238
AV
Q
U
S
T
2
Milli Qəhrəmanlar
55
illiyi
Fəxrəddin Cəbrayılov
1958
AV
Q
U
S
T
Fəxrəddin Mövsüm oğlu Cəbra-
yılov 1958-ci il avqust ayının 12-də
Qərbi Azərbaycanın Gorus şəhərində
anadan olmuşdur.
Ailəsi ilə birlikdə Almaniyaya get-
miş və ibtidai təhsilini orada almışdır.
Sonra Bakıya gələrək orta təhsilini bu-
rada bitirmişdir.
1975-ci ildə Bakı Ali Ümumqo-
şun Komandirlər məktəbinə daxil
olmuş, 1979-cu ildə təhsilini başa
vurmuşdur. Təyinatla Almaniyada
yerləşən Sovet ordusuna qrup ko-
mandiri göndərilmişdir. 1984-cü
ildə fəaliyyətini Zaqafqaziya Hərbi
Dairəsində davam etdirmişdir.
1986-cı ildə Ali Zabitlər Kursunu
bitirmişdir. Sonralar Vətənə dönən
Fəxrəddin Bakı şəhəri Nəsimi rayon
Hərbi Komissarlığında çalışmağa baş-
lamışdır.
1992-ci ildə Müdafiə Nazirliyində
Beynəlxalq Əlaqələr İdarəsində mü-
qavilələrin imzalanması şöbəsinin
rəisi, 1992-ci ildə “N” saylı taborun
komandiri vəzifəsinə təyin olunmuş-
dur.
1993-cü ildə Beyləqan rayonunda
gedən döyüşlərdə Fəxrəddinin hazırla-
dığı plana əsasən onun taboru burada-
kı erməni yaraqlılarını tam məhv etmiş
və xeyli silah-sursat ələ keçirmişdi.
1994-cü ildə Füzuli rayonunda və
Kəlbəcər rayonunda gedən döyüşlərdə
yenidən düşməni ağır itkilərə məruz
qoymuşdur. 1996-2010-cu illərdə Qa-
radağ rayonunda Hərbi Komissarlıqda
çalışmışdır.
Azərbaycan Respublikası Preziden-
tinin Fərmanı ilə 1994-cü ilin oktyabr
ayında “Azərbaycan Bayrağı” ordeni
ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Pre-
zidentinin 4 aprel 1995-ci il tarix-
li 307 saylı Fərmanı ilə polkovnik
Cəbrayılov Fəxrəddin Mövsüm oğlu
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Dostları ilə paylaş: