lənib ki, bunun da 1004,7 rublu elm üçün lazım olan avadan ‑
lıqların alınmasına sərf olunub.
Ali məktəblərdə aparılan elmi‑tədqiqat işlərinin istehsa ‑
latla əlaqəsi və başa çatmış tədqiqatların
müxtəlif fəaliyyət
sahələrində tətbiqi nəticəsində iqtisadi səmərəliliyi müəyyən ‑
ləş dirmək mümkün olurdu. 1971–1975‑ci illərdə respublikada
elmi işlərin və ixtiraların istehsalata tətbiqinin iqtisadi sə ‑
mərəliliyi 5,9 milyon rubl olduğu halda, 1976‑cı ildə bu
göstərici 7,4, 1977‑ci ildə 15,4, 1978‑ci ildə 16,6, 1979‑cu ildə
20,1, 1980‑ci ildə 18,3 milyon rubl (1976–1980‑ci illərdə cəmi
77,8 milyon rubl) təşkil edib. Beləliklə,
istehsalata tətbiq olunan
elmi‑tədqiqat işlərinin həcmi və iqtisadi səmərəliliyi artdıqca
onların keyfiyyəti və praktik əhəmiyyəti də yüksəlirdi. Tə ‑
sadüfi deyil ki, 1980‑ci ildə Ali və Orta İxtisas Təhsili Nazir ‑
liyinin tabeliyində olan ali məktəblərdə 15 sahə elmi‑tədqiqat
laboratoriyası, 21 elmi‑tədqiqat problem laboratoriya sı və
2 elmi‑tədqiqat institutu fəaliyyət göstərib.
Keçən əsrin 70–80‑ci illərində Azərbaycana rəhbərlik edən
Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi qayğı mən ti qi
nəticəsini verirdi. Artıq bir çox ali məktəblərin binaları yüksək
səviyyədə təmir olunur,
əlavə kor puslar inşa edilir, bu müəssi ‑
sələrin maddi‑tex niki bazası müasir əyani vəsait və texniki
vasitələrlə zən gin ləşdirilirdi.
1987‑ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin ikinci katibi Konovalov, Qurban Əliyevin milli
kadrlara üstünlük verməsini bəhanə edərək,
onu burjua
millətçisi adlandırıb. Bu haqsızlığa etiraz edən Qurban Əliyev:
«Nə etmişəmsə, xalqım üçün, Vətənim üçün etmişəm və bun ‑
dan da peşman deyiləm, əksinə, həzz alıram», – deyərək işdən
getmək üçün ərizəsini yazıb.
Qurban Əliyev hansı vəzifədə işləməsindən asılı olmaya ‑
raq həmişə milli təəssübkeşlik nümayiş etdirib, ağır təzyiqlərə
baxmayaraq, bir vətəndaş
kimi öz mövqeyini heç vaxt
dəyişməyib. 16 il ali və orta ixtisas təhsili naziri işləyən Qurban
Əliyev, həm də Azərbaycan Dövlət Tibb İnstitutunun professo ‑
ru kimi səmərəli fəaliyyət göstərib.
Azərbaycan SSR Ali Sovetinə 8 çağırış deputat seçilib.
«Oktyabr inqilabı», «Qırmızı Əmək Bayrağı», «Şərəf nişanı»,
«Xalq lar dostluğu» ordenləri və müxtəlif medallarla təltif edilib.
Tanınmış ictimai xadim və pedaqoq, bacarıqlı təhsil işçisi,
vətənpərvər insan Qurban Əliyev Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü olub.
Qurban Əliyev 2008‑ci il martın 30‑da vəfat edib.
186
Dostları ilə paylaş: