Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə274/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   270   271   272   273   274   275   276   277   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.lent.az

Ə d ə b i y y a t

Azərbaycan Polisi Günü 

[Mətn] //Qocayev Ə. Bay-

ramlar və tarixi günlər.-

Bakı, 2006.- S.38.

İ n t e r n e t d ə

www.library.aliyev-heritage.

org.az.

1

2

1


219

6

Tarixdə bu gün

90 

illiyi

Dağlıq Qarabağ 

Muxtar Vilayəti

1923

İYUL

Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyul 

ayının 7-də Azərbaycan SSR Mərkəzi  İcraiyyə 

Komitəsinin dekreti ilə Azərbaycan Sovet So-

sialist Respublikasının tərkibində yaradılmış-

dır. 1981-ci il iyun ayının 16-da isə Azərbaycan 

SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti 

haqqında” qanun qəbul etmiş  və muxtariyyətin 

səlahiyyətlərində yeniliklər edilmişdir. Dağlıq Qa-

rabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da 

bu qanunla müəyyənləşmişdir.

Dağlıq Qarabağ Azərbaycanın mərkəzi 

hissəsində yerləşir.  Ərazisi 4,4 min kv. kmdir. 

Azərbaycan Respublikasının ümumi ərazisinin 5,1 

faizini təşkil edir. Vilayətin tərkibinə Xankəndi 

şəhəri,  Əsgəran, Hadrut, Ağdərə, Xocavənd və 

Şuşa inzibati rayonları daxildir. Tarixən Qafqaz 

Albaniyasının (Arranın), Qarabağ xanlığının, 

Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan 

Sovet Respublikasının, tərkib hissəsi olmuşdur. 

Tarixən azərbaycanlıların yaşadığı bölgədir və  

1820-ci ildən başlayaraq ermənilərin Azərbaycana 

kütləvi şəkildə köçürüldüyü ərazilərdən biri olmuş  

Azərbaycan Respublikasının tərkib hissəsidir. 

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin in-

diki mərhələsi başlayanda ərazisi 4,4 min kvadrat 

kilometr olan bölgə köçürülmə siyasəti nəticəsində 

ermənilərin çoxluq təşkil etdiyi Stepanakert 

(Xankəndi) şəhəri (paytaxt), Mardakert, Əsgəran, 

Martuni və Hadrut rayonları və azərbaycanlıların 

çoxluq təşkil etdiyi Şuşa şəhərindən ibarət idi.

Azərbaycan torpaqlarına 1988-ci il boyunca da-

vam edən təcavüzün ardınca SSRİ Ali Soveti Dağ-

lıq Qarabağda birbaşa Moskvanın tabeçiliyi altın-

da çalışan Xüsusi İdarəetmə Komitəsi yaratmışdır. 

1989-cu ilin sonunda bu komitə ləğv edilərək Ba-

kıya tabe olan Respublika Təşkilat Komitəsiylə 

əvəz edilmişdir. Həmin ilin dekabrında Ermənistan 

parlamenti Dağlıq Qarabağın bu respublikaya 

birləşdirilməsi haqda qərar qəbul etmişdir.

1991-ci ilin avqustunda SSRİ-nin dağılması pro-

sesi sürətlənmiş, avqust ayının 30-da  Azərbaycan 

parlamenti respublikanın müstəqilliyini bəyan et-

mişdir. Bundan 2 gün sonra DQMV və bu bölgəyə 

heç bir dəxli olmayan Şaumyan rayonu Xalq De-

putatları sovetləri birgə sessiya keçirərək Dağlıq 

Qarabağ Respublikası adlı saxta qurum yaratmış-

lar. Respublika Təşkilat Komitəsi Stepanakertdən 

Ağdama köçmüş, ardınca Dağlıq Qarabağda 

azərbaycanlıların total etnik təmizlənməsi – qanlı 

müharibə başlamışdır.

1991-ci il noyabrın 20-də   Martuninin     azərbay-

canlılar yaşayan kəndlərinə uçan nümayəndə 

heyətini aparan vertolyot Qarəkənd üzərində ter-

rora məruz qalmışdır. DQMV hüquq-mühafizə, 

təhlükəsizlik orqanlarına başçılıq edən rusiyalı 

generallar daxil olan 20-dən çox adam həlak ol-

muşdur. Bu hadisə DQMV-nin ləğvinə təkan ver-

mişdir.

1991-ci il noyabr ayının 26-da Azərbaycan par-

lamenti DQMV-ni milli ərazi qurumu kimi ləğv 

etmişdir, “Dağlıq Qarabağ Muxtar Vilayətinin ya-

radılması haqqında”Azərbaycan Mərkəzi İcraiyyə 

Komitəsinin 1923-cü il 7 iyul dekreti və “Dağlıq 

Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan 

SSR-in 1981-ci il 16 iyun tarixli qanunu qüvvədən 

düşmüş sayılır. 

Stepanakert, Mardakert, Martuni şəhərlərinin 

tarixi adları qaytarılaraq Stepanakert-Xankəndi, 

Mardakert-Ağdərə, Martuni-Xocavənd adlandırıl-

mışdır.

Əsgəran və Hadrut rayonları ləğv edilmiş, Xo-

calı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradıl-

mış, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xo-

calı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi 

isə Xocavənd rayonunun tərkibinə verilmişdir.

Hazırda keçmiş DQMV və onun ətrafında daha 

7 rayon tam və ya qismən erməni qəsbkarlarının 

işğalı altındadır. 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin