müavini vəzifəsində çalışıb. 1944‑cü ildə yenidən İrana – Teh ‑
ran
şəhərinə göndərilib, 1946‑cı ilin mayına qədər 50 nöm rə li
Hərbi‑istismar bölməsinin (HİB) Siyasi şöbəsinə rəhbərlik edib.
1946–1949‑cu illərdə Azərbaycan Kommunist (bolşeviklər)
Partiyası Bakı Şəhər Dzerjinski
Rayon Komitəsinin birinci
katibi olub. Sonra Azərbaycan Dəmiryolu Siyasi şöbəsinin rəisi
vəzifəsinə təyin olunub və Tbilisi Dəmiryolu Nəqliyyatı
Mühəndisləri İnstitutunun Bakı filialında təhsil alıb.
1947‑ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
Samur‑Dəvəçi kanalının inşasında fəaliyyətinə görə «Şərəf
nişanı» ordeni ilə təltif edilib.
1954–1959‑cu illərdə SSRİ Nazirlər Soveti yanında Əmək
Ehtiyatları Baş İdarəsinin rəisi, 1959–1961‑ci
illərdə Dövlət
Texniki Peşə Təhsili Komitəsinin sədri vəzifələrində işləyib. Öz
işinə hər zaman ciddi münasibət göstərən Əkbər Ənnağıyev
bu sahənin inkişafı və yeni dövrün tələblərinə uyğunlaşdırıl ‑
ması üçün səy və bacarığını əsirgəməyib.
1963‑cü ildə Azərbaycan SSR kommunal təsərrüfatı
nazirinin müavini vəzifəsinə təyin edilib. «Qırmızı Əmək
Bayrağı» ordeninə layiq görülüb.
Əkbər Ənnağıyev 1967‑ci ildə vəfat edib.
130
Dostları ilə paylaş: