Bu gün ölkəmizdə təhsil sahə-
sində dövlət siyasətinin əsasını təh-
silin uzunmüddətli dövr üçün əsas
inkişaf istiqamətlərini müəyyən edən
milli təhsil konsepsiyası və təhsil
sisteminin inkişafını nəzərdə tutan
dövlət proqramları təşkil edir. Müasir
konsepsiya və proqramların əsas tə-
ləblərindən biri də milli-mənəvi və
ümumbəşəri dəyərlərə dərindən yi-
yələnən, onları qoruyan və inkişaf
etdirən, geniş dünyagörüşə malik
olan, təşəbbüs və yenilikləri qiy-
mətləndirməyi bacaran, təhsil aldığı
ixtisas üzrə nəzəri və praktik biliklərə
tamamilə sahiblənən, yenilikçi tə-
fəkkürlü mütəxəssislər hazırlanma-
sıdır. Odur ki, muxtar respublikada
bu sahəyə xüsusi diqqət yetirilir,
təhsilimizin möhkəm təməllər üzə-
rində qurulmasına şərait yaradılır.
Təhsilsiz insan cilasız aynaya
bənzər, təhsilli isə öz azadlığını özü
təmin edər. Yaxşı təhsil almış övlad
yetişdirmək, o övladı hər hansı bir
sahədə uğur qazanan biri kimi cə-
miyyətin ən ali təbəqələrindən birində
görmək hər bir valideynin ən böyük
arzusudur. Təbii ki, dövrün və za-
manın tələbləri hər bir gəncin təh-
silinə öz müsbət və ya mənfi təsirini
göstərir. Dünyanın bəzi ölkələrində
yaxşı təhsil almaq üçün yaxşı maddi
vəziyyət, bəzi ölkələrində yaxşı
şərait tələb olunur. Uşaqların maddi
çətinliklər, yararsız infrastruktur
üzündən məktəbə gedə bilmədikləri
ölkələr də var.Vaxtilə bu fikirlər bi-
zim təhsilimiz üçün də deyilib.
Ancaq ötən əsrin doxsanıncı illərinin
ortalarından başlayaraq hər şey də-
yişilib. Gündən-günə qüdrətlənən
dövlətimiz elm, bilik arxasınca gedən
hər bir şagirdin, yeniyetmənin və
tələbənin qarşılaşdığı hər bir çətin-
likdə onun yanında olub. İndi kə-
nardan universiteti xatırladan orta
məktəblərimiz də var, təhsilin key-
fiyyətində başlıca amillərdən olan
ən müasir texnologiyalar da. Nax-
çıvan şəhərindən tutmuş ucqar dağ
kəndlərinə qədər hər bir yaşayış
məntəqəsi təhsil quruculuğu sahə-
sində həyata keçirilən tədbirlərdən
bəhrələnib. Şərur rayonunda son il-
lərdə bu sahədə görülən işlərin miq-
yası buna əsaslı sübutdur.
Beləliklə, Şərur təhsilinə doğru
açılan pəncərədən keçmişə boylanıb
bu günün qapılarını açırıq. Sonsuz
bir maraqla “Bu günümüzdə nələr
var?”– deyib yolumuzu rayonun ge-
niş, işıqlı siniflərlə, ən müasir ava-
danlıqlarla təchiz edilən məktəblə-
rindən salır, təhsil işçiləri ilə, qoca-
man və gənc pedaqoqlarla rayon
təhsilinin indiki vəziyyəti, perspek-
tivlər, vəzifələr haqda söhbət açır,
müəllim fikrinin, müəllim düşün-
cəsinin işıq saldığı məsələləri mü-
zakirə edirik.
Uzun illər uşaqlara elmin sirlərini
öyrədən Muğanlı kənd tam orta
məktəbinin direktoru, Azərbaycan
Respublikasının Əməkdar müəllimi
İsa Hüseynovla söhbət zamanı öz
təcrübəsindən yola çıxaraq deyir ki,
səriştəli, peşəkar pedaqoq olmaq
üçün müntəzəm axtarışda olmaq,
oxumaq, öyrənmək lazımdır. Hər
bir təhsil işçisi, müəllim yadda sax-
lamalıdır ki, insana xas olan qüsur-
ların ən pisi qeyri-peşəkarlıqdır.
Müəllim elə bir insan – mütəxəssis
olmalıdır ki, uşaqlar, gənclər ondan
öyrənməyə can atsınlar. Təsadüfi
deyil ki, xalq belə bir deyim forma-
laşdırıb: “Müəllim o kəs deyil ki,
öyrədir, o kəsdir ki, ondan öyrənir-
lər”. Burada bilik, bacarıq, peşə-
karlıqla yanaşı, etik normalara riayət
edilməsi nəticəsində formalaşan
müəllim nüfuzunun da böyük rolu
vardır. Sevindirici haldır ki, rayon
təhsili üçün intibah dövrü sayılan
son 20 ildə Şərur məktəblərində tə-
lim-tərbiyəsi etibar olunan uşaqların
gələcək taleyi üçün yüksək mənəvi
məsuliyyət nümayiş etdirən müəllim
təbəqəsi formalaşıb. Bunun əsas sə-
bəblərindən biri də müəllim əməyinə
dövlətimiz tərəfindən verilən yüksək
qiymətdir.
Son illərdə Şərur rayonunda 35
yeni məktəb binası tikilib və yaxud
əsaslı təmir olunduqdan sonra şa-
girdlərin istifadəsinə verilib. Təkcə
2014-2015-ci tədris ilində 198 şagird
yerlik Axura, 198 yerlik Dizə, 88
yerlik Diyadin məktəbləri üçün bi-
nalar tikilərək şagirdlərin ixtiyarına
verilib. Cəlilkənd tam orta məktə-
binin binasında əsaslı təmir işləri
aparılıb. Rayonun Kürkənd məktəbi
də öz qapılarını müəllim və şagird-
lərin üzünə açıb. Bu gün rayon mək-
təblərində 793 kompüter işlək və-
ziyyətdədir və onlardan 642-si in-
ternetə qoşulub. Məktəblərdə 127
elektron lövhə quraşdırılıb. Bu tədris
ilində məktəb kitabxanalarına 4200
bədii ədəbiyyat verilib. Bütün bunlar
qazanılan nailiyyətlərin təməlini ya-
radan işlərdir.
Ümumtəhsil məktəblərinin mad-
di-texniki bazasının gücləndirilməsi
və həyata keçirilən digər tədbirlər
təhsilin səmərə və keyfiyyətinin yax-
şılaşdırılmasına öz təsirini göstərir.
Belə ki, 2015-ci ildə tam orta mək-
təbləri bitirən 664 nəfərdən 3 nəfəri
qızıl medala, 2 nəfəri isə gümüş
medala layiq görülüb. Ali və orta
ixtisas məktəblərinə sənəd verən
məzunların sayı bu il 508 nəfərə
çatıb ki, bu da ümumi məzunların
76,5 faizini təşkil edir. Aparılan təh-
lillər onu deməyə əsas verir ki, təhsil
sahəsində nəticələr ötən ildəkindən
daha da sevindiricidir. Rayon üzrə
yüksək nəticə göstərən 47 nəfər mə-
zundan 13 nəfəri I qrup üzrə, 9
nəfəri IV qrup, 5 nəfəri II qrup,
20 nəfəri isə III qrup üzrə yüksək
bal toplayıblar. Sevindirici haldır
ki, I qrup üzrə Zeyvə kənd tam orta
məktəbinin məzunu Əli Allahver-
diyev 700 bal toplayaraq ölkə üzrə
rekord nəticə əldə edib. III qrup
üzrə Kürkənd tam orta məktəbinin
məzunu Təranə İsmayılova 692 bal,
IV qrup üzrə Alışar kənd tam orta
məktəbinin məzunu Elşən Cəfərov
686 bal toplayaraq Azərbaycan üzrə
ən yüksək nəticə əldə edən məzunlar
sırasında yer tutublar.
Şagirdlərin vətənpərvərlik ruhun-
da tərbiyə olunmasına ciddi diqqət
yetirilir. Çünki bu günün gənci bil-
məlidir ki, Vətən bizə ata-baba əma-
nətidir. Onu qorumaq da bizim və-
zifəmizdir. Bu məqsədlə məktəblərdə
ənənəvi olaraq keçirilən “Cəsurlar”,
“Şahin”, “Sərhəd” hərbi-idman və
turizm oyunlarında məktəblilər fəal
iştirak edirlər. Bu gün tam orta mək-
təblərin pedaqoji kollektivlərinin
qarşısında gənc nəslin hərbi-vətən-
pərvərlik ruhunda tərbiyəsi sahəsində
məsul və təxirəsalınmaz vəzifələr
qoyulması heç də təsadüfi deyildir.
Bu sahədə Şərur rayonunun mək-
təblərində toplanan qabaqcıl təcrübə
hərbi-vətənpərvərlik tərbiyəsini daha
məzmunlu və məqsədəuyğun şəkildə
aparmağa imkan verir. Rayonun pe-
daqoji kollektivləri hərbi-vətənpər-
vərlik tərbiyəsinin forma və üsulla-
rından istifadə etməklə ona nail ol-
mağa çalışırlar ki, həqiqi vətənpər-
vərliyin məzmununu şagirdlər düz-
gün dərk edə bilsinlər.
Fiziki tərbiyə və idman dövlət
üçün mühüm əhəmiyyət kəsb edən
məsələlərdən biridir. Bu gün muxtar
respublikanın bütün bölgələri kimi,
Şərur rayonunda da yeniyetmə və
gənclərin idmanla məşğul olması
üçün əlverişli şərait yaradılıb, şagird
və tələbələr arasında idmanın müx-
təlif növlərinə maraq xeyli artıb.
Hazırda rayonun bütün məktəblə-
rində şahmat fənni tədris olunur.
Ötən müddət ərzində aparılan mü-
şahidə və təhlillər göstərib ki, şahmat
fənninin tədrisi şagirdlərin böyük
marağına səbəb olmaqla, onların id-
raki fəallığını xeyli artırır, düşünmə
qabiliyyətlərini gücləndirir. Bütün
bunların nəticəsində şagirdlərin digər
fənlər üzrə göstəriciləri də nəzərə-
çarpacaq dərəcədə yüksəlib. Fənnin
tədrisi sahəsində qazanılan uğurlar
şahmat təliminin daha yüksək sə-
viyyədə davam etdirilməsinə və şah-
matın əhatə dairəsinin genişləndi-
rilməsinə etibarlı zəmin yaradır.
Ulu öndərimiz Heydər Əliyev
deyirdi: “Asudə vaxt problemdir,
bunun həll edilməsi ailə və şəxsiy-
yətin, kollektivin və bütövlükdə cə-
miyyətin mənəvi sağlamlığını möh-
kəmləndirməyə kömək edir”. Bu
baxımdan məktəblilərin asudə vax-
tının düzgün qurulmasında məktəb-
dənkənar təhsil müəssisələrinin bö-
yük rolu vardır. Rayon Təhsil Şö-
bəsinin nəzdində 6 məktəbdənkənar
müəssisə – Uşaq-gənclər idman
məktəbi, Texniki Yaradıcılıq Mər-
kəzi, Ekoloji Tərbiyə Mərkəzi, Uşaq-
gənclər şahmat məktəbi, Turist-Di-
yarşünaslıq Mərkəzi, Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir,
məktəblilərin asudə vaxtının səmərəli
təşkilinə öz töhfələrini verirlər.
“Ekoloji biliklərin mənimsənil-
məsi də uşaqlara təbiəti daha yaxşı
tanımalarında və sevmələrində, ətraf
mühiti qorumalarında və beləliklə,
gələcəkdə baş verə biləcək ekoloji
təhlükələrin qarşısının alınmasında
kömək edəcəkdir”. Bunu rayon Eko-
loji Tərbiyə Mərkəzinin direktoru
Vaqif Cabbarov deyir. Onun Şərur
rayonunda təhsilin inkişafı ilə bağlı
dediklərindən: – Son 20 ildə muxtar
respublikada, eləcə də Şərur rayo-
nunda təhsilin keyfiyyətlə həyata
keçirilməsi üçün yeni məktəb binaları
tikilib, zəruri infrastruktur yaradılıb.
Onu da deyim ki, istedadlı uşaqlar
üçün inkişafetdirici proqramların
tətbiqinə başlanılması rayon təhsi-
lində yeni bir mərhələnin əsasını
qoyub. Rayon məktəblərində elektron
təhsilin tətbiqi əhəmiyyətli şəkildə
genişləndirilib, müəllim və şagirdlər
üçün virtual öyrənmə mühiti for-
malaşdırılıb. Sözsüz ki, bütün bu
amillər, son nəticədə, rayonda təhsilin
inkişafına xidmət edir. Məktəblilərə
bu fikirlər aşılanır ki, dövlətimiz tə-
rəfindən çəkilən xərclər o məqsədi
daşıyır ki, sabah gənclərimiz döv-
lətimiz və cəmiyyətimiz üçün faydalı
insanlar olsunlar.
Şərurda təhsilin inkişafı ilə bağlı
rayon Təhsil Şöbəsinin əməkdaşı,
şair-publisist İbrahim Yusifoğlu deyir
ki, məktəbli və müəllimlər üçün ra-
hat, işıqlı siniflər, fənn kabinələri
yaradılıb. Ən yeni texnologiyalar
bilik öyrədənlərin və öyrənənlərin
ixtiyarına verilib. Şagirdlərə isti və
işıqlı siniflərdə dərs keçilir. Uçuq-
sökük, qaranlıq, qapı-pəncərəsi qırıq,
soyuq və şəraitsiz məktəblərdən, bu
məktəblərə aparan palçıqlı yollardan
əsər-əlamət qalmayıb. Bütün bunların
qarşılığında isə zəif oxumağa uşaq-
ların mənəvi haqqı yoxdur. Ona görə
də bu günün məktəblisi öz üzərində
səylə çalışmalı, oxumalı, öyrənmə-
lidir. Vaxtilə milli maarifçilik hərə-
katının öncülləri olan Abbasqulu
ağa Bakıxanov, Mirzə Fətəli Axund -
zadə, Həsən bəy Zərdabi, Seyid
Əzim Şirvani, Mirzə Şəfi Vazeh,
Cəlil Məmmədquluzadə, Ömər Faiq
Nemanzadə, Mirzə Ələkbər Sabir,
Abbas Səhhət, Məhəmməd Tağı Sid-
qi, Firidun bəy Köçərli və digər
görkəmli şəxsiyyətlərin insanların
təhsil almasında gördükləri işlər,
çəkdikləri əziyyətlər əsl fədakarlıq
və vətənpərvərlik nümunəsidir. Mux-
tar respublikada, eləcə də Şərur ra-
yonunda təhsil sahəsində qazanılan
nailiyyətlər bir daha göstərir ki, o
fədakarlıqlar indi də davam etdirilir.
İndi bu fədakarlıqlar təkcə ayrı-ayrı
şəxslər tərəfindən deyil, dövlətimiz,
təhsilimizin qayğısına qalan rəhbə-
rimiz tərəfindən edilir. Bu da gələ-
cəyimizin daha etibarlı əllərdə ola-
cağına əminlik yaradır, daha xoş
sabahlara təminat verir.
Müdriklərimiz deyiblər ki, elm və bilik öyrənməyə tələs. Çünki
bunlar əldən heç bir zaman çıxmayan miras, bezilməyən yoldaş,
insanın bəzəyi və hər bir kəsin bütün ömürboyu möhtac olduğu də-
yərlərdir. Bu iki dəyəri əldə etməyin yolu isə təhsildən keçir.
“Əgər düzgün fikri tez-tez təkrar etsən, o, öz təsir gücünü itirər”, –
deyirlər. Ancaq Şərur rayonunda təhsilin inkişafına göstərilən dövlət
qayğısını, əldə olunan uğurları, təhsil işçilərinin fədakarlığını gördükdən
sonra, necə deyərlər, bu fikirlə razılaşa bilmirəm. Rayonda gördüklərimdən
sonra məndə “Gələcəyimiz etibarlı əllərdədir, parlaqdır, işıqlıdır” fikri
formalaşıb. Bu fikri isə nə qədər təkrar etsəm, öz təsirini itirə bilməz.
Çünki fikirlərimin arxasında konkret faktlar, təhsilimizi intibaha qo-
vuşduran addımlar, ucqar dağ kəndlərimizdəki möhtəşəm məktəb bina-
larının timsalında əzmkarlıq nümunələri dayanır.
-
Səbuhi HÜSEYNOV
Yazı “Naxçıvan: müstəqillik illərində” gənclər
arasında yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür
3
Naxçıvan Muxtar Respublikası
tərkib hissəsi olduğu Azərbaycan
Respublikası ilə quru sərhədə malik
deyil. Ermənistan tərəfindən əhatə
olunan muxtar respublika 1990-cı
ildə Sovet İttifaqından ayrılmışdır.
Bura səfər etmək üçün çətin yer
kimi görünə bilər. Ermənistan və
Azərbaycan arasında diplomatik
əlaqələrin olmaması səbəbindən Er-
mənistandan bura səfər etmək müm-
kün deyil. Siz Naxçıvana Bakıdan
təyyarə ilə, yaxud İran və Türkiyə-
dən keçməklə avtobus vasitəsilə
gələ bilərsiniz. Bura səfər etmək
bir az səy tələb edir. Lakin əmin
olun ki, burada görməli yerlər çox-
dur. “Vice” jurnalı Naxçıvanı Azər-
baycanın paytaxtı istisna olmaqla,
digər bölgələrlə müqayisədə tex-
noloji cəhətdən daha müasir surətdə
inkişaf etdiyinə görə “Qafqaz dağ-
larının San-Fransiskosu” adlandır-
mışdır. Buraya səfər edən xarici tu-
ristlər macəra istəyən hər kəsin
Naxçıvana səfər etməli olduğunu
qeyd etmişlər.
Qədim dövrlərdən bəri Böyük
İpək Yolunun üzərində yerləşmiş
Naxçıvan regionun iqtisadi və mə-
dəni baxımdan inkişaf etmiş nüfuzlu
bölgəsi olmuşdur. Yunan coğrafi-
yaçısı Ptolomey yazır ki, “Naksua-
na” (Naxçıvan) böyük ölkənin pay-
taxtıdır. Daha sonra buraya səyahət
edənlər şəhərin gözəlliyini, zəngin-
liyini, qalaların möhtəşəmliyini təs-
vir edərkən, buranın Çingiz xan tə-
rəfindən istilasını da qeyd edirdilər.
Coğrafi mövqeyinə görə orta
əsrlərdə də Naxçıvanda ticarət in-
kişaf etmişdir. Buradakı şəhərlər
öz bacarıqlı sənətkarları, xüsusilə
dulusçuları, zərgərləri və şüşə qab
düzəldən ustaları, eləcə də səsli və
simli musiqi alətləri, çox gözəl xal-
çalar, ipək parçalar və mis qablar
da istehsal edən ustaları ilə tanın-
mışdır. Qeyd olunan məhsulların
dünyanın müxtəlif ölkələrinə apa-
rıldığı, hətta bu malların İtaliya və
Çin kimi ölkələrdə mükafatlara
layiq görüldüyü qeyd olunmuşdur.
Sovet İttifaqının süqutundan sonra
Ermənistan-Azərbaycan münaqişəsi
səbəbindən 1990-cı illərin əvvəllə-
rində blokada vəziyyətinə düşmüş
Naxçıvan 4 il ərzində ticari böhran
yaşamışdır. Lakin daxili investisi-
yanın inkişafı nəticəsində burada
ümumi daxili məhsul 48 dəfə art-
mışdır. Hazırda Naxçıvanda süd, ət,
buğda, yumurta və yun məmulatları
daxil olmaqla, 336 adda məhsul is-
tehsal olunur və Naxçıvan öz ərzaq
təhlükəsizliyini tam təmin edə bilir.
Naxçıvan Azərbaycanın qida pay-
taxtı olma iddiasındadır. Əslində,
özünü ərzaqla təminetmə addımları
təbii və yerli istehsal maraqları ilə
də xarakterizə edilir. Bələdçimin
mənə dediyi kimi, “qida olmadan
mədəniyyət natamamdır”. Xalqın
kimliyini bilmək üçün onun mət-
bəxini tanımalısan. Burada hər növ
təzə və dadlı meyvə-tərəvəzlər vardır.
