220
Tarixdə bu gün
20
illiyi
TÜRKSOY (Beynəlxalq Türk
Mədəniyyəti Təşkilatı)
1993
İYUL
Mədəniyyətimizi, elmimizi, təh-
silimizi, insanların mənəviyyatını
daha da yüksəklərə qaldırmaq üçün
mədəni, elmi-texniki əlaqələrin inki-
şaf etdirilməsi çox zəruri vəzifələrdən
biridir. TÜRKSOY bu işi görür və
indiyə qədər, qısa müddətdə ərzində
toplanmış təcrübə sübut edir ki, bu
təşkilat bundan sonra da çox səmərəli
fəaliyyət göstərə və ölkələrimiz, xalq-
larımız üçün mədəniyyət, ədəbiyyat
vasitəsilə mövcud əlaqələri daha da
genişləndirmək sahəsində çox işlər
görə bilər.
Son illər türk dünyasında milli
özünüdərk istiqamətində canlanmanın
işartıları görünməkdədir. Belə ki, tari-
xi və kökü bir olan türk xalqları arasın-
da mədəniyyət və incəsənət sahəsində
birlik yaratmaq üçün türk dövlət
və muxtariyyətlərinin mədəniyyət
nazirləri bir araya gələrək 1993-cü ildə
TÜRKSOY (Türk Kültür və Sənətləri
Ortaq Yönətimi) adlı bir təşkilat yarat-
mışdılar.
TÜRKSOY türkdilli ölkələrin
mədəniyyət nazirləri tərəfindən yara-
dılmış və onun yaradılması haqqında
ilkin fikirlər hələ 1992-ci ildə irəli sü-
rülmüşdür. Bu təşkilatın yaradılması
ilə bağlı Bakı və İstanbul şəhərlərində
bir sıra görüşlər keçirilmişdir.
Nəhayət, 12 iyul 1993-cü ildə Alma-
tıda TÜRKSOY-un yaradılması haq-
qında türkdilli ölkələrin mədəniyyət
nazirləri tərəfindən protokol imza-
lanmışdı. TÜRKSOY-un yaradılma-
sı zərurəti ondan irəli gəlmişdir ki,
bu təşkilatı yaradan ölkələrin dilləri,
xalqları, mədəniyyətləri bir-birinə çox
yaxın idi və bəzi xalqların hətta dinləri
də eyni idi.
Məlumdur ki, bəzi türk xalqları
müxtəlif dinlərə sitayiş edirlər. An-
caq TÜRKSOY-un yaradılmasında
türkdilli xalqların əsasən din deyil,
dil prinsiplərinə üstünlük verilmişdir.
TÜRKSOY-un əsas üzvləri Qazaxıs-
tan, Türkiyə, Azərbaycan, Özbəkistan,
Qırğızıstan və Türkmənistandır. Qalan
8 üzvləri isə (Altay respublikası, Bol-
qarıstan, Qaqauziya, Xakasiya, Şima-
li Kipr Türk Respublikası, Yakutiya,
Tıva, Tatarıstan) əsasən müşahidəçi
qismində iştirak edirlər. Buna baxma-
yaraq bu üzvlər də əsas üzvlər kimi
eyni hüquqa və səlahiyyətə malikdilər.
Ümumiyyətlə, TÜRKSOY-un fəaliy-
yətində demokratik prinsiplər əsas gö-
türülür. Yəni səsvermədə 8 müşahidəçi
ölkə də əsas 6 üzvlər kimi eyni
səsvermə hüququna malikdirlər.
TÜRKSOY təşkilatının ev sahi-
bi ölkəsi Türkiyə Cümhuriyyətidir.
Rəsmi dili türk dilidir, idarə mərkəzi
Ankarada yerləşir.
Dostları ilə paylaş: