II. Klassik və ya inzibati idarəetmə məktəbi (1910-1950) Bu dövrdə əslən fransız olan amerikalı sahibkar və tədqiqatçı alim
Anri Fayol idarəetmə barədə ilk dəfə sistemli şəkildə nəzəriyyə irəli sürdü.
Anri Fayolun idarəetmə nəzəriyyəsinə əsas töfhəsi ondan ibarətdir ki,
o, idarəetmə prinsiplərini sistemləşdirdi və bir neçə qarşılıqlı əlaqəli
funksiyaları menecmentin universal funksiyaları kimi təqdim etməklə, onların
tətbiqinə tam proses kimi baxdı. Bu funksiyalara misal olaraq: planlaşdırma,
təşkiletmə, motivləşdirmə, nəzarət və marketinqi göstərmək olar (5. 34-35).
Bu məktəb:
- idarəetmə prinsiplərini;
- idarəetmə quruluşunu (strukturunu);
- idarəetmə funksiyalarını;
- menecmentin metodlarını;
- menecmentin üslublarını
elmi surətdə müəyyənləşdirdi və bərqərar etdi.