I. Elmi idarəetmə məktəbi (1885-1920) Elmi idarəetmə məktəbi F.U.Teylor, Frenk və Liliya Qilbretlər və
Henri Hanttın adı ilə bağlıdır.Bu müəlliflər öz tədqiqatlarını əsas etibarı ilə
istehsalın idarə edilməsinə həsr etmiş, idarəetmənin səviyyəsinin
yüksəldilməsi üzərində çalışmışdılar.
Elmi idaretmə məktəbinin yaradıcıları belə hesab edirdilər ki,
müşahidə, təhlil və s. metodlardan istifadə etməklə bir çox əl əməyini
təkmilləşdirmək mümkündür. Bu məktəbinin baniləri, görüləcək işi yerinə
yetirmək üçün fiziki və intellektual səviyyəsi uyğun gələn adamları seçməyi
lazım bilirdilər. Belə yanaşmada əsas element bu idi ki, daha çox məhsul
istehsal edən adamlar, digər işçilərə nisbətən çox da mükafat almalıdırlar.
Onlar həmçinin təcrübəli işçilərdən öyrənməyin də böyük əhəmiyyəti
olduğunu qeyd edirdilər.
Bu məktəb:
-əl əməyinin yüngülləşdirilməsi;
-qısa fasilələr verilməsi;
-iş və vaxt normaları qoyulması;
-artıq iş üçün mükafat verilməsi;
167
-idarəetmə əməyinin fiziki əməkdən ayrılması proseslərini bərqərar etdi
(1.10-26).