Dəfələrlə Moskvanın, keçmiş müttəfiq respublikaların və
bir sıra digər ölkələrin mətbuat orqanlarında aktual nəzəri
mövzularda məqalələrlə çıxış edib. Azərbaycan Respubli‑
kasında yeganə alimdir ki, Moskvanın «Kommunist» jurnalın ‑
da iki dəfə nəzəri‑elmi məqaləsi dərc olunub.
Kamran Rəhimov Azərbaycan KP Naxçıvan Vilayət
Komi tə sinin birinci katibi işlədiyi dövrdə (1975–1983) sənaye
obyektləri, dəryaçalar, meyvə və üzüm bağları, heyvandarlıq
kom pleks ləri tikilib istifadəyə verilib. Azər baycan EA‑nın
Naxçıvan Elmi Mərkəzi nin fəaliyyəti canlandırılıb.
Həmin illərdə mədəniyyət sahəsində də nəzərəçarpan
işlər görülüb. Naxçıvan,
Ordubad şəhərlərində, Şahbuz qəsə ‑
bə sində, vilayətin bir çox kəndlərində mədəniyyət sarayları
tikilib istifadəyə verilib. Bütün rayonlarda ölkəşü naslıq mu ‑
zey lə ri yaradılıb, tariximizin qədim yadigarlarının ermənilər
tərə findən oğurlanıb aparılmasının qarşısı alınaraq ekspo ‑
natlar həmin muzeylərdə cəmləşdirilib.
1983‑cü ildə professor Kamran Rəhimov Azərbaycan Res ‑
publikasının xalq maarifi naziri vəzifəsinə təyin edilib. Xalq
maarifi naziri kimi o, bir sıra layihələrin həyata keçirilməsi
işinə başlayıb.
Kamran Rəhimov erməni və gürcü məktəblərində Azər ‑
bay can tarixinin,
Azərbaycan dilinin, ədəbiyyatının, coğrafiya ‑
sının tədris edilməsi məsələsini gündəmə gətirib. SSRİ Nazirlər
Sovetinin 1962‑ci il tarixli 230 nömrəli qərarına istinad edərək,
erməni və gürcü məktəblərində həmin fənlərin tədris edilməsi
118
Dostları ilə paylaş: