Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə285/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   281   282   283   284   285   286   287   288   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org


230

Milli ədəbiyyat 

90 

illiyi

Kamal Talıbzadə

1923-2006

AV

Q

U

S

T

Kamal Abdulla Şaiq oğlu Talıbzadə 

1923-cü il avqust ayının 14-də Bakı 

şəhərində anadan olmuşdur. O, 

Azərbaycan Dövlət Universitetinin fi-

lologiya fakültəsini bitirmiş  və 1945-

ci ildən etibarən Azərbaycan EA-nın 

Nizami adına  Ədəbiyyat  İnstitutunda 

elmi fəaliyyətə başlamışdır. 

1948-ci ildə aspirantura təhsilini 

başa vuraraq “Abbas Səhhətin həyat 

və yaradıcılığı” mövzusunda disserta-

siya müdafiə etmiş,  filologiya elmləri 

namizədi elmi dərəcəsi almışdır.

K.Talıbzadə 1954-cü ildən Azər-

baycan Yazıçılar 

İttifaqı 

İdarə 


heyətinin, 1965-1976-cı illərdə isə 

Rəyasət heyətinin üzvü olmuş, eyni za-

manda 1957-1975-ci illərdə Tənqid və 

ədəbiyyatşünaslıq bölməsinə rəhbərlik 

etmişdir. 

O, 1971-1978-ci illərdə “Azərbay-

can” jurnalı  və Azərbaycan KP MK-

nın orqanı olan “Azərbaycan kommu-

nisti” jurnalının redaksiya heyətində 

çalışmışdır.

1965-ci ildə Azərbaycan  ədəbi 

tənqidinin tarixi və inkişaf xüsu-

siyyətləri ilə bağlı doktorluq disserta-

siyasını müvəffəqiyyətlə müdafiə edən 

K.Talıbzadə 1972-ci ildə professor ol-

muş, 1982-cü ildə isə ona “Əməkdar 

elm xadimi” fəxri adı verilmişdir. 

O, 1980-ci ildə Azərbaycan EA-nın 

müxbir üzvü seçilmiş  və elə  həmin 

ildən 1987-ci ilə  qədər Nizami adına 

Ədəbiyyat İnstitutunda Tənqid tarixi və 

nəzəriyyəsi  şöbəsinə  rəhbərlik etmiş-

dir. Elmi işindəki müvəffəqiyyətlərinə 

görə, xüsusilə, milli tənqidi fikrin tarixi 

mənzərəsini  əks etdirən “Azərbaycan 

ədəbi tənqidinin tarixi” adlı  əsərinə 

görə Kamal Talıbzadəyə 1986-cı ildə 

Azərbaycan SSR Dövlət mükafatı 

təqdim edilmişdir. 

1993-cü ildə AMEA-nın Fəxri 

fərmanı, 1998-ci ildə  “Şöhrət” orde-

ni və Azərbaycan Jurnalistlər  İttifaqı 

tərəfindən verilmiş “Qızıl qələm” mü-

kafatı ilə təltif edilmişdir.

Çoxplanlı  və  gərgin yaradıcılı-

ğın nəticəsində Kamal Talıbzadə 

Azərbaycan  ədəbiyyatşünaslığı, elmi-

ictimai və pedaqoji fikrinin inkişafında 

əhəmiyyətli yer tutan əsərlərin müəllifi 

kimi tanınmışdır. Onun “Abbas Səhhət” 

(1949), “Qorki və Azərbaycan” (1959), 

“XX  əsr Azərbaycan tənqidi” (1966), 

“Tənqidimiz haqqında qeydlər” 

(1967), “Ədəbi irs və varislər”  (1974),   

“Sənətkarın 

şəxsiyyəti” (1978), 

“Azərbaycan  ədəbi tənqidinin tarixi” 

(1984), “Abbas Səhhət” (1986) əsərləri 

bu qəbildəndir.

Kamal Abdulla Şaiq oğlu Talıbzadə 

2006-cı ildə vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin