166
MA
Y
2
Kitabxanaşünaslıq.Biblioqrafiya
80
illiyi
Əmin Əfəndiyev
1933
MA
Y
Əmin Tahir oğlu Əfəndiyev 1933-
cü il may ayının 18-də Qax rayonunun
İlisu kəndində müəllim ailəsində ana-
dan olmuşdur.
1941-1951-ci illərdə Qax rayon orta
məktəbində təhsil almışdır.
1957-ci ildə ADU-nun (indiki
BDU) filologiya fakültəsinin kitab-
xanaçılıq bölməsini bitirdikdən sonra
universitetin kitabxanasında çalışmış,
1958-1976-cı illərdə M.F.Axundov
adına Azərbaycan Dövlət Kitabxa-
nasında baş biblioqraf, şöbə müdiri,
elmi işlər üzrə direktor müavini kimi
fəaliyyət göstərmişdir.
1976-1978-ci illərdə Azərbaycan
Sovet Ensiklopediyasında Mətbuat,
xalq maarifi və pedaqogika elmi
şöbəsində müdir, 1973-1984-cü
illərdə Azərbaycan Dövlət İncəsənət
Universitetində (keçmiş Mədəniyyət və
İncəsənət İnstitutunda) dekan müavini
və kafedra müdiri, Milli Münasibətlər
İnstitutunda baş elmi işçi, 1997-ci ildə
isə AMEA-nın Mərkəzi Elmi Kitabxa-
nasının direktoru vəzifəsində çalışmış-
dır.
1972-ci ildən filologiya elmləri
namizədi, Jurnalistlər Birliyinin üzvü-
dür.
Əmin
Əfəndiyevin “Amerika
ədəbiyyatı Azərbaycan dilində” adlı
ilk biblioqrafik oçerki 1959-cu ildə
dövri mətbuatda çap olunmuşdur.
10-dan çox kitabın, 150-dən artıq
məqalənin müəllifi, bir sıra biblioqra-
fik vəsaitlərin, kitabların tərtibçisi və
redaktorudur. “Azərbaycan” - 80: 1923
- 2003” (2004), “Kamal Talıbzadə”
(2000), “Orucov qardaşlarının
mətbəəsi” (1999), “Qafqaz əraziləri
və xalqlarının təsvirinə dair material-
lar toplusu. QƏXTMT (SMOMPK)”
(1998), “İlyas Əfəndiyev” (2002),
“Həmid Məmmədtağı oğlu Araslı”
(2009), “Əsrin əsiri Anar” (2010),
“Anar - ömür yolu, yaradıcılığı” bibli-
oqrafik soraq kitabı (2011), “Qardaşla-
rı Anar haqqında” (2011) adlı biblioq-
rafik göstəricilər tərtib etmişdir.
Əmin Əfəndiyev Beynəlxalq Elmlər
Akademiyaları Assosiasiyasının, Ki-
tabxana Direktorları Şurasının, Avro-
asiya Kitabxanalar Assambleyasının,
Türkdilli Dövlətlərin Kitabxanaları
Assosiasiyasının, Azərbaycan Kitab-
xana İşinin İnkişafı Assosiasiyasının
və s. təşkilatların həm üzvü, həm də
fəal iştirakçısıdır.
Onun həm biblioqraf, həm
ədəbiyyatşünas, həm jurnalist, həm də
gözəl nitq mədəniyyəti olan intellektu-
al səviyyəli bir pedaqoq kimi fəaliyyəti
təqdirəlayiqdir.
Dostları ilə paylaş: