Ruhulla Axundov Azərbaycan xalq maarifi komissarı
olarkən SSRİ XKS və ÜİK(b)P MK‑nın qərarı ilə əlaqədar kənd
məktəb lərində kənd təsərrüfatı təmayülü üzrə geniş tədbirlər
həyata keçirilir, şagirdlərə aqronomluq və zootexnik ixtisasları
üzrə minimum biliklər verilən məktəblər üçün torpaq sahələri
ayrılır, şagirdlərin ictimai‑faydalı əməyinə xüsusi diqqət
yetirilir.
1929‑cu ildə savadsızlıqla mübarizə daha da güclənir,
Azər bay can XMK bu məqsədlə bir sıra tədbirlər həyata keçirir:
kurslar təşkil edir, kitabların qiymətini ucuzlaşdırır. 1929–1930‑
cu illərdə Azərbay canda ümumtəhsil məktəblərinin sayı təx ‑
mi nən 2000‑ə çatdırılır. Bütün bu tədbirlərdə xalq maarifi
komissarı, ictimai xadim, vətənpərvər alim kimi Ruhulla
Axundov fəal iştirak edib.
Azərbaycanda yeni əlifbanın tətbiqini böyük nailiyyət ‑
lərdən sayan Ruhulla Axundov Azərbaycan ədəbi dilinin
inkişafına böyük qayğı göstərib. 1928‑ci ilin yanvarında maarif
komissarının təşəbbüsü ilə I Ümumazərbaycan imla konfransı
keçirilib, imlanın təkmilləşdirilməsi, vahid imla prinsiplərinin
tətbiqi kimi məsələlər geniş müzakirə edilib.
Gəncləri sevən, onlara qayğı ilə yanaşan görkəmli maarif
xadimi və istedadlı alim Ruhulla Axundov bədii ədəbiyyat
sahəsinə gələn gənclərin yaradıcılığına istiqamət verib, onları
hər cür qərəzkar hücumlardan qoruyub.
O, həyatının son illərində Partiya Tarixi İnsti tutunda,
SSRİ Elmlər Akademiyasının Azərbaycan filialın da rəhbər
vəzifələrdə çalışıb.
Ruhulla Axundov repressiyaya məruz qalıb, 1938‑ci ildə
vəfat edib.
64
Dostları ilə paylaş: