Ключевые слова:Образование,Качество образования, Философские
взгляды
Keywords: Education, Quality of education, Philosophical views
Azərbaycan Respublikasında ali təhsilə Boloniya prosesinin tətbiqinin
genişlənməsi və dərinləşməsi ali təhsilin keyfiyyətinə diqqəti artırır və təhsil
islahatlarının həyata keçirilməsi istiqamətində aparılan işləri daha da
sürətləndirir. Bir çox ekspertlərin rəyinə görə Boloniya bəyənnaməsi avropa
ali təhsilinin keyfiyyəti haqqında dəqiq təsəvvür yaratmır və avropa ali təhsil
cəmiyyətləri keyfiyyətin təmin edilməsi üçün müəyyən edilmiş plana malik
deyil. Lakin təhsil nazirlərinin Paris konfransından başlayaraq keyfiyyətin
təmin edilməsi probleminin Boloniya prosesinin əsas məqsədi olması bu
mövzunun mərkəzində duran məsələ kimi qarşıya qoyulur. Boloniya
prosesinin sonrakı inkişaf dinamikası da bu məsələnin aktuallığını təsdiqləyir
və keyfiyətə nəzarət qruplarının və təşkilatlarının vahid konsepsiyasının
hazırlanması və tətbiqini bir vəzifə olaraq önə şəkir [1]. Vahid konsepsiya ilə
kadr hazırlığı milli və dövlət maraqlarının nəzərə alınması məsələsində əngələ
çevrilərək bəzi ölkələrin göstərilən istiqamətdə fəaliyyətini məhdudlaşdırır.
Keyfiyyət anlayışına fəlsəfi ―kateqoriya‖ kimi yanaşsaq Aristoteldən
başlamış (Aristotel fiziki aləmə keyfiyyət yanaşması-kvalitatilizm) bu günədək
keyfiyyət məfhumu filosoflar arasında geniş diskusiyaların yaranmasına səbəb
olmuşdur. Müasir fəlsəfə keyfiyyət kateqoriyasına bəzi izahlar verir. Məsələn:
―Keyfiyyət – əşyanın xassələrinin mahiyyət çərçivəsində sabit külliyatıdır.
Keyfiyyət - əşyanın (təzahür, proses) elə müəyyənliyidir ki, həmin xassə
yalnız bu əşyaya və bu sinifdən olan əşyalar qrupuna məxsusdur.‖ Keyfiyyət
fəlsəfi kateqoriya olaraq predmetin onu digər predmetlərdən prinsipcə
fərqləndirən
müəyyənliyi
kimi
xarakterizə
edilir
[2].
Digər predmetlərlə qarşılıqlı əlaqədə olan hər bir predmetə sistem kimi
baxmaq olar, dayanıqlı sistem isə öz əlamət və xassələrini müəyyən zaman
kəsiyində saxlayır. Beləliklə, əşyanı xarakterizə edən keyfiyyəti sistemin
keyfiyyəti adlandırmaq olar. Hal-hazırda ―keyfiyyət‖ anlayışına müxtəlif
193
aspektlərdən: iqtisadi, sosial, idarəetmə, şəxsi və s. yanaşmalar mövcuddur.
hər bir yanaşmanın tədqiqat obyektindən asılı olaraq, mahiyyətin dərk
edilməsi nöqteyi nəzərdən izahı var. Idarəetmə keyfiyyəti sahəsində Amerikalı
mütəxəssis C.Xarrinqton bu məsələ haqqında fikrini aşağıdakı kimi ifadə
etmişdir: ― Keyfiyyət – qəribə şeydir. Hamı ondan danışır, hamı onunla
yaşayır və hər kəs düşünür, bu haqda nə bilir, bu nədir. Lakin çox az bir hissə
keyfiyyətin
izahı
haqqında
vahid
fikrə
gəlir‖[3].
Keyfiyyət məfhumunun təyin edilməsinin müxtəlif aspektlərinə əsasən
təsnifatına bu anlayışın mütləq qiymət kimi, məhsulun xassəsi kimi, təyinata
və
standartlara
uyğunluq
kimi
daxil
edilmişdir
[3].
Keyfiyyət kateqoriyasına gözlənti və tələbat kimi terminlərin daxil
edilməsi təsadüfi xarakter daşımır. Bu qanunauyğundur. XX əsrin ortalarından
istehlakçılar cəmiyyəti yaradılmışdır. Bu cəmiyyətin tələbləri dövlət və
ictimaiyyət tərəfindən müdafiə edilir. Kateqoriyanı ali təhsil sisteminə tətbiq
etsək, bir təhsil sistemində hazırlanmış kadrların digər sistemdə hazırlanan
kadrlardan fərqləndirən müəyyənliklər kimi təsəvvür etmək olar. Nəzərə alsaq
ki, təhsil sistemi təhsili idarəetmə orqanları, təhsil müəssisələri, təhsil
proqramları, öyrənənlər və öyrədənlər kimi əsas elementlərdən, şəxsiyyət,
istehsalat, cəmiyyət və dövlət kimi subyektlərdən (sifarişçi və təhsil xidmətləri
müştəriləri) ibarətdir, o halda bunlar arasında qarşılıqlı əlaqələrin qurulması və
fəaliyyətlərinin uzlaşdırılması keyfiyyəti təmin edən əsas amil kimi ortaya
çıxır. Beləliklə təhsilin keyfiyyətinin qiymətləndirilməsi prosesini iki alt
hissəyə bölmək olar: subyektin qiymətləndirməsi (xarici qiymətləndirmə),
təhsil sisteminin özünün qiymətləndirməsi (daxili qiymətləndirmə).
Təhsil sisteminin qiymətləndirilməsində zəruri şərtlərdən biri, kim
qiymətləndirir, kimi qiymətləndirir və hansi qiymətləndirmə kriteriyası (kimin
mövqeyi və maraqları) ilə qiymətləndirilir. Hər bir təhsil sisteminə maraq və
gözləntilər müxtəlif səbəblərdən formalaşdığından sifarişçilərin və təhsil
sistemindən yararlananların mənsubiyyətindən, göstərdiyi xidmətin növündən,
peşələrə əmək bazarında qoyulan tələblərdən asılı olaraq dəyişə bilər.
Məlumdur ki, sistem elementlərin bütöv, tam əlaqəli cəmidir. Sistem
daxilində elementlər bir-biri ilə çox sıx əlaqədədir. Bu əlaqələr sistemin
nizamlanmasını təmin edir.Yuxarıda qeyd edildiyi kimi təhsil sistemi də
qarşılıqlı təsirdə olan beş elementin kompleksidir. Element isə mövcud tamın
tərkibində kiçik vahiddir. Bu vahid özü müəyyən funksiyanı yerinə yetirir.
Deməli təhsil sistemində hər bir elementin öz fəaliyyətini hansı istiqamətdə
qurmasından, qarşıya qoyduğu məqsədə çatmaq üçün fəaliyyət yanaşmasından
və digər elementlərlə qarşılıqlı fəaliyyətini nizamlamasından asılı olaraq
nəticəni müəyyənləşdirir.
Ümumiyyətlə ali təhsilin keyfiyyətinə sabit bir forma kimi yanaşmaq
düzgün nəticəyə gətirmir. Texnologiyanın sürətlə dəyişildiyi və informasiya
194
mübadiləsinin operativ həyata keçirilməsi şəraitində bu gün üçün keyfiyyət
göstəriciləri məqbul sayılan mütəxəssisin sonrakı dövr üçün keyfiyyəti o qədər
də yüksək olmayan kimi və yaxud əmək bazarının tələblərinə cavab verməyən
kadr kimi təqdim edilməsinə gətirir. Ona görə də kadr hazırlığında dövrün
tələbləri nəzərə alınmalı, təhsil proqramlarında, kurrikliumlarda hətta fənnlər
üzrə tədris olunan mövzularda dəyişikliklər aparılmalı va yeniliklər daim
nəzərə alınmalıdır.
Təhsili idarəetmə orqanları bu dəyişiklikləri daim diqqət mərkəzində
saxlayaraq təhsil sisteminin digər elementlərini də buna əməl etməyi tələb
etməlidir.
Yuxarıda deyilənlərin hamısı Azərbaycan Respublikası Prezidentinin
―2009-2013-cü illərdə Azərbaycan Respublikasının Ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı‖ – nın təsdiq edilməsi barədə 22 may 2009-cu
il tarixli 295 saylı sərəncamda öz əksini tapmışdır. Azərbaycan
Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası
prosesinin sürətləndirilməsi, ali təhsilin məzmununun Boloniya prinsiplərinə
uyğun aparılması, ölkə iqtisadiyyatının inkişaf meylinə müvafiq olaraq yüksək
hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir tələblər
səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin
formalaşdırılması birmənalı şəkildə dövlətin və ali təhsil müəssisələrinin
qarşısına qoyulmuşdur [5].
Təhsil sisteminin beş əsas elementi arasında əlaqələrin qurulmasından
asılı olan bu prosesin həyata keçirilməsi hər bir təhsil orqanına öz
səlahiyyətləri daxilində fəaliyyətlərini nizamlamaq imkanları yaradır.
Sərəncamdam irəli gələn məsələlərin həlli təkcə Azərbaycan Respublikasının
deyil Ümumi Avropa əmək bazarının tələblərinin nəzərə alınmasını qaçılmaz
edir. Başqa sözlə təhsil fəaliyyətinin effektivliyi onun planlaşdırılması və
təhsil prosesinin həyata keçirilməsi formasından (tədris planının tutumluluğu,
tədris müddəti və s.) yox, təhsilin nəticəsindən, tələbənin əldə etdiyi bilik,
dünya görüşü, qazandığı peşəyə uyğunluğu, sərbəst öyrənmə və özünü təhsil
xüsusiyyətlərinə malik olması ilə qiymətləndirilməsi məqsədəuyğun olar. Bu
qiymətləndirmədə əsas ağırlıq mərkəzində təhsil prosesi durur (tədris
proqramları, tələbələrin təhsildə yetərliliyi) bu prosesdə məzunun əldə etdiyi
peşə və şəxsi hazırlıq səviyyəsi ilk növbədə işə götürənlərin rəyi təhsil
nəticəsinin
yoxlanması
kriteriyasına
daxil
olunmalıdır.
Deyilənlərə əsaslansaq belə bir nəticəyə gələ bilərik ki, müasir anlamda
keyfiyyət predmetin insanın necə qəbul etməsi xarakterindən asılı olaraq
qarşıya çıxan tələbatın ödənilməsi xüsusiyyətinin nisbi subyektiv
xarakteristikasıdır.
İnsanın tələbatı artdıqca onun ödənilməməsi ehtimalı artır, yəni
keyfiyyət azalır və tərsinə. Bu halda eyni bir predmet bir nəfər üçün yüksək,
195
digəri üçün aşağı keyfiyyətli olur. Beləliklə fəlsəfi anlamda keyfiyyət –
predmetin xassələrinin sabit toplusu və dünya anlamında insanın nöqteyi
nəzərindən asılı nisbi tələbatın ödənilməsi ücün ölçü vasitəsidir, yəni ―mütləq
keyfiyyət‖ ola bilməz. Təyin edilən anlamda keyfiyyət təminatının yeni
ehtiyatını yada salaq xüsusən kadr hazırlığında qəbul edilən informasiyanın
həcmindən asılı olan bilik. Tədris prosesində insan öz biliyinin həcmini artırır,
bundan asılı olaraq iş keyfiyyətini yüksəldir. Öz növbəsində tələbatın
ödənilməsi tərtibini yüksəldir – deməli mütəxəssis keyfiyyətini artırır.
