Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə273/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   269   270   271   272   273   274   275   276   ...   538
Ə d ə b i y y a t

Azərbaycan: ulu və 

müasir tariximizə baxış 

[Mətn] /K.Rəhimov; 

elmi red. A.Hacıyeva; 

red. M.Əlizadə.- Bakı: 

Şirvannəşr, 2006.- 396 s. 

İnsannamə [Mətn] 

/K.Rəhimov; elmi red. 

Əlisa Əhmədov.- Bakı: 

Adiloğlu, 2004.- 444 s.

Mənim Azərbaycanım 

[Mətn]: İnsan və zaman, 

vətən və xalq haqqında 

düşüncələr, mülahizələr, 

xatirələr /K.Rəhimov.- 

Bakı: Öyrətmən, 1995.- 

224 s. 

İ n t e r n e t d ə

www. anl.az

www.elibrary.az

www.medeniyyet.az

www.muallim.edu.az 

4

İctimai xadim


218

Tarixdə bu gün

105 

illiyi

15 

illiyi

Azərbaycan Pоlisi Günü

1998

Beynəlxalq SOS  fəlakət siqnalı 

1908

İYUL

SOS - beynəlxalq fəlakət siqnalların-

dan biridir. CQD siqnalını əvəz etmiş, 

1905-ci il aprel ayının 1-də Almaniya-

da qəbul edilmiş, 1908-ci il iyul ayının 

1-dən qüvvədədir. Zaman keçdikcə 3 

hərfdən ibarət çağırışla bağlı əfsanələr 

yaranmağa başlamışdır.  Ən maraqlı 

versiya “SOS”un “Bizim ruhumuzu xi-

las edin” (Save Our Souls) kimi oxun-

masıdır. 

Çoxları bu siqnalı “Save our Ship” 

gəmimizi qurtar; “Stop Other Signals” 

digər siqnalları dayandırın sözlərinin qı-

saldılmış versiyası kimi də başa düşür. 

Halbuki SOS siqnalı teleqraf zamanın-

dan qalma Morze əlifbasıyla  əlaqədar 

olmuşdur. O zaman səsi radiodalğalar 

vasitəsilə uzaq məsafələrə ötürmək 

mümkün olmadığından dənizçilərə 

çətin vəziyyətdə olduqlarını bildirmək 

üçün Morze əlifbası çərçivəsində stan-

dart siqnal lazım olmuşdu. İmdad çağı-

rışını yadda saxlamaq üçün asan, qulaq 

asmağa sadə olması üçün 1908-ci ildə 

üç xətt, üç nöqtə, üç xətt olan S. O. S 

seçilmişdir (• • • — — — • • •).

Artıq tətbiq edilməsindən bir il son-

ra “SOS” böyük uğur  əldə etmişdir. 

“Cunard”  şirkətinin Azor adaları ya-

xınlığında qəzaya uğrayan “SS Slavo-

nia” gəmisi “SOS” siqnalı göndərmiş 

və nəticədə bir nəfər belə ölməmişdir. 

Lakin siqnal əsl məşhurluğu “Titanik” 

gəmisinin qəzaya uğramasından son-

ra qazanmışdır. 1912-ci ildə aysberqlə 

toqquşan gəminin heyəti köhnə “CQD” 

və yeni “SOS” siqnalını göndərmişlər. 

.

Azərbaycan Xalq Cümhuriyyəti 



Nazirlər  Şurasının sədri və Daxili 

İşlər naziri Fətəli xan  Xoyski 1918-

ci il  2 iyul tarixində ölkədə ilk polis 

bölümünün yaradılması barədə  əmr 

vermişdir. Bununla da Azərbaycan 

polis orqanlarının  əsası qoyulmuş-

dur. Azərbaycan polisi yarandığı 

gündən xalqın və dövlətin mənafeyinə 

ləyaqətlə xidmət etmiş, asayişin və 

təhlükəsizliyin mühafizəsi, sabitli-

yin və  əmin-amanlığın qorunması, 

cinayətkarlığa qarşı mübarizə kimi 

məsuliyyətli vəzifələri vicdanla yerinə 

yetirmişdi. AXC süqut etdikdən son-

ra, bolşevik diktaturası bütün milli 

dövlət və hüquq-mühafizə strukturla-

rını, o cümlədən milli polisi ləğv etdi. 

Əvəzində “milis” adlandırılan bir qu-

rum yaradıldı.

Azərbaycan yenidən müstəqilliyə 

qovuşduqdan sonra polis adı  bərpa 

olundu, onun funksiya və  vəzifələri 

dəqiqləşdirildi. Ulu öndər Heydər 

Əliyevin 1998-ci il 24 may tarixli 

Fərmanı ilə 1918-ci ildə Azərbaycan 

Demokratik Respublikası Daxili İşlər 

Nazirliyinin tərkibində ilk polis or-

qanlarının təsis edildiyi gün - 2 iyul 

Azərbaycan polisi günü elan edilmiş-

dir.



Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin