234
AV
Q
U
S
T
1
Musiqi.Opera.Balet
65
illiyi
Elxan Babayev
1948 - 2003
AV
Q
U
S
T
Elxan Əlisəttar oğlu Babayev 1948-
ci il avqust ayının 28-də Bakıda ana-
dan olmuşdur.
O, 1971-ci ildə ifaçılıq, 1973-cü
ildə tarix və nəzəriyyə fakültələri üzrə
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasını bitirmişdir. 1971-
1978-ci illər Azərbaycan Televiziya və
Radio Verilişləri Komitəsində əvvəlcə
simfonik orkestrin solisti, sonra Musi-
qi verilişləri baş redaksiyasında şöbə
müdiri vəzifəsində çalışmışdır.
1978-ci ildən Azərbaycan Dövlət
Konservatoriyasının müəllimi vəzifəsi-
nə dəvət olunmuşdur.
1981-1984-cü illərdə P.İ.Çaykovski
adına Moskva Dövlət Konservatori-
yasının musiqi nəzəriyyəsi kafedra-
sının dissertantı olmuş, 1985-ci ildə
Moskva Dövlət Konservatoriyasında
“Azərbaycan dəstgahlarının ritmikası”
mövzusunda namizədlik dissertasiyası
müdafiə etmişdir.
1985-1988-ci illər İraq respubli-
kasına ezam edilmiş, Milli simfonik
orkestrin solisti, İncəsənət Akademi-
yasının, musiqi və balet məktəbinin
müəllimi vəzifələrində işləmişdir.
Ezamiyyətdən sonra konservatoriya-
ya qayıdan E.Babayev bir sıra rəhbər
vəzifələrdə çalışmışdır. O, 1992-ci
ildə Nəfəs və zərb alətləri kafedrasının
müdiri, həmin ildə ifaçılıq fakültəsinin
dekanı, 1993-cü ildən Konservatoriya-
nın (1994-cü ildən Bakı Musiqi Aka-
demiyasının) I prorektoru vəzifələrinə
irəli çəkilmişdir. E.Babayev 1992-ci
ildə dosent, 1994-cü ildə professor
elmi adlarına layiq görülmüşdür. 1999-
cu ildə “Şifahi ənənəli Azərbaycan
musiqisində intonasiya problemləri”
mövzusunda dissertasiya müdafiə
etmiş, sənətşünaslıq doktoru elmi
dərəcəsi almışdır.
O, bir sıra respublika müsa-
biqələrinin, o cümlədən, nəfəs alətləri
ifaçılarının F.Əmirov adına respublika
müsabiqəsinin təşəbbüskarı, münsiflər
heyətinin sədri olmuşdur.
Musiqişünasların B.Asafyev
adına beynəlxalq müsabiqəsi lau-
reatı (1991), “Bakılı” Beynəlxalq
Cəmiyyətinin “Humay-98” mükafatı
laureatı E.Babayev 4 monoqrafiya-
nın, məqalələr toplusunun, 6 elmi-
metodik nəşrin, tədris proqramlarının,
100-dən artıq elmi və elmi-publisistik
məqələlərin, onlarla televiziya və ra-
dio verilişlərinin müəllifidir.
ABŞ-ın Çikaqo, Enarbor, Flint, Eyd-
rian, Almaniyanın Köln şəhərlərində,
eləcə də Bağdad, Tehran, Moskva,
Yekaterinburq, Düşənbə, Tbilisi, Al-
matı şəhərlərində keçirilən beynəlxalq
konfrans, simpozium və konqreslərdə
məruzələr etmiş, görüşlərin iştirakçısı
olmuşdur. Elmi məqalələri Türkiyədə,
Rusiyada, Qazaxıstanda, Tacikistanda,
İraqda nəşr edilmişdir.
Görkəmli musiqişünas alim,
sənətşünaslıq doktoru, profesor Elxan
Babayev 2003-cü il fevral ayının 2-də
vəfat etmişdir.
Dostları ilə paylaş: