KġtabxanaġÜnasliq



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə74/111
tarix25.12.2016
ölçüsü2,53 Mb.
#2845
1   ...   70   71   72   73   74   75   76   77   ...   111
Ключивое  слова:  оброзование,  наука,  науко-технический  прогресс, 
информачия, знание. 
 
Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. 
 Əbu TURXAN  
                
Müasir dövrdə bütün ixtisas sahələri eyni dərəcədə təhlil edilir. Və əməli 
fəaliyyət sahələrinin çoxunda müvafiq elmi-nəzəri biliklər tələb olunur. Yəni, 
elm  həyatın  bütün  sahələrinə  nüfuz  etmişdir.  Görünür  təhsilin  məzmununda 
elmi biliklərə üstünlük verilməsi də əsasən bununla bağlıdır.  
Ümumiyyətlə  elm  haqqında,  onun  mahiyyəti  və  funksiyaları,  praktik 
əhəmiyyəti haqqında nə bilir və tələbələrə bunu necə izah edirlər?  Elm nədir 
və onun məqsədi nədən ibarətdir? 
Müasir təhsilin məzmununu əsasən elmi biliklər təşkil edir. Əlbəttə, hər 
bir  insana  adi  məişət  bilikləri,  əməli  bilik  və  vərdişlər  də  lazımdır.  Lakin  bu 
bilik və vərdişlərin çoxu ailədə öyrədilir. Məktəb isə daha çox dərəcədə nəzəri 
biliklərin sahələr üzrə və sistemli şəkildə öyrədilməsinə üstünlük verir.  
Bəzən elə olur ki, insanın gələcək həyat və fəaliyyətində lazım olan bilik 
və  vərdişlərin  bir  qismi  nə  ailədə,  nə  də  məktəbdə  mənimsədilmir.  İnsan 
bunları müstəqil surətdə öyrənməli olur.  
Ali təhsil alanların heç də hamısı gələcəkdə alim olmur. Əksinə, özünü 
elmə  həsr  edənlərin  nisbi  sayı  azdırr.  Bəs  nəyə  görə  müasir  məktəb  nəzəri 
biliklərin öyrədilməsinə üstünlük verir?  
İncəsənətin 
məqsədi 
insanın 
emosional-mənəvi 
dünyasını 
zənginləşdirmək, onu daha saf, daha təmiz etmək – onun mənəvi imkanlarını 
artırmaqdır. 


151 
 
Elmin  məqsədi  isə  insanın  intelektual  dünyasını  zənginləşdirmək,  onu 
daha məlumatlı, daha bilikli etmək və bu biliyin qüvvəyə çevrilməsi sayəsində 
onun imkanlarını artırmaqdır. 
Elmi biliyin maddi qüvvəyə çevrilməsi təbiətlə mübarizədə insanı daha 
güclü edir. Lakin insanın maddi gücü-qüdrəti artdıqca bu gücü düzgün yönəldə 
bilmək  üçün  onun  mənəvi  kamillik  səviyyəsi  də  artmalıdır.  Ancaq  elm  əhli 
olmaq,  hələ  kamal  əhli  olmaq  deyil.  Kamalın  qələbəsi  üçün  yüksək  elmi-
texniki  səviyyə  ona  uyğun  gələn  yüksək  mənəvi-əxlaqi  səviyyə  ilə 
tamamlanmalıdır.  
Elmi texniki tereqqi illərdən bəri dönmədən inkişaf edir və bu inkişafın 
sürəti  getdikcə  daha  da  artır.  Vaxtilə  insanın  nağıllarda  vəsfi  etdiyi,  möcüzə 
saydığı  hadisələri  elm  artıq  həqiqətə  çevirmişdir.  Bəs  bu  gün  insan  elmdən 
daha  nələr  gözləyir?  Elmi-texniki  tərəqqinin  son  həddi  yoxdurmu?  Dayanıb 
keçdiyi yolu tənqidi təhlil süzgəcindən keçirmirsə, özünü dərk etməyə təşəbüs 
göstərmirsə onun gələcəyinə nə dərəcədə nikbin münasibət bəsləmək olar?  
Hər  bir  dövrdə  insanın  texniki  tələbatı  elmi-texniki  tərəqqinin  mövcud 
inkişaf səviyyəsi ilə müəyyən olunur. Gələcəyə gedən yol artıq əldə olunmuş 
naliyyətlər  zirvəsindən  daha  aydın  görünür.  İnsan  bu  zirvədən  elmi-texniki 
tərəqqinin  bütün  sahələrinə  nəzər  salaraq  onu  öz  mənafeyinə  (sosializmdə  – 
ictimai mənafeyə) uyğun olaraq planlı surətdə idarə etməyə çalışır.  
Elmi-texniki tərəqqinin düzgün planlaşdırılması heç də elmi  potensialın 
bütün sahələrdə bərabər nisbətdə paylanmasını nəzərdə tutmur. Müasir dövrdə 
iqtisadi və sosial tərəqqinin tələbləri baxımından daha aktual və daha səmərəli 
olan  tədqiqat  sahələrinin  ön  plana  çəkilməsi  elmi  potensialın  daha  çox 
dərəcədə məhz həmin sahələrdə cəmlənməsini tələb edir (4, 84).  
Baxmayaraq  ki,  müasir  dövrdə  elm  nisbi  müstəqil  inkişaf  imkanı  əldə 
etmişdir,  istehsalatın  real  tələbləri  bu  gün  də  elmin  inkişafına  ciddi  təsir 
göstərir  və  bu  təsirin  plana  uyğun  surətdə  tənzim  edilməsi  elmi  idarəetmə 
qarşısında duran əsas vəzifələrdən biridir. Bu vəzifənin uğurlu həlli üçün həm 
iqtisadiyyatın,  həm  də  elmin  inkişaf  perspektivlərini  qabaqcadan  düzgün 
müəyyənləşdirmək  tələb  olunur.  Ən  yaxın  gələcəkdə  və  nisbətən  sonrakı 
dövrdə  hansı  elm  sahələrinin  iqtisadiyyat  üçün  daha  böyük  əhəmiyyət  kəsb 
edəcəyini təyin etmək və planlaşdırma zamanı bunu nəzərə almaq asan deyil.  
Müasir  dövrdə  ölkəmizdə  neft-kimya  sənayesinin,  elektron-hesablama 
maşınları  və  mikroprosessor  texnikasının  inkişafına  üstünlük  verilir.  Bu 
sahələrin  intensiv  inkişafı  isə  öz  növbəsində  fundamental  elmləri  müvafiq 
aspektlərini  intensiv  inkişafını  nəzərdə  tutur.  Üstün  istiqamətlərin 
seçilməsində başlıca çətinlik bundan ibarətdir ki, son dövrlərdə elm istehsalata 
nəzərən  qabaqlayıcı  rol  oynadığından,  iqtisadi  və  texniki  tərəqqi 
proqnozlaşdırılarkən 
elmin  perspektiv  imkanları  əvvəlcədən  nəzərə 
alınmalıdır.  Elm  isə  yaradıcı  sahə  olduğundan  burada  tam  dəqiq  proqnoz  və 


152 
 
konkret  planlaşdırma  mümkün  deyil.  Lakin  elmin  yaxın  gələcəkdə  nə  kimi 
praktik  tətbiq  imkanlarına  malik  olacağı  fundamental  elmlərin  bugünkü  real 
vəziyyəti  və  inkişaf  meylləri  əsasında  müəyyənləşdirilə  bilər.  Belə  ki, 
fundamental elmi  yeniliklərdən praktik tətbiqə qədər olan bütün mərhələlərin 
keçilməsi bəzən bir neçə illik müddəti əhatə edir.  
Əməli  fəaliyyət  elmdən  asılı  olmadan,  müstəqil  surətdə  inkişaf  etdiyi 
vaxtlarda  onun  bir  sıra  sahələri  yetkinlik  dərəcəsinə  çatmışdı  və  burada 
insanlar  elə  xüsusi  biliklərə,  vərdişlərə  yiyələnmişdi  ki,  onlar  bu  gün  də 
əhəmiyyətli ola bilərdi. O dövrdə praktik biliklərin və əməli vərdişlərin yüksək 
dərəcədə  inkişafı  koqnitiv  biliklərin  məhdudluğuna  baxmayaraq,  mükəmməl 
qurğular yaratmağa imkan verirdi.  
O  dövrün  ixtiraçıları  tərəfindən  düzəldilən  və  Heronun  təsvir  etdiyi 
qurğulardan  biri  –  buxarın  təsiri  ilə  fırlanan  kürəvi  cisim  müasir  buxar 
turbinini  xatırladır.  Məşəl  yandırılarkən  məbədin  qapılarının  açılması,  ilk  su 
avtomatları  və  Platonun  dostu  Tarentli  Arxitasın  ağacdan  düzəltdiyi  uçan 
göyərçin isə qədim dövrdə avtomatikanın yüksək inkişaf səviyyəsindən xəbər 
verir.  
XVI-XVII  əsrlərdə  yaylı  və  kəfkirli  saatların  ixtira  olunması  sonralar 
android adlandırılan mexaniki adam-avtomatların düzəldilməsinə böyük təkan 
verdi. XVI əsrdə İspaniya imperatoru V Karlın sarayında xidmət edən Tariano 
qədim yunanların nailiyyətini təkrar edərək avtomat əsgərlərin döyüş səhnəsini 
nümayiş  etdirirdi.  Deyilənə  görə,  XVII  əsrdə  yeni  dövrün  böyük  filosofu 
R.Dekart Fransina adlı mexaniki qadın düzəltmişdi.  
Belə  misalları  çox  çəkmək  olar.  Lakin  belə  bir  sual  ortaya  çıxır  ki, 
müasir mühəndislər həmin nailiyyətləri təkrar edə bilərlərmi? Bunun ehtimalı 
çox  azdır.  Bugünkü  robotlar,  əlbəttə,  bilavasitə  istehsal  sahəsində  faydalı 
əməklə  məşğul  olmaqla  demonstrativ  xarakterli  əyləncə-androidlərdən 
üstündür.  Lakin  bizcə,  mühəndis  təxəyyülünün  təkrarlanmazlığı  və  incə 
strukturu baxımından sələflərin istedadı daha çox təqdirəlayiqdir.  
Sonrakı tarixi dövrlərdə elmin inkişafı sayəsində elmi-texniki tereqqinin 
inkisafi  üçün  yeni-yeni  imkanlar  açıldığından  və  yeni  keyfiyyətli  təbii-elmi 
prinsiplər  əsasında  işləyən  texniki  qurğular  yaradıldığından  keçmiş  texniki 
nailiyyətlərin sirləri tədricən unudulmuşdur.  
Elmi biliklər texnologiyaya getdikcə daha çox nüfuz etdiyindən texniki 
tərəqqi  elmdən  asılı  vəziyyətə  düşür.  Hər  bir  yeni  elmi  nailiyyətin  geniş 
miqyaslı  tətbiqi  ilə  əlaqədar  olaraq  texnika  yeni  keyfiyyət  halına  keçir  və 
əvvəlki  texnologiya,  praktik  biliklər  və  əməli  vərdişlər  əhəmiyyətini  itirir. 
Praktik biliklərin nisbi müstəqil inkişafı tez-tez kəsilməklə diskret xarakter alır 
(1,  488).  O  daha  vahid  və  bütöv  bir  proses  kimi  davam  edə  bilmir.  Varislik 
itdiyindən  yeni  nəsil  əvvəlki  nəslin  ixtiraçılıq  məharətinə  yiyələnə  bilmir. 


153 
 
Halbuki  bilik  və  sənətkarlığın  yeni  nəslə  ötürülməsi  mədəni  tərəqqisinin  ən 
mühüm şərtlərindən biridir.  
Əgər əvvəllər məhdud zehni  biliklər əsasında bəzən o dövrün ümumi inkişaf 
səviyyəsi  baxımından  ağlasığmaz  görünən  unikal  ixtiralar  edilirdisə,  müasir 
texniki  nailiyyətlər  elmin  bugünkü  inkişaf  səviyyəsində  açılmış  böyük 
imkanlar müqabilində heç də həmişə heyrətamiz görünmür. Əksinə, mühəndis 
işi, ixtiraçılıq  fəaliyyəti  elmlə müqayisədə  geri qalır. Səbəbi  isə odur ki,  elm 
hələ XVII-XVIII əsrlərdən başlayaraq vahid sosial və qnoseoloji sistem kimi 
formalaşdığı  və  daxili  tamlığa  malik  bütöv,  müntəzəm  prosesə  çevrildiyi 
halda,  nə  texnologiya,  nə  də  elmi-texniki  fəaliyyət  hələ  sosial  institut  kimi 
formalaşmamışdır. Ona görə də, elmi-texniki tərəqqinin perspektivi ən çox bu 
sahədəki təşkilati işin səmərəsi ilə bağlıdır. Nə qədər ki, elmi-texniki fəaliyyət 
hələ nisbi müstəqillik statusu kəsb etməyib, elm ilə istehsalat arasındakı əlaqə 
də nizamlı və müntəzəm xarakter daşımayacaqdır.  
Elmi  tərəqqinin  hüdudsuzluğu  ən  çox  onun  kumulyativ  xarakterinin 
nəticəsidir.  Kumulyativlik  –  elmi  biliklərin  yenisi  ilə  əvəz  olunmayaraq  üst-
üstə 
toplanması 
deməkdir. 
Müasir 
elmşünaslıq 
elmi 
inkişaf 
qanunauyğunluğunun daha mürəkkəb xarakterə malik olduğunu aşkar etsə də, 
hər halda bu xassə elmin mühüm səciyyələrindən biri olaraq qalmaqdadır.  
Elmin  spesifikasından  danişarkən  bir  qayda  olaraq,  fəlsəfə,  din, 
incəsənət  və  əxlaqla  qarşılaşdırılır.  Dəqiq  elmdə  bir  günç  hər  hansi  bir 
korifeyin.  məsələn.  A.Eynşteynin  nəzəriyyəsinə  əlavələr  edir,  onun  tətbiq 
dairəsini    genişləndirir.  Başqa  cür  mümkün  də  deyil;  hər  hansı  elm  korifeyi 
elm binasında yeni bir mərtəbə tikir, sonrakı nəsil isə bu yeni mərtəbədə rahat 
yerləşərək onun üzərinə yeni kərpiclər qoymaqla məşğul olur (3, 121).  
İncəsənətdə belə deyil. Bu günün hər hansı bəstəkarının L.Bethovendən 
və  ya  Ü.Hacıbəyovdan  daha  mükəmməl  musiqi  bəstələməsi  nəinki 
qanunauyğunluq  deyil,  hətta  ağlasığmaz  bir  haldır.  Müasir  rəssamlar  İntibah 
dövrü  rəssamlarından  daha  da  yaxşı  çəkə  bilsə  idilər  Rafaelin,  Leonardo  da-
Vinçinin,  Mikelancelonun  əsərlərinin  qiyməti  günü-gündən  daha  da 
arttırmazdı.  Sənət  məmləkətində hər bir şairin, rəssamın,  bəstəkarın ucaltdığı 
məbədlər  var  ki,  onlar  bir-birindən  seçilir  və  heç  vaxt  bir-birinin  üzərinə 
toplanmır.  Sənət  əsəri  hansı  isə  vahid  bir  binanın  kərpicinə  cevrilse  öz 
bütövlüyünü və ahəngini itirər və daha sənət əsəri olmaz.  
Eləcə  də  fəlsəfə  və  əxlaq  sahəsində.  Hər  bir  yeni  nəslin  nümayəndəsi 
əvvəlkindən daha zəngin mənəviyyatlı və daha tərbiyəlimi olur? Nəzəriyyədən 
də,  təcrübədən  də  məlumdur  ki,  belə  bir  qəti  hökm  səhvdir.  Tərəqqi  var,  o 
kumulyativ  yolla  və  ya  buna  bənzər  surətdə  həyata  keçmir.  Hər  sonra  gələn 
əvvəlkini  yaratdığının  üzərində  deyil,  onunla  yanaşı  başqa  əsərlər  yaradır, 
özünəməxsus mənəvi aləmə, əxlaqi keyfiyyətlərə malik olur. Bu keyfiyyətlər 


154 
 
yalnız  həmin  dövrün  ümumi  ahəngindən  deyil,  həm  də  real  həyat  tərzindən, 
konkret ictimai-iqtisadi mühitdən asılı olur.  
Burada tərəqqi ilə yanaşı, xüsusi şəraitlərdə geriləmə, tənəzzül və s. də 
tamamilə təbii haldır.  
Elmdə isə geriyə yol yoxdur. Ayrıca bir ölkənin elmi tərəqqisində nisbi 
tənəzzül məqamları olsa da, bütövlükdə elm maşını daim irəli gedir, elm binası 
heç vaxt tamamlanmır, üzərinə yeni-yeni mərtəbələr əlavə olunur. Ümumi bir 
yüksəliş var və hər bir ölkənin məqsədi bu yüksəlişdən geri qalmamaqdır.  
Əlbəttə,  biz  bununla  elmin  inkişaf  yolunun  mürəkkəbliyini,  burada  da 
böhranların  və  inqilabların  labüdlüyünü  inkar  etmək  istəmirik.  Əsas  məqsəd, 
təfərrüatlara  varmadan,  yekun  inkişafın  vahid  istiqamətini  və  müntəzəm 
xarakterini göstərməkdir.  
Lakin  doğrudanmı  elmi  tərəqqinin  həddi-hüdudu  yoxdur?  Bəs  bu 
prosesin məhdudlaşdırılmasına yönəldilmiş amillər necə?  
Elm həm də sosial sahədə vahid və bütöv sistem kimi formalaşır. Elmi 
biliklər  sistemi  daha  artıq  elm  hadisəsini  tam  səciyyələndirmək  üçün  kifayət 
etmir (7, 111). 
Nəyə  görə  insan  bütün  böyük  ümidlərini  elmlə  bağlayır,  qarşısına  çıxan 
çətinliklərdən,  təhlükələrdən  xilas  yolunu  elmdə  axtarır?  Məgər  bu  gün 
bəşəriyyət üçün ən böyük təhlükə olan nüvə silahını da, ekoloji böhranı da elm 
yaratmamışdır. Hər bir çətinliyi V.Hüqonun dediyi kimi, bu çətinliyi doğuran 
səbəbin özündə axtarmaq lazımdır? 
     İnsan  yaradıcılığının  ən  ecazkar  məhsulu  olan  elm  getdikcə  insandan 
uzaqlaşır və öz yaradıcılığından asılı olmayan müstəqil qüvvəyə çevrilir. İndi 
elmin  kimin  əlində  olmasından  çox  şey  asılıdır.  Böyük  Füzuli  elə  bil  bu  gün 
üçün  demişdi:  «Elm  pis  adamların  əlində  hiyləgərlik  alətidir.  Amandır, 
hiyləgər şəxslərə bilik öyrətmə. Fəsad əhlinə elm öyrətmək xalqı qırmaq üçün 
cəlladın əlinə iti qılınc vermək deməkdir». Lakin, təəssüf ki, tarix bu hikmətə 
əməl etməmiş, «fəsad əhli» elmə daha tez yiyələnmişdir. Tarixin təkərini geri 
döndərmək, elmi «fəsad əhlinin» əlindən geri almaq mümkün deyil. Ona görə 
də, qarşıda duran böyük vəzifə  heç olmazsa bu  gün kamal  əhlinin  elmə  daha 
böyük  sürətlə  yiyələnməsi  və  inkişaf  səviyyəsinə  görə  «fəsad  əhlini» 
qabaqlamasıdır. Elm yalnız o zaman bəşəriyyəti həqiqətən xoşbəxtliyə aparar 
ki, onun ön cəbhəsi etibarlı əllərdə olsun. 
Elmin  ön  xəttinə  çıxmaq  üçün  isə  ilk  növbədə  onu  mənimsəmək  tələb 
olunur. Həm də təkcə konseptual məzmun baxımından deyil, sosial və təşkilati 
struktur  baxımından.  Müasir  dövrdə  elmi  adi  şüur  səviyyəsində  idarə  etmək 
mümkün  deyil.  Onu  elmi  surətdə  idarə  edə  bilmək  üçün  isə  elmin  rüşeym 
halından bu günə qədər keçdiyi tarixi yolu izləmək, inkişaf meyllərini aşkara 
çıxarmaq və məqsədəuyğun istiqamətə yönəltmək tələb olunur. 
Elm nə vaxtdan başlanır? 


155 
 
         1.  Elm  (elmi  bilik)  insanların  ilk  dəfə  «nəyə  görə»,  «hansı  səbəbdən» 
sualını  qoyduğu  vaxtdan  başlanır.  İnsanların  dünya  hadisələrini  izah  etmək 
cəhdləri,  artıq  yalnız  «nə  etmək»,  «necə  etmək»  sualını  deyil,  həm  də  «nəyə 
görə  belədir»  sualını  qoyması  biliklərin  bölgüsünə  gətirir;  əməli  biliklərlə 
yanaşı ilk elmi biliklər yaranır ki, bu hadisə müəyyən mənada elmin başlanğıcı 
kimi qəbul oluna bilər. 
Adi şüur adət olunmuş, standart vəziyyətlərdə necə hərəkət etmək lazım 
olduğunu  göstərirsə  də,  bu  vəziyyəti  şərtləndirən  səbəbləri  aşkar  etmək  üçün 
kifayət deyil. Bunun üçün adi şüur hüdudundan kənara çıxmaq tələb olunur. 
2.  Elm  elmi  biliklərin  bir  sistem  kimi  formalaşdığı  vaxtdan  başlanır. 
Yəni  elə bir vaxtdan ki,  birincisi, bu vaxta qədər toplanmış  biliklər  yeni  əldə 
olunan  bilik  üçün  meyara  çevrilir;  artıq  qərarlaşmış  olan  biliklərə  uyğun 
gəlmək,  onları  tamamlamaq  elmiliyin  şərti  kimi  çıxış  edir.  Yaxud,  ikincisi, 
mövcud biliklər zəminində daha obyektiv  gerçəklikdən  yeni  faktiki  material 
gözləmədən  yeni  bilik  almaq  imkanı  yaranır,  başqa  sözlə,  mövcud  biliklər 
sistemi özü özünü inkişaf etdirmək keyfiyyəti əldə edir. 
İstər  «elm»  sistemi,  istərsə  də,  elmi  inkişaf  prosesi  yalnız  son  illərdə 
xüsusi  tədqiqat  predmetinə  çevrilmişdir  ki,  bu  da  elmin 155ocial  və  iqtisadi 
rolunun  ciddi  surətdə  artması  ilə  əlaqədardır.  Təbii  ki,  tədqiqat  elə  ilk 
mərhələdən sistemli xarakter daşıya bilməzdi və buna ehtiyac da olmamışdır. 
Bu sahənin tədqiqinə hər dəfə elmin və elmi inkişafın ən müxtəlif cəhətlərini 
öyrənmək  zərurəti 
yaranarkən,  qarşıya  çıxan  tələblərin  konkret 
xüsusiyyətlərinə,  spesifikasına  uyğun  olaraq  müraciət  edilmişdir.  Buna  görə 
də, müxtəlif aspektlərdəki tədqiqatlar xeyli dərəcədə rabitəsiz xarakter daşıyır. 
Bununla belə, hələ vahid tədqiqat sistemi formalaşmasa da, bu sahədəki elmi 
işləri bir neçə 155ocial155c tədqiqat istiqamətində qruplaşdırmaq olar. Elmin 
tarixi,  metodoloji,  qnoseoloji,  sosioloji,  iqtisadi,  psixoloji  aspektlərdəki 
tədqiqi, həmçinin onun planlaşdırılması və proqnozu probleminin öyrənilməsi 
–  hər  biri  ayrılıqda  nisbi  müstəqil  tədqiqat  sahəsi  kimi  götürülə  bilər.  Bu 
sahələrin öz aralarındakı əlaqəsi çox zəifdir. Halbuki elm bütöv 155ocial təşkil 
etdiyindən  onun  müxtəlif  aspektlərdəki  tədqiqi  də  vahid  terminoloji  əsasa 
malik olmalı, sistemli xarakter daşımalıdır. Ayrı-ayrı tədqiqat qollarının ortaq 
məxrəcə  gətirilə  bilməsi  üçün  tədqiqat  predmeti  haqqında  vaxtaşırı  da  olsa 
bütöv təsəvvür əldə edilməsi vacibdir. Bu tələbatı ödəmək üçün son vaxtlarda 
elmin müxtəlif istiqamətlərdə öyrənilməsindən alınan nəticələri vahid tədqiqat 
sahəsində – elmşünaslıqda birləşdirmək təşəbbüsü göstərilir. 

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin