148
Kitabxananın marketinq şöbəsi qarşıya qoyulan vəzifələri yerinə
yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir:
1. Kitabxananın marketinq kompleksini hazırlayır.
2. Marketinq tədqiqatlarının həyata keçirilməsi üçün zəruri olan informasiyanı
toplayır
3. Kitabxananın xidmət və məhsul çeşidini müəyyənləşdirir.
4. Marketinq fəaliyyətinin əlaqələndirilməsini və təbliğini həyata keçirir
5. Marketinqin planlaşdırılmasını və ona nəzarəti həyata keçirir.
Marketinq şöbəsinin fəaliyyəti, məqsəd və vəzifələri, funksiyaları,
kadrların seçilməsi və s. müvafiq «Əsasnamə» ilə tənzimlənir.
Kitabxanada marketinq fəaliyyətinə ümumi rəhbərlik marketinq üzrə
direktor müavini tərəfindən həyata keçirilir. O, kitabxananın marketinq
fəaliyyətinə və bununla əlaqədar bütün tədbirlərə, habelə bu fəaliyyətin
əlaqələndirilməsinə birbaşa məsuliyyət daşıyır.
Kitabxananın marketinq rəhbərinin əsas vəzifələrindən biri də məhz
kitabxananın maddi-texniki təminat planlarının tərtib edilməsinə rəhbərlik
etməkdir.
Marketinq üzrə direktor müavini öz səlahiyyətlərinin, vəzifələrinin,
funksiyalarının bir hissəsini kitabxananın marketinq fəaliyyətini bilavasitə
həyata keçirən şöbəyə (bölmə, sektor, qrup və s.) verə bilər.
Beləliklə, kitabxananın marketinq xidmətinin rəhbəri ona həvalə edilən
vəzifə və funksiyaları həmin xidmət vahidi tərkibində yaradılan şöbə
vasitəsilə yerinə yetirir. Marketinq xidmətinin rəhbəri konkret şəraiti nəzərə
alaraq strukturu müəyyənləşdirir və ona təhkim edilmiş vəzifə və funksiyaları
işçilər arasında bölüşdürülməsini həyata keçirir.
Əksər kitabxanalarda marketinq xidmətinin tərkibində marketinq
tədqiqatları, satış, planlaşdırma, kommunikasiya üzrə bölmələr yaradılır. La-
kin bu struktur bölmələrin hər birinin özünəməxsus vəzifə və funksiyaları mü-
əyyənləşdirilməli və rəhbərlik tərəfindən təsdiq edilməlidir.
Dostları ilə paylaş: