KġtabxanaġÜnasliq



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə94/111
tarix25.12.2016
ölçüsü2,53 Mb.
#2845
1   ...   90   91   92   93   94   95   96   97   ...   111
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


186 
 
Yusif QAZIYEV 
 Bakının 276 saylı məktəbinin ali kateqoriyalı müəllimi, 
 pedaqogika üzrə fəlsəfə doktoru 
 
QƏZA MƏKTƏBLƏRĠNĠN  KĠTABXANALARI 
 
Açar  sözlər: Məktəb  kitabxanaları,  Kitabxanalarının  yaranma  səbəbləri, 
Kitabxananı formalaşdırmaq 
Key  words:  Школьные  библиотеки,  Библиотеки  причин,  Формирование 
библиотек 
Ключивое  слова:  School  Libraries,  Libraries  reasons,  the  formation  of 
libraries 
 
Çar hökumətinin Azərbaycanda ruslaşdırma siyasətinə uyğyn olaraq yerli 
əhalinin  rus  dilinə  yiyələnməsi  məqsədi  ilə  dövlət  işçiləri  daha  çox 
maraqlanırdı.  Bu baxımdan 2 avqust 1829-cu ildə Zaqafqaziya məktəblərinin 
ilk nizamnaməsi təsdiq edildi. 
Nizamnamənin  təsdiqi  ilə  əlaqədar  olaraq  Azərbaycanda  ilk  qəza 
məktəbləri Şuşada 1830-cu il dekabrın  30-da, Nuxada 1831-ci  l  dekabrın 30- 
da    Bakıda  1832-ci  il  yanvarın  17-də,  gəncədə  1833-cü  il  fevralın  18-də, 
Naxçıvanda  1837-ci  il  martın  25-də,  Şamaxıda  1838-ci  ildə  mayın  12-də, 
keçmiş  müsəlman  məktəbinin  bazasında  müstəqil  nizamnaməyə  və  pansiona 
malik  olan,  şagirdlərə  ixtisas    verən  üç  sinfi  ibtidai  Zakatala  qəza  məktəbi 
1862-ci il sentyabrın 26- da açıldı (1,Ç,a) 
Dövlət  tərəfindən    açılmış  qəza  məktəblərinin  nəzdində  təlim  işində 
mühüm rol oynayan məktəb kitabxanaları təşkil edildi. 
Məktəblər yanında təşkil edilən kitabxanalar iki tipdə idi. Bunlardan biri 
əsaslı  (müəllim)  kitabxana,  digəri  isə  şagird  kitbxanası  adlanırdı.  Bu 
kitabxanaların  təşkilində əsas məqsəd şagirdələ  dərsliklərdə kömək  etmək və 
onların sinfdənkənar mütaliəsinə yardım göstərmək idi. Şagirdlərin sinfdənxric 
mütilələrini  səmərəli  təşkil  etmək  dərsdə  aldıqları  bilikləri  genişləndirmək 
məqsədi  ilə  kitabxanalardan  müvafiq  kitablar  seçilərək  onların  istifadəsinə 
verildi. 
Qəza  məktəb  kitabxanalarında  şagirdlərə  əla  xidmət  işi  nümayiş 
etdirməyə  cəhd  göstərildi.  Arxiv  sənədlərindənməlum  olur  ki,  təlim 
keyfiyyətini  yüksəltmək  üçün  şagirdlərin  sinfdənxaric  mütaliəsinin  səmərəli 
təşkili  əsas  rol  oynayır.  Bu  məqsədlə  bir  çox  iş  üsullrı  tətbiq  olunurdu. 
Bunlardan  biri  də  əlaçı  şagirdlərə  sinfdənxaric  mütailə  üçün  bədii  kitablarla 
mükafatlandırmaq idi. Bakı qəza məktəbinin müdiri həmişə belə edirdi. Gəncə 
və Şəki məktəblərində də bu iş yaxşı təşkil edilmişdir. Onu  demək kifayətdir 


187 
 
ki, 1839-cu iləd Şəki qəza məktəbinin əsaslı kitabxansında əlaçı şagirdlərə 22 
man 60 qəpik dəyərində kitab mükafatı verilmişdir. (1,C,a;1A,ə). 
Qəz  məktəb  kitabxanaları  yalnız  müəllim  və  şagirdlərə  xidmət  etmirdi, 
eləcədə  də  kənd  və  şəhər  ictimaiyyətinə  də  xidmət  edirdi.  Onlar  xalq 
kütlələrinin svadlanmasında böyük rol oynamışdır. Kitabxanadan istifadə edən 
kənar  damlar  oxuduqları  qəzet,  jurnal  və  kitabların  hər  birinə  kirayə  haqqı 
verirdilər. 
Toplanmış  pul  məbləği  kitabxananın  kitab  fondunun 
zənginləşməsinə,  xərcləndi.  Bu  iş  İrəvan  qəza  məktəbində  daha  yaxşı  təşkil 
edilmişdir. Orada bir kitaba  kirə haqqı ayda 50 qəpik idi.  Kitabxana xidməti 
saat 8.00-dan  2.00-a və nahardan sonra saat  4. 00-dən  6.00-a qədər vaxt idi. 
Bu digər qəza məktəblərində də mövcud idi (1, B, a,1, A,a). 
Qəza  məktəb  kitabxanalarının  ictimaiyyətə  xidməti  ilə  əlaqədar  ictimi-
kütləvi  kitabxanaların  təşkilinə  ciddi  etiyac  yarandı.  Belə  ki,  qəza  məktəb 
kitabxanaları  oxucuların  tələbini  ödəmirdi.  Təbii  ehtiyacdan  doğaraq 
ziyalılarinanə yolu ilə kütləvi kitbxanalar yaratmaq təşəbbüsündə oldular. Belə 
kitabxanalardan biri 1859-cu il sentyabr 15-də Şamaxıda təşkil edildi . Həmin  
kitabxana  müxtəlif  adlarda  128  nüxsə  cari  mətbuat-qəzet  və  jurnallar  alırdı 
(IV.12).  Digər  bir  kitabxana  1868-ci  il  aprelin  28-də  ictimaiyyət  tərəfindən 
Gəncədə  açıldı.  Kitabxananın  açılışı  münasibəti  ilə  Gəncənin  mülki 
qunbernatoru  Qafqaz  Canişininə  məlumat  verərək,  Gəncə  qəzasının 
Quberniyaya  çevrilməsi  münasibəti  ilə  məmurların  sayının  çoxalmasını  və 
əhalinin  geriliyiniqeyd  edərək  kitabxana  fondunun  geriliyini  zənginləşməsi 
üçün Canişinin kitabxana və ictimai yığıncaqlar üçün 42 iyun 1868-ci ildə 375 
man pul buraxmağa icazə verir (1,A,b). 
Arxiv sənədlərində qəza məktəblərinin əsaslı kitabxanalarının fondlarına 
dair  xeyli  məlumatlarvardır.  Məsələn,  1845-ci  il  məlumatına  görə,  Şuşa  qəza 
məktəbinin  kitabxanasında  301,  Nuxada  360,  Bakıda  746,  Gəncədə  113, 
Naxçıvanda 152, Şamaxıda isə 240 cilddə və digər tədris vəsaitləri var idi. 
1954-cüildə  Şamaxı  qəza  məktəbinin  kitabxanasında  181,  21  və22 
(cəmi224)  kitab siyahısı  olmuşdur. Bu siyahılar üzrə 690 nüxsə qəzet topası, 
jurnal və kitab vardı. Burada türk və fars dillərində kitablar mövcud idi. 
1865-ci ildə isə qəzaməktəb kitabxanalarının əsaslı kitabxanalarının kitab 
fondu və digər tədris vəsaitləri aşağıdakı kimi olmuşdur: 
Naxçıvan  qəza  məktəbinin  əsaslı  kitabxanası  daha  zəngin  idi.  1865-ci 
ildə burada 761 adda 2448 nüxsə kitab var idi. Bundan 630  adda 2278 nüxsəsi 
rus,  20  adda23  nüxsəsi  Şərq  dillərində,  10  adda  12  nüxsə  qədim  klassik  
dillərdə,  12  adda  91  nüxsə  Avropa  dillərində  idi.  Kitabxanada  23  xəritə,  12 
atlas, 1 qlobus, 30 şəkil, 4 yazı kağızı var idi.(1,B,b) 
Gəncə qəza məktəbinin kitabxanasında olan 224 adda 609 nüxsə kitabdan 
206  adda  rus  dilində,  8  adda  Avropa  dillərində,  10  adda  Şərq  dillərində 
idi(1,B,C) 


188 
 
Şamaxı qəza məktəbinin kitabxanasında 233 adda 822 nüxsə kitab, kiçik 
elektrik maşını, 2 çökük və qabarıq güzgü var idi (1,B,Ç) 
Şuşa qəza məktəb kitabxanasında 226 adda 555 kitab, Şəki qəza məktəb 
kitabxanasında 192 adda 890 nüxsə kitab, 2 nüxsə coğrafiya xəritəsi, 5 atlas, 2 
qlobus, 1 əsas təlim metodu cədvəli, 1 hesab cədvəli, 1 kiçik elektrik maşını, 
Zaqatala qəza məktəb kitabxanasında isə 149 adda 394 nüxsəktab, 12 qlobus, 
2  nüxsə  xəritə,1  Avropa  Rusiy  xəritəsi  mövcud  idi.  Bakı  qəza  məktəbinin 
kitabxanasında isə 1066 man 78 qəp. Dəyərində kitab var idi.(1,B,d; 1,A,C). 
Beləliklə,  1865-ci  ildə  Bakı  Qəza  məktəbindən  başqa  qalan  6  məktəbin 
əsaslı  kitabxanalarında  1785  adda  6118  nüxsə  kitab  və  digər  tədris  vəsaitləri 
olmuşdur. 
Qəza  məktəbləri  yanında  əsaslı  kitabxanalara  dərslik  və  pedaqoji 
ədəbiyyatdan  başqa  şagirdlərin  sinifdənxaric  mütailəsi  üçün  uşaq  ədəbiyyatı 
da  toplandı.  Məsələn,  Şamaxı  qəz  məktəbinin  əsaslı  kitabxanasında  uşaq 
mütailəsiN37  hərbi  məktəb  şagirdləri  (vospitannik)  üçün  jurnal,N53 
Krummaxerin  nəsihətöyrədici  povest  və  hekayələri,  N71  Telemakovun  ―Rus 
təcürməsi‖,  N73  Katakabı,  N  49  Maksimovun  ―Şimalda  il,‖  N50  yenə  onun 
―Şərqdə  il‖  N  61  Mayn  Ridin  ―Ovçu  nağılları‖,Şəki  məktəbində  N42  Lame-
Firin ―Tarix‖,N 65 Krummaxerin nəsihətöyrədici povest və hekayələri, N171 
hərbi  məktəb  şagirdləri  üçün  jurnal,  N198  Daraqanın  uşaqlar  üçün  ―Təbiət 
tarixi‖,N  206  Kerberin  ―Gənclik  üçün  kitabxana,‖  N308  ―Rossiya  gəncliyi 
üçün  oxu,‖  N317  ―Avropa  gəncliyi  üçün  oxu,‖  N  320    Katakabı  (V,3,s.  3,iş 
474, v.46, 48; 1,53,səh.30-31. 35,) , kitabları vardır. 
Qəza  məktəblərinni  kitabxanalarına  dövlət  tərəfindən  verilən  kitablar  və 
onların  dövrü  mətbuata  abunəsi  birbaşa  ZMM    (zaqafqaziya  Məktəblər 
Müdiriyyəti)  idarəsi  tərəfindən  müəyyənləşdirilərək  icazə  verldi.  Kitablar  isə 
Tiflis gimnaziyasının kitab maqazasından göndərilirdi (1,C,a,b). 
Qəza  məktəblərinin  kitabxanalarının  kitab  fondu  camaat    tərəfindən 
toplanmışinanə  hesabına  və  ayrı-ayrı  şəxslərin  göstərdiyi  yardım  hesabına 
dazənginləşirdi.  Məsələn,  1882-ci  ildə  Zaqatala  qəza  məktəbinin  şagird 
kitabxanasına  məktəbin  müəllimi  Zaqafqaziya  müəllimlər  seminariyasının 
yetirməsi Abrakov 30 manat dəyərində kitab almışdır(3) 
1860-cı illərdən sonra dövrün mətbuatında arxiv sənədlərində məktəb və 
mədrəsələr  də‖müsəlman  məktəbləri‖  adı  ilə  verilir.  Ona  görə  əsərdə  hər  üç 
məktəb tipi sonrakı dövrlərdə ―müsəlman məktəbləri‖ adı kimi işlənir. 
Qəza  məktəb  kitabxanalarına  məktəbin  nəzarətçisi  və  ya  müəllimlərdən 
biri  və  bəzi  məktəb  kitabxanalarına  isə  məktəb  katibi  rəhbərlik  edirdi. 
Kitabxanaçıya  pul  verilmirdi.  Ona  görə  şagirlərə  kitabxana  xidməti  zəif  idi. 
Hətta il boyu yeni kitablardan istifadə edilmirdi. Bu barədə QTD-nin (Qafqaz 
Tədris  Dairəsi)  1869-cu  il  sərancamlarında  deyiliri:  ―1868-ci  ildə  Şamaxı 
məktəbinə  göndərilən  kitablardan  istifadə  edilməmişdir,  çünki  onların  darə 


189 
 
edilməsi  bu  yaxınlarda  yeni  kitabxanaçıy  (pullu  kitabxanaçı  nəzərdə  tutlur-
Y.Q.) tapşırılmışdır(4) 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  arxiv  sənədlərinə  görə  qəza 
məktəblərinin  tədris  planında  həmişə  kitabxana  ştatına  yer  verilmişdir,  ancaq 
pul  verilirdi.  Hətta  1853-cü  il  Nizamnaməsi  üzrə  Şamaxı  dörd  sinifli  ali  qəz 
məktəbinin  kitabxana  ştatına  pul  vermək  nəzərdə  tutulurdusa,  ancaq    pul 
verilmirdi(I,14.səh.89).Lakin  1867-ci  illərdən  sonra  qəəza  məktəblərinin 
şagird kitabxanaarının ştatlarına pul verilirdi(1,Ç,b). 
Ancaq  məktəblərdə  kitabların  mühafizəsinə,  kitabxana  qaydalarına  və 
xidmətinə  əməl  olunmağa  ciddi  fikir  verilirdi:  kitabxanaya  gələn  kitablar 
qymətləri  ilə  birlikdə  səhifələnmiş  və  möhürlənmiş  qaytanlı  ―Kitab  kassası‖ 
kitabında  hesaba  alınırdı,  alınmış  kitablar  barədə  ZMM  idarəsinə  məlumat 
verilirdi;  kitabxanalarda  olan  kitablara  dair  ayrıca  hərəkət  kitabı  da  mövcud 
idi.  Burada  kitabların  tam  adları  müəllifi  və  qiymətləri,  həmçinin  şagirdələ 
mükafat  üçün  verilmiş  kitabların  adları  və  dəyəri,  kitabların  hansı  idarə  və 
mağazadan  göndərildiyi  və  haradan,  kimdən  əldə  edildiyi  qeyd  edilirdi. 
Nəhayət, kitabxananın vəziyyəti barədə  ZMM idarəsinə illik hesabat verilirdi 
(1,C,b; 1,A,Ç; 1,B,e,v.242). 
Qəza  məktəb  kitabxanalartında  kataloqlar  düzəldilmişdir.  Bu  iş  Şamaxı 
və  Şəki  qəza  məktəb  kitabxanalarında  daha  yaxşı  təşkil  edilmişdir. 
Kitabxanalar  isə  kirayə  edilmiş  sinif  otaqlarında  şkaflarda  yerləşdirilirdi.  O 
cümlədən 1868-ci ildə Nuxa qəza məktəbinin kitabxanası 3 şkafda yerləşirdi. 
Lakin Bakı Qəza məktəbinin ayrıca  kitabxana otağı var idi.(5) 
Arxiv  sənədlərindən  məlum  olur  ki,  təlim  kefiyyətini  yüksəltmək, 
şagirdlərin  sinifdən  xaric  mütailəsini  səmərəli  təşkil  etmək  məqsədi  ilə  qəza 
məktəb kitabxanalarının apardığı iş formalarından biri əlaçı şagirdlərə mütailə 
üçün  kitabxana  fondundan  kitab  mükafatı  vermək  idi.  Bakı  qəza  məktəbinin 
müdiri həmişə belə edərdi. Gəncə  və Şəki məktəblərində də bu iş yaxşı təşkil 
edilmişdir.  Onu  demək  kifayətdir  ki,  1839-cu  ildə  Nuxa  Qəza  məktəbinin 
əsaslı  kitabxanasında  əlaçı  şagirdlərə  22  man.60  qəpik  dəyərində  kitab 
mükafatı  verilmişdir.  Bu  tədbir  ZMM  idarəsinin  razılığı  ilə  bütün  məktəb 
tiplərində hər zaman tətbiq edilirdi. (1,A,d) 
Həmçinin  kasıb  şagirdlərdən  təhsil  pulu  alınmırdı.  Onlara  təqaüddən 
başqa dərslik və dərs vəsaitləri kitabxanadan pulsuz verilirdi.(1,A,l;1,C,c. ) 
Ümumiyyyətlə, Azərbaycanın rusiya tərkibinə dxil olduğu vaxtdan 60-cı 
illərə  qədər  10\7  qəza,3  ibtidai)  dövlət  məktəb  kitabxanası  fəaliyyət 
göstərişdir.  Sonralardan  2  ibtidai  şəhər  məktəbi  ə  (Zaqatala-26.IX.  1962  və 
Bakı-18881) açıldı. 
Məktəb  kitabxanasının  təlim  işində  başlıca  rol  oynadığı  nəzərə  alınaraq 
1867-ci  ildən  başlayaraq  qəza  və  qeyd  edilən  ibtidai  məktəblərin  yanında 
əsaslı  kitabxanalarla  yanaşı  şagird  kitabxanaları  da  təşkli  olunmağa  başladı. 


190 
 
1868-ci  ildə  Şamaxı  qəza    məktəbinin  şagird  kitabxanasında  8  man  47  qəpik 
dəyərndə 41. Şəkidə isə 10 man dəyərində 37 kitab var idi(1,A,Ç) 
Kitabxanalarda    müəyyən  qədər  ktabarın  olmasına  baxmayaraq 
şagirdlərin,  xüsusilə  də  azərbaycanlılıarın  yaş  və  bilik  xüsusiyyətlərinə 
müvafiq bədii və elmi kitablar  yox dərəcəsində idi. Şagirdlərin sinifdənkənar 
oxusu  dərsliklərlə  məhdudlaşdırılırdı.  Belə  kitabları  da  toplamaq  çətin  idi. 
Xüsusilə  də  azərbaycanlı  uşaqların  istər  ana  dili,  istərsə  də  rus  dilinin 
öyrənilməsi üçün nə müvafiq dərslik nə də digər tədris vəsaitləri var idi. 
Lakin  azərbaycanlı  şagirdlər  imkan  daxilində  sinifdənxaric  mütailə  ilə 
ciddi  məşğul  olurdular.  Onlar  elmi  biliklərə  yyələnməklə  bərabər  rs  dilini 
mükəmməl  öyrənməyə  cəhd  göstərirdilər.  O  zamanAzərbaycanın  qəza 
məktəblərini  gəzmiş  QTD  popeçiteli  Semyonov  1848-ci  ildə  Qafqaz 
komitəsinə  yazdığı  izahatında  bu  məsələni  etiraf  edərək  deyirdi:  ―Mən 
müsəlman uşaqlarının xristian dua kitabları, Bibliya kəlamı və övliyalar təsvir 
edilmiş əlifba və digər kitablar üzrə rus savadı öyrənmələrinə mat qaldım‖ (2). 

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin