Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə297/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   293   294   295   296   297   298   299   300   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

www.muallim.edu.az

www.zengilan.com

16

Milli Qəhrəman


240

Coğrafiya.Geologiya

85 

illiyi

Ramazan Tarverdiyev

1928-1983

AV

Q

U

S

T

Ramazan Baxşəli oğlu Tarverdiyev 

1928-ci il avqust ayının 5-də indiki Ha-

cıqabul rayonunun Navahı  kəndində 

anadan olmuşdur. 

1953-cü ildə Azərbaycan Dövlət 

Universitetinin coğrafiya fakültəsini 

bitirmişdir. 

1953-1956-cı illərdə Azərbaycan 

Hidrometeoroloji Xidmət  İdarəsində, 

1956-1968-ci illərdə Azərbaycan SSR 

EA Coğrafiya  İnstitutunda, 1968-

1973-cü illərdə Azərbaycan Dövlət 

Pedaqoji  İnstitutunda Fiziki coğrafiya 

kafedrasında dosent və 1973-cü ildən 

ömrünün sonuna kimi kafedra müdiri 

vəzifəsində çalışmışdır.

Tədqiqatları  əsasən Azərbaycanın 

gölləri və su anbarlarının hidrolo-

ji xüsusiyyətlərinə  həsr edilmişdir. 

Azərbaycanın Böyük Qafqaz təbii 

vilayətində yerləşən Cavanşir, No-

hurqışlaq, Qaranohur, Aşıq Bayramlı, 

Yekəxana su anbarlarının, Tufangöl, 

Ağrıbir, Taxtagöl, Xalaxı göllərinin 

hidroloji xüsusiyyətlərini öyrənmişdir. 

Əsas tədqiqat obyekti Mingəçevir su 

anbarı, onun suyunun səviyyə reji-

mi, külək-dalğa rejimi, temperaturu, 

lillənməsi, donma halları, suyun rəngi, 

şəffaflığı, su balansını öyrənmişdir. Su 

anbarının lillənməsinin təkcə çayın 

gətirdiyi lil materialları ilə deyil, həm 

də sahillərin yuyulub uçması, külək 

vasitəsilə  gətirilən materiallar hesabı-

na da baş verməsini tədqiq etmişdir. 

Məhz onun irəli sürdüyü elmi-metodik 

hesablama üsulları  Şəmkir SES-in 

tikintisində tətbiq olunmuşdur.

Ramazan Tarverdiyev 1980-ci 

ildə Rusiyanın Baykal gölündə elmi-

tədqiqat işləri aparmışdır. Həmçinin, 

1963-cü ildə Azərbaycanın  İsmayıllı 

rayonu ərazisindəki Qafqaz Albaniya-

sı dövrünə aid Cavanşir qalasının (VII 

əsr) tam sxemini bussol planaalma 

yolu ilə tərtib etmişdir. 

ASE-nin I-VII cildlərində  əhatə 

olunmuş göl və su anbarlarına aid bir 

çox məqalələrin müəllifidir.

1977-ci ildə coğrafiya elmləri dok-

toru elmi dərəcəsi almış, 1978-ci ildən 

professordur.

R.B.Tarverdiyev 1945-ci ildə 

“1941-1945-ci illər Böyük Vətən 

Müharibəsində 

fədakar 

əməyə 


görə”, 1975-ci ildə “Böyük Vətən 

Müharibəsində Qələbənin 30 illiyi” və 

1980-ci ildə “Sosializm yarışının qali-

bi” medalları ilə təltif edilmişdir.

Görkəmli coğrafiyaşünas alim 

1983-cü il may ayının 27-də Bakıda 

vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin