerləşir.  Kitabxanaların  63-
ü(52,5%)  Mədəniyyət  və  Turizm  Nazirliyi,  53-ü  Təhsil  Nazirliyi 


104 
 
tabeliyindədir. Kitabxanaların ümumi fondu 928,065 nüsxə təşkil edir. Fondun 
908.467-i(97,9%)  kitablardan  ibarətdir.  Elektron  informasiya  daşıyıcıları  105 
nüsxədir.    Kitabxanalarda  ştatda  olan  mütəxəssislərin  ümumi  sayı  152 
nəfərdir.Onlardan 7 nəfəri (4,6%) ali ixtisas,  4 nəfəri (2,6%) ali qeyri ixtisas, 
76  nəfəri  (50%)  orta  ixtisas,  26  nəfəri  (17,1%)  orta  qeyri  ixtisas  təhsillidir. 
(6.s. 37-38)  
Göyçay  rayon  Mərkəzi  kitabxanası  1923-cü  ildən  fəaliyyət  göstərir. 
Kitabxana M.Ə.Sabirin adını daşıyır. Rayon MKS-nin 63 filialı var. Bunlardan 
1-i  mərkəzi,  2-i  uşaq,  2-i  şəhər,  1-i  gənclər,  57-i  kənd  kitabxanasıdır.  Rayon 
üzrə 2008-ci ildə kitab fondu 398,542 nüsxə olmuşdur. 2009-cu ildə yeni daxil 
olan  nəşrlərin  sayı  2,264  nüsxə  təşkil  etmişdir.  Oxucuların  sayı  2009-cu  ildə 
35,720  nəfər,  kitab  verilişi  730,654  nüsxə  olmuşdur.  Kitabxananın  6  şöbəsi 
mövcuddur: 
1. Abonement 
2. Oxu zalı 
 
3. Metodiki işlərin təşkili 
4. Məlumat - biblioqrafiya şöbəsi 
5. Komplektləşdirmə və kitabişləmə şöbəsi 
6. Səyyar şöbə 
7. Vahid fondun təşkili və KAA şöbəsi 
Abonement  şöbəsi-  rayon  ərazisində  yerləşən  bütün  oxucu  qruplarına 
xidmət göstərir. Şöbədə açıq rəf üsulu ilə oxucuların kitab fondundan asan və 
geniş istifadəsi üçün şərait yaradılmışdır. Abonement şöbəsi həm əlamətdar və 
tarixi günlərə dair, həm də yeni kitabların sərgilərini keçirir. (17) 
Hacıqabul  rayonunda  66  kitabxana  var.  Bu  kitabxanalardan  19-
u(28,8%)  şəhərdə,  47-i(71,2%)  kənd  yerlərində  yerləşir.  Kitabxanaların  32-i 
Mədəniyyət  və  Turizm  Nazirliyi,  32(48,5%)  Təhsil  Nazirliyinin  tabeliyində 
fəaliyyət  göstərir.  Kitabxanaların  ümumi  fondu  645,043  nüsxədir.  Fondun 
644.637-i(99,9%)  kitablar,  124  nüsxəsini  elektron  informasiya  daşıyıcıları 
təşkil  edir.  Rayon  kitabxanalarında  3  kompüter  var.  Kitabxanalarda  86  nəfər 
mütəxəssis    çalışır.  Onların  3  nəfəri  (3,5%)    ali  ixtisas,  2  nəfəri  (2,3%)  ali 
qeyri ixtisas, 3 nəfəri (3,5%) orta ixtisas təhsillidir.  
 İmişli  rayonunda  131  kitabxana    fəaliyyət  göstərir.  Kitabxanalardan 
16-ı  (12,2%)  şəhərdə,  115-i(87,8%)  kənd  yerlərində  yerləşir.  67(51,1%) 
kitabxana  Mədəniyyət  və  Turizm  Nazirliyi,  60  kitabxana  isə  Təhsil  Nazirliyi 
sisteminə  daxildir.    Kitabxana  fondu  716,053  nüsxə  təşkil  edir.  Fondun 
703.975-i(98,3%) kitablar, cəmi 13 nüsxəsini elektron-informasiya daşıyıcıları 
təşkil  edir.  İmişli  rayon  kitabxanalarında  5  kompüter  var.  Rayon 
kitabxanalarında ştatda olan mütəxəssislərin sayı 97 nəfərdir. Onların 6 nəfəri 
(6,2%)  ali  ixtisas,  12  nəfəri  (12,4%)  ali  qeyri  ixtisas,  21  nəfəri  (21,6%)  orta 
ixtisas, 18 nəfəri (18,6%) qeyri orta ixtisas təhsillidir. 


105 
 
 Əsası 1947-ci ildə qoyulmuş  İmişli rayon Mərkəzi kitabxanası, 1977-
ci 
ildə 
mərkəzləşdirilmişdir. 
Hazırda 
MKS-nin  
384604 
nüxsə   kitab   fondu   var  ki,   bunun  da  71845  nüsxəsini  latın   qrafikalı 
ədəbiyyat  təşkil   edir.  2009-cu  ildə   kitabxananın   32032  nəfər   oxucusu  
və  489997 nüsxə  kitab verilişi olmuşdur.(18)  
Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaranmışdır. Rayonda 123 
kitabxana  var.  Bu  kitabxanalardan  14-ü(11,4%)  şəhərdə,  109-u(86.6%)  kənd 
yerlərində  yerləşir.  Kitabxanaların  65-i(52,8%)  Mədəniyyət  və  Turizm 
Nazirliyi,  55-i(44,8%)  Təhsil  Nazirliyi  tabeliyində  fəaliyyət  göstərir.  Rayon 
kitabxanalarının  ümumi  fondu  734,005  nüsxə  təşkil  edir.  Ümumi  fondun 
719244-ü(98%)  kitablardır.  Kitabxanalarda  9  kompüter  var.  Kitabxanada 
çalışan mütəxəssislərin ümumi sayı 115 nəfərdir.  Onların 7 nəfəri (6,1%) ali 
ixtisas təhsilli olmaqla, 8 nəfəri (7%) ali qeyri  ixtisas,  24 nəfəri  (20,9%) orta 
ixtisas, 23 nəfəri (20%) orta qeyri ixtisas təhsillidir. 
Kürdəmir  rayon  Mərkəzi  kitabxanası  1938-ci  ildə  yaradılmışdır. 
Kürdəmir  rayon  MKS-i  Mərkəzi  kitabxananın  bazası  əsasında  təşkil 
olunmuşdur. MKS-nin tərkibində Mərkəzi kitabxana və Uşaq kitabxanası daxil 
olmaqla,  cəmi    50    kitabxana    var.  Bu  kitabxanaların    ümumilikdə,  337784 
nüsxə fondu var. Onların  81546 (24,2%) latın qrafikası ilə nəşr olunub. MKS-
də oxucuların sayı 41978 nəfər, o cümlədən, Mərkəzi kitabxanada 4011nəfər, 
Uşaq  kitabxanasında  1910  nəfər,  şəhər  və  kənd  kitabxanaları  üzrə  35057 
nəfərdir.  MKS  üzrə  kitab  verilişi  904992  nüsxə  olmuşdur.  Bu  göstəricilər, 
Mərkəzi  kitabxana  üzrə  86237  nüsxə,  Uşaq  kitabxanası  üzrə  36009  nüsxə, 
şəhər  və  kənd  kitabxanaları  üzrə  782746  nüsxə  təşkil  etmişdir.  Kürdəmir 
MKS-in də 6 şöbəsi var: 
1. Xidmət şöbəsi; 
2. Komplektləşdirmə və Kitabişləmə şöbəsi;    
3. Metodika-Biblioqrafiya şöbəsi; 
4. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi; 
5. İnformasiya-Resurs şöbəsi;  
6. Uşaq şöbəsi; 
Oxuculara xidmət şöbəsi, böyük oxucu kütləsini mütaliəyə cəlb etmək 
üçün,  ərazidə  yerləşən  bütün  müəsisələrlə  və  əhali  ilə  sıx  əlaqə  saxlayır, 
fondda olan yeni ədəbiyyat haqqında məlumat verir, yeni kitabların sərgilərini 
təşkil edir. Şöbə  gün  ərzində  30-35 oxucuya xidmət  edir. Eyni  zamanda, oxu 
zalından gün ərzində 40 nəfərə qədər oxucu istifadə edir. Şöbədə əlamətdar və 
tarixi günlər, yubileylər təşkil  edilir. Xidmət şöbəsinin fondunun həcmi 24771 
nüsxə, oxucuların sayı 4011 nəfər, kitabverilişi 86237 nüsxədir. 
Komplektləşdirmə  və  Kitabişləmə  şöbəsi  oxucuların  tələbatlarının 
ödənilmsəi  üçün,  universal  profilli  kitab  fondunu  komplektləşdirir.  Dövlət 
vəsaiti  hesabına  və  digər  mənbələrdən  yeni  ədəbiyyatları  almaqla  kitab 


106 
 
fondunu  daim  zənginləşdirir.Yeni  daxil  olan  ədəbiyyatların  uçotunu  aparır, 
ədəbiyyatların  elmi  və  texniki  cəhətdən  işlənməsini  təşkil  etdikdən  sonra, 
kitabxana filiallarına çatdırılması işini həyata keçirir. Fondun mühafizəsinə və 
məzmunca aktuallığını itirmiş  və  istifadə olunaraq  yararsız vəziyyətə düşmüş 
ədəbiyyatrlardan təmizlənməsinə nəzarət edir.  
Metodika-Biblioqrafiya  şöbəsi-metodki  mərkəz  olaraq  MKS  nəzdində 
fəaliyyət  göstərir,  kitabxanalara  metodiki  köməklik  edir  və  sistemin 
oxucularının    biblioqrafik  xidmətini  təşkil  edir.  Soraq-biblioqrafiya  aparatını 
təkmilləşdirir,  biblioqrafik  işi  əlaqələndirir  və  ona  nəzarət  edir.  Məqalələrin 
sistemli  və  diyarşünaslıq  kartatekalarını  tərtib  edir.  Yeni  daxil  olan 
ədəbiyyatın  məlumat bülletenlərini və tövsiyə siyahılarını tərtib edir. Sistemin 
bölmələrinin fəaliyyətini məzmun, forma və metodiki baxımdan əlaqələndirir, 
işin  yeni  üsul  və  metodlarını  öyrənməklə,  qabaqcıl  təcrübələri  aşkar  edir. 
Kadraların  ixtisaslarının  artırılması  işinin  təşkil  olunmasına  kömək  edir. 
Kütləvi  tədbirlərin  keçirilməsinə  təcrübi,metodik  yardım  göstərir,müxtəlif 
mövzularda metodik vəsaitlər hazırlayır. 
Kitabxana-biblioqrafiya  proseslərinin  avtomatlaşdırılması  şöbəsi, 
kitabxanalrın  elektron  kataloqunun  idarə  olunması,  elektron  kataloqların 
―Katoloqlaşdırılma‖,  ―Komplektləşdirmə‖,  ―oxucu‖  modullarının  işini  təşkil  
etmək, 
habelə 
MKS-də 
kitabxana-biblioqrafiya 
proseslərinin 
avtomatlaşdırılması işini təşkil edir.  
İnformasiya-Resurs şöbəsi kitabxanaların veb-saytının idarə olunması, 
şəbəkənin  antivirus  proqramının,  habelə  lokal  və  internet  şəbəkəsinin 
fəaliyyətini  təşkil  edir.  Nəzarət  funksiyasını  həyata  keçirir.  Şöbə 
kitabxanalarının    elektron  kitabxanalarının  yaradılması,  nəşrlərin  elektron 
formaya  çevrilməsi  işini  təmin  edir.  Kitabxana-biblioqrafiya  proseslərinin 
avtaomatlaşdırılması şöbəsinin həyata keçirdiyi ―Kataloqlaşdırma‖ modulunun 
bazasından  istifadə  edərək,  elektron  resursların  bazalarının  yaradılmasını 
həyata keçirir. Şöbə fasiləsiz internetlə təmin olunmuş, oxucuların istifadəsinə 
verilmişdir.  Şöbənin  əsas  vəzifəsi:  informasiyalı  cəmiyyətdə  istifadəçilərin 
informasiyaya olan tələbatlarını ödəməkdir. 
2008-ci  ildə    Kürdəmir  MKS-də    Amerika    mərkəzi  yaradılmışdır. 
Mərkəzin  yaradılmasında  əsas  məqsəd,  informasiya  axınının  artdığı  və 
yeniləndiyi müasir dövrdə, getdikcə artan oxucu sorğularının daha operativ və 
tez  yerinə  yetirilməsindən  və  onun  xidmətindən  istifadə  edən  tələbatçıların 
ümumi internet kompüter biliklərinə yiyələnməsinə kömək etməkdən ibarətdir. 
(19) 
Aran  iqtisadi  regionuna  daxil  olan  Neftçala    inzibati  rayonunda  115 
kitabxana  var.  Onlardan  37-i(32,2%)  şəhərdə,  78-i(67,8%)  kənd  yerlərində 
yerləşir.  Kitabxanaların  67-i(58,3%)  Mədəniyyət  və  Turizm  Nazirliyi,  45-i 
Təhsil  Nazirliyi  tabeliyindədir.  Kitabxanaların  fondu  660,798  nüsxə  təşkil 


