158
Həliməxatun MƏMMƏDOVA
“Kitabxana resursları və informasiya axtarış
sistemləri” kafedrasının magistrantı
MĠRZƏ FƏTƏLĠ AXUNDOV ADINA MĠLLĠ KĠTABXANADA
ƏDƏBĠYYATIN KOMPLEKTLƏġDĠRILMƏSĠNĠN MÜASĠR
VƏZĠYYƏTĠ
Açar sözlər:Kitabxana fondu, Milli kitabxana, Kitabxanaların müasir
vəziyyəti, komplektləşdirmə
Ключевые слова: Библиотека, Фонд Национальной библиотеки,
Библиотеки государственных набора
Keywords: Library Foundation, the National Library, the libraries of the state
of recruiting
Kitabxanalar əsrlər boyu insan dühasının yaratdığı ideya və
nəzəriyyələrin ―yazı abidələrinin‖ qorunduğu ən böyük informasiya mənbəyi
olmuşdur. Bəşəriyyətin inkişafetdirici qüvvəsi olan bütün elmi nəzəriyyələr və
texnologiyalar, kitabxanalardan bəhrələnən cəmiyyətin qabaqcıl ordusu
ziyalılar isə kitabxanalardan istifadə etməklə yetişmişlər. Kitabxanalar
yarandığı gündən bu günə kimi insanların informasiya tələbatını ödəmək və
informasiyanın gələcək nəsillərə ötürmək funksiyalarını yerinə yetirən və
cəmiyyətin infrasturukturunda mühüm rol oynayan obyekt olmuşdur.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin bütün
sahələrində olduğu kimi kitabxana işi sahəsində də əsaslı dəyişikliklər dövrü
başlanmışdır. Bu dəyişikliklər respublikamızın kitabxana ictimaiyyəti
tərəfindən olduqca müsbət qiymətləndiriləndirilir. Cəmiyyətdə mühüm sosial
funksiyaları yerinə yetirən kitabxanalar, insan amilinin formalaşmasında, elmi
texniki tərəqqinin sürətləndirilməsində, ölkəmizin iqtisadi, sosial və mədəni
inkişafında yaxından iştirak edir, milli dövlətçilik ideyalarının geniş xalq
kütlələri arasında yayılmasında geniş təşkilatçılıq işləri aparır. Bu gün
kitabxanalar informasiyalaşmış vətəndaş cəmiyyətinin əsas göstəricisi olan
qlobal informasiya mühitinin beynəlxalq , milli və regional səviyyədə
informasiyanın əmtəəyə cevrilməsində informasiya və bilik bazarının
yaradılması və inkişafında, təhsil sisteminin və səviyyəsinin artırılmasında
aparıcı rol oynayır. Son illərdə kitabxana işinin yaxşılaşdırılması ilə bağlı bir
sıra qərarlar da qəbul olunmuşdur ki, həmin qərarların başlıca məqsədi
kitabxana işinin ümumuyyətlə yenidən qurulması, kitabxana fondlarının yeni
ədəbiyyatla zənginləşdirilməsi, xüsusilə ―Dünya ədəbiyyatının görkəmli
159
nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi (24 avqust
2007) , ―Azərbaycanda Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması‖ (20
aprel 2007) , ―Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi‖ (12 yanvar 2004) haqqında qərarlar respublikada kitabxana
fondlarının yeni ədəbiyyatla zənginləşdirilməsini mühüm amil kimi qarşıya
qoyur.
Müasir dövrdə Respublika ərazisində fəaliyyət göstərən bütün
kitabxanaların idarə edilməsində əsas hüquqi bazanı aşağıdakı sənədlər təşkil
edir:
- Azərbaycan Respublikasının Konstitusiyası
- ―Kitabxana işi haqqında‖ Azərbaycan Respublikasının Qanunu (1999)
- ―Mədəniyyət haqqında‖ Azərbaycan Respublikasının Qanunu (1998)
- ―İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında‖
Azərbaycan Respublikasının Qanunu (1998)
- Kitabxana işinə dair Nzirlər kabinetini n qərar və sərəncamlar;
- Kitabxana işinə dair dövlət standartları;
- Müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş normativ
sənədlər;
- Metodik mərkəzlər tərəfindən tərtib edilmiş sənədlər;
- Beynəlxalq kitabxana təşkilatlarının qəraraları, manifestləri, bəyannamələri
və proqram sənədləri;
- Kitabxanadaxili sərəncamlar, əsasnamələr, digər normativ sənədlər
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və s.
Bütün bu adları çəkilən sənədlərə əsasən Azərbaycan Respublikası
ərazisində fəaliyyət göstərən və mülkiyyət formasından aslı olmayaraq bütün
kitabxanaların elmi metodik təminat işi vahid mərkəz tərəfindən yəni Milli
Kitabxana və digər bu statusa malik kitabxanalar tərəfindən həyata keçirilir.
Elmi metodik mərkəz statusuna malik kitabxanalar kitabxanaşünaslığa,
biblioqrafiyaya və informasiyaya dair metodik materiallar nəşr edir,
kitabxanaçılıq nəzəriyyəsi və təcrübəsində mütərəqqi iş üsullarını
ümumiləşdirib tətbiq edir və kadrların ixtisasının artırılmasını təmin edir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən belə kitabxanalardan biri
də məqsəd və vəzifəsinə görə universal elmi kitabxana sayılan Mirzə Fətəli
Axundov adına Azərbaycan Milli Kitabxanasıdır. 23 may 1923-cü ildə
yaradılmış bu Milli sərvətimiz uzun illərin sınağından çıxmış formalaşaraq bu
günkü səviyyəyə gəlib çatmışdır.Hazırda Milli Kitabxana dünyanın bir çox
qabaqcıl ölkələrinin milli kitabxanaları ilə əməkdaşlıq edir. Bunlara Slovakiya
Milli Kitabxanasını, Rusiya Federasiyası Milli Kitabxanasını, Qazaxıstan Milli
Kitabxanasını, Qırğızıstan Milli Kitabxanasını misal göstərmək olar. Dünyanın
40dan artıq ölkəsi ilə Milli Kitabxana kitab mübadiləsi həyata keçirir.
Kitabxana 2003-cü ildən Avrasiya Kitabxanalar Assembleyasının (BAE) üzvü
160
və onun 5 təsisçisindən biridir. 2005-ci ildən isə Avropa Milli Kitabxanalar
Konqresi Beynəlxalq Təşkilatının (CENL) üzvü olmuşdur. Milli Kitabxana
sırf dövlətçilik ənnənələrinə və milli hüquqi sənədlərə əsaslanaraq öz iş
prinsipini qurmuşdur. Kitabxana öz işində ―Mədəniyyət haqqında‖,
―Kitabxana İşi haqqında‖, ―Nəşriyyat işi haqqında‖ Azərbaycan Respublikası
qanunları, Azərbaycan Nazirlər Kabinetinin Milli Kitabxana haqqında
əsasnamələri, Milli Kitabxana Nizamnamələri və digər normativ aktlara
əsalanaraq fəaliyyət göstərir. Buna görə də ümimmilli liderimiz Heydər
Əliyevin 12 mart 1999-cu il tarixli fərmanı ilə qüvvəyə minən ―Kitabxana İşi
haqqında‖ Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ―Milli
Kitabxana‖ adlanır. Bu bölmədə dünya təcrübəsinə əsaslanaraq Milli
Kitabxananın tərifi verilmiş, onun statusu müəyyənləşmişdir: ―Milli Kitabxana
Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata
keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan
müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə
qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli
mədəniyyət xəzinəsi və dövlət kitab saxlayıcısıdır‖. ―Kitabxana İşi haqqında‖
Azərbaycan Respublikası Qanununun ən böyük əhəmiyyət kəsb edən
maddələrindən biri 15-ci maddə yəni ―Kitabxanaların pulsuz məcburi
nüsxələrlə təchizatı‖ adlanır. Adı çəkilən maddəyə müvafiq olaraq dövlət və
qeyri-dövlət nəşriyyatları, nəşriyyat işi ilə məşğul olan poliqrafiya
müəssisələri və digər hüquqi və fiziki şəxslər tərəfindən buraxılan çap
məhsullarından 4 pulsuz məcburi nüsxə , qəzet jurnal və digər ardı davam
edən nəşr komponentlərindən isə 2 məcburi nüsxə Milli Kitabxanaya verilməsi
nəzərdə tutulur. M.F.Axundov adına Milli Kitabxananın fondunun
formalaşması hələ keçmişə nəzər salsaq müxtəlif mənbələr vasitəsilə həyata
keçirilmişdir.Hələ sovet hakimiyyəti illərində fondun komplektləşdirilməsi
mənbələri aşağıdakı mənbələrdən həyata keçirilirdi: SSRİ Dövlət Kitab
Palatası; Azərbaycan Nəşriyyatı; Kitabxana Kollektoru; beynəlxalq
mübadilələr; kitab mağazaları; tarixi əlyazmalar və digər mənbələr. Adları
qeyd olunan mənbələrin bəziləri bu gün də öz aktuallığını itirməmişdir. Bəzi
mənbələr isə hazırda depozitar funksiyasını itirmişdir. Buna misal olaraq öz
fəaliyyətini dayandırmış SSRİ Dövlət Kitab Palatasını göstərmək olar. Son
illərdə
kitabxana fondununun formalaşdırılmasının əsas mənbələri
aşağıdakıları göstərmək olar: Heydər Əliyev Fondu; Ali Attestasiya
Komissiyası Respublika kitab mağazaları; Respublika nəşriyyatları; Elmi-
Tədqiqat İnstitutları; səfirliklər; xarici təşkilatlar; ölkədaxili mübadilə;
beynəlxalq mübadilə; kitabaxanaya edilən bəxşişlər və s.Hədiyyə yolu ilə
daxil olan kitablar da fondun formalaşmasında az rol oynamır. Belə ki, 2012-ci
ildə Oruc Musayev öz şəxsi kitabxanasından 55 nüsxə, AMEA-nın aparıcı
161
elmi işçisi Həqiqət Məmməd qızı Əhmədova isə 74 nüsxə dəyərli ədəbiyyatı
kitabxana fonduna hədiyyə etmişdir.
Müasir dövrdə elm və texnika inkişaf etdikcə hər bir sahədə olduğu kimi
kitabxana işi sahəsində də yeni texnologiyaların tətbiqi fondun
formalaşmasını, umumilikdə Milli Kitabxananın fəaliyyətinin yeni mənbələrə
istinad etməsini zəruriləşdirir. Son illərdə Milli kitabxananın strukturunda olan
dəyişikliklərdən biri də kitabxanada xüsusi internet faylinin və tədris
mərkəzinin istifadəyə verilməsidir. 2003-cü ildən artıq Milli kitabxanada
avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanmışdır.Bu sistemin
proqram təminatı ABŞ VTLS- kitabxanalar üçün xüsusi avtomatlaşdırılmış
proqramlar işləyən təşkilat tərəfindən həyata keçirilmişdir. Sistemə elektron
kataloqun tərtibi, elektron kitabxananın yaradılması, oxucuların qeydiyyatı,
kitab verilişi, kitabxana fondunun komplektləşdirilməsi, iri kitabxanaların
birləşmiş kataloqunun yaradılması bir sözlə bütün kitabxana proseslərinin
avtomatlaşdırılması modelləri daxildir.
M.F.Axundov adına Milli kitabxanada 25 şöbə, 26 bölmə fəliyyət
göstərir. Kitabxanada oxuculara kompleks kitabxana-informasiya xidməti
göstərilir, kitabxanalararası obonoment, milli və tövsiyyə biblioqrafiyası,
ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.
Milli kitabxananın komplektləşdirilməsindən danışarkən bir cəhəti
vurğulamaq lazımdır ki, fondun komplektləşdirilməsində ―Kitabxana
fondunun formalaşdırılması‖, ―Xarici ədəbiyyat beynəlxalq kitab
mübadiləsi‖, ― Ölkədaxili kitab mübadiləsi‖, ―Elektron resursların
yaradılması‖ və kitabxanalararası obonoment üzrə çalışan bütün işçilər bu sahə
üzrə əsas işçi heyyəti hesab olunur və bütövlükdə fondun
komplektləşdirilməsi, yerləşdirilməsi,formalaşdırılmasına tam məsuliyyəti ilə
cavabdehdirlər.
Kitabxana
fondunun
komplektləşdirilməsi
onun
formalaşdırılmasının tərkib hissəsi olmaqla kifayətlənmir həmçinin bütün
kitabxana prosesinin təşkilinin əsasıdır, sonrakı bütün proseslər məhz ondan
asılıdır. Faktiki olaraq Milli Kitabxananın sənəd informasiya fondunun
komplektləşdirilməsi prosesini 3 növə ayırmaq olar. Beləliklə yeni sənədlərin
alınması cari komplektləşmə; əvvəliki illərdə çap olunmuş sənədlərin əldə
edilməsi, retrospektiv komplektləşdirmə; sənəd-informasiya fondunun
tənzimlənməsi rekomplektləşdirmə. Əlbəttə göstərilən komplektləşdirmə
sahələrinin hər birinin özünə məxsus xarakterik xüsusiyyətləri vardır. Nəzəri
cəhətdən
sənədlərin
alınması,
yerləşdirilmə
ümumiyyətlə
fondun
formalaşdırılmasında bütün bunlar nəzərə alınır. Komplektləşmənin növlərinin
əlbətdə hər birinin özünəməxsusluğu zəruridir. Lakin bu 3 növün içərisində
cari komplektləşdirməyə daha böyük üstünlük verilir və bu fondun
formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
162
Milli
kitabxanada
sənəd-informasiya
fondunun
komplektləşdirilməsində əldə olunacaq sənədlərin bir sıra xarakterik
xüsusiyyətləri ciddi şəkildə nəzərə alınır. Bunlardan əsası ilk növbədə oxucu
tərkibinin nəzərə alınmasıdır. Doğrudur milli kitabxanada komplektləşdirmə
ilə yanaşı bütün çap məhsulatının alınması və fonda daxil edilməsi məcburidir.
Lakin oxucu marağı, nüsxələrin sayı və s. mühüm cəhətlər nəzərə alınmalıdır.
Müasir qloballaşma prosesində sosial-siyasi, istehsalat, elm, tədris
bədii ədəbiyyat mütaliə edən oxucu tərkibi nəzərə alınır. Milli Kitabxanada
oxucu
tərkibinin
öyrənilməsində
oxucu
formulyarlarından,
sorğu
vərəqələrindən, kitabxana gündəliklərindən geniş istifadə edilir. Kitabxana
fondunun komplektləşdirilməsində Milli Kitabxana kimi məcburi nüsxələrin
əldə edilməsinə geniş yer verilir. Bundan başqa Milli kitabxana
komplektləşmə zamanı kitabxana kollektorundan, abunələr yolu ilə, ayrı-ayrı
elmi-tədqiqat insitutlarından, ayrı-ayrı müəssisələrdən elektron nəşrləri və
digər
çap məhsulatını əldə edilir. Milli kitabxananın fondunun
komplektləşdirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Nəticədə
fondun dinamik inkişafı nəzərə çarpacaq dərəcədə artmışdır. Dövlət Qanunun
15ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirinin müavini cənab Ədalət Vəliyevin nəşriyyatlara ünvanladığı
məktubuna cavab olaraq ―Altun kitab‖, ―Adiloğlu‖, ―Avrasiya‖ , ―Araz‖,
―Qanun‖, ―Qismət‖, ―Hüquq ədəbiyyatı‖ , ―Nafta press‖ , ―Nağıl evi‖,
―Mütərcim‖ ―Təhsil‖, ―Vektor‖, ―Beynəlxalq Elm Mərkəzi‖ və eləcə də
Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Tibb Universiteti
nəşriyyatları tərəfindən kitabxanaya fondun komplektləşdirilməsi işinə yardım
göstərilmişdir.
Kitabxana
fondunun
komplektləşdirilməsinin
son
illərdəki
vəziyyətinə nəzər saldıqda bir çox fərqlər və müqayisəli faktlar əldə etmək
mümkündür ki, bu da kitabxanadakı fəaliyyətin günbəgün inkişafda
olduğundan xəbər verir. Belə ki, 2011 və 2012-ci illər arasında müqayisə
apardıqda aşağıdakı nətəcəyə gəlirik. 2011-ci ildə fonda daxil olan jurnalların
ümumi sayı 113 nüsxə olduğu halda 2012-ci ildə bu göstərici 1166 olmuşdur.
CD ROM-ların daxil olmasında 19 nüsxə artım, avtoreferatlarda 322 nüsxə
artım, not musiqi nəşrlərində 50 nüsxə artım, elmi əsərlərdə 55 nüsxə artım,
xəritələrdə isə 5 nüsxə azalma müşahidə olunmuşdur. 2011ci ildə elm sahələri
üzrə ədəbiyyatın komplektləşdirilməsi isə belə olmuşdur: təbiət elmləri üzrə
185 nüsxə; texnika üzrə 342 nüsxə; kənd təsərrüfatı üzrə 182 nüsxə; səhiyyə
üzrə 295 nüsxə; ictimai humanitar elmlər üzrə 2503 nüsxə; mədəniyyət, elm,
maarif üzrə 1470 nüsxə, filologiya üzrə 1830 nüsxə, incəsənət üzrə 500 nüsxə;
biblioqrafik vəsaitlər üzrə isə 1345 nüsxə ədəbiyyat daxil olmuşdur. 2012-ci
ildə isə elm sahələri üzrə bu göstəricilər oxucu sorğularına müvafiq olaraq
dəyişmişdir. Belə ki, təbiət elmləri üzrə 800 nüsxə; texnika üzrə 612 nüsxə;
163
kənd təsərrüfatı üzrə 12 nüsxə; səhiyyə üzrə 45 nüsxə; ictimai humanitar
elmlər üzrə 912 nüsxə; mədəniyyət, elm, maarif üzrə 715 nüsxə, filologiya
üzrə 736 nüsxə, incəsənət üzrə 27 nüsxə; biblioqrafik vəsaitlər üzrə isə 415
nüsxə ədəbiyyat daxil olmuşdur. Ümumilikdə götürdükdə 2012-ci ilin ilk
rübünə qədər Milli Kitabxanaya 4274 nüsxə ədəbiyyat daxil omuşdur. 2011-ci
ildə isə bu göstərici ilin son hesabatlarına görə 8652 nüsxə idi. İndi isə dilllər
üzrə daxil olan ədəbiyyatın bölgüsünə nəzər salaq. Belə ki, 2011-ci ildə
Azərbaycan dilində daxil olan nüsxələrin sayı 2012-ci illə müqayisədə 2524
nüsxə azdır. Rus dili üzrə 997 nüsxə artım, xarici dil üzrə isə 87 nüsxə artım
müşahidə olunmuşdur. Milli ədəbiyyatın komplektləşdirilməsi bölməsinin
əməkdaşları fəaliyyətdə olan nəşriyyatların hər biri ilə əlaqə saxlayır, il
ərzində yeni ədəbiyyatın kitabxana fondunda yer alması və oxucu sifarişlərinin
tamamlanması üçün daim axtarışda olurlar. Belə əlaqələr kitabxanaya verilən
məcburi nüsxələrin sayına müsbət təsir göstərir. Bölmənin əməkdaşları
nəşriyyatlarla yanaşı həmçinin müəlliflərlə də əlaqə saxlayırlar. Belə əlaqələr
nəticəsində isə Milli Kitabxana fondunda olmayan və eləcə də kitab
mağazalarından çətin tapılan dərsliklər oxucular üçün təşkil edilir. Kitab
mağazalarına sifarişlər yeni ədəbiyyatlarla yanaşı əvvəlki illərdə də nəşr
edilmiş kitabxanada müəyyən səbəblərdən itirilmiş kitablara olan oxucu
sorğularına müvafiq yazılmış siyahı əsasında verilir. Son iki ildə
Komplektləşdirmə şöbəsi kitabxananın Komplektləşdirmə şurası ilə birlikdə
kitab ticarəti ilə məşğul olan təşkilatlardan müqavilə bağlanılması yolu ilə
3241 nüsxə aktual ədəbiyyatın əldə olunmasına nail olmuşlar. Həmin illərdə
Milli Kitabxananın əsas komplektləşdirmə mənbələri Heydər Əliyev Fondu,
İkinci Beynəlxalq Bakı Kitab Sərgisi, Respublika nəşriyyatları, Respublika
kitab mağazaları, Ali Attestasiya Komissiyası, beynəlxalq və ölkədaxili
mübadilə, Mədəniyyət və Turizm Nazirliyi olmuşdur. Bundan başqa
Respublika Kitabxana Kollektorunun da fəaliyyəti xeyli genişlənmiş, Milli
Kitabxanaya ən aktual ədəbiyyatın daxil olmasında rolu xeyli artmışdır. Belə
ki, 2011-ci ildə 50 nüsxə aktual ədəbiyyat Milli Kitabxana fonduna Respublika
Kitabxana Kollektorunun köməkliyi ilə daxil olmuşdur. Daxil olmuş 13745
nüsxə yeni ədəbiyyat elektron yolla yəni kitabxananın saytının ―yeni kitablar‖
bölməsində oxucuların nəzərinə çatdırılmışdır.
Komplektləşdirmə şöbəsi dövrü mətbuatın əldə edilməsi üçün
müxtəlif mətbuat yayımı şirkətləri ilə müqavilələr imzalayırlar. Belələrinə
―Kaspi‖, ― Qasid‖, ―Qaya‖ kimi mətbuat yayımı şirkətlərini göstərmək olar.
Dövrü mətbuat bölməsinə abunə yolu ilə yerli və Rusiyada nəşr olunan qəzet
və jurnallar daxil olur. Eyni zamanda Azərbaycan və Rusiyanın Elmi
İnstitutlarında, müəssisələrində çap olunan elmi əsərlərin bəzi nəşrləri də daxil
olur. Qəzet, jurnal və elmi əsərlərin müəyyən hissəsi redaksiyalar, müəlliflər
tərəfindən hədiyyə kimi göndərilir, həmçinin nəşriyyat və redaksiyalarla
164
bilavasitə əlaqə saxlamaqla dövrü nəşrlərin məcburi nüsxələri əldə olunur.Ardı
davam edən nəşrlər həm də beynəlxalq mübadilə yolu ilə də daxil olur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 1998-ci
ilin dekabrından Respublikada çap oluan qəzet və jurnalların 2 məcburi
nüsxəsi redaksiyalar tərəfindən M.F.Axundov adına Milli Kitabxanaya
göndərilir.
Hər iş gününün əvvəlində komplektləşdirmə şöbəsinə daxil olan bütün qəzet
və jurnallar kitabxanaçılar tərəfindən birinci olaraq kartoteka və cədvəldə qeyd
olunaraq möhürlənir. Həmin qəzetlərin hər nömrəsindən bir nüsxəsi qeyd
dəftərində yazılmaq şərtilə kitabxananın müvafiq şöbələrinə və oxu zalına
verilir. Bir neçə gündən sonra şöbələrdən işlənib bölməyə qayıdan qəzetlər və
digər ardı davam edən nəşrlər qeyd dəftərindən silinib rəflərdə əlifba ardıcıllığı
ilə düzülür. Hər rübün sonunda bütün dövrü nəşrlər yoxlanılaraq nömrə
ardıcıllığı ilə yığılır, siyahılaşdırılaraq cildlənmək üçün mətbəəyə təhvil
verilir. Cildləndikdən sonra isə Kiitab Fondlarının Mühafizəsi şöbəsinin
mətbuat fonduna təhvil verilir. Bütün bu proseslərlə yanaşı komplektləşdirmə
şöbəsinin əməkdaşları tərəfindən hər bir cildin üzü yazılaraq təhvil dəftərində
qeyd edilir. Komplektləşdirmə şöbəsi elektron vasitələrlə daxil olmuş bütün
kitabxana informasiya resurslarını yəni kitablar, dövrü mətbuat, elmi əsərlərin
hər birini Kitabxananın elektron saytındakı ―Milli Kitabxana Xəbərləri‖
bölməsi vasitəsilə oxuculara çatdırır. Əməkdaşlar dövrü nəşrlərin hər bir
nömrəsinin vaxtında daxil olmasına nəzarət edir, əks təqdirdə müvafiq
təşkilatlara şifahi və ya rəsmi məlumat verirlər.
Göründüyü kimi M.F.Axundov adına milli kitabxananın fondunun
komplektləşdirilməsi müasir tələblərə cavab verən səviyyədə həyata keçirilir,
çap məhsullarının elektron versiyaları hazırlanır və elektron kataloqda
yerləşdirilir. Bütün bunlar Milli Kitabxananın fəaliyyətindəki dinamik
inkişafdan xəbər verir.
ƏDƏBĠYYAT
1. ―Kitabxana İşi‖ haqqında Azrərbaycan Respublikası Perzidentinin Qanunu.- Bakı şəhəri.-
1998
2. ―Azərbaycan Kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması‖ haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri.- 20 aprel 2007.
3. X. .İsmayılov: M.F.Axundov adına Milli Kitabxananın Fondunun formalaşdırılmasının
müasir vəziyyəti.//Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi jurnal.-
№1.B.,2012.
4. M.F.Axundov adına Milli Kitabxananın 2011-2012-ci il hesabatları.
5. M.F.Axundov adına Milli Kitabxananın 2011-ci il və 2012-ci ilinin ilk rübünə dair
hazırlanmış statistik nümunələr.
6.Azərbaycan Kitabxanaları XXL əsrin informasiya məkanında.-1-ll cild.-B.:Nurlar,2007.-
s.820.
Dostları ilə paylaş: |