167
Kitabxanaşünaslıq.Biblioqrafiya
90
illiyi
Milli Kitabxana
1923
Azərbaycan Respublikasının ən böyük dövlət
kitabsaxlayıcısı, milli mətbuatımızın və kitabiyya-
tımızın dövlət arxivinin yaradıcısı, ölkənin bütün
kitabxanaları üçün elmi metodik mərkəz funksiya-
sını yerinə yetirən, kitabxanaşünaslıq və biblioq-
rafiyaşünaslıq sahəsində aparıcı elmi mərkəz ro-
lunu oynayan və nəhayət, Azərbaycan elminin
inkişafında xüsusi xidməti olan elm məbədi və
mənəviyyat xəzinəsinin bu gün 90 yaşı tamam
olur.
M.F.Axundov adına Azərbaycan Milli Kitab-
xanasının təsis edilməsi, ona “Azərbaycan SSR
Mərkəzi Dövlət Kitabxanası” statusunun verilməsi
mərasimi dövlət səviyyəsində məhz 23 may
1923-cü ildə olduğundan, bu tarix M.F.Axundov
adına Milli Kitabxananın yaranması günü kimi
qəbul edilmişdir. İlk dəfə Milli Elmlər Akade-
miyasının Rəyasət Heyətinin hazırkı binasının
birinci mərtəbəsində yerləşmiş kitabxana, hal-
hazırda yerləşdiyi binaya 1960-cı ildə köçmüş-
dür. Bakı səhərinin ən əhəmiyyətli mədəniyyət
abidələrindən biri olan bu bina, görkəmli
Azərbaycan memarı, akademik Mikayıl Hüsey-
nov tərəfindən layihələndirilmiş və şəhərimizi
bəzəyən unikal memarlıq incilərindən olmuşdur.
1939-cu ilin iyul ayında Azərbaycan SSR Ali So-
vetinin Rəyasət Heyətinin qərarı ilə kitabxanaya
görkəmli mütəfəkkir, realist dramaturgiyamızın
banisi M.F.Axundovun adı verilmişdir. Kitabxana
yaranarkən Elmi-texniki cəmiyyətin ona ianə et-
diyi cəmi 5 min nüsxə ədəbiyyat fonduna malik
olmuş, lakin tezliklə dövlətin ayırdığı vəsait hesa-
bına fondunu sürətlə artırmağa başlamış, 1940-cı
ildə 645 min nüsxəyə çatdırmışdı. İkinci Dünya
müharibəsindən sonra M.F.Axundov adına kitab-
xananın fondu daha sürətlə artmağa başlamış və
1960-cı ildə 1 742 300 nüsxəyə çatmışdır. Hal-
hazırda Milli Kitabxananın fondunda 5 milyon
nüsxəyə yaxın müxtəlif sənəd toplanmışdır.
1998-ci ilin dekabr ayında Azərbaycan Milli
Məclisi tərəfindən qəbul edilmiş və 1999-cu ilin
martında ümummilli liderimiz, mədəniyyətimizin,
elmimizin və mənəviyyatımızın inkişafında
əvəzolunmaz xidmətləri olan mərhum Prezidenti-
miz Heydər Əliyevin fərmanı ilə qüvvəyə minmiş
“Kitabxana işi haqqında” Azərbaycan Respubli-
kasının Qanunu bütövlükdə kitabxana işinin inki-
şafında yeni bir mərhələ açmış və M.F.Axundov
adına kitabxananın da inkişafında mühüm rol oy-
namışdır.
“Kitabxana işi haqqında” Qanuna müvafiq ola-
raq M.F.Axundov adına Dövlət Kitabxanasına
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15
aprel 2004-cü il tarixli qərarı ilə “Milli Kitabxa-
na” statusu verilmişdir. Bu status, kitabxananın
qarşısına qoyulmuş vəzifələrin əhatəsini xeyli
genişləndirmiş və ölkənin ictimai həyatında onun
rolunu artırmışdır.
Bu gün Milli Kitabxana Azərbaycan, rus və
digər dillərdə təxminən 700 adda qəzet, jurnal və
digər dövri və ardı davam edən nəşrlər alır və oxu-
cuların istifadəsinə verir. Milli Kitabxanaya daxil
olan yeni ədəbiyyatın sayının artmasında ölkədə
nəşr olunan bütün çap məhsullarından pulsuz
məcburi nüsxələrin alınması və Azərbaycan Res-
publikası Prezidentinin Sərəncamı ilə hər biri 25
min nüsxə tirajla çap olunan kitabların mühüm
rolu olmuş və bu oxucuların sayının artmasına da
müsbət təsir göstərmişdir. Milli Kitabxananın da-
imi oxucularının sayı hazırda 38 426 nəfərə, ki-
tabxanaya gələnlərin sayı isə 226 min nəfərə çat-
mışdır.
Milli Kitabxana “Kitabxana işi haqqında”
Azərbaycan Respublikası Qanunu ilə ona verilmiş
Dostları ilə paylaş: