181
qaydanı pozduğuna fikir verməmişdir. O yalnız təbiət, bunun müqabilində,
qisas aldığı vaxt ayrılmış və səhvlərini düzəltməyə başlamışdır (6, 18).
Elm elə böyük nüfuz qazanmışdır ki, insan ekoloji problemi də məhz elmin öz
nailiyyətləri sayəsində həll edəcəyinə inir. Elm doğrudan da, bu problemi həll
etmək iqtidarındadır. Lakin yalnız bir şərtlə ki, elmdən planlı və
məqsədəuyğun surətdə, ehtiyatla istifadə edilsin, təkcə bugünkü nəticələr və
şəxsi mənfəət deyil, həm də planetin gələcəyi, bütün bəşəriyyətin taleyi nəzərə
alınsın. Bu isə artıq yeni təfəkkür deməkdir.
İnsan gələcək haqqında düşünərkən elmi-texniki tərəqqiyə böyük
ümidlər bəsləyir. Bəs elmi-texniki tərəqqi insanı hara apar.
Biz elmi texniki tərəqqinin mənfi tərəfləri də var ancaq bu hal o vaxt
labüddür ki, insan elmi-texniki tərəqqini deyil, elmi-texniki tərəqqi insanı
aparır.
Biz elmi-texniki tərəqqiyə, onun gələcəyinə və insan həyatında roluna böyük
ümidlə baxiırıq. Lakin
bir şərtlə ki, elmi-texniki tərəqqi son məqsədə çevrilməsin
və insan öz ixtiyarını elmin, texnikanın əlinə verməsin. Əksinə, elmi də,
texnikanı da çilovlayaraq onlardan yüksək bəşəri ideallara çatmaq üçün bir
vasitə kimi istifadə etsin (7, 112).
Müasir dövrdə insan özünə elmin vasitəsilə, lakin dialektik təfəkkür
əsasında, zəka işığında yol açmalıdır. Məgər zəka elmdən kənar bir şeydirmi?
Zəka, heç şübhəsiz, elmlə bağlıdır. Lakin təkcə elmlə yox, həm də əxlaq və
incəsənətlə, insanın min illərdən bəri formalaşmış olan mənəvi idealları ilə,
humanist fəlsəfi fikirlə və nəhayət, onun ən ali metodu olan dialektika ilə
bağlıdır. Zəka – bütün bunların vəhdəti, insanın intellektual, emosional və
mənəvi-əxlaqi inkişaf istiqamətlərinin birləşdiyi zirvədir. Bu gün yeni təfəkkür
adlandırdığımız düşüncə tərzi də məhz dialektik zəka, sözün böyük mənasında
kamal deməkdir. Cahanda kamalın qalib gəlməsi üçün əsas şərtlərdən biri isə
elmi-texniki tərəqqinin humanistləşdirilməsi, onun insanın mənəvi ideallarına
tabe edilməsidir.
Antik dövrdə praktik biliklər elmdən, elm isə fəlsəfədən hələ tamamilə
ayrılmamışdı. Ona görə də, bütün biliklərin mərkəzində, istər aşkar, istərsə də
qeyri-aşkar şəkildə insan dayanırdı. Protaqorun sözü ilə desək, insan hər şeyin
meyarıdir.
Orta əsr Şərqində elm praktik biliklərdən ayrılaraq fəlsəfə və ilahiyyat ilə
daha çox bağlandı. Bu dövrdə elmin humanitarlaşması onun təbii zəmindən
ayrılması ilə nəticələndi.
İntibah dövründəki praktik biliklər də orta əsr Şərq elmiylə bağlıdır.
Yeni dövrdə Elmi tədqiqatların istiqaməti texniki tələblərə uyğunlaşdırıldı
və tədricən vahid elmi-texniki proses formalaşmağa başladı. Elmin texnika ilə
daha çox əlaqələnməsi və riyaziləşməsi onu ilkin sinkretik başlanğıcdan daha
da uzaqlaşdırdı. Rasionalizm və texnisizm meyllərinin təzyiqi ilə elmdə
183
Ssientizm və texnisizm mövqeləri (xüsusi halda texnoloji determinizm,
postindustrializm və s.) isə elm və texnikanın inkişafına kapitalist ölkələrini
böhrandan xilas edə bilən vasitə, ümid mənbəyi kimi baxır. Belə çıxır ki, elm və
texnikanın yüksək inkişaf səviyyəsi hətta daxili sosial ziddiyətləri də aradan
qaldırmaq imkanına malikdir. Bununla da, elmi-texniki tərəqqi ictimai
inkişafın vasitəsi yox, məqsədi kimi qələmə verilir (4, 24).
Əslində elmə xilaskar kimi baxmaq, yalnız ondan kömək gözləmək
məqsədi üçün deyil. Hər şey onun qabaqcadan insan tərəfindən necə
proqramlaşdırılmasından asılıdır.
Müasir elmin böyük imkanlarına heç kim şübhə etmir. Elmin inkişafı və
tətbiqi nəticəsində əvvəllər sehr, möcüzə sayılan hadisələr, insanın əsrlər boyu
arzusunda olduğu süni vasitələr indi real həyat həqiqətlərinə çevrilir.
Əsrimiz raket əsridir, – deyirlər. Lakin raketlər bizi yalnız o vaxt işıqlı
sabaha aparır ki, onun sükanında humanist mənəviyyat, yeni təhsil paradiqması
dayanmış olsun! Sabah elmin necə idarə olunacağı, ondan hansı məqsədlər üçün
istifadə ediləcəyi bu gün təhsilin məzmununda texiniki və humanitar aspektlərin
tarazlaşdırıla bilməsindən asılıdır.
Yəqin buna görədir ki, XXI əsrdə təhsil sistemində yeni paradiqmaya keçid
ilk növbədə təhsilin humanitarlaşdırılması ilə əlaqələndirilir. Professor Yaqut
Neymətov yazır: «Təhsilin humanitar paradiqmasının mənası peşə təlimi ilə
təhsilin üzvi vəhdətindədir. Axı təhsilin məqsədi şəxsiyyətin inkişafından
ibarətdir, təlim isə bu məqsədə çatmağın vasitəsidir. Əgər peşə təhsili öz
məqsədinə çevrilsə biz vasitə ilə məqsədi qarışıq salmış olarıq»
Elmin məqsəd və funksiyalarını, mənəvi aspektlərini bilmək təhsil
siyasətinin formalaşması üçün çox önəmlidir. Çünki təhsilin məzmununda elmi-
texniki biliklərə birtərəfli qaydada geniş yer verilməsi və onların insanın daha
böyük amallar uğrunda mübarizəsində ancaq bir vasitə olduğunun öyrədilməməsi,
gənclərin bu amallardan xəbərsiz qalması təhsilin ali məqsədindən uzaqlaşmağa
gətirib çaxara bilər (5, 100).
Dostları ilə paylaş: