Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə277/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   273   274   275   276   277   278   279   280   ...   538
Ə d ə b i y y a t

Milli mətbuat və jurnalistika 

günü [Mətn] //Qocayev Ə.  

Bayramlar və tarixi günlər.-

Bakı: Altun Kitab, 2006.-

S.40-41.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org 

22


222

0

Tarixdə bu gün

20 

ili

Ağdam rayonunun işğalı

1993

İYUL

Ərazisi: 1154  

km² 

Əhalisi: 175400 nəfər

İşğal tarixi: 23.07.1993

Bu gün Azərbaycanın Ağdam rayo-

nunun işğalından 20 il keçir.

1993-cü il 23 iyul tarixində birinci 

Qarabağ müharibəsinin ən geniş miq-

yaslı  əməliyyatlarından biri baş ver-

miş, 1993-cü ilin iyun-iyul aylarında 

Gəncə  və Bakıda baş verən hadisələr 

ermənilərə Qarabağ cəbhəsində hücum 

əməliyyatlarını genişləndirmək imkanı 

vermişdir. 

Ağdam üzərinə edilən birinci hücum 

nəticəsiz qalmış, ermənilər qüvvəni 

Ağdərə istiqamətində  cəmləşdirmiş, 

iyun ayının 26-da Ağdərə düşmən 

əlinə keçmişdir.

Bunun ardınca ermənilərin iki 

ordu korpusu Ağdam istiqamətində 

əməliyyata başlamışdır. 600 min-

lik erməni ordusuna qarşı  əsasən 

könüllülərdən ibarət və düşməndən 

sayca az olan Azərbaycanın milli or-

dusu durmuş. 42 gün davam edən dö-

yüş Ağdamın işğalı ilə sona çatmışdır. 

Ərazisi 1154 kvadrat kilometr olan 

Ağdamın 882 kvadrat kilometri, bir 

şəhər və 80 kəndi işğal olunmuş, iş-

ğal nəticəsində 128 min insan məcburi 

köçkün həyatını yaşayır. Bunların 17 

mini yaşlı nəslin nümayəndəsidir.

İşğal nəticəsində  Ağdamın ra-

yon mərkəzi ilə birlikdə 90 kəndi, 38 

kolxozu, 12 sənayе, 74 məktəb,271 

mədəniyyət evi, 67 idarə  və 99 klub  

düşmən əlinə kеçmişdir.

Ağdam uğrunda gedən döyüşlər za-

manı 6 mindən artıq insan şəhid olmuş-

dur. Ağdamdan olan məcburi köçkünlər 

Azərbaycanın 59 rayonunun 875 yaşa-

yış məntəqəsində məskunlaşmışdır.

Ərazisinin 70 faizini itirən Ağda-

mın işğalı ilə Azərbaycan iqtisadiyyatı 

3 milyard manat vəsait itirmişdir. 40 

min ha-dan çox əkin sahəsi olan və 

ölkənin ən iri aqrar rayonlarından sa-

yılan Ağdamda indi 17 min ha sahədə 

əkin aparılır.

Ermənistan Silahlı  Qüvvələri 

tərəfindən Azərbaycanın Ağdam ra-

yonunun işğalı  nəticəsində ölkəmizə 

ümumilikdə 6 milyard 179 milyon dol-

lar məbləğində ziyan dəymişdir.

Hər bir azərbaycanlı, hər bir ağ-

damlı  əmindir ki, onun müqəddəs 

ziyarətgahı, dəyişməz qibləgahı olan, 

bu gün azan səsinə  həsrət qalmış 

məscidimiz, musiqi səslərinə möh-

tac qalmış  bərli-bərəkətli torpaqla-

rımız, ata-babalarımızın uyuduqları 

məzarıstanlıqlarımız tеzliklə azad 

еdiləcək. 

O gün də uzaqda dеyil.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin