qazmalarla qapalı işləmə sistemi, daş duz yataqlarının sə mə rəli
işlənməsi, geofizikanın mədən sənayesində tətbiqi və digər isti qa ‑
mətlərdə apardığı elmi‑tədqiqat işləri
ona nəinki Azər baycanda,
eləcə də bütün Sovet İttifaqında geniş şöhrət qazandırmışdır.
Şirəli Məmmədovun elmi araşdırmaları və əsərləri onun
tələbələrinin, davamçılarının tədqiqat işlərinin əsasını
təşkil
edib, yeni‑yeni axtarış istiqamətlərinin müəyyənləşdi rilmə si nə
yol açıb. Dərin elmi yanaşmanın məhsulu olan nəzəri müd dəa ‑
larının istehsalatda tətbiqi mühüm dəyişikliklərin əsasını
qoyub və iqtisadi baxımdan səmərəli nəticələr verib.
Onun elmi fəaliyyəti və yüksək təşkilatçılıq bacarığı layi ‑
qin cə
qiymətləndirilib, «Əməkdə fərqlənməyə görə» (1939),
«Qaf qazın müdafiəsinə görə» (1945), «Böyük Vətən mü ha ri bə ‑
sin də əmək igidliyinə görə» (1945), «Əmək veteranı» (1977)
medalı və «Qırmızı Əmək Bayrağı» ordeni (1946) ilə təltif edi lib.
1951‑ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib, 1952‑ci
ildə isə Azərbaycan KP MK‑nın üzvlüyünə namizəd olub.
Şirəli Məmmədov 1984‑cü ildə vəfat edib.
151
Dostları ilə paylaş: