Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn]
/F.Kafka; ön sözün müəl.
M.Qarayev; burax. məsul:
Ə.Güləliyev.- Bakı: Şərq-
Qərb, 2006.- 360 s.
www.franz-kafka.ru
3
24
Avstriya yazıçısı
Nikolay Çernışevski
1828-1889
185
illiyi
Rus yazıçısı
Nikolay Qavriloviç Çernışevski
1828-ci il iyul ayının 24-də Saratov
şəhərində keşiş ailəsində doğulmuş-
dur. 1853-cü ildə Peterburqa köç-
müş, “Отечественные записки”
jurnalında əməkdaşlıq etmişdir. Ni-
kolay Qavriloviç 1853-1856-cı illərdə
“Современник” jurnalının redaktoru
və ideya rəhbəri olmuşdur.
1850-ci ildə Peterburq Universite-
tinin tarix-filologiya fakültəsini bitir-
mişdir. 1861-1862-ci illərdə “Земля
и воля” inqilabi təşkilatının təsisçisi
olan Çernışevskinin daim artan nü-
fuzundan təşvişə düşən çar hökuməti
onu 1862-ci ildə həbs edərək, Petro-
pavlovsk qalasına salmış, sonra kator-
qaya Sibirə ömürlük sürgünə məhkum
etmişdir. Çernışevskiyə 1883-cü ildə
Həştərxanda yaşamağa, 1889-cu ildə
isə Saratova qayıtmağa icazə veril-
mişdir.
1855-ci ildə magistrlik dissertasi-
yası ilə Rusiyada materialist estetika-
nın əsasını qoymuşdur.
Çernışevski Şərq, eləcə də Qaf-
qaz, o cümlədən Azərbaycan
mədəniyyətinə dərin maraq göstərmiş,
onu təbliğ etmişdir. 1855-ci ildə
Tiflisdə nəşr olunmuş “Zurna” alma-
naxı haqqında “Современник” jur-
nalında 1855-ci ilin 7-ci nömrəsində
dərc olunmuş resenziyada Çernı-
şevski almanaxın nəşrini müsbət
qiymətləndirmiş, onun müəllifləri
sırasında M.F.Axundzadənin adı-
nı ikinci çəkmişdir. Çernışevski
məşhur şərqşünas alim Kazım bəylə
tanış olmuş, ondan Şərq dillərini
öyrənmişdir.
Nikolay Qavriloviç Çernışevski
1889-cu ildə oktyabr ayının 29-da Sa-
ratov şəhərində vəfat etmişdir.
Dostları ilə paylaş: |