Azərbaycanın digər bölgələrindən
gələn insanlar böyük xoşbəxtliklə
buradakı ət və balın dadından danı-
şırlar və bu məhsullardan dadmaq
üçün təyyarə ilə buraya gəlirlər.
Naxçıvanda təmiz və içməli su mən-
bələri vardır. Dağların qoynundan
süzülüb gələn bu sulardan yerli araq-
ların istehsalında da istifadə olunur.
Yerli əhali bu sularda yuyunmanın
insan sağlamlığı üçün yararlı oldu-
ğuna inanır. Bakıdan gələn qonaqlar
qayıdarkən çantalarında özləri ilə
bu sulardan aparırlar.
Naxçıvanda harda
qalmaq olar
Siz Duzdağ Hotelində təmiz və
sakit bir otaqda gözəl gecələr keçirə
bilərsiniz. Naxçıvanda hotellərin
qiymətlərinin ölkənin digər yerləri
ilə müqayisədə fərqli olmasına bax-
mayaraq, buradakı suit otaqlar xü-
susilə valehedici təsirə malikdir.
Naxçıvana necə
gəlmək olar
Azərbaycan Hava Yollarının Pe-
kindən, Çin Cənub Hava Yollarının
isə Urumçidən Azərbaycanın də-
nizkənarı paytaxtı Bakıya birbaşa
təyyarə reysi vardır. Həmçinin sizin
Moskvadan buraya uçmaq imka-
nınız da vardır. Ölkə daxilində sə-
yahət etmək və Naxçıvana getmək
üçün siz daxili təyyarə reyslərindən
istifadə edə bilərsiniz. Əgər kiçik
büdcə ilə səyahət edirsinizsə, ümu-
miyyətlə, taksi xidməti daha əlve-
rişlidir. Qeyd olunanlarla yanaşı,
ərazidə avtobuslardan və dəmir
yolu nəqliyyatından da istifadə et-
mək olar.
Çin vətəndaşlarından Azərbay-
cana səfər etmələri üçün viza tələb
olunmur. Turist kimi siz Azərbay-
cana səfər edə və burada 90 gün
müddətində qala bilərsiniz.
“TRAVELPLUS.CN” beynəlxalq turizm jurnalı dünyanın bir çox
ölkəsində nəşr olunur. 760 min tirajla çap olunan bu jurnal ən çox
satılan nəşrlərdən biridir. Jurnalın növbəti nömrəsində ingilis jurnalistlər
Sofiye İbbotson və Maks Lovell-Hoarenin Naxçıvan barədə məqaləsini
(www.travelandleisurechina.com/index.yl) qəzetimizin oxucularına
təqdim edirik.
4
Yay mövsümünü Şahbuz, Şərur, Culfa və Or-
dubad yaylaqlarında keçirən heyvandarlara, onların
ailələrinə səhiyyə xidmətinin təşkili üçün Naxçıvan
Muxtar Respublikası Səhiyyə Nazirliyi xüsusi həkim
briqadaları yaratmış, həmin briqadaların mövsüm
ərzində daim yaylaqlara getməsi, burada müvəqqəti
yaşayan əhalinin sağlamlığının qorunmasına xidmət
etməsi təmin olunmuşdur.
Obalarda yaşayan sakinlərin zəruri dərman həbləri,
sarğı materialları ilə təminatı, səhiyyə maarifi işi
aparılması, mövsümi xəstəliklər, günvurma, ilan və
əqrəbçalmaları, yaralanma zamanı ilk yardım barədə
tibbi məsləhətlər verilməsi də diqqətdə saxlanılan
məsələlərdəndir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirli-
yinin çoxprofilli həkim briqadası cari il üçün iş
planına uyğun olaraq Şahbuz rayonundakı Batabat
yaylağındakı heyvandarlara baş çəkmişdir. Bu yerlərin
etibarlı müdafiəsi, sərin havası, buz bulaqları, zəngin
bitki örtüyü heyvandarlıq üçün əlverişli olduğundan
buradakı obaların sayı ildən-ilə artır. Hazırda təkcə
“Qaraçuq” yaylağında 6 oba məskən salıb. Onların
öhdəsində 4,3 min başdan çox qoyun-quzu var. Ça-
dırlarda fermer və çobanlarla yanaşı, onların 11 ailə
üzvü yaşayır.
Həkim briqadası tərəfindən onların hamısı profi-
laktik tibbi müayinəyə cəlb olunmuş, ilkin tibbi
yardım üçün dərmanlar paylanmışdır. Yaylaqda arana
nisbətən havaların sərin keçməsi səbəbindən oba-
lardakı azyaşlı uşaqların bir qismində qulaqağrısı
və yuxarı tənəffüs yollarının patologiyası müşahidə
olunmuş, onların müalicəsi ilə bağlı dərmanlar
verilmişdir.
Obalarda müayinələr mövsüm boyu davam et-
diriləcəkdir. Nazirliyin çoxprofilli həkim briqadası
ötən şənbə Şahbuz rayonunun Biçənək kəndində
də olmuş, həkim ambulatoriyasında əhalini profilaktik
müayinələrdən keçirmişdir. Yüksəkixtisaslı həkim-
lərdən ibarət briqada kənd ambulatoriyasının tibb
işçilərinin də fəal iştirakı ilə gün ərzində 22 terapevtik,
27 pediatrik, 14 ginekoloji, 12 cərrahi müayinə
aparmışdır. Aşkar olunan xəstələrin müvafiq səhiyyə
müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi
məsləhət görülmüş, onlara ambulator kartlar açıl-
mışdır. Üç nəfərdə hipertoniya, 1 nəfərdə xroniki
beyin qan dövranı çatışmazlığı, 1 uşaqda anemiya,
1 uşaqda revmatizm aşkar edildiyindən dispanser
qeydiyyatına götürülmüş, kənd üzrə dispanser qey-
diyyatında duran xroniki xəstələrin sayı dəqiqləş-
dirilmişdir. Əhali arasında ürək-damar, yoluxucu,
dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, vərəm, göz,
ginekoloji xəstəliklər, günvurma, ilançalma, əqrəb-
sancma zamanı ilkin tibbi xidmət, uşaqların düzgün
qidalanması barədə səhiyyə maarifi işləri aparılmış,
xəstəliklərin profilaktikası ilə bağlı tibbi məsləhətlər
verilmişdir.
Ötən şənbə günü Əziz Əliyev adına Naxçıvan
Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının
pediatr, oftalmoloq, stomatoloq, nevropatoloq, en-
dokrinoloq və laborantlardan ibarət həkim briqadası
isə Culfa rayonunun Gülüstan kəndində uşaqlara
profilaktik tibbi xidmət göstərmişdir. Briqada 18
yaşadək olan 53 nəfəri profilaktik müayinədən
keçirmiş, 50 valideynlə səhiyyə maarifi işi apar-
mışdır. Dispanserizasiya işinin düzgün təşkili, pey-
vəndlərin təqvim üzrə aparılması, tibbi sənədləş-
mənin həyata keçirilməsi üçün həkim ambu -
latoriyasının tibb bacılarına metodik məsləhətlər
verilmişdir. Xəstələr pulsuz dərman və sarğı ma-
terialları ilə təmin olunmuşlar.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti
Naxçıvan dağlarının ovcunda onlarla gül-
lü-çiçəkli, buz bulaqlı, xalı çəmənli yurd yer-
lərimiz var. Onlardan biri də Batabat yaylağıdır.
Bu yaylağın çal-çağırını, növrağını neçə illər
fitnə-fəsadlı ermənilərin işğalçılıq planları
pozsa da, indi gözəlliklər oylağı olan bu yurd
yerinin qonaq-qarası kimi, obaları da çoxalıb.
Dağları mehman qəbul edən bu yurd yerinin
hər guşəsi bir obanın məskənidir. Dağın o
üzündə qurd kimi məqam gözləyən düşmən-
lərimizdən nə qorxan var, nə də onları düşünən
var. Çünki milli ordumuzun əsgərləri səngər-
lərimizdə gecə-gündüz ayıq-sayıq keşik çəkirlər.
İqtisadi qüdrəti artan dövlətimizin hərbi qüdrəti
qarşısında yenildiyini hiss edən erməni də Ba-
tabat aşırımının o üzündə bəlkə yenə də qan
tökmək üçün fürsət axtarsa da, qınına çəkilməyə
məcbur olub. Batabat yaylağında oba quran
sədərəkli, kəngərlili, şərurlu, culfalı, şahbuzlu
heyvandarlar, çobanlar, naxırçılar, sahmançılar
buz bulaqların başında çadırlar qurur, kənd tə-
sərrüfatının inkişafına öz töhfələrini verirlər.
Bu obalarda yayın ilk ayından – iyun ayından
məskən salanlar ta sentyabr ayına kimi bu
yurd yerinin gözəllikləri ilə nəfəs alır, təbiətin
əsrarəngiz mənzərəsinin hər anının şahidi olur,
otlaqlarda bəslənən qoyun-quzudan bol məhsul
götürürlər. “Əyri qar”ın başından sübhün gözü
açılar-açılmaz boylanan Günəşin şəfəqlərindən,
yolların kənarlarında insan oğluna gəl-gəl
deyən güllərin, çiçəklərin qönçə dodağının tə-
bəssümündən, bulaqların zümzüməsindən, göl-
lərin qırçın ləpələrinin təranəsindən pay alan
bu zəhmət adamları el varını göz bəbəyi kimi
qoruyurlar. İndi qonaq-qarası çoxdur Batabatın.
Sıldırım dağların bircə aşırım o tərəfindəki
düşmənin varlığı belə, əvvəllər olduğundan
fərqli olaraq indi heç kəsin yadına düşmür. Bu
yerlərin, obaların gözəlliyinə qənim kəsilən
qurd xislətli qarı düşmənə Batabatın belə çal-
çağırlı günləri də gözdağıdır.
Ömrünü obada, ormanda keçirən bir el çobanı
öz xatirələrini danışaraq keçmişlərdəki oba gün-
lərini yada saldı. Bildirdi ki, illər öncə obaların
sakinləri üçün yaylaqlarda şənliklər keçirilərdi.
“Nəbi səngəri”ndə, “Fərhad evi”ndə əks-səda
verib dağlara yayılan cəngi sədasından sonra
nağara, qara zurna və sazın səsindən dağlar, də-
rələr elə bil azmanlaşar, çiçəklər bir az da gö-
zəlləşər, təbiət sanki cilvələnərdi. Mədəniyyət
işçiləri maraqlı konsert proqramı ilə çıxış etmə -
mişdən bir gün əvvəl obaya xəbər yayılardı.
Ehey..! Xançoban, Bəyçoban haradasınız? Oba-
lara, oymaqlara xəbər verin. Görüşümüzə gələn
olacaq. Qaraca Çobanın çoban dədəsinin səsi
ətrafa yayılardı. “Duman, gəl, get bu dağlardan”
adlı el şənlikləri çox maraqlı çal-çağırla başlayar,
biz çobanlar da rəqs edər, sağıcılar, sahmançılarla
bir yerdə günümüzü istədiyimiz kimi keçirərdik.
Elə həmin illərdə keçirilən belə şənliklərdə “Al-
çalı” bulaqda, “Ərikli”nin dolaylarında,
“Turşsu”da, “Qara yoxuş”da qədim türk yay-
laqlarında erməni çobanları da bizə qoşulardılar.
Nə bilərdik ki, onlar bizim qonaqpərvərliyimizdən
istifadə edib isti aşımıza su qatacaqlar. Ancaq
atalarımız demişkən, qonşuya quyu qazanın
özü düşər. Onlar da əməllərinin cəzalarını bu
gün yoxsulluqla, səfalətlə, aclıqla çəkirlər. Bizsə,
yenə yurdumuzun sahibi və sakinləriyik. Çünki
ulu öndər Heydər Əliyev elə bir dövlət qurub
ki, onu hər istəyən yıxa bilməz. Naxçıvanda da
onun qüdrəti ilə bir qarış yurd yerinə belə
murdar erməni ayağı dəymədi. Sərhəd kənd -
lərimiz inkişaf etdi, sərhədlərimiz göz bəbəyi
kimi qorundu. Bu, indi də belədir. Ona görə
biz arın-arxayın elin var-dövlətini bu yaylaqlara
gətirir və bir neçə ay ərzində ürəyimiz istəyən
qədər yağ, süd, pendir, ət istehsal edə bilirik.
Mal-qaramız da ki həm sağlam, həm də
gümrah olur…
Ağsaqqalla söhbətim zamanı elə bildim
qulağıma qara zurnada çalınan çoban bayatı-
sının sədaları gəldi. Xatırladım ki, ötən illərdə
bura gəldiyim zaman oba-
ların birinin qənşərində bir
gənc rəssamla rastlaşmış-
dım. O, əlindəki rəngli qə-
ləmlərlə bir əlçim kağızda
nəsə çəkirdi. Gördüm ki,
kiçik kağız parçasından qar-
tal baxışlı, dağ vüqarlı və
əlində avtomat olan bir gənc
rəsmdə sanki mənə sarı
boylanır. Elə bil ki, əlisilahlı
bu oğlan gözlərini dağların
gədiklərinə zilləmişdi. Onda
qeyri-ixtiyari mən də çev-
rilib o dağlara baxmışdım.
Elə bu vaxt gənc rəssam
demişdi ki, qorxmayın, o
gədiklərdə indi şəkildə gör-
düyünüz kimi əlisilahlı əs-
gərlərimiz durublar. Gecə-
gündüz səngərlərimizi qo-
ruyur, sinələrini Vətən tor-
pağına sipər edirlər.
Nədən bunu xatırladım, bilmirəm. Amma
inandığım o idi ki, indi Şahbuz rayonunun
dağlarında 40-a yaxın obanın olması, el varının
o dağlara qaldırılması səngərlərimizin möhkəm
qorunmasından, yağı düşmənin öz qınından
çıxa bilməməsindən xəbər verən amildir.
Qısa zamanda da olsa, ulu öndər Heydər
Əliyevin yurdumuza gəlişinə kimi güllə səslə-
rindən diksinən yaylaqlarımızın gözəlliklərinə
“kənardan” baxmağa məcbur olmuşduq. Gözü
yollarda qalan dağların qonaq-qarasının ayağı
bu yerlərdən kəsilmişdi. Hələ burnu ovulmayan
düşmənin əl-ayaq açdığı o günlərdə qurbanlar
da verdik, şəhidlərimiz də oldu. Amma bir
qarış yox, bir barmaq boyda belə elimizdən,
obamızdan, torpağımızdan keçmədik. Elnən
gələn dərd toy-bayramdır deyib, inandıq ki,
dar günün ömrü azdır. İnamımız gerçək oldu.
Şükürlər olsun ki, o günlər arxada qaldı. İndi
vaxtında, vədəsində el yaylağa qalxır, oba
qurur, yurd salır, təbii sərvətlərimizdən gen-
bol istifadə edilir. Bunun əsas səbəbi də ulu
öndərin yolunu muxtar respublikamızda ardıcıl
və məqsədyönlü şəkildə davam etdirən muxtar
respublika Ali Məclisinin Sədri cənab Vasif
Talıbovun aranımıza, yaylağımıza, sərhəd və
dağ kəndlərimizə, ən ucqar yurd yerlərimizə
yenidənqurma, inkişaf, tərəqqi ruhunu bəxş
etməsidir. Bu ruh insanlarda torpaq, yurd, ocaq
sevgisini gücləndirib. Çünki o yurdlar, o yuvalar
sevgiyə, istəyə layiq bir formaya salınıb.
ØßÐÃqapısı
Naxçıvan Muxtar Respublikası Gənc lər və İdman Nazirliyinin nəzdində
stolüstü tennis idman növü üzrə bölmə fəaliyyətə başlayıb. Naxçıvan
şəhərindəki Üzgüçülük Mərkəzində həftənin 1, 3 və 5-ci günləri oğlan
qruplarına, 2 və 4-cü günləri isə qız qruplarına stolüstü tennisin qaydaları
öyrədilir.
Məşqçi Vüqar Tağıyev söhbətində yeni yaradılan bölmə haqda dedi:
“Bölmə miz lazımi idman avadanlıqları ilə təmin edilib. Üzgüçülük Mərkəzində
yeni tennis stolları quraşdırılıb və bu növlə məşğul olmaq istəyənlər üçün
hərtərəfli şərait yaradılıb. İki gündür məşqlərə başlamağımıza baxmayaraq,
artıq 20-dən çox yeniyetmə və gənc bölməyə yazılıb. Gənclər və İdman Na-
zirliyinin əsas məqsədi bu idman növünə olan marağı idman ictimaiyyəti
arasında kütləvi hala gətirməkdir”.
Qeyd edək ki, stolüstü tennis idman növü ilə məşğul olmaq istəyənlər
Naxçıvan şəhərindəki Üzgüçülük Mərkəzinə müraciət edə bilərlər.
Məktəblilərin yay tətilində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə
Culfa şəhər mərkəzi futbol meydançasının qaçış zolağında “Zərərli vərdişlərə
“yox” deyək, həmişə sağlam olaq” devizi altında yüngül atletikanın kross növü
üzrə rayon birinciliyi keçirilib. 800 və 1500 metr məsafələr üzrə keçirilən
yarışda 60-a yaxın idmançı iştirak edib. Culfa Rayon Gənclər və İdman İdarəsi,
Təhsil Şöbəsi və Uşaq-gənclər idman məktəbinin birgə təşkil etdiyi birinciliyin
yekun nəticəsinə əsasən, 800 metr məsafədə Cəlal Məmmədov bütün rəqiblərini
qabaqlayaraq qalib adını qazanıb. Bu məsafədə Ayxan Abbasov və Həsən
Həsənli digər iki pillədə qərarlaşıblar. 1500 metr məsafədə isə Elgün İmanov
finiş xəttinə birinci çatıb. Elsevər Məmmədov və Məhəmməd Quliyev isə
müvafiq olaraq ikinci, üçüncü pillələri bölüşüblər.
Qalib və fərqlənən iştirakçılara təşkilatçılar tərəfindən diplomlar təqdim
edilib.
Rayonda həmin deviz altında təşkil edilən tədbirlərdən biri də Əbrəqunus
kənd tam orta məktəbinin idman zalında baş tutub. Burada Əbrəqunus və
Bənəniyar kənd tam orta məktəblərinin komandaları arasında voleybol üzrə
yoldaşlıq görüşü keçirilib. Görüşdə Əbrəqunus kənd tam orta məktəbinin ko-
mandası rəqibini 3:1 hesabı ilə məğlub edib.
-
Ceyhun MƏMMƏDOV
Y
aşamaq, yaratmaq üçün hər bir şəraitin olduğu yurd yerlə-
rimizdə məskən salanların, ev-eşik quranların sayı günbəgün
artır. Şəxsi təsərrüfatlardakı mal-qaralar, arı ailələri, ev quşları
günbəgün çoxalır. Aranın, yaylağın dəyərini bilən zəhmət adamları
dolanışığın yolunu da yaxşı bildiklərindən öz işlərini özləri qururlar.
Bu gün onlar Batabat kimi gözəlliyi gözoxşayan təbiətin gözəllik
guşələrində yerli məhsulların istehsalı ilə məşğuldurlar. Onlara
qolunuza qüvvət deyib, yazımı bu məqamda bitirmək istəyirəm.
Şəhla NƏBİYEVA
Batabat.
Oğuz övladlarının – Beyrəklərin, Banuçiçəklərin, Fərhadların,
Şirinlərin, Nigarların, Nəbilərin, Həcərlərin qılınc oynadıb, at minib ov ovla-
dıqları, qurşaq tutduqları yurd yerlərimizdən biri. Ordubad elinin başı
üstündən başlayıb Batabatdan Sədərəyə kimi halay vuran Naxçıvan dağları
sanki igidlər kimi çiyin-çiyinə verib bu yurdun keşiyini çəkirlər. Bəlkə də,
onların əzəmətli duruşudu, qaya baxışıdı Dədə Qorqud övladlarının qanına,
canına hopub. Bəlkə bu qüdrətin sayəsində çomaq dövründən raket dövrünə
kimi yurdumuza hücum çəkən yağı düşmənlər həmişə diz çöküblər.
El yaylağa qalxıb
Buz bulaqlı, xalı çəmənli
Batabat yaylaqları