228
Milli ədəbiyyat
AV
Q
U
S
T
Ə d ə b i y y a t
Bu qılınc pas ata bilməz
[Mətn]: (şeirlər, poema-
lar) /Ə.Əhməd.- Bakı:
Yazıçı, 2000.- 200 s.
Dünya əlimdən sürüşür
[Mətn] /Ə.Əhməd.-Bakı:
Qarabağ, 2007.-528 s.
Qanlı torpaq [Mətn]
/Ə.Əhməd.- Bakı: Qor-
qud, 1998.- 125 s.
Salam, ay anası ölmüş
oğullar [Mətn]: şeirlər və
poema /Ə.Əhməd; [red.
E. İsgəndərzadə].-Bakı:
Vektor, 2008.- 229 s.
Bura bizim şəhərdi...
[Mətn] /Ə.Əhməd //525-
ci qəzet.- 2010.- 24
dekabr.- S.5.
Ənvər Əhməd [Mətn] //
Azərbaycan yazıçıları
(XX-XXI yüzillikdə):
ensiklopedik məlumat ki-
tabı.- Bakı, 2011.- S.302.
Yusifli, V. Ənvər Əhmədin
şeir dünyası-1 [Mətn]
/V.Yusivli //Ədalət..-
2012.- 8 sentyabr.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
8
Ənvər Əhməd
1943
70
illiyi
Ədəbiyyatşünas
Ənvər Misir oğlu Əhmədov (Ənvər
Əhməd) 1943-cü il avqust ayının 8-də
Azərbaycanın Kəbilli mahalının Sarıyer
yaylağında doğulmuşdur. Ağcabədinin
5 saylı şəhər orta məktəbində ibtidai
təhsil alandan sonra Bakı Statistika
Texnikumunda təhsilini davam etdir-
mişdir. 1961-1962-ci illərdə Ağcabədi
rayonundakı Salmanbəyli kəndində
mühasib köməkçisi işləmişdir. Ənvər
Əhmədin poeziyaya gəlişi XX əsrin
altmışıncı illərinin əvvəllərinə təsadüf
edir. “Dağ və mən” adlı ilk şeiri 1962-ci
ildə “Ağcabədi pambıqçısı” qəzetində
dərc olunmuşdur. 1963-1968-ci illərdə
Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) filologiya fakültəsində
təhsilini davam etdirmişdir. Sonra 1968-
1976-cı illərdə Ağcabədi rayon “Sürət”
qəzetində ədəbi işçi, müxbir, məktublar
şöbəsinin müdiri, 1976-1994-cü illərdə
isə Xankəndi Dövlət Pedaqoji İnstitu-
tunun Azərbaycan dili və ədəbiyyatı
kafedrasının müəllimi, sonra dosenti
işləmişdir. Ənvər Əhməd 1982-ci ildə
dissertasiya müdafiə etmişdir. 1991-
ci ildə Azərbaycan Yazıçılar Birliyi-
nin Qarabağ fılialının sədri seçilmiş-
dir. 1994-2000-ci illərdə N.Tusi adına
Azərbaycan Dövlət Pedaqoji Universi-
tetinin Şuşa fılialının direktoru, 2000-
2002-ci illərdə Azərbaycan Müəllimlər
İnstitutunun Ağcabədi filialının direk-
toru olmuşdur. Bədii tərcümə ilə ciddi
məşğul olur. “Qızıl qələm” mükafatı la-
ureatı, 2000-ci ildə beynəlxalq dərəcəli
fəlsəfə və filologiya doktoru, professor,
2001-ci ildən Beynəlxalq Kadrlar Aka-
demiyasının həqiqi üzvüdür.
Ə.Əhməd milli poeziyamızın
B.Vahabzadə, N.Xəzri, Qabil, H.Arif,
Ə.Kürçaylı, M.Araz, X.Rza kimi
görkəmli simalarının davamçısıdır. Mil-
li mənəvi duyğuların, vətənpərvərlik və
Azərbaycançılıq ideyalarının təbliği,
tarixi həqiqətlərin bu günün meyarla-
rı ilə qiymətləndirilməsi, vahid, bütöv
mənəvi Azərbaycan uğrunda mübarizə,
əsrlərdən bəri vəsf və tərənnüm olunan
Ana, Vətən, Təbiət, Sevgi mövzuların-
da təzə söz demək hünəri, Nizamidən
üzü bəri davam edən və poeziyamızın
başlıca leytmotivini özündə əks etdirən
humanizm konsepsiyasının davam
etdirilməsi, insana xas olan ən nəcib,
ən ülvi duyğuların tərənnümü Ənvər
Əhmədin poeziyasında da öz əksini ta-
pır. “Nəslimiz”, “Anamın izləri”, “Sev-
gi yurdu”, “Sevgi cavan qalır”, “Oğullar
və qartallar”, “Sağlıq olsun”, “Kəfənim
qandan biçilər”, “M.Ə.Sabirin poeti-
kası”, “Od qanı”, “Qanlı torpaq”, “Bu
qılınc pas ata bilməz”, “Dünya əlimdən
sürüşür”, “Salam, ay anası ölmüş oğul-
lar” kitablarının müəllifidir. “İttiham”,
“Bu yara köz bağlamaz”, “Qara qutu”,
“Qırğın”, “Qalx ayağa, Üzeyir”, “Gəl,
dərdləşək” poemalarında Qarabağ
hüznü, dərd, qınaq, ittiham, kədərin
böyüklüyündən yaşanan hisslərin tüğya-
nı, hətta acı göz yaşları şairin öz dərdi,
kədəri kimi ifadə edilmişdir.