218
Tarixdə bu gün
105
illiyi
15
illiyi
Azərbaycan Pоlisi Günü
1998
Beynəlxalq SOS fəlakət siqnalı
1908
İYUL
SOS - beynəlxalq fəlakət siqnalların-
dan biridir. CQD siqnalını əvəz etmiş,
1905-ci il aprel ayının 1-də Almaniya-
da qəbul edilmiş, 1908-ci il iyul ayının
1-dən qüvvədədir. Zaman keçdikcə 3
hərfdən ibarət çağırışla bağlı əfsanələr
yaranmağa başlamışdır. Ən maraqlı
versiya “SOS”un “Bizim ruhumuzu xi-
las edin” (Save Our Souls) kimi oxun-
masıdır.
Çoxları bu siqnalı “Save our Ship”
gəmimizi qurtar; “Stop Other Signals”
digər siqnalları dayandırın sözlərinin qı-
saldılmış versiyası kimi də başa düşür.
Halbuki SOS siqnalı teleqraf zamanın-
dan qalma Morze əlifbasıyla əlaqədar
olmuşdur. O zaman səsi radiodalğalar
vasitəsilə uzaq məsafələrə ötürmək
mümkün olmadığından dənizçilərə
çətin vəziyyətdə olduqlarını bildirmək
üçün Morze əlifbası çərçivəsində stan-
dart siqnal lazım olmuşdu. İmdad çağı-
rışını yadda saxlamaq üçün asan, qulaq
asmağa sadə olması üçün 1908-ci ildə
üç xətt, üç nöqtə, üç xətt olan S. O. S
seçilmişdir (• • • — — — • • •).
Artıq tətbiq edilməsindən bir il son-
ra “SOS” böyük uğur əldə etmişdir.
“Cunard” şirkətinin Azor adaları ya-
xınlığında qəzaya uğrayan “SS Slavo-
nia” gəmisi “SOS” siqnalı göndərmiş
və nəticədə bir nəfər belə ölməmişdir.
Lakin siqnal əsl məşhurluğu “Titanik”
gəmisinin qəzaya uğramasından son-
ra qazanmışdır. 1912-ci ildə aysberqlə
toqquşan gəminin heyəti köhnə “CQD”
və yeni “SOS” siqnalını göndərmişlər.
.
Azərbaycan Xalq Cümhuriyyəti
Nazirlər Şurasının sədri və Daxili
İşlər naziri Fətəli xan Xoyski 1918-
ci il 2 iyul tarixində ölkədə ilk polis
bölümünün yaradılması barədə əmr
vermişdir. Bununla da Azərbaycan
polis orqanlarının əsası qoyulmuş-
dur. Azərbaycan polisi yarandığı
gündən xalqın və dövlətin mənafeyinə
ləyaqətlə xidmət etmiş, asayişin və
təhlükəsizliyin mühafizəsi, sabitli-
yin və əmin-amanlığın qorunması,
cinayətkarlığa qarşı mübarizə kimi
məsuliyyətli vəzifələri vicdanla yerinə
yetirmişdi. AXC süqut etdikdən son-
ra, bolşevik diktaturası bütün milli
dövlət və hüquq-mühafizə strukturla-
rını, o cümlədən milli polisi ləğv etdi.
Əvəzində “milis” adlandırılan bir qu-
rum yaradıldı.
Azərbaycan yenidən müstəqilliyə
qovuşduqdan sonra polis adı bərpa
olundu, onun funksiya və vəzifələri
dəqiqləşdirildi. Ulu öndər Heydər
Əliyevin 1998-ci il 24 may tarixli
Fərmanı ilə 1918-ci ildə Azərbaycan
Demokratik Respublikası Daxili İşlər
Nazirliyinin tərkibində ilk polis or-
qanlarının təsis edildiyi gün - 2 iyul
Azərbaycan polisi günü elan edilmiş-
dir.
Dostları ilə paylaş: