Naxçıvan Muxtar Respublikası-
nın Rabitə və Yeni Texnologiyalar
Nazirliyində keçirilən kollegiya ic-
lasında çıxış edən Naxçıvan Muxtar
Respublikasının Rabitə və Yeni Tex-
nologiyalar naziri Rövşən Məm-
mədov 21 iyul 2015-ci il tarixdə
dördüncü çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin on bi-
rinci sessiyasında verilən tapşırıq-
ların icrasının diqqətdə saxlandığını
bildirmişdir. Qeyd olunmuşdur ki,
rabitə və poçt xidmətinin, genişzo-
laqlı və simsiz internetin əhatə dai-
rəsini genişləndirməsi, “Evədək op-
tika” və “Elektron hökumət” layi-
hələrinin icrası gələcəkdə nazirliyin
əsas fəaliyyət istiqamətləri kimi
müəyyənləşdirilmişdir.
Hesabat dövründə Babək Rayon
Rabitə İdarəsi və “Naxçıvanpoçt”
MMC-nin Babək rayon filialının
yeni binası istifadəyə verilmiş, ti-
kintisi başa çatdırılan 242 kilometrlik
Sədərək-Ordubad alternativ fiber-
optik kabel magistralının təqdimatı
olmuş və Babək ra-
yon telekommuni-
kasiya şəbəkəsinin
alternativ fiber-op-
tik kabel magistra-
lına birləşdirən sis-
tem işə salınmışdır.
Bəhs olunan dövrdə
muxtar respublika-
da 8 poçt şöbə və
bölməsi avtomatlaşdırılmışdır. Ümu-
milikdə, avtomatlaşdırılmış poçt
bölmə və şöbələrinin sayı 126-ya
çatdırılmış, muxtar respublika üzrə
bütün poçt şöbə və bölmələri POS-
terminallarla təmin edilmişdir.
Ötən dövr ərzində bütün yaşayış
məntəqələrində genişzolaqlı internet
xidmətlərinin təşkil edilməsi üçün
tədbirlər davam etdirilmişdir. Ge-
nişzolaqlı ADSL texnologiyasından
istifadə edən internet abunəçilərinin
sayı 2566 olmuş, 42 nəfərə “Elek-
tron imza” verilmişdir.
Təhlükəsiz internet və distant
təhsilin tədrisi ilə əlaqədar distant
dərslər təşkil edilmiş, muxtar res-
publikanın orta məktəblərində daxili
şəbəkələr qurulmuş və internetə qo-
şulmuşdur. Muxtar respublika əra-
zisindəki yaşayış məntəqələrinin
100 faizində rəqəmsal radio yayımı
təmin edilmişdir. Bundan əlavə,
Naxçıvan televiziyası HD formatda
yayıma başlamışdır.
Yaşayış məntəqələrinin 94 fai-
zində genişzolaqlı, 83 faizində isə
simsiz internet xidmətlərinin gös-
tərilməsi üçün lazımi avadanlıqlar
qurulmuşdur. Optik şəbəkənin ge-
nişləndirilməsi evlərə də optik ka-
belin çəkilməsinə imkan vermişdir.
Naxçıvan şəhərində “Evədək optika”
layihəsinin icrası davam etdirilmiş,
28 fərdi mənzilə optik kabel xətti
çəkilmişdir. Yarımildə Ordubad ra-
yonunun Çənnəb-Üstüpü, Babək
rayonunun Nəhəcir, Şərur rayonunun
Aşağı Yaycı-Yuxarı Yaycı, Kərim-
bəyli-Axaməd, Kürkənd-Kürçülü
kənd mərkəzlərinə fiber-optik kabel
xətləri çəkilmişdir. Ümumilikdə,
muxtar respublika üzrə 2015-ci ilin
I yarımili ərzində 59 min 192 metr
fiber-optik kabel xəttinin tikintisi
aparılmışdır.
İşdə yol verilmiş nöqsan və ça-
tışmazlıqlara da toxunan nazir mux-
tar respublikada rabitə və poçt xid-
mətlərinin daha da təkmilləşdirilməsi
istiqamətində qarşıda duran vəzi-
fələr, ucqar kəndlərin internetlə tə-
min olunması, elektron ödənişlərin
həcminin genişləndirilməsi istiqa-
mətində görülən işlər haqqında da-
nışmış, elektron xidmətlərin sayının
artırılması, bu sahədə göstərilən
xidmətlərin keyfiyyətinin yüksəl-
dilməsi, müraciətlər əsasında elek-
tron imzaların tətbiqinin həyata ke-
çirilməsinin qarşıda duran vəzifələr
arasında olduğunu vurğulamışdır.
Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 147 (21.299)
30 iyul 2015-ci il, cümə axşamı
* * *
Qeyd olun-
muşdur ki, “2014-
2015-ci illərdə
Naxçıvan Muxtar
Respublikasında
əhalinin məşğul-
luğunun artırılma-
sı üzrə Dövlət
Proqramı”nın ic-
rası istiqamətində
bir sıra tədbirlər
görülmüşdür. İlin
birinci yarısında məşğulluq xidməti
orqanlarına müra ciət edən 1391
nəfər işlə təmin edilmişdir.
Əmək bazarının tələbinə uyğun
olaraq Naxçıvan Regional Peşə
Tədris Mərkəzində təşkil edilmiş
peşə kurslarına, ümumilikdə, 195
nəfər cəlb edilmişdir ki, onlardan
74-ü sağlamlıq imkanları məhdud
şəxslər, 9 nəfəri isə hərbi xidmət-
dən yeni tərxis olunanlardır. Bu-
nunla yanaşı, sosial cəhətdən həs-
sas əhali qruplarının məşğulluğu-
nun təmin edilməsi, habelə fərdi
təsərrüfatlarının inkişafı üçün 3
aztəminatlı ailəyə müvafiq kömək-
lik göstərilmiş, həmin ailələrin ri-
fahının yaxşılaşdırılması məqsədilə
evlərdə xalça toxunuşunun təşkili
üzrə sosial layihəyə 8 qadın cəlb
edilmişdir.
Bildirilmişdir ki, əməyin mü-
hafizəsi sahəsində həyata keçirilən
nəzarət tədbirləri nəticəsində fərdi
və kollektiv mühafizə vasitələrin-
dən istifadə etmədiyinə görə 26
işçi müvəqqəti olaraq tikinti sahə-
sindən uzaqlaşdırılmış, təhlükəsizlik
qaydalarını kobud şəkildə pozdu-
ğuna görə bir işəgötürənə 1000
manat məbləğində cərimə tətbiq
olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, sağ-
lamlıq imkanları məhdud şəxslərin
tibbi reabilitasiyası məqsədilə Nax-
çıvan Əlillərin Bərpa Mərkəzində
157 nəfərin, Naxçıvan Uşaq Bərpa
Mərkəzində 175 uşağın müalicəsi
təmin edilmiş, əzələ-dayaq sistemi
xəstəliklərindən əziyyət çəkən sağ-
lamlıq imkanları məhdud 10 nəfər
Türkiyə Respublikasına müalicəyə
göndərilmişdir. Müvafiq dövr ər-
zində 66 nəfərə protez-ortopedik
xidmət göstərilmiş, 101 nəfər müx-
təlif texniki reabilitasiya vasitələri
ilə, 64 nəfər sanatoriya və pansio-
natlara göndərişlərlə, müvafiq ka-
teqoriyadan 10 nəfər minik avto-
mobili ilə təmin edilmişdir. Bununla
yanaşı, 488 tənha ahıl və əlilə ev-
lərdə, 19 nəfərə isə Ahıllar Evində
sosial xidmət göstərilmişdir.
Nazir bildirmişdir ki, “2014-
2015-ci illərdə Naxçıvan Muxtar
Respublikasında sağlamlıq imkan-
ları məhdud uşaqların təhsilə cəlbi
üzrə Dövlət Proqramı”nın icrası
ilə bağlı bir sıra tədbirlər həyata
keçirilmiş, 2014-2015-ci tədris ilin-
də məhdud fiziki imkanlı 40 uşaq
məktəbəqədər təhsil müəssisəsinə,
79 uşaq ümumtəhsil müəssisələrinin
birinci siniflərinə, 179 uşaq isə
məktəbdənkənar müəssisələrin dər-
nəklərinə, musiqi məktəblərinə və
idmanın müxtəlif növləri üzrə qrup-
lara cəlb edilmişdir.
Məhdud Fiziki İmkanlılar üçün
Naxçıvan Regional İnformasiya
Mərkəzində yaradılan Distant Tədris
Mərkəzində hərəkət qabiliyyətinin
məhdudluğu səbəbindən ümumtəhsil
müəssisələrinə gedə bilməyən 19
uşaq tədrisə cəlb olunmuşdur.
Bu dövr ərzində sosial qayğıya
ehtiyacı olan 246 şagird məktəbli
geyimi və dərs ləvazimatları ilə
təmin edilmişdir. Məhdud Fiziki
İmkanlılar üçün Naxçıvan Regional
İnformasiya Mərkəzində görmə
qabiliyyəti məhdud şəxslər üçün
audio və brayl kitabxanası fondu-
nun zənginləşdirilməsi diqqətdə
saxlanılmış, mərkəzdə əmək tera-
piyası otağı yaradılmış, defektoloji
bölmənin təlim məşğələlərinə sağ-
lamlıq imkanları məhdud 48 uşaq
cəlb edilmişdir.
Yay tətili dövründə sağlamlıq
imkanları məhdud uşaqların asudə
vaxtlarını səmərəli keçirmələri üçün
52 uşaq valideynlərinin müşayiəti
ilə Ağbulaq İstirahət Mərkəzinə
göndərilmişdir.
İclasda işdə buraxılan nöqsanlara
da toxunulmuş, qarşıda duran vəzifə
və tapşırıqlardan bəhs edilmişdir.
Sonra məruzə ətrafında çıxışlar
olmuşdur.
Muxtar respublikanın nazirlik, komitə və təşkilatlarında
cari ilin ilk 6 ayının yekunları müzakirə edilir
AMEA Naxçıvan Bölməsində
2015-ci ilin ilk 6 ayının yekunlarına
dair yığıncaq keçirilib.
Yığıncağı bölmənin sədri, aka-
demik İsmayıl Hacıyev açaraq bil-
dirib ki, 2015-ci ilin birinci yarı-
sında bölmə əməkdaşlarının 3 mo-
noqrafiya, 1 kitab, 1 tövsiyə, 268
məqalə və konfrans materialı, 8
tezis olmaqla, 281 elmi əsəri nəşr
edilib. Hesabat dövründə bölmədə
humanitar və ictimai, təbiət və tex-
niki elmlər seriyalarından ibarət
olan “Xəbərlər” jurnalının 2 nöm-
rəsi çapdan çıxıb ki, bu nömrələrdə
əməkdaşların 60 məqaləsi işıq üzü
görüb. 2015-ci ilin birinci yarısında
Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin “Naxçıvan tarixi”
çoxcildliyinin hazırlanması və nəşr
olunması barədə” Sərəncamına əsa-
sən, İkinci Dünya müharibəsindən
günümüzədək olan dövrü əhatə
edən üçüncü cildi
üzərində işlər davam
etdirilib.
Qeyd olunub ki, he-
sabat dövründə Azər-
baycan Respublika-
sının Prezidenti ya-
nında Elmin İnkişafı
Fondu qrant layihə-
ləri müsabiqəsində
qalib olmuş “Naxçı-
van folklorunun toplanması, elmi
tədqiqi və nəşri” və “Batabat As-
trofizika Rəsədxanasının müasir
işıqqəbuledici cihaz və avadanlıq-
larla təchiz edilməsi” mövzuları
üzrə qrant layihələri çərçivəsində
elmi-tədqiqat işləri başa çatıb, bu-
nunla bağlı hazırlanmış hesabat
müvafiq quruma təqdim edilib.
2014-cü ildə Azərbaycan Respub-
likası Prezidenti yanında Elmin İn-
kişaf Fondu qrant layihələri müsa-
biqəsində qalib olmuş “Naxçıvan
toponimlərinin elmi-linqvistik təd-
qiqi”, “Parabolik və hiperbolik
məhdud üç cisim məsələlərinin as-
tronomiyada tətbiqi” mövzuları
üzrə tədqiqatlar cari ilin ilk yarısında
uğurla icra olunub və hesabatlar
Azərbaycan Respublikasının Pre-
zidenti yanında Elmin İnkişafı Fon-
duna təqdim edilib. Həmçinin aka-
demik Tariyel Talıbovun rəhbərliyi
ilə Ümumdünya Təbiəti Mühafizə
Təşkilatının “Naxçıvan Muxtar Res-
publikası ərazisində bəbir və qida
obyektlərinin monitorinqinin apa-
rılması” mövzusunda beynəlxalq
qrant layihəsi istiqamətində elmi-
tədqiqat işləri davam etdirilib.
Bölmə sədri hesabat dövründə
yol verilmiş nöqsanlara da toxunub,
onların tezliklə aradan qaldırılma-
sının vacibliyini vurğulayıb.
Sonra məruzə ətrafında bölmə
əməkdaşlarının çıxışları dinlənilib.
Tədbirə AMEA Naxçıvan Böl-
məsinin sədri, akademik İsmayıl
Hacıyev yekun vurub.
Xəbərlər şöbəsi
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov açaraq
məruzə ilə çıxış etmişdir.
İyulun 29-da Naxçıvan Muxtar
Respublikası Gənclər və İdman
Nazirliyində keçirilən kollegiya ic-
lasını giriş sözü ilə Gənclər və İd-
man naziri Azad Cabbarov açaraq
məruzə etmişdir.
Bildirilmişdir ki, Naxçıvan Mux-
tar Respublikası Gənclər və İdman
Nazirliyi 2015-ci ilin birinci yarı-
sında öz işini təsdiq olunmuş iş və
tədbirlər planına, həmçinin 21 fevral
2015-ci il tarixdə Naxçıvan Muxtar
Respublikası Ali Məclisində muxtar
respublikada bədən tərbiyəsi və id-
manın hazırkı vəziyyəti və qarşıda
duran vəzifələrlə bağlı keçirilmiş
müşavirədə verilmiş tapşırıqlara uy-
ğun qurmağa çalışmışdır. Ümumi-
likdə, bəhs edilən dövrdə nazirlik
tərəfindən gənclərlə iş üzrə 84 tədbir
icra olunmuşdur.
Azad Cabbarov diqqətə çatdır-
mışdır ki, adıçəkilən müddətdə küt-
ləvi bədən tərbiyəsi və idman üzrə
45 tədbir təşkil edilmiş, bunlardan
2-si beynəlxalq səviyyəli yarış ol-
muşdur. Nazirlik, muxtar respubli-
kanın idman federasiyaları və ai-
diyyəti təşkilatlar tərəfindən ümum-
milli lider Heydər Əliyevin
anadan olmasının 92 illiyi
ilə əlaqədar muxtar res-
publikada müxtəlif idman
yarışları keçirilmiş, Nax-
çıvan Şahmat Mərkəzində
Beynəlxalq Şahmat Fes-
tivalı, Şərur Olimpiya-İd-
man Kompleksində kik-
boksinq üzrə Azərbaycan
çempionatı, gənclər ara-
sında sərbəst güləş üzrə “Naxçıvan
Kuboku” uğrunda beynəlxalq yarış
yaddaqalan olmuşdur.
Nazir qeyd etmişdir ki, muxtar
respublika idmançıları cari ilin birinci
yarımili ərzində, ümumilikdə, 53 me-
dal qazanmışlar ki, bunlardan 30-u
Azərbaycan çempionatlarından, 12-si
beynəlxalq turnirlərdən, 8-i dünya
çempionatlarından, 1-i Avropa çem-
pionatlarından, 2-si isə I Avropa
Oyunlarından əldə olunmuşdur. Ta-
nınmış məşqçilərin muxtar respub-
likaya dəvət edilməsi, yerli məşqçi-
lərin təlimlərdə iştirak etmələri ilə
bağlı tədbirlərin keçirilməsi diqqətdə
saxlanılmış, Peşəkar Qarışıq Qaydasız
Döyüş Növləri üzrə məşqçilər dəvət
edilmiş, ağırlıqqaldırma, futbol, şah-
mat və digər idman növləri üzrə tə-
lim-məşq toplanışları təşkil olun-
muşdur. 12-28 iyun 2015-ci il tarix-
lərdə ilk dəfə olaraq Bakı şəhərində
keçirilən I Avropa Oyunlarında muxtar
respublikamızdan boks üzrə Tayfur
Əliyev və sərbəst güləş üzrə Hacı
Əliyev bürünc medal qazanmışlar.
Azad Cabbarov buraxılan nöq-
sanlardan da danışaraq bildirmişdir
ki, onların aradan qaldırılması üçün
məqsədyönlü tədbirlər həyata keçi-
rilməli, idman və gənclər sahəsində
tədbirlərin səviyyəsi daha da yük-
səldilməlidir.
Sonra məruzə ətrafında çıxışlar
olmuşdur.
* * *
2
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada
keçirilən yığıncaqda komissiyanın sədri Etibar Musayev
bildirib ki, hesabat dövrü ərzində dövlət qulluqçularının
reyestrinin elektron formada aparılması davam etdiril-
mişdir. İndiyədək 2008 nəfər dövlət qulluqçusunun
məlumatları elektron bazaya işlənmişdir. Onlardan
740-nın reyestr məlumatları rəsmi sənədlər əsasında
yoxlanılaraq dəqiqləşdirilmişdir.
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tu-
tulması üçün 18 fevral 2015-ci il tarixdə elan edilən
müsabiqəyə 351 nəfər sənəd təqdim etmiş, onlardan
75-i müsabiqəni müvəffəqiyyətlə başa vuraraq vakant
vəzifələrə təyin olunmuşdur.
Bildirilmişdir ki, muxtar respublikanın daxili işlər
və vergi orqanlarında, Dövlət Miqrasiya Xidmətində
vakant vəzifələrin tutulması üçün elan edilmiş müsa-
biqələrin test imtahanları şəffaflıqla keçirilmişdir.
Hesabat dövrü ərzində komissiyanın dövlət or-
qanları ilə əməkdaşlığı davam etdirilmiş, həmin or-
qanlarda dövlət qulluğu siyasətinin düzgün həyata
keçirilməsi, o cümlədən kadrlarla işin təşkili daim
nəzarətdə saxlanılmışdır. Cari ilin ötən 6 ayı ərzində
15 nəfər dövlət qulluqçusu fəxri adlarla və təltiflərlə
mükafatlandırılmışdır.
Qeyd edilmişdir ki, bəhs olunan dövr ərzində ko-
missiyada ictimaiyyətlə əlaqələr işi və vətəndaşların
müraciətlərinə baxılması da diqqət mərkəzində saxla-
nılmışdır. 2015-ci ilin birinci yarısında komissiyaya
465 müraciət daxil olmuşdur ki, bunlardan 44-ü elektron
müraciətdir. Bütün müraciətlər araşdırılmış və onlara
müvafiq qaydada cavab verilmişdir.
Məruzə ətrafında müzakirələrdə komissiyanın əmək-
daşları Arzuman İmanovun, Rafiq Nəcəfovun və Fatma
Hüseynovanın çıxışları olmuşdur.
Babək Rayon İcra Hakimiyyə-
tində keçirilən müşavirədə məruzə
ilə çıxış edən rayon İcra Haki-
miyyətinin başçısı Elçin Hüseyn -
əliyev bildirib ki, Azərbaycan Res-
publikası Prezidentinin “Naxçıvan
Muxtar Respublikasının Babək ra-
yonunda Şəkərabad-Babək qəsə-
bə-Nehrəm-Arazkənd dairəvi av-
tomobil yolunun yenidən qurulması
ilə bağlı tədbirlər haqqında” Sə-
rəncamına əsasən, 7 yaşayış mən-
təqəsini birləşdirən dairəvi avto-
mobil yolunun yenidən qurulması
işləri birinci yarımildə davam et-
dirilib. Rayon mərkəzində 5 mər-
təbəli 60 mənzilli yaşayış binasında
yenidənqurma işləri aparılıb. Qo-
şadizə kəndində kompleks qurucu -
luq tədbirləri həyata keçirilib.
Müxtəlif istiqamətli quruculuq
tədbirlərindən rayonun Yarımca,
Xal-xal, Xəlilli, Nehrəm, Cəhri,
Qoşadizə, Güznüt, Çeşməbasar, Ba-
daşqan, Nəcəfəlidizə, Şıxmahmud,
Məzrə, Şəkərabad, Aşağı Buzqov,
Gülşənabad, Nəzərabad və Qahab
kəndlərinə də pay
düşüb.
Vurğulanıb ki, Ba-
bək rayonu aqrar böl-
gə olduğundan bura-
da kənd təsərrüfatının
inkişafına xüsusi diq-
qət yetirilir. 2015-ci
ilin məhsulu üçün
əkin aparılan 10476
hektar sahədə taxıl
biçini başa çatdırılıb.
İcra başçısı rayonun idarə,
müəssisə və təşkilatlarının ilin ilk
6 ayındakı fəaliyyətindən də da-
nışaraq deyib ki, bəhs olunan dövr-
də rayon Elektrik Şəbəkəsi, Qaz
İstismarı İdarəsi, Rabitə Şöbəsi
tərəfindən də bir sıra işlər görülüb.
Elçin Hüseynəliyev işdə bura-
xılmış nöqsanlara da toxunaraq
bildirib ki, görülmüş işlərlə yanaşı,
qarşıda bir sıra mühüm vəzifələr
durur. İstifadə edilmiş qaz və elek-
trik haqlarının vaxtında və tam
toplanması, əmək intizamına əməl
olunması, qəsəbə və kəndlərin
abad, səliqəli saxlanılması, yeni
qurulan tikililərin qorunması, elek-
trik və qazdan israfçılıqla istifadənin
qarşısının alınması üçün reydlərin
keçirilməsi, nağdsız ödənişlərin
həcminin artırılması və əkilməyən
torpaqların əkin dövriyyəsinə daxil
edilməsi istiqamətində işlər daha
da gücləndirilməlidir.
Məruzə ətrafında çıxışlar din-
lənilib.
O, ilin birinci ya-
rısında görülmüş iş-
lər, qarşıya qoyulmuş
vəzifələr barədə da-
nışaraq bildirmişdir
ki, Naxçıvan Muxtar
Respublikasında ge-
niş vüsət alan tikin-
ti-quruculuq işləri Sə-
dərək rayonunu da
əhatə etmiş, son illər
bölgədə yeni inzibati binalar və
digər infrastruktur obyektləri tiki-
lərək istifadəyə verilmişdir. 2015-ci
ilin 6 ayı ərzində Sədərək Rayon
Təsərrüfathesablı Tikinti-Quraşdır-
ma İdarəsi tərəfindən 279,5 min
manatlıq abadlıq və təmir işləri
aparılmış, hazırda rayon uşaq mu-
siqi məktəbi üçün inzibati binanın
tikintisi və İcra Hakimiyyətinin in-
zibati binasının əsaslı təmiri davam
etdirilir.
İcra başçısı diqqətə çatdırmışdır
ki, bu gün torpaqlardan səmərəli
istifadə qarşıda duran əsas vəzifə-
lərdəndir. Rayonun torpaq mülkiy-
yətçiləri yaradılmış şəraitdən sə-
mərəli istifadə edərək “Kənd tə-
sərrüfatı ili”ndə 3574 hektar sahədə
əkin keçirmişlər. Vaxtında həyata
keçirilən hazırlıq tədbirləri hesabına
2132 hektar sahədə taxıl biçini op-
timal müddətdə başa çatdırılmışdır.
2015-ci ilin 6 ayı ərzində yaşıllıq
sahələrinə qulluq davam etdirilmiş,
Naxçıvan-Sədərək magistral yolu-
nun hər iki tərəfində 3 hektar sahədə
bərpa işləri aparılmış, əlavə olaraq
rayon ərazisində 3 hektar yeni bağ
salınmış, həmin sahələrə 5400 ədəd
meyvə tingi əkilmişdir. Ümumiy-
yətlə, rayon ərazisində 7 min ədəd
yerli sortlardan ibarət müxtəlif mey-
və ağacları, 1500 ədəd gül kolu və
225 həmişəyaşıl ağac əkilmişdir.
Vurğulanmışdır ki, həyata ke-
çirilən tədbirlər Sədərək rayonunda
da yaşayış məntəqələrinin fasiləsiz
elektrik enerjisi ilə təmin olunma-
sına şərait yaratmışdır. İlin ilk
6 ayı ərzində rayon ərazisində
müxtəlif gücdə transformatorlar
quraşdırılmışdır.
Hesabat dövrü ərzində rayon
Məşğulluq Mərkəzi öz işini tələb
olunan səviyyədə qurmağa çalışmış,
91 işaxtaran qeydiyyata alınmış
və həmin vətəndaşlardan 72 nəfəri
daimi işlə təmin olunmuşdur.
İcra başçısı işdə buraxılmış
nöqsanlara da toxunmuş, həmin
nöqsanların tezliklə aradan qal-
dırılmasının vacibliyini diqqətə
çatdırmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Agentliyində
keçirilən kollegiya iclasında agent -
liyin baş direktoru Yasin Səfərov
məruzə ilə çıxış edərək bildirmişdir
ki, muxtar respublikanın enerji
təhlükəsizliyinin təmin olunması
istiqamətində həyata keçirilən
kompleks tədbirlər birinci yarım -
ildə də davam etdirilmişdir.
2015-ci ilin ilk 6 ayında Kəngərli
Rayon Elektrik Şəbəkəsi üçün iki-
mərtəbəli yeni inzibati bina inşa
olunmuş, 35 meqavolt-amper güclü
yeni 110/35/10 kilovoltluq “Qıvraq”
yarımstansiyası istifadəyə verilmiş-
dir. Yarım stansiyada əsas elektrik
avadanlıqlarının – 25 və 10 meqa-
volt-amper güclü transformatorların,
110 kilovoltluq eleqaz açarlarının,
ayırıcıların, gərginlik və cərəyan
transformatorlarının, 35 və 10 ki-
lovoltluq hücrələrin, idarəetmə və
mühafizə qurğularının, akkumul-
yator batareyalarının quraşdırılması
işləri başa çatdırılmışdır.
Babək rayonu ərazisində iki -
transformatorlu 1260
kilovolt-amper güclü
35/10 kilovoltluq
“Nehrəm” yarım -
stansiyasının yeni bi-
nasının tikintisi başa
çatdırılmış, güc trans-
formatorları quraşdı-
rılmış və yarımstan-
siya istismara veril-
mişdir. 90 meqavolt-amper güclü
132/110 kilovoltluq “Araz” ya-
rımstansiyasında yeni müasir rele
mühafizəsi və avtomatika qurğuları,
ayırıcı və eleqaz açarlarının qu-
raşdırılmasına başlanılmış, yeni
idarəetmə otağının tikintisi başa
çatdırılmışdır.
Vurğulanmışdır ki, 2015-ci ilin
birinci yarısında muxtar respubli-
kanın ayrı-ayrı yaşayış məntəqələ-
rində, ümumilikdə, 19 yeni trans-
formator yarımstansiyası quraşdı-
rılmış, 51 kilometr uzunluğunda
yeni 10 və 0,4 kilovoltluq elektrik
verilişi xətləri çəkilmiş, 4,5 kilometr
uzunluğunda hava elektrik verilişi
xətləri kabel xətləri ilə əvəz edil-
mişdir. Naxçıvan, Şərur və Culfa
transformator təmiri sexlərində 115
ədəd 10/0,4 kilovoltluq transfor-
mator təmir edilib şəbəkələrə
qaytarılmışdır.
Kollegiya iclasında işdə buraxılan
nöqsanlar da təhlil olunmuş, qarşıda
duran vəzifələr müəyyənləşdirilmişdir.
Sonra məruzə ətrafında Naxçıvan
Modul Elektrik Stansiyasının di-
rektoru Məhərrəm Abbasov, “Biləv”
Su Elektrik Stansiyasının direktoru
Sahib Zeynalov, Şərur və Ordubad
Rayon Elektrik şəbəkələrinin direk-
torları Mehman Tağıyev və Ramazan
Rzayevin çıxışları olmuşdur.
Azərbaycan Respublikası He-
sablama Palatasının Naxçıvan
Muxtar Respublikası üzrə İdarə-
sində 6 ayın yekunlarına həsr olun-
muş iclas keçirilib.
İclasda idarənin rəisi Fazil
İbrahimov çıxış edərək bildirib ki,
Azərbaycan Respublikası Hesablama
Palatasının Naxçıvan Muxtar Res-
publikası üzrə İdarəsinin 2015-ci
ilin birinci yarısındakı fəaliyyəti
Azərbaycan Respublikası Hesablama
Palatasının Naxçıvan Muxtar Res-
publikası üzrə İdarəsinin Əsasna-
məsinə, idarənin təsdiq olunmuş iş
planına və digər müvafiq normativ
sənədlərə əsasən həyata keçirilib.
Bəhs olunan dövrdə
Naxçıvan Muxtar
Respublikası Dövlət
büdcəsinin gəlirləri
35 milyon 709,3 min
manat və ya 112,5
faiz icra olunub.
İlin birinci yarı-
sında Naxçıvan
Muxtar Respublika-
sı Dövlət büdcəsinin
xərcləri 176 milyon 563,5 min
manat və ya 82,3 faiz icra edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan
Respublikası Hesablama Palatasının
Naxçıvan Muxtar Respublikası üzrə
İdarəsinə 2015-ci ilin birinci yarı-
sında dövlət təşkilatlarından 1-i elek-
tron olmaqla, 39 məktub daxil olub.
2015-ci ilin birinci yarısında təs-
diq edilmiş iş planına uyğun olaraq,
Naxçıvan Muxtar Respublikası Döv-
lət büdcəsinin xərclərinə maliyyə-
büdcə nəzarəti tədbirləri çərçivəsində
idarə tərəfindən 6 müəssisə, idarə
və təşkilatlar üzrə təhlil işləri, 4
müəssisə, idarə və təşkilatlarda audit
yoxlamaları aparılıb.
Audit zamanı aşkar edilmiş nöq-
san və çatışmazlıqların aradan qal-
dırılması üçün müvafiq təşkilatlara
məktub və maliyyə orqanlarına mə-
lumat göndərilmişdir.
İclasda qeyd olunub ki, 2015-ci
ilin ikinci yarısında da idarənin
əməkdaşları işlərini günün tələbləri
səviyyəsində qurmalı, qarşıya qo-
yulmuş vəzifələrin layiqincə yerinə
yetirilməsinə nail olmalıdırlar.
Sonra məruzə ətrafında çıxışlar
olub.