Key words: Republican Scientific-Medical Library, bibliographic-information
service
«İnformasiyalaşdırma-informasiya ehtiyatlarının formalaşdırılması,
təqdim edilməsi, istifadə olunması əsasında dövlət hakimiyyəti və yerli
özünüidarə orqanlarının, təşkilatı, hüquqi və mülkiyyət formasından asılı
olmayaraq bütün vətəndaşların informasiya tələbatlarının və bu sahədəki
hüquqlarının təmin edilməsində optimal şəraitin yaradılması üçün təşkilati,
sosial-iqtisadi və elmi-texniki prosesdir». (1)
İnformasiya Cəmiyyəti – strukturlar, texniki baza və insan potensiallı
biliklərin informasiya resurslarına çevrilməsinə xidmət etməlidir və bu
resursların üzərində yenidən işləmək tələb olunur bu isə passiv formaların
(kitablar, məqalələr, patentlər) aktiv formalara (modellər, alqoritmlər,
proqramlar, layihələr) çevrilməsində vacibdir. Lakin yuxarıda izah
olunanlardan daha çox diqqət, infokommunikasion infrastruktur tərəfindən
avtomatik idarə olunan modellərə və ekspert sistemlərinə verilməlidir.
İnformasiya cəmiyyəti – məlumatla işləmək qabiliyyətinə malik yüksək
texnologiyalar ilə, qərarların qəbulu üçün kompüter modelləri ilə, İnternet
(intranet) tərəfindən avtomatik aktuallaşdırılan ekspert sistemləri və
intellektual informasiya robotları ilə təchiz olunmuş və bütün vətəndaşlara
peşəkar fəaliyyətdə və məişətdə tələb olunan qərarların qəbul olunmasında bu
texnologiyalardan istifadə etmək imkanı olan bir cəmiyyətdir.
İnformasiya cəmiyyəti termini 60-cı illərin II yarısında insanlar ilk
dəfə ―informasiya partlayışı‖ varlığını dərk etdikdən sonra yaranmışdır.
Cəmiyyəti dövr edən informasiyanın sayı getdikcə artmağa başladı. Sonra
cəmiyyətdə informasiyanın artması qanunu tapıldı. Məlum oldu ki, bu qanun
―informasiya partlayışı‖ haqqında danışmağa imkan verir. Ekspotensial funk-
siyanı özündə əks etdirən bu qanun göstərdi ki, insan bu cür axınlı informasiya
174
ilə bacara bilməyəcək. İnformasiyanın işlənib hazırlanması , saxlanması və
işlədilməsi üçün xüsusi vasitə lazımdır.
İnsan tarixində gələcək eranı nəinki informasiya cəmiyyəti, eyni
zamanda bilik cəmiyyəti, infoməkan adlandırmağa başlamışlar. Troffel aqrar
sənaye inqilabı yaşamış insanların, informasiya inqilabının astanasında
olduğunu nəzərə alaraq, 3 inqilab nəzəriyyəsini elmi dövriyyəyə daxil etdi.(5)
İnformasiya cəmiyyəti adı ilk dəfə olaraq Yaponiyada yaranıb. Bu
elmi-texniki iqtisadi tədqiqatlar üzrə yapon dövləti tərəfindən ölkənin
iqtisadiyyatının gələcək inkişafında əsas yer tutdu. Bu termini təklif edən
mütəxəssislər cəmiyyətin xüsusiyyətlərini izah edir, bunun əsasında
informasiya yüksək səviyyədə dövr edir. İnformasiya xidmətindən istifadə
qiyməti o qədər də yüksək deyil və onu hər kəs istifadə edə bilər.
Amerika mütəxəssisi F.Maxlup 60-cı illərin əvvəlində informasiyanı,
sənaye məhsulu və istehsalı kimi başa düşülə biləcəyini irəli sürmüşdü. Bu
haqda
sonralar idarəetmə
sahəsinin
təşkilində
kağızsız texnologiya
konsepsiyası siyasətini təklif edən B.M.Qluşkov da yazmışdır. Lakin məhz
yaponlar, sənaye informasiya ideyasının fəal təbliğatçıları olmuşdular və
məhz onlar dünya bazarında rəqabət mübarizəsində istifadə etmişdilər. Dünya
bazarında yüksək yer tutan yapon cihazları, hesablama maşınları olmadan
informasiya cəmiyyəti üçün texnomühit yaratmaq mümkün deyil. 80-cı illərdə
yüksək inkişaf etmiş ölkələrdə informasiya biznesi sürətlə inkişaf etmişdir.
İnformasiya cəmiyyətinə keçid insanların informasiyadan istifadə etməsinə
köməklik göstərir.
İnformasiya cəmiyyətinin xüsusiyyətlərindən biri sənaye cəmiyyətində
itmiş fərdi əməyin qiymətini artırmaqdır. Avtomatlaşdırılmış iş yerləri
şəbəkəsinin inkişafı bir çox mütəxəssislərə evdən çıxmamaq şərti ilə yaradıcı
cəmiyyətdə iştirak etmək imkanı verir. Təhsil sferasında da böyük dəyişiklər
gözlənilir.(5)
Azərbaycanda İnformasiya cəmiyyətinin qurulması dövlət siyasətinin
əsas prioritetlərindən biri kimi qəbul edilmişdir. İnformasiya cəmiyyətinin
qurulmasının əsas vəzifələrinə İC-nin hüquqi əsaslarının yaradılması, insan
amilinin inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək
hüquqları, elektron hökumətin, elektron ticarətin formalaşması, ölkənin
iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya
və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması, müasir
informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli
elektron
informasiya
məkanının
formalaşdırılması,
informasiya
təhlükəsizliyinin təmini, elektron geriliyinin aradan qaldırılması kimi
məsələlər daxildir.
İnformasiya cəmiyyətinin əsas məqsədi bütövlükdə cəmiyyətin və ayrı-
ayrı şəxslərin informasiya tələbatını ödəmək üçün müasir informasiya
175
texnologiyaları bazasında müxtəlif təyinatlı informasiya resurs və fəzalarının
formalaşdırılmasıdır.
İnformasiya cəmiyyətinin xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar:
- qlobal informasiya mühitinin yaradılması;
- informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə
edilməsi, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması;
- informasiyanın əmtəəyə çevrilməsi, informasiya və bilik bazarının
yaradılması və inkişafı;
- təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə
informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə
və ümumi mədəniyyət səviyyəsinin artması;
Qeyd etdiyimiz kimi informasiya cəmiyyətində kitabxanalarda
oxuculara ən müasir formada kitabxana –biblioqrafiya xidmətinin təşkili
həyata keçirilməlidir.
Respublika Elmi-Tibb Kitabxanasında 2005-2010-cu illər üzrə
oxuculara biblioqrafik-informasiya xidmətinin təşkili həyata keçirilmişdir.
Şöbə tərəfindən son 10 ildə alınan dövri nəşrlər və fəal fond, eləcə də soraq-
informasiya fondu ilə iş aparılmışdır. Fonda daxil olan yeni dövri nəşrlər və
ədəbiyyatın qəbulu və qeydiyyatı aparılır. 01.01.2011-cu il tarixinə fond
479.252 nüsxə milli və хarici dillərdə оlan kitab, jurnal, avtoreferatlardan
ibarət hesablanmışdır. Məzmununa görə əsas fond tibbi еlmi fəalliyyəti və
tibbi təcrübə ilə məşgul olan, tibb sahəsində təhsil alan oxucular üçün nəzərdə
tutulmuşdur. Bu baxımdan fond əsasən elmi və praktiki tibbi ədəbiyyatdan
ibarətdir. Kitabxana fondunun komplektləşdirilməsi tematik-tipoloji plan
əsasında həyata keçirilir. 2010-cu il ərzində elmi işləmə və kataloqlaşdırma
şöbəsi komplektləşdirmə şöbəsindən 2425 nüsxə ədəbiyyat almışdır. Bütün bu
nəşrlərin elmi işlənməsi aparılmışdır. Həmin nəşrlər indeksləşdirilmiş, təsvir
olunmuş, təsvirlərin dubletləri yazılmış, əlifba, sistemli, ―Yeni nəşrlər‖,
―Avtoreferatlar‖ kataloquna əlavə edilmişdir. Ümumilikdə 2010-cu ildə
15.100 kartoçka təsvir edilmişdir. Şöbədə təsvir olunan kartoçkaların sayı
7.100 nüsxə olmuşdur. Alınan nəşrlərin sayının çox olması ilə əlaqədar olaraq
təsvir olunan kartoçkaların sayı da çox olmuşdur. Оxuculara kitabxana-
biblioqrafiya biliklərinin aşılanması da biblioqrafiya şöbəsinin, eləcə də
xidmət, kataloqlaşdırma şöbələrinin fəaliyyət dairəsinə daxildir. Xüsusilə elmi
iş yazan aspirantlar, dissertantlarla daha dərindən iş aparılır, kitabxananın ,
soraq-axtarış aparatından, soraq-informasiya fondundan düzgün istifadə etmək
bilikləri aşılanır. Biblioqrafiya şöbəsinin tərkibinə ölkəşünaslıq bölməsi də
daxildir. Bu bölmə alimlərimizin tibb üzrə rus və azərbaycan dillərində dərc
olunan əsərlərinin elmi işlənməsi, təsvir edilməsi, işlənmiş kartoçkaların
ölkəşünaslıq, əlifba və sistemli kataloquna əlavə edilməsi edilməsi ilə məşgul
olur. Yalnız Milli tibb ədəbiyyatı ilə məşgul olan, eləcə də sorguları milli
176
ədəbiyyatla baglı olan oxuculara adətən bu bölmənin əməkdaşı yardım
göstərir. Şöbə tərəfindən 5 biblioqrafik göstərici tərtib edilmiş və tibb
kitabxanaları şəbəkəsinə paylanmışdır. Biblioqrafiya şöbəsində 585 nüsxə
jurnal, 287 kitab, 50 metodik vəsait, 185 avtoreferat təsvir olunmuşdur. Təsvir
olunan kartoçkaların 7624 kartoçka elmi işlənərək indeksasiya olunmuş və
kataloqlara düzülmüşdür. 130 şifahi sorgu ölkəşünaslıq kataloqu vasitəsilə
təmin olunmuşdur. 2010-cu il üzrə biblioqrafik –informasiya xidməti və
kütləvi işlərin sayı aşagıdakı cədvəldə verilmişdir.(4)
Dostları ilə paylaş: |