Keyfiyyət üzrə peşəkarların beynəlxalq ittifaqının prezidenti, keyfiyyət
problemi üzrə Rusiya akademiyasının akademiki Lapidus V.A demişdir:
―Bilik – daşıyıcısı və meyarı insan olan bir dəyərdir‖ [3]. Biliklərin əldə
edilməsi ali təhsil müəssisələrində tədris prosesinin təşkilindən, öyrədənlərlə
öyrənənlər arasında münasibətlərin tənzimlənməsindən, maddi texniki bazanın
səviyyəsindən, həmçinin öyrənənlərin sərbəst işləmə və özünütəhsil
vərdişlərinin həyata keçirilməsi bacarıqlarının formalaşdırılmasından asılıdır.
Son illərdə Avropa ölkələrində ali təhsil sisteminin keyfiyyətinin artırılmasına
maraq bir sıra daxili və xarici faktorların təsiri ilə artmışdır. Bu səbəblərdən
birincisi ali təhsilin kütləviliyinin təmin edilməsinə akademik standartların
tətbiqinin zəifləməsi, universitetlərin fəaliyyətinə müəyən məqsədlər üçün
işəgötürənlərin daha çox qarışmaq təşəbbüslərinin artması. Onların fikrinə
görə işəgötürənlərin maraqlarının nəzərə alınmaması hazırlanan kadrların
əmək bazarının tələblərinə uyğunluğuna zəmanət vermir. Ali təhsilə ayrılmış
dövlət vəsaitinin azalması ilə yanaşı təhsil haqlarının durmadan artırılması,
beləliklə ictimai xərclərin effektivliyinin və ona olan tələbatın artması,
universitetlərin (ali təhsil müəssisələrinin) daha aşkar ictimaiyyətə açıq olması,
əmək bazarında rəqabətin güclənməsi, mobilliyə marağın artması və qeyri
hökümət təşkilatlarının ali məktəblərin işinə müdaxilə meylinin güclənməsi və
s. təhsil sisteminin ictimayətlə qarşılıqlı fəaliyyətini zərurətə cevirir.
Boloniya deklorasiyasında ali təhsilin keyfiyyətinin ümumi konturu
verilmişdir. Bu istiqamətin inkişaf etdirilməsi Boloniya prosesində aşağıdakı
kimi ifadə edilir: ―Keyfiyyətin təmin edilməsi məqsədilə Avropa əməkdaşlığı
çərçivəsində müqayisə edilən kriteriya və metodologiyanın hazırlanması‖.
Avropa təhsil cəmiyyəti dəfələrlə ali təhsilin keyfiyyətinin baza prinsiplərinin
və mahiyyətinin təyin edilməsi üçün təşəbbüs göstərmişdir. 1998-ci ildə ―XXI
əsr ali təhsili üçün Ümumdünya bəyannaməsi‖ YUNESKO-nun təşkilatçılığı
ilə keçirilən bu tədbirdə ali təhsilin keyfiyyəti aşağıdakı kimi
müəyyənləşdirilmişdir: ―Ali təhsil sferasında keyfiyyət onun bütün funksiya
və fəaliyyət növlərini : tədris və akademik proqramlar, elmi-tədqiqat və
təqaüd, kadrların komplektləşdirilməsi, öyrənənlər, bina, maddi texniki baza,
təchizat, ictimaiyyətin mənafeyi naminə fəaliyyət və akademik mühiti əhatə
edən çoxölcülü konsepsiyadır.‖
196
Əslində Boloniya prosesinin məqsədi ali təhsilin əsas beş elementi ilə,
işgüzar dairələr arasında səyləri birləşdirmək və bu istiqamətdə əldə edilən
nəticələri müqayisə edərək hər kəs tərəfindən qəbul edilən konsepsiyanı
yaratmaqdır.
2001-ci ilin sentyabr ayında Avropa Universitetlər assosiasiyası tərəfindən
―Ali təhsilin keyfiyyətinə nəzarət‖ haqqında direktiv sənəd qəbul edildi. Bu
sənəddə keyfiyyətin ali təhsildə əsas məsələ olduğu vurğulandı və qeyd edildi
ki, keyfiyyəin qiymətləndirilməsində əsasən aşağıdakılar nəzərə alınmalıdır:
1. Qiymətləndirmə orqanları ilə ali məktəblər arasında əməkdaşlıq və inama
nail
olunması
2. Təhsil proqramlarının və ali təhsil müəssisəsinin məqsədinin nəzərə
alınması
3. Ənənəvi təhsil və yeniliklərin balansının təmin edilməsi, akademik
istiqamətlənmə və iqtisadi uyğunluq, tədris proqramının məntiqi
əsaslandırılması
və
tələbələrin
sərbəst
seçiminin
təşkili
4. Tədris etmənin, tədqiqat işlərinin, idarəetmə və rəhbərliyin yoxlanılmaya
acıq
olması
5. Tələbələrin ehtiyac və tələblərinə münasibət məsuliyyətinin, təlim prosesinə
aid olmayan xidmətlərin keyfiyyətinin nəzərə alınamsı [1].
Keyfiyyətə nəzarət əsasən əsas təhsil fəaliyətinə, diqqətin
yönəldilməsinə ciddi fikir verilməsini tələb edir. Bu halda keyfiyyətə nəzarətə
ali təhsil müəssisələri mədəniyyətinin əsas üzvü təşkilat forması kimi baxılır.
Direktiv sənəddə keyfiyyətin idarə edilməsinin və keyfiyyətə nəzarətin ümumi
göstəriciləri öz əksini tapmışdır. Bu göstəricilərə akademik fəaliyyətin
müxtəlif aspektləri, təhsil müəsisəsinin muxtariyyatı, təhsilin məqsədi və
həyata kecirilməsi vasitələri, abituriyentlərin seçimi və qəbulu, apelyasiyanın
proseduru və obyektivliyi, tədris proqramlarının keyfiyyəti, professor-
müəllimheyətinin keyfiyyət və kəmiyyət xarakteristikası, tələbələrlə əks əlaqə
forması, təhsil kreditlərinin toplanması və ötürülməsi, fənnlərarası əlaqə,
müxtəlif proqramlar çərçivəsində təhsil, infrastruktur və təchizat,
büdcədənkənar vəsaitin əldə edilməsi, müəllimlərin və tədqiqatçıların
motivasiyası, tikinti və təchizata investisiya qoyuluşu, sistematik audit, əmək
bazarı ilə əlaqə, beynəlxalq elmi rəqabətə davamlılıq, beynəlxalq keyfiyyətə
nəzarət mexanizmi, aktual ictimai diskusiyalarda iştirak və demokratiyanın
inkişafına kömək, elmi, texniki və innovasiya sferasının potensialı və s. daxil
edilmişdir. Bütün bu yuxarıda göstərilənlər nəzərə alınaraq ―minimum
standartların təmin edilməsi‖ və ―standart‖ məfhumunun nəyi ifadə etməsinin
müəyyənləşdirilməsi orataya çıxır.
Avropa universitetləri assosiasiyası 12 aprel 2004-cü il Berlin
kommunikesində razılaşdırılmış yuxarıda qeyd edilən standart və prosedur
anlayışlarını aşağıdakı kimi müəyyənləşdirir: Standartlar – gözlənilməsi
197
(riayət edilməsi) zəruri olan prinsip və dəyərlər, prosedurlar xarici orqanların
keyfiyyət təminatının və akreditasiyanın nəticələrinin müəyyənləşdirilməsində
həyata keçirdikləri fəaliyyətlərin toplusu, ustanovka – uyğun standartların
qiymətləndirilməsinə imkan verən, nəzarət nöqtələrini müəyyənləşdirən,
tövsiyyələr kimi müəyyənləşdirilmişdir. Qeyd etmək lazımdır ki, standartlar
çoxobrazlılığı və rəqabətədavamlılığı məhdudlaşdırmamalıdır. Bundan başqa
qiymətləndirmə sahəsində böyük təcrübəyə malik Avropa universitetlər
assosiasiyası ali məktəblərin çoxsahəli olması səbəbindən tam bir kontinenti
əhatə edən razılaşdırılmış keyfiyyət standartlarının hazırlanması imkansızdır.
Başlıcası bu dəyişikliklərə ali təhsil müəssisələrinin reaksiyasıdır.
Lakin burdan çıxan iki nəticəni diqqətə çatdırmaq lazımdır:
1. Standartların tətbiqi, miqdar metodları, kriteriyalar toplusu və nəzarət
siyahısı
ali
təhsilin
keyfiyyətinə
effektiv
təsir
etmir.
2. Ali təhsil müəssisəsinin müstəqilliyi – dəyişikliklərin həyata keçirilməsi
üçün əsas zəmindir. Yəni hər bir ali təhsil müəssisəsi standartlar haqqında öz
məqsəd
və
missiyasına
uyğun
həll
yolu
seçir.
Beləliklə, bütün yuxarıda deyilənləri nəzərə alaraq Azərbaycan
Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası
proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Boloniya
prinsiplərinə
uyğun
qurulması
üçün:
1. ―2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramının qarşıya qoyduğu tələblərin tam nəzərə
alınması.
2. Tədris prosesinin müasir tələblər səviyyəsində qurulması, tədris
texnologiyalarının və yeni tədris metodlarının tətbiqinə, ənənəvi metodlarla
uyğunluğuna
malik
olunması.
3.
Ali
məktəblərin
maddi-texniki
bazasının
müasirləşdirilməsi.
4. Ali təhsildə keyfiyyətin əldə edilməsi istiqamətində göstərilən fəaliyyətin
aşkarlığının təmin edilməsi, maraqlı qurumların və ictimaiyyətin bu prosesin
planlaşdırılmasına
və
həyata
keçirilməsinə
cəlb
edilməsi.
5.
Professor-müəllim
heyətinin və tədqiqatçıların motivasiyasının
gücləndirilməsi, peşəkarlıq səviyyəsinin artırılması istiqamətində fəaliyyətin
mexanizminin
yaradılması,
əmək
haqlarının
stimullaşdırılması.
6. Ali təhsilin beş əsas elementi arasında əlaqələrin müasir tələblər əsasında
formalaşdırılması və keyfiyyət təminatı mexanizminin qurulması, kəsilməz
təhsilin
həyata
keçirilməsi
bazasının
yaradılması.
7. Tətbiqi elmlər üzrə təhsil verən ali məktəblər üçün təcrübə mərkəzlərinin
yaradılması, bu mərkəzlərin fəaliyyətinə tələbələrin cəlb edilərək əmək
fəaliyyətinə hazırlanması, əlavə maliyyə mənbələrinin yaradılması.
8. Ali məktəblərin beynəlxalq şəbəkələrə qoşulması imkanlarının artırılması,
muxtariyyət
və
mobilliyinin
təmin
edilməsi
198
9. Tələbələrin seçim imkanlarına şərait yaradılması və tələblərinin nəzərə
alınması, apelyasiya mühitinin obyektivliyi mexanizmlərinin yaradılması.
10. Təhsil müəssisələrinin idarə edilməsi mexanizminin müasir tələblərə
uyğunlaşdırılması, yəni idarəetmə strukturunun yaradılması, idarəetmədə
demoqrafik
dəyərlərin
geniş
tətbiqinə
nail
olunması.
11. Yekun Dövlət Attestasiyasının keçirilmə mexanizminin yaradılması, bu
prosesdə aşkarlığın təmin edilməsi, cəmiyyətin müxtəlif maraqlı təbəqələrinin
prosesdə iştirakının təmin edilməsinin həyata keçirilməsi məqsədə müvafiq
olar.
Dostları ilə paylaş: |