107 
 
edir.  Ümumi  fondun  655.764-ü  kitablardır.(99,3%).  Kitabxanalarda  9 
kompüter var. Rayon kitabxanalarında çalışan mütəxəssislərin ümumi sayı 143 
nəfərdir. Onlardan 6 nəfəri (4,2%) ali ixtisas, 5 nəfəri (3,5%) qeyri ali ixtisas, 
30 nəfəri (21%) orta ixtisas, 22 nəfəri (15,4%) qeyri orta ixtisas təhsillidir. (6. 
s. 76-79) 
1975-ci  ildə  yaradılmış  Neftçala  rayon  MKS-i,  Mərkəzi  Kitabxana  və 
52 filialı oxuculara xidmət göstərir. Bu kitabxanalardan 49-u kənd və qəsəbə, 
3-ü isə Uşaq kitabxanalarıdır. 2011-ci ilin yekun hesabatına görə MKS 39193 
oxucuya xidmət göstərmişdir. Ötən il kitabxanaya 373 adda 3765 nüsxə kitab 
və 25 nüsxə jurnal, 1 ədəd disk olmaqla 3791 nüsxə çap əsəri daxil olmuşdur. 
Hazırda MKS-in kitab fondu 299759 nüsxədir. MKS-də 220 nəfər işçi çalışır, 
onlardan  163  nəfəri  mütəxəssis,  57  nəfəri  isə  texniki  işçidir.  Mərkəzi 
kitabxanada 6 şöbə fəaliyyət göstərir: 
1. Xidmət şöbəsi; 
2. Uşaq şöbəsi; 
3. Metodika-Biblioqrafiya şöbəsi; 
4. Komplektləşdirmə və Kitabişləmə şöbəsi; 
5. İnformasiya-Resurs şöbəsi; 
6. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi; 
Müasir  informasiya  texnologiyaları,  elektron  resurslar  vasitəsi  ilə 
oxuculara  xidmət  işini  yüksək  səviyyədə  həyata  keçirir.  Elektron  kataloqun 
yaradılması  işində  xidmət  şöbəsi  ilə  digər  şöbələrin  işini  əlaqələndirir. 
Müxtəlif oxucu qruplarına xidmət edir, daimi sərgilərin və kütləvi tədbirlərin 
təşkilini  həyata  keçirir.  Kitab  fondu  52570  nüsxə  təşkil  edir.  Oxucuların 
ümumi  sayı  4140  nəfərdir.  Neftçala  rayon  MKS-nin  saytı  2009-cu  ilin 
sentyabr  ayından  etibarən  fəaliyyət  göstərir.  Saytda  çox  zəngin  məlumatlar 
yerləşdirilmişdir,  o  cümlədən  fondun  elektron  kataloq  və  elektron  kitabxana 
bölmələri  yaradılmışdır.  Hər  iki  bölmə  oxuculara  virtual  xidməti  təşkil 
edir.(20) 
Saatlı  rayonu  1965-ci  ildən  müstəqil  rayon  kimi  fəaliyyət  göstərir. 
Rayonda  109  kitabxana  var.  Bu  kitabxanalardan  13-ü(11,9%)  şəhərdə,  96-
ı(88,1%) kənd yerlərində yerləşir. Kitabxanaların 63-ü(57,8%) Mədəniyyət və 
Turizm  Nazirliyi,  43-ü  Təhsil  Nazirliyi  tabeliyindədir.  Kitabxanaların 
fondunun  ümumi  həcmi  759,009  nüsxə  təşkil  edir.  Fondun  740,826(9,7%) 
nüsxəsi  kitablardan  ibarətdir.  Fondun  143  nüsxəsi  elektron-  informasiya 
daşıyıcılarında  mühafizə  olunur.  Kitabxanalarda    7  kompüter  var.  Kitabxana 
mütəxəssislərinin  ümumi sayı 145 nəfərdir. Onların 5 nəfəri (3,4%) ali ixtisas, 
5 nəfəri (3,4%) qeyri  ali ixtisas,  10 nəfəri (6,9%) orta ixtisas, 13 nəfəri  (9%)  
orta qeyri ixtisas, 112 nəfəri (77,3%)  ümumi  orta  ixtisas təhsillidir.  
Sabirabad rayonunda  cəmi 161 kitabxana var. Bu kitabxanalardan 17-
i(10,6%)  şəhərdə,  144-ü(89,4%)  kənd  yerlərində  yerləşir.  Kitabxanaların  79-


108 
 
u(49,1%)  Mədəniyyət  və  Turizm  Nazirliyi,  80-i  Təhsil  Nazirliyi  tabeliyində 
fəaliyyət  göstərir.  Kitabxanaların  ümumi  fondu  697,639  nüsxədir.  Fondun 
697,275 nüsxəsini kitablar təşkil edir və kitabxanalarda cəmi 5 kompüter var. 
Kitabxana mütəxəssislərinin ümumi sayı 123 nəfərdir. Onların 6 nəfəri (4,9%) 
ali  ixtisas,  5  nəfəri  (4,1%)  ali  qeyri    ixtisas,  32  nəfəri  (26%)  orta  ixtisas,  20 
nəfəri (20,3%) orta qeyri ixtisas, 55 nəfəri (44,7%) ümumi orta təhsillidir. 
Salyan rayonunda ümumilikdə 112 kitabxana var. Bu kitabxanalardan 
22-i şəhərdə, 90-ı kənd yerlərində yerləşir. Kitabxanaların 55-i Mədəniyyət və 
Turizm  Nazirliyi,  43-ü  Təhsil  Nazirliyi  tabeliyində  fəaliyyət  göstərir.  
Kitabxanaların  ümumi  fondu  190,700  nüsxə  təşkil  edir.  Fondun  411,566 
nüsxəsi  şəhər  kitabxanalarında,  630.000  nüsxəsi  kənd  kitabxanalarındadır  və   
bu  kitabxanalarda  cəmi  11  kompüter  var.  Kitabxanalarda  çalışan  
mütəxəssislərin ümumi sayı 107 nəfərdir. Mütəxəssislərin 25 nəfəri ali ixtisas, 
25 nəfəri orta ixtisas , 26 nəfəri ali və orta qeyri-ixtisas, 56 nəfəri  ümumi orta 
təhsillidir. (6.s. 53-57) 
Salyan  Rayon  MKS-i  1975-ci  ildən  fəaliyyətə  başlamışdır.  Nizami 
Gəncəvi  adına  Mərkəzi  kitabxana  adlanan  MKS  özündə  56  filialı  birləşdirir. 
MKS-ə 1 Uşaq kitabxanası, 1 Gənclər kitabxanası, 47 kənd kitabxana filialları, 
5 şəhər kitabxanasını daxildir. Kitabxananın fondunun ümumi həcmi 527,339 
nüsxədir. Kitabxananın şöbələri aşağıdakılardır.  
1. Abonement şöbəsi 
2. Oxu zalı şöbəsi 
3. Kitabişləmə və Komplektləşdirmə şöbəsi 
4. Metodika və Biblioqrafiya şöbəsi 
5. Kitabxanalar arası abonement şöbəsi. 
Abonement  şöbəsi-  kitabxana  yaranan  gündən  fəaliyyət  göstərir. 
Şöbənin  fondu  bədii  və  elmi  ədəbiyyatla  zəngindir.  Şöbədən  ayrı-ayrı  oxucu 
qrupları  istifadə  edir.  Gün  ərzində  20-25  oxucuya  xidmət  göstərilir.  Şöbənin 
əlifba  və  sistemli  kataloqları  var.  Fondda  ―Açıq  rəf‖-də  sərgilənən  kitablar 
oxucuların  marağına  və  kitab  seçməsinə  geniş  şərait  yaradır.  Kitabxananın 
müasir səviyyədə tərtib edilən saytında elektron kataloq və elektron kitabxana 
bölmələrində  kitabxananın  zəngin  kitabxanasının  fondu  oxucuların  virtual 
istifadəsinə  verilmişdir.  Elektron  kataloq  bölməsində  materiallar  4  qrupa 
ayrılmışdır:1.Kitablar;  2  .  Elektron  kartoteka;  3.  Retro  kitablar;  4.  Yeni 
kitablar; 
5. Diyarşünaslıq;(21) 
Ucar  rayonunda  ümumilikdə    94  kitabxana  var.  Onların  79-u 
kəndlərdə,  15-i  isə  şəhərdə  yerləşir.  Bu  kitabxanalardan  47-i  Mədəniyyət  və 
Turizm Nazirliyi, 45-i isə Təhsil Nazirliyi tabeliyindədir. Kitabxanaların fondu 
488,773 nüsxədir. Fondun əsasını  kitablar təşkil edir. Rayon kitabxanalarında 
7 kompüter istifadəyə verilmişdir. Ucar rayonunda 33 min kitab fondu olan 47 


109 
 
kütləvi  kitabxana  var.  Onların  40-ı  kənd  yaşayış  məntəqələrində,  7-i  rayon 
mərkəzində  yerləşir.  Rayon  kitabxanalarında    94  nəfər  mütəxəssis  çalışır. 
Mütəxəssislərdən  5  nəfəri  ali  ixtisas,  78  nəfəri  ali  və  orta  qeyri  ixtisas,  46 
nəfəri isə ümumi orta təhsillidir. 
Zərdab  rayonunda    89  kitabxana  var.  Onlardan  15-i  şəhərdə,  74-ü 
kəndlərdə  yerləşir. Kitabxanaların 49-u Mədəniyyət və Turizm Nazirliyi,  37-i  
Təhsil  Nazirliyi  tabeliyində  fəaliyyət  göstərir.  Kitabxana    fondunun  ümumi 
həcmi  427,770  nüsxədir.  Kitabxanalarda  3  kompüter  var.  Kitabxana 
mütəxəssislərinin  ümumi  sayı  107  nəfərdir.  Onların    58  nəfəri    ali  və  orta 
ixtisas, 24 nəfəri ali və orta qeyri ixtisas təhsillidir.  
Zərdab  rayon  Mərkəzi  Kitabxanasının  saytında  rayonun  yetirmələri 
Həsən  Bəy  Zərdabi,  Milli  Azərbaycan  hökumətinin  yaranmasında  fəallıq 
göstərmiş  Şirin  Nuriyev,  Sovet  İttifaqı  Qəhrəmanı  Məlik  Məhərrəmov  və  b. 
şəxslər haqqında məlumatlar verilir. Saytın maraqlı linklərindən biri "Əkinçi" 
bölməsidir. Burada Azərbaycanda ilk mətbu orqan olan "Əkinçi‖ qəzeti, onun 
yaradıcısı  Həsən  bəy  Zərdabinin  bu  sahədəki  fəaliyyəti  haqqında  məlumatlar 
təqdim  edilir.  Kitabxananın  Veb-saytında  "Kitabxana"  və  "strukturu" 
bölməsində  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sistemi,  onun  fəaliyyəti  və 
şöbələri  haqqında,  "Tədbirlər"  bölməsində  isə  keçirilən  tədbirlər  haqqında 
məlumatlar təqdim edilir. Bundan başqa, "Yeni nəşrlər" bölməsində kitabxana 
fonduna daxil olan yeni kitabların siyahısı təqdim edilir.(22) 
İnformasiya  tələbatının  tam  və  operativ  ödənilməsi,  kitabxanaların 
fəaliyyətinin düzgün təşkil olunmasından, biblioqrafik xidmətin səviyyəsindən 
asılıdır.  
Hazırda "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 
2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı"nın  icrası  məqsədi  ilə, 
Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə respublikanın şəhər və 
rayon kitabxanalarının avtomatlaşdırılması işi həyata keçirilir. 
 Regiondakı  MKS-lərin  bir  çoxu  kompüterlərlə  təmin  olunsa  da, 
elektron kataloqun  yaradılması üçün maliyyə vəsaiti çatışmazlığı hiss olunur. 
İqtisadi  rayonların  bir  çoxundakı  MKS-lərinin  veb  saytı  yaradılıb  oxucuların 
istifadəsinə  verilmişdir.  Son  dövrlərdə,  bu  sahədə  görüləcək  işlərin  siyahısı 
daha  da  genişlənməyə  başlamışdır.  Bunu  haqqında  araşdırma  apardığımız 
şəhər və rayon kitabxanalarının nümunələrində daha yaxından izlədik. 
Ümumiyyətlə,  respublikamızın  iqtisadi  rayonlarında  kitabxanalarının 
fəaliyyətinin araşdırılması belə nəticə çıxarmağa əsas verir ki, respublikamızın 
şəhər və kənd kitabxanalarında xüsusi ilə ixtisaslı kadrların  azlığı  kitabxana-
informasiya təminatının keyfiyyətinə təsir edən ən mühüm amillərdən biridir.  

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin