IV. Müasir idarəetmə və ya kəmiyyət məktəbi (1950-ci illərdən
indiyə kimi)
Riyaziyyat, statistika, kibernetika, informatika elmləri və onlarla bağlı
olan digər bilik sahələri menecment nəzəriyyəsinin inkişafında böyük rol oy-
168
namışlar. Riyazi üsulların və modellərin tətbiqi, sözün əsl mənasında,
təşkilatın əməliyyat problemlərinə elmin tətbiqidir.
Müasir idarəetmə və ya kəmiyyət məktəbi modellərin qurulması,
kompüterlərin tətbiqi, yüksək rabitə texnologiyası, iqtisadi-riyazi üsulların
tətbiqini menecmentə gətirdi və çox böyük dəqiqliklə həyata keçirdi.
Bu məktəb:
- kibernetikanı;
- informatikanı;
- iqtisadi-riyazi üsulları və modelləri;
- kompüter texnologiyasını;
- mürəkkəb rabitə texnologiyasını və s. elmi-texniki yenilikləri bərqərar
etdi.
Müasir dövrdə «menecment» termini altında daha çox rəhbərlik və
təşkilati sistemlərdə təsərrüfat fəaliyyətinin idarə olunması prosesləri,
perspektiv və cari planlaşdırma, istehsalın təşkili və məhsulun realizə
olunmasının proqram-məqsədli idaretmə sistemi xarakterizə olunur. Onun
təşkili və idarəolunması aşağıdakı məsələlərin həllinə yönəldilmişdir:
-istehsalın və məhsulların rəqabətqabiliyyətinin təşkili;
- istehsal prosesinnin təkmilləşdirilməsi;
-yeni elmi əsaslandırılmış texnologiyaların tətbiqi;
-məhsulun keyfiyyətinin artırılması;
-istehsal xərclərinin azaldılması.
Menecmentin məqsədi gəlir əldə etmə və ya onu artırılması, təsərrüfat
fəaliyyətinin səmərəliliyinin yuksəldilməsi, bazar tələbatının ödənilməsi,
sosial məsələlərin həlli vasitəsi kimi bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə
fəaliyyəti əks etdirir: Bunlar aşağıdakılardır:
- istehsalın (kollektivin) təşkili və idarəolunması;
-vəzifələrin qoyuluşu və təshih edilməsi;
- iş mərhələlərinin hazırlanması;
- qərarların qəbulu;
-kommunikasiyaların (informasiyanın metodları və ötürülmə formaları)
qaydaya salınması;
-proseslərin tənzimlənməsi;
-informasiyanın toplanılması və işlənilməsi;
-işin nəticələrinə yekun vurulması.
Menecmenti həmçinin, fənlərarası sahə (idaretmə təfəkkürü), idaretmə
bacarığı və təcrübəsi kimi də tərif etmək olar.
Son illər kimi bütün sferalarda olduğu kimi, kitabxana fəaliyyətində də
menecmentdən geniş istifadə olunur. Bu gün kitabxana menecmenti yeni
elmi fənn kimi kitabxanaların idaretmə fəaliyyətininin müxtəlif aspektlərini
açır və çoxspektrlı konsepsiyalar şəklində təqdim olunur (4).
169
Professor
A.Xələfovun
qeyd etdiyi kimi, "Müasir şəraitdə
cəmiyyətimizdə bazar iqtisadiyyatının tətbiqi bütün sahələrdə olduğu kimi
kitabxana işinin idarə edilməsi sahəsində də menecmentin tətbiqinə böyük
ehtiyac meydana çıxarmışdır. Çünki kitabxana işinin idarə edilməsində elə
sahələr var ki, bunlar menecmenti öyrənmədən, onun müddəalarından istifadə
etmədən keçinə bilməz» (3.284).
Kitabxana sferasında menecment-bir yüksək intellektli şəxsin və ya
təşkilati strukturun kompleks məqsədyönlü intellektual və təsərrüfat
fəaliyyətidir. O, kitabxananın idarəetmə prosesini, onun fəaliyyətinin səmərəli
təşkilini,
kitabxanaçılar
arasında
funksiyaların
və
məsuliyyətin
bölüşdürülməsini, kitabxana resurslarının (maddi-texniki, texnoloji, maliyyə,
informasiya, kadr resursları) səmərəli seçimini və istifadəsini, çoxvariantlı
kitabxanadaxili qərarların qəbul edilməsini, iş üslubunun müəyyən edilməsini
və s. nəzərdə tutur. Qeyd etmək lazımdır ki, kitabxanaşünaslıqda «kitabxana
menecmenti» termini «kitabxanaların idarəolunması»nın sinonimi deyil,
inzibatçılıq, nəzarət anlayışlarını əvəz eləyən yeni bir anlayış kimi qəbul edilir.
Kitabxana işində «idarəetmə» və «menecment» terminləri yalnız
ümumişlək mənada bir-birinin sinonimi hesab olunur. Kitabxanaşünaslıq
sahəsinin terminlər sistemində bu anlayışların mənası bir-birindən fərqlənir.
Kitabxana işinin idarəolunması özündə texniki, texnoloji obyektləri,
iqtisadiyyatı və təsərrüfatlaşmanı əks etdirməklə daha böyuk məna kəsb edir.
Kitabxananın qarşıya qoyulmuş məqsədlərin həllinə yönəldilən və menecment
prinsiplərindən istifadə edən idarəetmə metodologiyasının istifadəsi üçün isə
«kitabxana menecmenti» termini daha məqsədəuyğun hesab olunur.
Bu fikir ilk dəfə öz əksini 1987-ci ildə Deli Universitetinin
Kitabxanaçılıq və informatika fakultəsinin professoru K. Kumarın «Kitabxana
inzibatçılığı və menecment adlı kitabında tapmışdır (7. 38-39).
1997-ci ildə isə D.Ueynqand «Müasir kütləvi kitabxanaların
idarəolunması. İnkişaf strateqiyası» adlı kitabında sərt tabeçilik prinsipləri ilə
daxili ierarxik struktura malik ənənəvi idaretmə sistemi ilə yeni istehlakıçıya
istiqamətlənmiş idaretmə metodunu müqayisə etmişdir. O qeyd edirdi ki,
«menecerlər idaretmə prosesini az irəliləyəbilən perspektivdən azad edib, yeni
dəyişən mühitin tələbatını ödəmək və innovasiya fəaliyyətinin
çiçəklənməsinə xidmət etmək imkanı əldə etmişlər» (9).
1990-cı illərin birinci yarısından başlayaraq, Rusiya kitabxanaşınas
alimləri V.K.Klüyev, E.M.Yastrebova, İ.K.Djereliyevskaya, S.P.Petrikina, N.
İ.Tülina, İ.M.Suslova E.V.Klepper, Y.F. Çernyakova və b. kitabxana
menecmenti konsepsiyasını işləməyə başladılar. Bu konsepsiyalar içərisində
İ.M.Suslovanın elmi baxışları xüsusi yer tuturdu.
Professor Y.M.Suslova kitabxana menecmentinin mahiyyətini
kitabxanaların idarə olunması sahəsində dünya nəzəriyyəsi və təcrübəsində
170
formalaşmış prinsiplər, funksiyalar və metodların tətbiq edilməsinin müasir
konsepsiyası kimi xarakterizə edirdi (8.16-20).
Kitabxanalar mürəkkəb sosial-iqtisadi sistem kimi kitabxana
menecmentinin obyekti hesab olunur. «Kitabxana menecmenti» termini ilə
kitabxananın sosial-praktiki fəaliyyətinin xüsusi forması, bu sferanının
öyrənilməsi və onun həyata keçirilməsi üçün praktiki tövsiyələrin işlənilməsi
vəzifəsini həyata keçirən elmi fənn ifadə edilir. Kitabxana menecmentinin
nəzəri fənn kimi spesifikasını hər şeydən öncə onun praktiki məsələlərə
istiqamətlənməsi müəyyənləşdirir. Bundan əlavə, kitabxana menecmentinin
əsas özəlliyi ondadır ki, o menecmentin müxtəlif elm sahələri üçün işlənib
hazırlanmış elmi bilik və konsepsiyaların milli və xarici kitabxanaşünaslıqda
geniş şəkildə istifadəsinə icazə verməklə, həm də fənlərarası xarakter daşıyır.
Başqa sözlə, kitabxana menecmenti konsepsiyasında ideoloji və ya dar
professional çərçivəli məhdudiyyətlər yoxdur. Bu mənada da müasir
kitabxanaların idarəetmə fəaliyyətində kitabxana menecmentinin təməlini bir
çox elmlərin nailiyyətlərinin tətbiqinin nəzəri əsasları təşkil edir.
Kitabxana fəaliyyətinin idarəolunmasında menecmenin nəzəri və
metodoloji mövqelərinin tətbiqi kitabxana sferasında baş verən mürəkkəb və
birmənalı olmayan proseslərin obyektiv xarakteri ilə şərtləndirilən yeni
idaretmə qərarlarının yaratdığı axtarışdır.
Kitabxana menecmenti ilk növbədə, yalnız kitabxana işinə aid olan
spesifik qanun və qanunauyğunluqları, bu qanunauyğunluqların hərəkət
mexanizmini və aşkara çıxma formalarını öyrənir. Onun başlıca məqsəd və
vəzifəsi kitabxanalarda mühafizə edilən informasiya daşıyıcılarından,
kitabxanaların
imkanlarına
əsaslanmaqla
bəşəriyyətin
informasiya
potensialından səmərəli istifadə olunmasını təmin etməkdən ibarətdir (3. 5).
Başqa sözlə, menecment kitabxananın daha az maddi, əmək və maliyyə
ehtiyatlarından istifadə edərək səmərəliliyi yüksəltmək və mənfəəti artırmaq
məqsədi ilə həyata keçirdiyi idarəetmə fəaliyyəti, bu idarəetmə fəaliyyəti ilə
bağlı bütün funksiyaların, metodların, prinsiplərin, strategiyaların və
formaların məcmusu kimi başa düşülür.
Menecment kitabxana sferasının öyrənilməsində və idarəetməyə dair
praktiki tövsiyələrin hazırlanmasında mühüm rol oynayır.
Menecment
nəzəriyyəsinin aktiv şəkildə tədqiq olunması müasir kitabxanaşünaslığın
bütün tərəfləri üçün stimul verici əhəmiyyət kəsb edir. Bir tərəfdən
kitabxanaşünaslığın ənənəvi elm sahələrində işlənilmiş əsas metodoloji
mövqelərinin əhəmiyyətinin qiymətlənldiriliməsi üçün imkanlar açılır. Digər
tərəfdən isə, yeni xüsusi metodoloji araşdırma tələb edən yeni problemlər
meydana çıxır. Belə problemlərə əsasən strateqiyasının işlənilməsi,
innovasiya proseslərinin idarəolunması, adaptasiya oluna bilən təşkilati
171
strukturların yaradılması, kitabxana fəaliyyətinin sosial-psixoloji aspektlərinin
idarəolunması və s. şamil edilir. (6. 36-40)
Müasir idaretmənin dünya menecmentinin nailiyyətləri əsasında
kökündən dəişliməsi o qədər tələb olunan olmuşdur ki, ötən illər ərzində
kitabxanalarda menecment konsepsiyasının inkişafı əhəmiyyətli nəticələr
verməyə başlamışdır:
1. Kitabxana fəaliyyətinin idarəolunmasının problem məqamlarının həllinə
yeni yanaşmalar aşkarlanmışdır.
2. İdaretmə mexanizmlərinin yenidən təşkilinin konstruktiv yolları
müəyyənləşdirilmişdir.
3. Elmi məktəb formalaşmışdır. Bu məktəb çərçivəsində bir sıra nəşrlər
hazırlanmış və dissertasiyalar müdafiə olunmuşdur.
4. idaretmənin tədrisi ilə bağlı ali məktəb proqramı yenilənmiş, kurslar
yaradılmışdır. Bu kurslara əsas fənlərlə yanaşı, kitabxana-informasiya
marketinqi, kitabxananın strateji menecmenti, idaretmə sistemlərinin təşkilati
inkişafı, kitabxanaların idaretmə psixologiyası və s daxil edilmişdir.
İdaretmə fəaliyyətinin ən uğurlu nümunələrini əks etdirən menecment
nəzəriyyəsi daim inkişafda və axtarışdadır. O, kitabxanalarda biliklərin
idarəolunmasının müasir streqiyası kimi böyük əhəmiyyətə malikdir. Buna
görə də kitabxana menecmenti kitabxana-informasiya infrastrukturunun
ayrılmaz sahəsi kimi daim təkmiləşdirlməli və prioritet idaretmə
strategiyasına çevrilməlidir.
Dostları ilə paylaş: |