8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə65/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   61   62   63   64   65   66   67   68   ...   126
Tofiq İsmayıl oğlu
Hacıyev 1936‑cı ildə
Cəbrayıl rayonunun
Soltanlı kəndində anadan
olub
Xalq maarifi naziri
vəzifəsində çalışıb (1993)
Onun elmi
yaradıcılığında «Kitabi‑
Dədə Qorqud»la bağlı
tədqiqatlar mühüm 
yer tutur
Elmi Şuranın iclasında (1979)
Şəkildə (soldan‑sağa):
1. Tofiq Hacıyev – professor
2. Məmmədağa Şirəliyev – akademik, 
3. Rəhilə Məhərrəmova – professor


O, mərhum professor Hadı Mirzəzadənin «Tarixi
qrammatika» dərs li yi ni yenidən çapa hazırlayarkən kitabda
olmayan «Zərf» və «Ədat» bəhslərini yazıb. Ümumiyyətlə, 20
kitabın, 400‑dən çox elmi məqalənin müəllifidir. Kadr hazırlığı
sahəsində də çox iş görüb, dil tarixi, dialektologiya üzrə res ‑
pub likamız və başqa türk xalqları üçün xeyli sayda elmi işçi
yetirib. Kişinyov, Almatı, Düşənbə, Bişkek, Nukus, Nalçik və
başqa şəhərlərdə elmi konfrans və simpoziumlarda dil tarixi
və dialektologiyanın aktual mövzularında məruzələr edib.
Qayseri (1990), Tehran (1992, 1995), Antalya (1993) və Anka ‑
rada (1996) keçirilmiş elmi konfranslarda məruzələr oxuyub.
Onun elmi yaradıcılığında «Kitabi – Dədə Qorqud»la
bağ lı təd qiqatlar mühüm yer tutur. Tofiq Hacıyevin Kamil
Vəliyevlə 1975 və 1976‑cı illərdə Azərbaycan Dövlət Univer si ‑
te tində respub li ka səviyyəsində təşkil etdikləri «Dədə Qor ‑
qud»  semi na rı  Azərbaycan  qorqud şü nas lığında  bir  dirçəliş  ya ‑
ratdı. Bi rinci seminarın materialları ADU‑nun «Elmi əsər ‑
124
Tehran şəhərində Сənubi
Azərbaycan şairi 
Məhəmmədhüseyn Şəhriyarın 
yubiley mərasimi (1994)
Şəkildə (soldan): 1. Kamal Talıbzadə –
akademik, 2. Tofiq Hacıyev – AMEA‑nın
müxbir üzvü
Türkiyədən gəlmiş dilçi alimlərlə
birlikdə (1999)
Şəkildə (soldan): 1. Əhməd Ərcilasun –
dilçi alim, 2. Tofiq Hacıyev – AMEA‑nın
müxbir üzvü, 3. Bəxtiyar Vahabzadə –
xalq şairi, 4. Zeynəb Qorxmaz – dilçi alim


ləri»nin (dil və ədəbiyyat seriyası) 1976‑cı il 4‑cü nömrəsində
çap olunub (İkinci seminarın materialları isə həmin jurnalın
müxtəlif nömrələrində dərc edilib). Bu təd qiqat onun «Dədə
Qorqud»la bağlı gələcək axtarışlarında ilk ad dımı idi. «Azər ‑
bay can ədəbi dili tarixi» (1976) kitabında «Ki tabi – Dədə Qor ‑
qud»dakı hadisələrin, obrazların tarixi, abi dənin dili, poeti kası,
etnoqrafik xüsusiyyətləri haqqında geniş təhlil verib.
Professor Tofiq Hacıyev ümumtəhsil məktəbləri üçün
proqram və dərsliklərin hazırlanmasında təşkilatçı və müəllif
kimi iştirak edib.
1993‑cü ilin yayından payızına qədər Azərbaycan Res pub ‑
li kasının xalq maarifi naziri işləyib. Bu dövrdə orta ümum təhsil
məktəbləri üçün Azərbaycan dili dərsliklərinin tərtibi və redak ‑
təsində səmərəli əmək sərf edib, müstəqil Azərbaycan ma a ri ‑
finin inkişafı naminə bir sıra layihələrin ideyasını irəli sürüb.
Lakin nazirliklərin yenidən birləşdirilməsi ilə əlaqədar
olaraq BDU‑nun türkologiya kafedrasına rəhbərliyə qayıdıb. Ata ‑
türk adına Dil Qurumunun həqiqi üzvü seçilən gör kəm li pro ‑
fessor Türkiyə Respublikasının «Ləyaqət» ordeni ilə təltif olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
əməkdar elm xadimi Tofiq Hacıyev elmi‑pedaqoji yaradı cı ‑
lığını bu gün də uğurla davam etdirir.
125

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin