ġəkil 1. Kitabxanalarda marketinq fəaliyyətinin idarəetmə strukturu Marketinq strukturunun təşkilati quruluşu kitabxananın idarəetmə
strukturunun dəyişməsindən, İKT-nin inkişafı və bununla əlaqədar olaraq
oxucu sorğularının mürəkkəbləşməsindən və s. amillərdən asılı olaraq dəyişə
bilər.
Kitabxanalarda marketinq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi
marketinq şöbəsi (bölmə, sektor, qrup və s.) yaradılır. Bu şöbə əsasən
aşağıdakı adlarla təşkil olunur:
- kitabxana marketinqi
- innovasiya və kitabxana marketinqi
- kitabxana marketinqi və innovasiya-metodiki fəaliyyət
- marketinq və yeni texnologiyalar
- iqtisadi təhlil və kitabxana marketinqi
- marketinq və koordinasiya
- marketinq və reklam
- marketinq və pablik-rileyşnz
- marketinq və asudə vaxt (7)
Bu şöbənin əsas vəzifəsi kitabxana qarşısında qoyuluş məqsədin
səmərəli şəkildə həyata keçirilməsinə imkan verən marketinq fəaliyyəti təşkil
etməkdir.
Şöbə həmçinin, marketinq tədqiqatlarının aparılması, kitabxananın
marketinq fəaliyyətinin strateji və cari planlaşıdırlması, biznes-planların
işlənilməsi, istifadəçilərə müxtəlif sənəd, informasiya, kommunikativ və servis
xidmətləri
göstərilməsi və bütün struktur bölmələrin fəaliyyətinin
koordinasiyası və s. həyata keçirir.